Month: January 2026

  • Kolumbiya Venesuela ilə sərhədə ordu yığır

    Kolumbiya hakimiyyəti ölkənin Təhlükəsizlik Şurasının iclasından sonra Venesuela ilə sərhədə silahlı qüvvələrini yerləşdirmək qərarına gəlib.

    Bu barədə Kolumbiya Prezidenti Qustavo Petro öz “X” hesabında paylaşım edib.

    “Qaçqınların axın etmələri halına qarşı sərhədə silahlı qüvvələr, eləcə də bütün mövcud resurslar göndərilir”, – deyə o yazıb.

  • Sərxoş kişi polisə yalan məlumat verdi, həbs olundu

    Gəncə şəhərində polisə yalan məlumat verən şəxs saxlanılıb.

    Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki mənzillərdən birində baş verib.

    Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran İsayev (ad və soyad şərtidir) yanvarın 1-i saat 3 radələrində Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub. O, evində döyüldüyünü bildirib.

    Hadisə yerinə gələn polis əməkdaşları K.İsayevin döyülmədiyini, sərxoş vəziyyətdə olduğunu aşkarlayıblar. Polis onu spirtli içki müayinəsinə dəvət edərkən Kamran bundan imtina edib və nalayiq ifadələr işlədib, səs-küy salıb.

    Polis əməkdaşları onu saxlayaraq polis bölməsinə gətirib, barəsində inzibati protokol tərtib edərək məhkəməyə göndəriblər.

    Gəncə Şəhər Məhkəməsinin qərarı ilə K.İsayev 8 sutka həbs edilib.

  • Moskva-Gəncə aviareysinin yubanmasının səbəbi açıqlandı

    Rusiyanın “Ural Airlines” aviaşirkətinə məxsus “U6 2411” Moskva-Gəncə və “U6 2412” Gəncə-Moskva reyslərində müşahidə olunan gecikmə RF paytaxtındakı əlverişsiz hava şəraiti ilə əlaqədardır.

    Median.Az “Report”a istinadən xəbər verir ki, “U6 2411” nömrəli reysin Moskvadan uçuşu yerli vaxtla saat 16:05-ə planlaşdırılıb.

    Əvvəlcə Moskva-Gəncə reysinin yerli vaxtla saat 10:00-a, Gəncə-Moskva reysinin isə saat 15:50-yə planlaşdırıldığı bildirilmişdi.

    Hazırda Gəncədən Moskvaya gedən təxminən 100 sərnişin uçuşu gözləyir.

    Reyslə bağlı daha ətraflı məlumat almaq üçün sərnişinlərə birbaşa aviaşirkətə müraciət etmələri tövsiyə olunur.

  • Распространилось фото задержанного Мадуро

    Госсекретарь США Марко Рубио проинформировал, что президент Венесуэлы Николас Мадуро предстанет перед судом за уголовные преступления.

    Об этом сообщил сенатор Майк Ли.

    Он также отметил, что Рубио не ожидает дальнейших действий США в Венесуэле после задержания Мадуро. Госсекретарь США указал, что военная операция против Венесуэлы была прикрытием для задержания Мадуро.

    Также распространилось фото задержанного Мадуро.

  • Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən saxlanılma GÖRÜNTÜSÜ (FOTO)

    “Venesuela Prezidenti Nikolas Maduro öz cinayətlərinə görə ədalət qarşısında cavab verəcək”.

    Bu barədə ABŞ dövlət katibinin müavini Kristofer Landau öz “X” hesabında yazıb.

    “Venesuela üçün yeni dövr. Tiran getdi”, – deyə o, paylaşımda qeyd edib.

    Həmçinin ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Maduronun həbsindən sonra ABŞ-nin Venesuelada əlavə tədbirlər görəcəyini gözləmir.

    Rubionun sözlərinə görə, Venesuelaya qarşı hərbi əməliyyat Maduronun saxlanılması məqsədilə aparılıb.

    Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən saxlanılmasının fotosunu təqdim edirik:

  • Azərbaycanın 2026-cı ildə ev sahibliyi edəcəyi beynəlxalq tədbirlər (SİYAHI)

    Azərbaycan 2026-cı ildə siyasi, iqtisadi, ekoloji və idman sahələrini əhatə edən bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edəcək.

    “Report” xəbər verir ki, bu tədbirlər ölkənin beynəlxalq platformalardakı rolunun artdığını və regional mərkəzə çevrildiyini bir daha nümayiş etdirir.

    Belə ki, bu il Bakıda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçiriləcək. Forum 17–22 may tarixlərində təşkil olunacaq və ilk dəfə dövlət və hökumət başçıları səviyyəsində baş tutacaq. Tədbirdə dayanıqlı şəhərsalma, urbanizasiya, ağıllı şəhərlərin qurulması, müasir infrastrukturun inkişafı və iqlim risklərinə davamlı şəhər modelləri əsas müzakirə mövzuları olacaq.

    Bakı, həmçinin iyunun 5-də Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Bu tədbir ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, iqlim dəyişmələri ilə mübarizə, karbon emissiyalarının azaldılması və “yaşıl enerji” layihələrinə diqqətin artırılması baxımından mühüm platforma kimi qiymətləndirilir.

    İslam İnkişaf Bankı (IsDB) Qrupu 16–19 iyun tarixlərində Bakıda Müdirlər Şurasının 51-ci İllik Toplantısını keçirəcək. Tədbir çərçivəsində ITFC-nin 22-ci Baş Assambleyası, ICIEC-in 33-cü illik iclası, ICD-nin 26-cı illik iclası və ISFD-nin 19-cu Baş Assambleyası təşkil ediləcək. Görüşlərdə investisiya imkanları, ticarətin genişləndirilməsi və maliyyə əməkdaşlığı əsas müzakirə mövzuları olacaq.

    Aprel ayında BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyası da Bakıda baş tutacaq.

    Həmçinin Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci illik iclasının Azərbaycanda keçirilməsi planlaşdırılır. Tədbirdə regional iqtisadi əməkdaşlıq, infrastruktur layihələrinin maliyyələşdirilməsi və dayanıqlı inkişaf strategiyaları müzakirə olunacaq.

    2026-cı ilin mart ayında XIII Qlobal Bakı Forumu keçiriləcək. Forumda dünyanın müxtəlif ölkələrindən sabiq və fəaliyyət göstərən dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri və tanınmış ekspertlər iştirak edəcək.

    Bundan əlavə, dünya ölkələrinin maliyyə kəşfiyyat orqanlarını birləşdirən Eqmont Qrupunun 32-ci plenar iclası da 2026-cı ildə Bakı şəhərində təşkil olunacaq.

    Gələn il, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM / CICA) növbəti Zirvə toplantısı oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılır.

    2026-cı ildə Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda regional və qlobal çağırışlar müzakirə ediləcək.

    Nazir konqres iştirakçılarını gələn il Bakıda keçiriləcək foruma dəvət edib.

    2026-cı il Azərbaycan üçün idman baxımından da xüsusi əhəmiyyət daşıyacaq. Belə ki, Azərbaycan onuncu dəfə “Formula 1” Azərbaycan Qran Prisinə ev sahibliyi edəcək. Bu mərhələ 24–26 sentyabr tarixlərinə planlaşdırılıb.

    Eləcə də, Bakıda Cüdo üzrə dünya çempionatı yeddi ildən sonra ikinci dəfə keçiriləcək. Mundial 4–11 oktyabr tarixlərində baş tutacaq və dünyanın ən güclü cüdoçuları bu yarışda mübarizə aparacaq.

    Bundan başqa, Azərbaycan qadınlar arasında voleybol üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Turnir 21 avqust – 6 sentyabr tarixlərində keçiriləcək, ümumilikdə Avropanın 24 ən güclü komandası iştirak edəcək, onlardan 6-sı oyunlarını məhz Bakıda keçirəcək.

    1–10 sentyabr tarixlərində isə Bakıda Sumo üzrə dünya çempionatı təşkil olunacaq.

    Eyni zamanda Bakının SportAccord Dünya İdman və Biznes Sammitinə ev sahibliyi edəcəyi də elan olunacaq.

    Onu da qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illik yubileyi geniş şəkildə qeyd olunacaq. Tədbirlər çərçivəsində beynəlxalq elmi konfranslar, akademik forumlar və tematik sərgilərin təşkili nəzərdə tutulur.

    Bu tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın qlobal dialoq, iqtisadi əməkdaşlıq, ekoloji təşəbbüslər və beynəlxalq idman platformalarında artan rolunun göstəricisidir. 2026-cı il Azərbaycan üçün beynəlxalq etimadın, inteqrasiyanın və yeni əməkdaşlıq imkanlarının möhkəmləndiyi mühüm bir mərhələ kimi tarixə düşəcək.

  • Şirkətin 183 min manat pulunu qızlara xərcləyən əməkdaşa hökm oxundu

    Naxçıvanda “Collabera” MMC-nin əməkdaşı şirkətin külli miqdarda pulunu ələ keçirib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şirkətdə aparılmış audit yoxlaması nəticəsində satış təmsilçisi 1989-cu il təvəllüdlü Sadiq Kərimovun (ad-soyad şərtidir) 183 min manatlıq mənimsəmə etdiyi üzə çıxıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, Sadiq şirkətdən dəfələrlə qeyri-qanuni yolla mallar çıxarıb və bunların guya hansısa mağazalara nisyə verildiyini söyləyib. Lakin sonradan Sadiqin həmin malları mağazalara vermədiyi, digər şəxslərə sataraq pulu özünə götürdüyü bəlli olub.

    Həmçinin müəyyən edilib ki, Sadiq ələ keçirdiyi külli miqdarda vəsaiti bir neçə ay müddətində münasibəti olduğu qızlara xərcləyib. O, Bakıda və Naxçıvanda kirayə evlər tutub, qızlar və dostları ilə çoxsaylı içki məclisləri təşkil edib. Onlara bahalı telefonlar, gül buketləri və sair hədiyyələr edib. Bu səbəbdən S.Kərimovun ailəsində də problem yaranıb, həyat yoldaşı uşaqları götürərək evi tərk edib.

    Cinayət işinin ibtidai istintaqı bir müddət əvvəl başa çatıb və iş baxılması üçün Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədə “Collabera” şirkətinin nümayəndəsi Sadiqin şirkətə vurduğu zərəri artıq tam şəkildə ödədiyini bildirib və onun barəsindəki şikayəti geri götürüb.

    Məhkəmənin 29 dekabr tarixli hökmü ilə S.Kərimova 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəza 1 il 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab olunub.

  • Həccə getmək istəyənlərin nəzərinə – Vizaların verilmə tarixi açıqlandı

    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlara çağırış edib.

    “Report”un məlumatına görə, QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri xatırladıb ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliyi dünyadakı bütün Həcc missiyalarına qeydiyyat prosedurlarının erkən bitirilməsi üçün ciddi tələb qoyub.

    V.Cahangiri qeyd edib ki, Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə start veriləcək və ay yarım ərzində yekunlaşacaq:

    “Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan qeydiyyata düşsünlər. Ziyarət üçün nəzərdə tutulan kvotadan asılı olmayaraq sənədlərin qəbulu fevralın 15-də bitəcək”.

    Xatırladaq ki, QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

  • Ölkə ərazisində KÜLƏK GÜCLƏNƏCƏK – Xəbərdarlıq

    Yanvarın 4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gəncə, Samux, Goranboy, Naftalan, Neftçala, Xızı, Mingəçevir, Oğuz, Şəki, Şamaxı, Qobustanda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Трамп заявил, что Мадуро с женой были захвачены и вывезены из страны (ФОТО)

    Президент США Дональд Трамп заявил, что глава Венесуэлы Николас Мадуро с женой были захвачены и вывезены из страны.

    Об этом американский лидер написал в своей соцсети Truth Socail.

    “Соединённые Штаты Америки успешно провели крупномасштабную операцию против Венесуэлы и её лидера – президента Николаса Мадуро, который вместе со своей супругой был задержан и вывезен за пределы страны.

    Эта операция была проведена совместно с правоохранительными органами США. Подробности будут сообщены позднее.

    Пресс-конференция состоится сегодня в 11:00 по местному времени (20:00 по бакинскому – ред.) в резиденции Мар-а-Лаго”, – говорится в публикации.