Month: January 2026

  • İstanbulda İŞİD-ə qarşı əməliyyat: 67 nəfər həbs edildi

    İstanbul məhkəməsi İraq İslam Şam Dövləti (İŞİD) terror qruplaşmasına üzv olmaqda şübhəli bilinən 67 nəfəri həbs edib.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Məlumata görə, təhlükəsizlik qüvvələri Yeni il gecəsi İstanbulun üç rayonunda İŞİD-ə qarşı əməliyyat keçirib. 147 nəfər saxlanılıb, onlardan 32-si deportasiya olunmaq üçün miqrasiya mərkəzinə yerləşdirilib.

    Kəşfiyyat orqanlarının məlumatına görə, həbs olunanlar Yeni il tətili zamanı Türkiyədə terror aktları planlaşdırıblar.

  • Maduro Venesuelada fövqəladə vəziyyət elan etdi – Video (YENİLƏNİB)

    Venesuela prezidenti Nikolas Maduro ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə fərman imzalayıb.

    Bu barədə Venesuela Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik həmçinin “imperialist təcavüzə” qalib gəlmək üçün xalqı səfərbər olmağa çağırıb.

    Bəyanatda qeyd olunur ki, “Venesuela ABŞ-nin hazırkı hökuməti tərəfindən törədilən ağır hərbi təcavüzü beynəlxalq ictimaiyyət qarşısında rədd edir və pisləyir”.

    “Bu akt BMT Nizamnaməsinin, xüsusən də suverenliyə hörməti, dövlətlərin hüquqi bərabərliyini və güc tətbiqinin qadağan edilməsini təsbit edən 1 və 2-ci maddələrinin kobud şəkildə pozulmasıdır. Belə bir təcavüz beynəlxalq sülh və sabitliyi, xüsusən Latın Amerikası və Karib hövzəsini təhdid edir, milyonlarla insanın həyatını ciddi təhlükə altına qoyur”, deyə məlumatda bildirilir.

    Venesuela rəsmiləri hesab edirlər ki, ABŞ-ın əsas məqsədi ölkənin strateji resurslarını, xüsusən də neft və faydalı qazıntı yataqlarını ələ keçirməkdir:
    “Buna nail ola bilməyəcəklər. İki yüz ildən artıq davam edən müstəqillikdən sonra xalq və onun qanuni hökuməti suverenliyin və öz taleyini müəyyən etmək hüququnun müdafiəsində sarsılmaz qalır”, deyə XİN əmin edib.

    Nazirlik ölkədəki bütün sosial və siyasi qüvvələri “səfərbərlik planlarını aktivləşdirməyə” çağırıb. Qeyd olunub ki, Prezident Maduro bütün ölkə ərazisində “xarici iğtişaşlar vəziyyəti” (estado de conmoción exterior) elan edilməsi haqqında fərman imzalayıb. Bu fərman aşağıdakıları nəzərdə tutur:

    • Əhalinin hüquqlarının və respublika institutlarının fəaliyyətinin qorunması;
    • Dərhal silahlı mübarizəyə keçid.

    “Bu imperialist təcavüzə qalib gəlmək üçün bütün ölkə səfərbər olmalıdır”, deyə bəyanatda vurğulanıb.

    * * * * *

    ABŞ Silahlı Qüvvələri Venesuela ərazisinə hava zərbələri endirməsi təsdiqlənib.

    Bu barədə amerikalı rəsmilər “Fox News” telekanalına bildirib.

    Öz növbəsində, “The New York Times” bildirib ki, ABŞ prezidenti Donald Tramp Venesuelaya zərbələr endirilməzdən əvvəl Mar-a-Laqoda milli təhlükəsizlik müşavirəsi keçirib.

    Bu arada, “NBC News”un məlumatına görə, partlayışların baş verdiyi Karakas səmasında ən azı doqquz helikopter uçub. Telekanal qeyd edib ki, şəhərdə partlayışlar davam edir, uçan helikopterlərin səsi eşidilir.

    * * * * *

    Venesuelanın paytaxtı Karakasda güclü partlayış səsləri eşidilir, şəhər üzərində hava hücumundan müdafiə (HHM) sistemləri işləyir.

    Median.Az “Reuters”ə istinadla xəbər verir ki, şəhər üzərində ən azı bir tüstü sütunu görünür, iri hərbi bazanın yaxınlığında yerləşən cənub hissəsi isə elektrik enerjisiz qalıb.

    * * * * *

    Küçələrdə Venesuela zirehli texnikası görünüb, hərbi qüvvələr prezident sarayına doğru cəmləşir.

    CBS News yazır ki, Tramp administrasiyasının nümayəndələri Karakas üzərindəki vertolyotlar və partlayışlar barədə xəbərlərdən “məlumatlı olduqlarını” bildiriblər.

    “The New York Times”ın məlumatına görə, Vaşinqtondakı ABŞ Silahlı Qüvvələrinin rəsmisi partlayış xəbərlərini təsdiqləsə də, Amerikanın bu hadisələrdəki mümkün rolu barədə şərh verməkdən imtina edib.

    Eyni zamanda sosial şəbəkələrdə Karakasa, ehtimal ki, “Tomahawk” raketləri ilə endirilən zərbələrin görüntüləri yayılır. Sky News Arabia telekanalı iddia edir ki, Venesuela müdafiə nazirinin iqamətgahı və paytaxtın limanı atəşə tutulub.
    İlkin məlumatlara görə, ABŞ Karakas limanına və Karib dənizində çox sayda hərbi obyektin yerləşdiyi Marqarita adasına zərbələr endirir.

    “Clash Report”un məlumatına görə, zərbələr şəhərin cənubuna – Fort-Tiuna rayonuna və generalissimus Fransisko de Miranda adına aviabazaya (La Karlota) dəyib. Həmçinin ölkənin şimalında, Varqas ştatındakı La-Quayra hərbi-dəniz bazası (donanma akademiyasının yerləşdiyi yer) də hədəf alınıb.
    Şəbəkələrdə ABŞ-ın desant vertolyotlarının görüntüləri yayılmaqdadır. Öz növbəsində, Venesuela Hərbi Hava Qüvvələri Su-30MKV qırıcılarını həyəcanla havaya qaldırıb – onlara ABŞ təyyarə və vertolyotlarını önləmək (intercept) tapşırılıb.

    Kolumbiya Prezidenti Qustavo Petro artıq hücuma reaksiya verib:

    “Hazırda onlar Karakası bombalayırlar. Bütün dünyanın diqqətinə: onlar Venesuelaya hücum ediblər. Raketlərlə bombalayırlar. Amerika Dövlətləri Təşkilatı (OAS) və BMT dərhal toplanmalıdır”, – deyə o bəyan edib.

    ABŞ əməliyyatın başlanması barədə rəsmi şərh verməyib. Lakin bundan əvvəl ABŞ Prezidenti Donald Tramp prezident Nikolas Maduronun istefaya getməsi üçün təzyiqləri artıraraq (sanksiyaların genişləndirilməsi, hərbi mövcudluğun gücləndirilməsi və s.) Venesuelada yerüstü əməliyyatlar keçirəcəyini dəfələrlə vəd etmişdi.

    * * * * *

    Venesuelada atəş səsləri eşidilməkdə davam edir.

    Median.Az APA-ya istinadən xəbər verir ki, yerli mənbələr ABŞ Hərbi Hava Qüvvələrinin paytaxt Karakas və digər ərazilərdəki hərbi bazalara daha bir neçə zərbə endirdiyini bildirirlər.

    Karakas mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Venesuela üzərində hava məkanı tamamilə bağlanıb.

    * * * * *

    Venesuelanın paytaxtı Karakasa 6 hava zərbəsi endirilib.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, zərbələrin ABŞ-ın mümkün hücumu ilə bağlı ola biləcəyi deyilir.

    Karakasdakı Fort Tiuna aviabazası və Generalissimus Francisko de Miranda aviabazası hücuma məruz qalıb.

    Venesuelanın paytaxtı Karakas üzərində ABŞ desantını daşıyan çoxməqsədli CH-47 Chinook helikopterləri uçarkən müşahidə olunub.

  • Ağsu dolayları yenidən buz bağlayıb

    Gecə saatlarından havanın şaxtalı olması səbəbindən yolun Ağsu aşırımından keçən hissəsi buz bağlayıb. Yolun enişli-yoxuşlu, sərt döngəli hissələri hərəkət üçün təhlükəyə çevrilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yolun buz qatından təmizlənməsi üçün ərazidə işlər aparılır, qum-duz qarışığı səpilir. Avtomobilində texniki problemi olan, həmçinin yolda hərəkət etməyə ehtiyat edən bir neçə avtomobil yolun kənarında qalıb.

    Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə yol və post-patrul xidməti ərazidə fasiləsiz xidmət aparır. Yolda qalan sürücülərə köməklik göstərilir, digər hərəkət iştirakçılarının hərəkətinə mane olunmamasına çalışılır.

    Ötən gün çətinliyin yarandığı Muğanlı-İsmayıllı avtomobil yolu da qardan təmizlənib, yolun hər iki zolağı üzrə hərəkət etmək mümkündür. Gecədən etibarən bölgədə qarın yağması dayanıb. Hazırda bölgədə günəşli hava hökm sürür. Paytaxtdan bölgələrə, həmçinin əks istiqamətlərdə avtomobillərin hərəkəti davam edir.

  • В Северной Каролине предотвратили теракт в канун Нового года

    Сотрудники ФБР совместно с партнерами из правоохранительных органов предотвратили потенциальный террористический акт, который планировался в канун Нового года в штате Северная Каролина.

    Об этом сообщило отделение ФБР в городе Шарлотте в соцсети Х.

    “ФБР и наши партнеры по правоохранительным органам предотвратили потенциальную террористическую атаку в канун Нового года в Северной Каролине”, – говорится в заявлении ведомства.

    По данным следствия, подозреваемый действовал под прямым влиянием идеологии террористической группировки ИГИЛ. “Субъект был напрямую вдохновлен на действия ИГИЛ”, – уточнили в ФБР.

  • ABŞ-də terror aktının qarşısı alınıb

    ABŞ-də Federal Təhqiqat Bürosunun (FTB) agentləri Şimali Karolina ştatında Yeni il gecəsi üçün planlaşdırılan potensial terror aktının qarşısını alıblar.

    FTB-nin Şarlott ofisi bu barədə sosial mediada məlumat yayıb.

    Müstəntiqlərin sözlərinə görə, şübhəli şəxs İŞİD ideologiyasının birbaşa təsiri altında hərəkət edib.

    Qeyd edək ki, son həftələrdə ABŞ qüvvələri Suriyada İŞİD-ə qarşı antiterror əməliyyatları aparıb.

  • Во Франции число сожженных автомобилей за новогоднюю ночь выросло до 1 173

    Во Франции выросло число автомобилей, сожжённых в новогоднюю ночь.

    Об этом говорится на официальном сайте ведомства.

    Согласно данным МВД страны, в ходе празднования Нового года было уничтожено 1 173 машины.

    В министерстве уточнили, что годом ранее в новогоднюю ночь было сожжено 984 автомобиля. Таким образом, показатель увеличился почти на 200 случаев. Ранее французские СМИ сообщали о более чем 800 сгоревших автомобилях, однако окончательные данные оказались выше.

    В МВД Франции также сообщили, что в связи с актами насилия и повреждением имущества по всей стране были задержаны 505 человек. Из них 403 были помещены под стражу.

    Ранее телеканал BFMTV отмечал, что часть автомобилей загорелась из-за распространения огня с соседних объектов. Французские власти традиционно фиксируют рост числа подобных инцидентов в период новогодних праздников.

    В других европейских странах также сообщалось о происшествиях в новогоднюю ночь. Так, в Берлине полиция задержала около 400 человек, а в Швейцарии произошел крупный пожар в одном из баров.

  • Fransada mindən çox avtomobil yandırıldı

    Fransada Yeni il gecəsi yandırılan avtomobillərin sayı artıb.

    Median.Az bu barədə ölkənin Daxili İşlər Nazirliyin (DİN) rəsmi saytına istinadən xəbər verir.

    Məlumata görə, Yeni il şənlikləri zamanı 1 173 avtomobil məhv edilib ki, bu da bir il öncə ilə müqayisədə təxminən 200 avtomobil çoxdur.

    DİN, həmçinin ölkə daxilində zorakılıq və əmlaka ziyanvurma ilə əlaqədar 505 nəfərin həbs olunduğunu bildirib. Onlardan 403-ü polis nəzarətinə götürülüb.

  • 27 il əvvəl 2025-ci il üçün verilən proqnozlar: Onlardan 5-i gerçəkləşib

    1998-ci ildə – “Titanik” filminin bir-birinin ardınca “Oskar” mükafatları topladığı, Bill Klintonun isə impiçmentə bir addım qaldığı dövrdə – amerikalı sosioloqlar əhali arasında sorğu keçirərək insanlardan o zamanlar uzaq görünən 2025-ci il barədə proqnozlarını soruşmuşdular. Amerika yayımçısı CNN həmin sorğunu xatırladaraq 27 il əvvəlki gözləntiləri bu günümüzlə müqayisə edib.

    Qaynarinfo xəbər verir ki, həmin vaxt sorğu iştirakçılarına 2025-ci ilə qədər baş verə biləcək bir sıra ssenarilər təqdim olunmuş və onların mümkünlüyünə inanıb-inanmadıqları soruşulmuşdu. Əksəriyyətin razılaşdığı bəzi proqnozlar həqiqətən də gerçəkləşib.

    Belə ki, respondentlərin böyük hissəsi 2025-ci ilə qədər aşağıdakıların baş verəcəyini düzgün proqnozlaşdırıb:

    * ABŞ-da ilk dəfə qaradərili prezident seçiləcək;
    * eynicinsli nikahlar leqallaşacaq və geniş yayılacaq;
    * yeni ölümcül xəstəlik ortaya çıxacaq (COVID-19 pandemiyası bu proqnoza tam uyğundur);
    * kosmik səyahətlər adi insanlar üçün əlçatan olmayacaq;
    * bəşəriyyət yadplanetli sivilizasiyalarla əlaqə qura bilməyəcək.

    Bununla yanaşı, amerikalıların razılaşdığı bir çox nikbin proqnoz reallaşmayıb. Sorğuda iştirak edənlərin təxminən 2/3-si ABŞ-da qadının prezident seçiləcəyini gözləyirdi, yarıdan çoxu xərçəng üzərində qələbəyə inanırdı, 61 faiz isə insanların müntəzəm olaraq 100 il yaşayacağını düşünürdü. Lakin bunların heç biri baş verməyib.

    Sorğu gələcəklə bağlı pessimist əhval-ruhiyyəni də əks etdirib. Respondentlərin 10-dan 8-i şəxsi məxfiliyin azalacağını, 57 faizi şəxsi azadlıqların məhdudlaşacağını, 71 faizi isə uşaqların tərbiyəsinin çətinləşəcəyini proqnozlaşdırıb. Əksəriyyət varlılar üçün həyat keyfiyyətinin artacağını (70 faiz), kasıblar üçün isə pisləşəcəyini gözləyib. Orta siniflə bağlı fikirlər isə bölünüb. Amerikalılar daha yüksək cinayətkarlıq səviyyəsi, daha pis ekoloji vəziyyət və daha aşağı mənəvi standartlar proqnozlaşdırıblar.

    Maraqlıdır ki, ABŞ-da ümumi əhval-ruhiyyə zamanla daha da pessimist olub. 1998-ci ilin payızında amerikalıların 60 faizi ölkədəki vəziyyətdən razı idi, hazırda isə bu göstərici cəmi 24 faiz təşkil edir.

  • Xudatda itkin kişinin meyiti meşədə tapıldı

    Xudatda üç gün əvvəl itkin düşən kişinin meyiti tapılıb.

    Median.Az Bizim.Media-ya istinadən xəbər verir ki, 38 yaşlı Fuad Əliverdiyevin Köhnə Xudat kəndinin meşəlik ərazisində ölmüş vəziyyətdə aşkar edilib.

    Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma başlayıb.

    Hələlik hadisənin baş vermə səbəbi dəqiqləşməyib.

  • Üç gün əvvəl Ucarda baş vermiş qəzada yaralanan qadın həyatını itirib

    Ucarda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti məlum olub.

    Oxu.Az-ın sorğusuna cavab olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, dekabrın 31-də saat 11:10-da Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə üç nəfər (2 kişi, 1 qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

    “Onlara qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin travması, açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 1964-cü il təvəllüdlü (qadın) pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

    Göstərilən zəruri reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 2 yanvar 2026-cı il tarixində saat 07 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə təhvil verilib” – deyə məlumatda vurğulanıb.