Month: January 2026

  • Türkiyədə 28 vilayət üçün qar uçqunu xəbərdarlığı edildi

    Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) 28 vilayətdə qar uçqunu təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb.

    APA-nın məlumatına görə, bəzi bölgələrdə qar örtüyünün 20 santimetrdən çox olduğu və qar uçqunu riskinin kritik səviyyəyə çatdığı vurğulanıb.

    Məlumata əsasən, Qara dəniz bölgəsində Düzcə, Bolu, Zonquldaq, Bartın, Karabük, Kastamonu, Ordu, Giresun, Trabzon, Rize, Artvin, Tokat, Gümüşhane və Bayburt, Mərkəzi Anadolu bölgəsində Sivas, Şərqi Anadolu bölgəsində Ərzincan, Tunceli, Bingöl, Ərzurum, Muş, Bitlis, Ardahan, Qars, Ağrı, Van və Hakkari, Cənub-Şərqi Anadolu bölgəsində isə Siirt və Şırnakda yüksək qar örtüyü olan maili və dik yamaclarda uçqun təhlükəsinin mövcud olduğu bildirilib.

    Vətəndaşlara SMS vasitəsilə zəruri xəbərdarlıqlar göndərilib, rəsmi elanların izlənməsi və mümkün təhlükələrə qarşı ehtiyatlı olunması tövsiyə edilib.

  • Ərdoğan və Tramp arasında telefon danışığı olacaq

    ABŞ Prezidenti Donald Trampla yanvarın 5-də telefon danışığım olacaq.
     
    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasına deyib.
     
    O bildirib ki, danışıqlarda Rusiya-Ukrayna müharibəsi, Fələstin məsələsi barədə müzakirələr aparılacaq.
     
    Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri ilə danışıqları davam edir.

  • Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi

    Rusiyanın Zabaykalye diyarında azərbaycanlılarla bağlı insident yaşanıb.
     
    Median.Az modern.az-a istinadla xəbər verir ki, Rusiya vətəndaşlığını yenicə qəbul etmiş 3 azərbaycanlının sənədləri ləğv olunub.
     
    Onlar sosial şəbəkələrdə Rusiya ordusunu nüfuzdan salmaqla bağlı fikirlər paylaşdığı üçün təzyiqlə üzləşiblər.
     
    Yerli miqrasiya orqanları həmyerlilərimizi bölgədə yaşayan müəyyən miqrant qrupları arasında hərbi xidmətə mənfi münasibətə sövq etməkdə də ittiham edirlər.
     
    Təhlükəsizlik orqanları vətəndaşlığı ləğv edilən azərbaycanlıları deport etməyə hazırlaşır.

  • Bakıda mənzildə yanğın: 1 nəfər tüstüdən zəhərləndi

    Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağında məişət əşyaları və məişət tullantıları 18 m² sahədə qismən yanıb.
     
    Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub.
     

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Pensiyalar nə vaxtdan artımla ödəniləcək? (Video)

    Məlum olduğu kimi, bu il bütün növ pensiyalar artırılması nəzərdə tutulur. Artımların həcminin 9,2 faiz olacağı gözlənilir.
     
    Sosial sahədəki bütün növ artımlar cari ilin inflyasiya göstəriciləri nəzərə alınmaqla tətbiq edilir.
     
    Bəs, təqüdçülər nə vaxtdan pensiyalarını artımla ala biləcəklər?
     
    Ətraflı Azərtac-ın videosüjetində:

  • Gəncədə yaşayış binasında yanğın olub

    Gəncədə yanğın hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.

    Belə ki, doqquzmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində olan mənzildə anidən yanğın başlayıb.

    Dərhal əraziyə Fövqəlhadə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb edilib. Yanğın qısa zamanda söndürülüb.

    Hadisə ilə bağlı araşdırma aparılır.

  • Arda Güler üçün 80 milyon avroluq təklif

    “Arsenal” komandası “Real Madrid”in gənc yarımmüdafiəçisi Arda Gülerə “elçi düşüb”.

    Median.Az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, Mikel Arteta Arda Gülerin oyun tərzini çox bəyənir və onu komandasında görməyi çox istəyir.

    Belə ki, İngiltərə təmsilçisi Arda Güler üçün 80 milyon avroluq təklif hazırlayıb. Lakin Xabi Alonso bu keçidə razılıq verməyib. O, A.Güleri komandasının əsas oyunçularından hesab edir.

    Qeyd edək ki, Arda Güler bu il meydana çıxdığı bütün oyunlarda üç qol və yeddi məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Real Madrid”lə 2029-cu ilin yayına qədər müqaviləsi var.

  • Mingəçevirdə həkim vəfat etdi

    Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkimi dünyasını dəyişib.

    “Unikal”ın məlumatına görə, xəstəxananın Cərrahiyə şöbəsinin 1958-ci il təvəllüdlü həkim-proktoloqu Afiq Xudiyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

  • Bakıda gecə klubunun qarşısındakı QƏTLİN TƏFƏRRÜATI: “Hadisə baş verən gün Emil bizdə müştəri idi” (Video)

    Paytaxtın Bayıl qəsəbəsində yerləşən gecə klublarından birinin qarşısında qətl hadisəsi baş verib. Hadisə yanvarın 1-də gecə saatlarında qeydə alınıb.

    Baku TV-nin məlumatına görə, 32 yaşlı Emil Rəcəbli ilə 36 yaşlı şəxs arasında mübahisə yaranıb. Mübahisə zamanı Emil Rəcəbli bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda həyatını itirib. Hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı H.Məcidov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Hadisənin baş verdiyi obyektin administratoru Rəşad Məmmədovun sözlərinə görə, Emil Rəcəbli 5-6 il əvvəl bu obyektdə mühafizəçi kimi çalışıb:

    “Hadisə baş verən gün Emil bizdə müştəri idi. Mübahisə obyektin daxilində deyil, çöldə baş verib. Bu, xoşagəlməz haldır. Heç kim belə bir hadisənin baş verməsini istəməzdi”.

    Hadisənin baş verdiyi obyektin administratoru Rəşad Məmmədovun sözlərinə görə, Emil Rəcəbli 5-6 il əvvəl bu obyektdə mühafizəçi kimi çalışıb:
    “Hadisə baş verən gün Emil bizdə müştəri idi. Mübahisə obyektin daxilində deyil, çöldə baş verib. Bu, xoşagəlməz haldır. Heç kim belə bir hadisənin baş verməsini istəməzdi”.

  • Üzərinə yol nişanı aşan Sərxanın VƏZİYYƏTİ AĞIRDIR

    Bakının Səbail rayonunda, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olarkən üzərinə yol nişanı aşan uşağın durumu bəlli olub.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2015-ci il təvəllüdlü Sərxan Hüseynli hazırda Mərkəzi Klinikada Pediatrik reanimasiya şöbəsində müalicə alır.

    Məlumata əsasən, S.Hüseynlinin vəziyyəti orta ağır stabil olaraq dəyərləndirilir.