Month: January 2026

  • Smart-kart tipli qaz sayğaclarında yaranan problem SOCAR tərəfindən həll olunur

    Smart-kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində yaranmış problemin qısa müddətdə aradan qaldırılması istiqamətində ciddi işlər aparılır.

    Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.

    Onun sözlərinə görə, bu il yanvarın 1-dən smart-kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində yaranmış problem elə həmin gün saat 20:00-da aradan qaldırılsa da, sistem kütləvi əməliyyatlar aparılması zamanı təkrar xətalarla üzləşib: “Məlum olduğu kimi, təqvim ilinin əvvəli olması ilə qədər müraciətlərin sayı da çox olur. Müraciət sayı çox olduğundan yenidən müəyyən xətaların olduğunu aşkar etdik. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəssislər çox ciddi şəkildə işlər aparırlar”.

  • Azərbaycanda üç gün əvvəl itkin düşən kişinin MEYİTİ MEŞƏDƏN TAPILDI

    Xudat sakininin meyiti meşəlikdə tapılıb.

    Median.Az Bizim.Media-ya istinadən xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış fəaliyyəti nəticəsində dekabrın 30-da itkin düşən Xudat şəhər sakini, 38 yaşlı Fuad Sarıaslan oğlu Əliverdiyevin meyiti Köhnə Xudat kəndində meşəlik ərazidən aşkar edilib.

    Faktı Xaçmaz Rayon Prokurorluğu araşdırır.

  • Şamaxıda buzlu yolda köməksiz qalan İKİSİ UŞAQ OLMAQLA beş nəfər xilas edildi

    Şamaxı rayonunda yolun qarlı-buzlu olması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə Şamaxı-Muğanlı yolunun 12-ci kilometrliyinə cəlb olunublar.

    “Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, BAIC markalı minik avtomobilində beş nəfər köməksiz vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ikisi uşaq olmaqla beş nəfərə müvafiq köməklik göstərilib”, – məlumatda qeyd olunub.

  • Son günlər kiberdələduzluq halları artıb – DİN

    Bayram günlərində kiberdələduzluq hallarının artması müşahidə olunur. “WhatsApp”, “Telegram” və digər sosial media platformaları vasitəsilə edilən zənglər, saxta kredit və kampaniya təklifləri adı altında bank müştərilərinin kart və şəxsi məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var.

    Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

    Diqqətə çatdırılıb ki, heç bir bank və ya dövlət qurumu telefon, mesaj və ya sosial şəbəkə üzərindən kart nömrəsi, CVV/CVC kodu və ya birdəfəlik SMS şifrəsi (OTP) tələb etmir.

    “Bu məlumatların ötürülməsi bank hesabından vəsaitin oğurlanmasına səbəb olur. Şübhəli zəng, mesaj və ya linklərlə qarşılaşan vətəndaşlar dərhal əlaqəni kəsməli və bu barədə 102 xidmətinə, həmçinin xidmət göstərən banka məlumat verməlidirlər.

    Hər bir bank kartı istifadəçisi diqqətli olmalı, kart məlumatlarını və təsdiq şifrələrini naməlum şəxslərə təqdim etməməlidir.

    Diqqətli olun, bir zəng maliyyə hesabınızı təhlükə altına qoya bilər”, – DİN-dən bildirilib.

  • В Баку сильный ветер повредил фасад здания (Видео)

    В Баку продолжается ветряная погода.

    Сильный ветер сорвал часть фасада с многоэтажного жилого дома, который строился 10 лет в Наримановском районе.

    Фрагменты обрушившейся облицовки упали на улицу, создавая опасность для прохожих.
    //oxu.az

  • Bakıda TƏHLÜKƏLİ ANLAR – Güclü külək binanın fasadını UÇURTDU (Video)

    Bakıda hökm sürən küləkli hava şəraitinin fəsadları davam edir.

    Güclü külək binada fasadın qopmasına səbəb olub.

    Belə ki, Nərimanov rayonu ərazisində təxminən 10 ildir tikilən çoxmərtəbəli yaşayış binasının fasadı qoparaq ətrafa dağılıb.

    Bu da ətrafdakı insanlara təhlükəli anlar yaşadıb.

    Hadisənin görüntülərini təqdim edirik:
    //oxu.az

  • “Beşiktaş” Azərbaycan millisinin üzvünü transfer etmək istəyir

    “Beşiktaş” klubu Azərbaycan millisinin üzvünü transfer etməyə çalışır.

    Median.Az Türkiyənin “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, “Beşiktaş” Niderlandın “Volendam” klubunda çıxış edən Ozan Can Kökçünü heyətinə qatmaq istəyir.

    Kiçik qardaşı Orkun Kökçünün də “Beşiktaş”da çıxış etdiyinə görə Ozan Can bu transferə razıdır.

    Qeyd edək ki, bu mövsüm “Volendam”da 17 rəsmi oyunda 1 qol, 2 məhsuldar ötürmə edən Ozan Can 20 yaşından etibarən Azərbaycanın U20, U21 və əsas komandasında forma geyinib. O, milli komandamızın heyətində 14 oyuna çıxıb. Türkiyədə əvvəllər “Bursaspor” və “Giresunspor”da oynayan futbolçunun hazırkı bazar dəyəri 350 min avrodur.

    Ötən ilin iyul ayında azad agent olaraq “Volendam”a keçən təcrübəli futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacaq.

  • “Azəriqaz” bayram günü minlərlə insanı necə qazsız qoydu?

    “Artıq iki gündür ki, “Azəriqaz”ın smart kart tipli qaz sayğaclarının ödəniş sistemi faktiki olaraq çöküb. Vətəndaşlar terminallar və onlayn platformalar vasitəsilə kartlara vəsaiti yükləməkdə problemlərlə üzləşdiklərini, kartlardakı balansı sayğaclara yükləmək istədikdə “kart boşdur” mesajı ilə qarşılaşıblar. Bu isə açıq şəkildə göstərir ki, problem kartdan sayğaca ötürülmədə deyil, “Azəriqaz”ın mərkəzi sistemində olub”.

    Bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

    Onun sözlərinə görə, “Azəriqaz”ın “backend” sistemi ödənilmiş vəsaiti smart karta yaza bilməyib. Ödəniş sistemlərinin sahibləri və terminallar da problemin “Azəriqaz”dan qaynaqlandığını bildiriblər.

    Ekspert əlavə edib ki, “Azəriqaz” ilkin mərhələdə problemin terminallarla bağlı olduğunu açıqlasa da, sonradan kütləvi müraciətlər zamanı sistem yenidən çöküb: “Qış olduğu, ilin sonu olduğu, limitlərin sıfırlanacağı və müraciətlərin artacağı əvvəlcədən məlum idi. Buna baxmayaraq, “Azəriqaz”ın sistemi real yüklə test edilməyib və nəticədə minlərlə insan bayram günü qazsız qalıb. Pul ödənilib, amma balans karta yüklənməyib. Həyati əhəmiyyət daşıyan infrastruktura sahib qurum üçün bu vəziyyət yolverilməzdir”.

    O.Gündüz xatırladıb ki, illər əvvəl kommunal xidmətlər üzrə vahid informasiya sisteminin yaradılması ilə bağlı fərman imzalansa da, bu illər ərzində heç nə dəyişməyib: “Təxminən 5 ilə yaxındır bu sistem real olaraq ortada yoxdur. Əgər belə bir sistem mövcud olsaydı, nə bu xaos yaranardı, nə də vətəndaşların ödədiyi vəsaitlər havada qalardı”.

    O xatırladıb ki, hər il bu qurumda eyni mahiyyətli problemlər müxtəlif formalarda təkrarlanır: “Azəriqaz” gah uzun müddət evdən çıxanda xəbər etməyi tələb edir, gah da sayğac göstəricilərinin vatsapla göndərilməsini istəyir, bu dəfə də mexaniki sayğacların smart sayğaclardan “daha ağıllı” olduğu iddia edilir və s.

    Ümumilikdə isə görünən odur ki, problem təkcə texniki nasazlıqda deyil. Problem bütün xidmət zəncirinin – xidmətin təqdim edilməsinin, “billing” sisteminin qurulmasının, məlumatların idarə olunmasının, sayğacların proqram təminatına müdaxilənin və sayğacların tədarükünün – təbii inhisarçının əlində cəmləşməsindədir. Eyni zamanda xatırladıram ki, ötən il, daha doğrusu 2024-cü ilin sonunda SOCAR ilə BƏƏ arasında Azərbaycanda Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin süni intellekt əsasında tətbiqini nəzərdə tutan 480 milyon dollar məbləğində müqavilə imzalanmışdı. Bütün bunlara baxmayaraq, “Azəriqaz”da bu tip problemlərin davam etməsi ciddi təəssüf doğurur.

    Artıq üçüncü gündür davam edən bu problem bir daha göstərdi ki, ictimai əhəmiyyət daşıyan kommunal sahədə idarəetmə və rəqəmsal transformasiya ilə bağlı hələ də çox ciddi boşluqlar qalmaqdadır”.

    Xatırladaq ki, bu gün “Azəriqaz” İB smart kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində 1 yanvar tarixindən etibarən problem yarandığını, yaranmış problemin həmin gün axşam saat 20:00-da aradan qaldırıldığını açıqlayıb. Qeyd olunub ki, kütləvi əməliyyatlar aparılması zamanı sistem yenidən xəta ilə üzləşib. Təqvim ilinin əvvəli olduğuna görə, müraciət sayının çoxluğundan sistemdə yenidən müəyyən xətalar yaranıb. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində iş aparılır.

  • İlham Əliyev və Mehriban Əliyeva Latviyanın keçmiş prezidentinə başsağlığı verdilər

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Latviya Respublikasının keçmiş prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqaya başsağlığı məktubu ünvanlayıblar.

    Median.Az AZƏRTAC-a istinadən məktubun mətnini təqdim edir:

    “Həyat yoldaşınız, ömür-gün dostunuz İmants Freyberqsin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

    Sizinlə birlikdə, çiyin-çiyinə böyük həyat yolu keçmiş İmants Freyberqs hər zaman Sizin yanınızda olmuş sadiq silahdaşınız idi.

    Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik”.

  • Türkiyənin məşhur kanalı bağlandı

    Sənədli filmlərin tanınmış kanalı “History Channel” 31 dekabr 2025-ci il tarixindən etibarən Türkiyədə yayımlarını dayandırıb.
     
    Kanal öz ekranında izləyicilərinə təşəkkür mesajı ünvanlayıb.
     
    “History Channel” 1995-ci ildə dünya miqyasında fəaliyyətə başlayıb və A+E Networks şirkətinin çətiri altında sürətlə beynəlxalq tanınmış brendə çevrilib. Kanal təkcə ABŞ-da deyil, həmçinin Avropa, Yaxın Şərq və Asiya regionlarında geniş auditoriya əldə edib. Türkiyədə yayıma başlaması isə bu qlobal genişlənmənin bir hissəsi olub.

    2006-cı ildən etibarən Türkiyədə fəaliyyət göstərən kanal, tarix, sənədli filmlər və tədqiqat proqramları ilə izləyicilərin diqqətini cəlb etmişdi.
     
    Qədim sivilizasiyalardan dünya müharibələrinə, Osmanlı tarixindən müasir siyasi hadisələrə qədər müxtəlif mövzuları təqdim edən kanal, sənədli film yayımları üçün aparıcı platformalardan birinə çevrilmişdi./BizimMedia