Month: January 2026

  • В Азербайджане могут ввести новые правила в судебные и следственные процессы, касающиеся детей

    Предложено внести ряд изменений в гражданское и уголовно-процессуальное законодательство Азербайджана.

    Сегодня на заседании комитета Милли Меджлиса по вопросам семьи, женщин и детей были вынесены на обсуждение проекты изменений в Гражданско-процессуальный кодекс, Семейный кодекс и Уголовно-процессуальный кодекс.

    В рамках предложенных поправок планируется ввести обязательное участие психолога в ряде процессуальных действий. В частности, это касается выяснения мнения детей в гражданских делах, а также во время следственных мероприятий по уголовным делам: при допросе несовершеннолетних свидетелей и потерпевших, при очных ставках, проверке показаний на месте, следственном эксперименте и взятии образцов для исследования.

    Нововведением также станет запрет на участие в гражданских и уголовных процессах в качестве законных представителей детей тех лиц, которые причинили ребенку моральный, физический или материальный ущерб.

    Данное положение имеет особую значимость для эффективной защиты подлинных интересов детей в ходе судебных разбирательств.
    //oxu.az

  • Uşaqlarla bağlı məhkəmə və istintaq proseslərində YENİ QAYDALAR

    Mülki və cinayət prosessual məcəllələrə bir sıra dəyişikliklərin edilməsi təklif olunur.

    Bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə, Ailə Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləyə dəyişiklik layihəsində əksini tapıb.

    Bu məqsədlə mülki işlərdə uşaqların fikri öyrənilərkən, cinayət işlərində istintaq tədbirləri zamanı yetkinlik yaşına çatmamış şahidin və zərər çəkmişin dindirilməsi, üzləşdirilmə, ifadələrinin yerində yoxlanılması, istintaq eksperimenti, tədqiqat üçün nümunələrin götürülməsi zamanı digər şəxslərlə yanaşı psixoloqun iştirakını tələb edən normaların müvafiq qanunvericiliyə əlavə edilməsi təklif olunur.

    Həmçinin uşağa mənəvi, fiziki və maddi ziyan vurmuş şəxslərin onun qanuni nümayəndəsi qismində mülki və cinayət proseslərində iştirakı qadağan edilir.

    Qeyd edilən məsələ icraat zamanı uşaqların real maraqlarının müəyyən edilməsi və səmərəli müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

  • Bakıda yeni dəmir yolu dayanacaqları YARADILIR

    “Bakı və Sumqayıt şəhərlərində, bütövlükdə Abşeron yarımadasında insanların gediş-gəlişini təmin edən mühüm yollardan biri də Abşeron dairəvi dəmir yolu marşrutudur. Bu marşrut iki xətdən ibarətdir: Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt. Son illərdə marşrutun təkmilləşdirilməsi, eləcə də reys sayının artırılması üzrə mühüm işlər görülüb”.

    Median.Az “Trend”ə istinadla xəbər verir ki, bu fikirləri AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev bu gün “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada çıxış edərkən deyib.

    O bildirib ki, Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı-Hövsan, Bakıxanov-Binə-Qala və Zabrat-Maştağa-Bağlar dəmir yolu xətlərinin bərpası və bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur:

    “2025-ci ildə adıçəkilən dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, layihələndirmə işlərinə başlanılıb. Layihələndirmə işlərinin bəziləri tamamlanıb.

    Bundan başqa, bərpa olunacaq xətlər boyunca stansiya və dayanacaqlar üzrə optimallaşdırma işləri aparılıb, stansiyaların yerləri müəyyən olunub. Bakı-Xırdalan-Sumqayıt xəttinin təkmilləşdirilməsi, qatarburaxma və sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara verilməsi istiqamətdə də müvafiq işlərə başlanılıb. Hazırda bu xətt üzrə sərnişindaşıma xidmətinin daha da təkmilləşdirilməsi məqsədilə Dərnəgül dayanacağının inşası sürətlə davam etdirilir. Artıq tikinti işlərinin təqribən 60 faizi yekunlaşıb. Həmçinin Baş Keşlə stansiyasına dayanacaq verilməsi və Binəqədi dayanacağının yaradılması nəzərdə tutulur”.

    O bildirib ki, Bakı-Pirşağı-Sumqayıt xəttinin təkmilləşdirilməsi, bu istiqamətdə dəmir yolu xəttinin qatarburaxma və sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara verilməsi nəzərdə tutulur. Bu xətt üzrə Kürdəxanı, Fatmayı və Saray qəsəbələrində də dəmiryol dayanacaqlarının yaradılması planlaşdırılır:

    “Görülən işlər çərçivəsində Nərimanov stansiyasında da qatarlara dayanacaq verilməsi planlaşdırılır. Dövlət Proqramından irəli gələn məsələlərdən biri də Güzdək-Qaradağ xəttinin bərpasıdır. Bu dəmiryol xəttinin bərpasından sonra yük qatarlarının əsasən bu istiqamətdə hərəkəti hesabına Bakı-Xırdalan-Sumqayıt dəmiryol xəttində sərnişindaşıma üzrə qatar buraxıcılığının artırılması nəzərdə tutulub”.

    A.Rzayev əlavə edib ki, həmçinin 2030-cu ilədək 20 yeni sərnişin qatarının alınması planlaşdırılır. Hazırda bu istiqamətdə işlər davam etdirilir, təhlillər aparılır, xarici şirkətlərlə görüşlər keçirilir.

  • Sumqayıtda 71 yaşlı kişi faciəvi şəkildə öldü

    Sumqayıt şəhərində 71 yaşlı kişi dəm qazından boğulub.

    Oxu.Az-ın məlumatına görə, hadisə yanvarın 28-də gecə saat 2 radələrində şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

    Qəsəbə sakini, 1955-ci il təvəllüdlü Alabaxış Baxşıyev yaşadığı evdə dəm qazından boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Hava şəraiti dəyişir, təhlükə artır: BDYPİ ehtiyatlı olmağa çağırır

    “Meteoroloji proqnozlara əsasən, bu gün ölkənin bir sıra bölgələrində intensiv yağıntıların müşahidə ediləcəyi, bəzi ərazilərdə qar yağacağı gözlənilir. Qeyd olunan əlverişsiz hava şərtləri yollarda sürüşmə ehtimalını artıra, hərəkəti əhəmiyyətli dərəcədə çətinləşdirə bilər”.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücü və piyadalara müraciətində bildirilib.

    BDYPİ sürücü və piyadaları diqqətli və ehtiyatlı olmağa çağırıb.

    “Unutmayaq ki, hərəkət zamanı sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsizlik üçün yetərli qədər ara məsafəsi saxlanılmalıdır. Kəskin manevrlər, təhlükəli ötmə əməliyyatları aparmaq yolverilməzdir. Eyni zamanda avtomobillərin texniki vəziyyətinə, xüsusilə təkərlərin mövsümə uyğun şinlərlə təchizatına, əyləc və işıq sistemlərinin sazlığına diqqət yetirilməlidir.

    Unutmayaq ki, hava şəraitindən asılı olmayaraq, yol hərəkəti təhlükəsizliyi hər birimizin birbaşa məsuliyyətidir”, – deyə müraciətdə qeyd olunub.

  • Bakıda dördotaqlı ev yanıb

    Bakı şəhərinin Xəzər rayonunda dördotaqlı evdə yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, ümumi sahəsi 140 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları və yaxınlıqda sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyündə quraşdırılan 1 ədəd plastikdən ibarət su çəni yanıb.

    Qeyd olunub ki, qonşu ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • В Азербайджане предотвращено незаконное распространение личных данных более 3 000 граждан

    В рамках мероприятий по контролю за соцсетями выявлены случаи незаконного распространения личных данных более 3 000 граждан Азербайджана, нарушения были устранены.

    Об этом Median.Аz сообщает со ссылкой на Службу электронной безопасности при Министерстве цифрового развития и транспорта.

    Отмечается, что 28 января в мире отмечается День защиты персональных данных. В 1981 году в этот день была принята первая международная конвенция в области защиты персональных данных. Азербайджан присоединился к этой конвенции в 2009 году, а в 2010 году в стране был принят закон “О персональных данных”.

    “Быстрое развитие цифровых технологий, увеличение объема обрабатываемых данных и внедрение систем искусственного интеллекта создают новые риски в области защиты персональных данных. С этой точки зрения защита персональных данных в настоящее время является не только юридическим обязательством, но и основным условием доверия и безопасности в цифровой среде.

    С этой целью в течение текущего года ожидается вступление в силу усовершенствованного законодательства, предусматривающего регулирование цифровых рисков, укрепление прав граждан, а также повышение обязательств и ответственности для сторон, обрабатывающих персональные данные”, – говорится в заявлении службы.

  • Azərbaycanda ötən il üç milyondan çox şəxsin məlumatlarının ələ keçirilməsinə cəhdlər olub

    Yanvarın 28-i dünyada Fərdi Məlumatların Mühafizəsi Günü kimi qeyd olunur. Məhz 1981-ci ilin bu günündə fərdi məlumatların mühafizəsi sahəsində ilk beynəlxalq konvensiya qəbul olunub. Azərbaycan isə bu konvensiyaya 2009-cu ildə qoşulub və 2010-cu ildə ölkəmizdə “Fərdi məlumatlar haqqında” Qanun qəbul edilib.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

    “Rəqəmsal texnologiyaların sürətli inkişafı, emal edilən məlumatların həcminin artması və süni intellekt sistemlərinin tətbiqi fərdi məlumatların mühafizəsi sahəsində yeni risklər yaradır. Bu baxımdan, fərdi məlumatların mühafizəsi hazırda yalnız hüquqi öhdəlik deyil, eyni zamanda, rəqəmsal mühitdə etimadın və təhlükəsizliyin əsas şərti kimi çıxış edir.

    Bu məqsədlə cari il ərzində rəqəmsal risklərin tənzimlənməsini, vətəndaşların hüquqlarının gücləndirilməsini, eləcə də fərdi məlumatları işləyən tərəflər üçün öhdəlik və məsuliyyətin artırılmasını nəzərdə tutan təkmil qanunvericiliyin qüvvəyə minməsi gözlənilir.

    Ölkəmizdə fərdi məlumatların mühafizəsi sahəsində nəzarətin təmin edilməsi və vətəndaşların hüquqlarının qorunması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Bu çərçivədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti fərdi məlumatların mühafizəsi sahəsində səlahiyyətli orqan kimi ötən il ərzində həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində üç milyondan çox vətəndaşa aid fərdi məlumatların mümkün sızma hallarının qarşısını alıb.

    Eyni zamanda, fərdi məlumatların mühafizəsi tələblərinə əməl etməyən 40-dan çox hüquqi şəxs barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb və onlar inzibati məsuliyyətə cəlb edilib.

    Sosial şəbəkələrdə aparılan nəzarət tədbirləri çərçivəsində 3 000-dən çox vətəndaşa aid fərdi məlumatların qanunsuz yayılması halları ilə bağlı operativ tədbirlər görülüb və pozuntuların aradan qaldırılması təmin edilib.

    Qurum tərəfindən fərdi məlumatların mühafizəsi sahəsində daxil olan şikayətlər qəbul edilir və araşdırılır. Vətəndaş müraciətlərinin daha operativ qəbulu və icra vəziyyəti barədə məlumatlandırılmanın təmin edilməsi məqsədilə bu il xüsusi elektron portalın istifadəyə verilməsi nəzərdə tutulur.

    Yeni texnologiyaların yaratdığı risklər nəzərə alınaraq fərdi məlumatların mühafizəsi sahəsində öhdəliklərin izah edilməsi və məlumatlılığın artırılması məqsədilə dövlət qurumları, özəl sektor və vətəndaşlar üçün mütəmadi maarifləndirici tədbirlərin keçirilməsi davam etdiriləcək.

    Bu il, həmçinin ölkə üzrə fərdi məlumatların işlənildiyi informasiya sistemlərinin uçotunun aparılması, şəffaflığın və nəzarətin artırılması məqsədilə fərdi məlumatların informasiya sistemlərinin mərkəzləşdirilmiş vahid bazasının formalaşdırılması nəzərdə tutulur.

    Ümumilikdə həyata keçirilən tədbirlər fərdi məlumatların mühafizəsi sahəsində institusional potensialın gücləndirilməsinə, vətəndaşların hüquqlarının etibarlı şəkildə qorunmasına, eləcə də rəqəmsal mühitdə təhlükəsizliyin və etimadın artırılmasına xidmət göstərir. Vətəndaşları bu prosesdə fəal iştiraka, fərdi məlumatlarını məsuliyyətlə paylaşmağa və pozuntu halları ilə bağlı quruma müraciət etməyə çağırırıq. Fərdi məlumatları toplayan və işləyən tərəfləri isə qanunvericiliklə müəyyənləşdirilən öhdəliklərə ciddi əməl etməyə dəvət edirik”, – məlumatda deyilir.

  • İranlı narkotacirə kuryerlik edən Neftçala sakininin saxlanılma GÖRÜNTÜLƏRİ (Video)

    Neftçalada 20 kiloqram narkotik vasitə aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 43 yaşlı Samiq Abuşov saxlanılıb.

    Onun idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsindən ümumi çəkisi 20 kiloqrama yaxın olan narkotik vasitə həşiş və marixuana aşkarlanıb. S.Abuşov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini və narkotik vasitələri Bakı şəhərinə çatdırmalı olduğunu bildirib.

    Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

  • На каких дорогах в Баку чаще всего происходят аварии?

    В прошлом году в зоне охвата камер видеонаблюдения на дорогах Баку было зарегистрировано 2 546 дорожно-транспортных происшествий.

    Об этом сообщили в Центре интеллектуального управления транспортом (ЦИУТ) Министерства внутренних дел.

    Анализ аварий показал, что основными причинами являются превышение скорости, проезд на запрещающий сигнал светофора, несоблюдение дистанции, нарушение требований дорожных знаков и невнимательность водителей. Чаще всего аварии происходили на центральных улицах и проспектах с интенсивным движением – проспектах Зии Буниятова, Гейдара Алиева, Бабека, 8 Ноября, Тбилисском проспекте, а также на аэропортовском шоссе, трассе Баку – Сумгайыт, Сабунчи – Забрат и других участках.

    Факторы, вызывающие пробки

    В течение года на дорогах из-за технических неисправностей останавливали свои машины 1 889 транспортных средств, что приводило к образованию пробок. По фактам аварий и поломок сотрудники ЦИУТ и Управления государственной дорожной полиции Баку принимали оперативные меры.

    Роль “зелёной волны” в движении

    Для обеспечения более плавного потока транспорта на 60 улицах и проспектах Баку светофоры 73 717 раз работали в режиме “зелёной волны”.

    Снижение скорости из-за погодных условий

    Через информационные порталы водителей информировали о пробках, ремонте дорог, погодных условиях и ДТП. Для безопасности скорость движения снижалась 63 раза в течение года.