Month: January 2026

  • Rusiya vətəndaşı Bakıda hoteldə qəfil öldü

    Bakıda hoteldən meyit tapılıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsindəki hoteldə baş verib.

    Rusiya vətəndaşı, 1968-ci il təvəllüdlü Cəmil Alıyevin meyiti hoteldəki otaqlardan birində tapılıb. Onun ürək çatışmazlığından öldüyü bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Cavanşir Qurbanovun yerinə YENİ TƏYİNAT

    Yasamal Rayon Ağsaqqallar Şurasının mərhum sədri Cavanşir Qurbanovun yerinə təyinat olub.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, tarix elmləri doktoru, professor Fuad Məmmədov rayon şurasının yeni sədri seçilib.

    Tanınmış alim həm də “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidentidir.

    Xatırladaq ki, Cabir Novruz Mədəniyyət fondunun prezidenti, İkinci dərəcəli “Vətənə xidmətə görə” ordenli, beynəlxalq dərəcəli hakim Cavanşir Qurbanov ötən ilin may ayında vəfat edib.

  • Ramazan ayı nə vaxtdan başlayır? – TƏQVİM

    Bu il Ramazan ayının ilk gününün fevralın 19-na təsadüf edəcəyi gözlənilir. Fevralın 18-də Azərbaycan səmasında yeni ayın görünəcəyi proqnozlaşdırılır.

    Median.Az QMİ-nin təqviminə əsasən xəbər verir ki, Ramazan ayı fevralın 19-da başlayacaq.

    Müqəddəs ayda Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə təsadüf edəcək.

    Təqvimə görə, martın 20-i və 21-i Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.

  • Həkimlər vəziyyəti ağır olan körpələrə baxmayıb – Yeni detallar açıqlandı

    “Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

    APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili məhkəməyə vəsatət verib. Vəkil bildirib ki, məhkəmə tərkibi dəyişsə də, proses yenidən başlamayıb: “İşə yenidən baxılmalıdır”.

    Digər vəkillər vəsatəti müdafiə edib. Vəsatət təmin edilməyib.

    Prosesə sədrlik edən hakim bildirib ki, məhkəmə bu məsələyə münasibətini bildirib.

    Daha sonra təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili məhkəməyə vəsatət verib:

    Vəkil hadisə baş verən zaman körpələrin başqa xəstəxanalara hospitalizasiyasını həyata keçirən tibb personalının məhkəməyə şahid qismində çağırılmasını istəyib.

    Vəkil bildirib ki, körpələr Kliniki Tibbi Mərkəzə aparılsa da, həkimlər körpələrin yanına buraxılmayıb və onlara tibbi yardım göstərilməsinə icazə verilməyib, ona görə də körpələr ölüb. Zərərçəkmiş şəxsin hüquqi varisi vəkilin vəsatətinə münasibət bildirib.

    O qeyd edib ki, Kliniki Tibbi Mərkəzə aparılan körpələr qəbul edilsə də, vəziyyətləri ağır olduğu üçün həkimlər onlara baxmayıb. Həmin körpələrə elə Perinatal Mərkəzin həkimləri baxıb. Kliniki Tibbi Mərkəz onlara yalnız yer və müalicə avadanlıqları verib.

    Mehriban Abasquliyeva isə bildirib ki, körpələr Yeni Klinika ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin Perinatal Mərkəzin həkimləri Kliniki Tibbi Mərkəzə buraxllmayıb.

    Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini istəyib.

    Vəsatət təmin edilməyib.

    Məhkəmənin növbəti iclası 4 fevrala təyin edilib.

    Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib. Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

    İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

    Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

    Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

    Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

    Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində “Respublika Perinatal Mərkəzi”, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

  • Xırdalanda nəqliyyat sıxlığının azaldılması üçün yeni tunel inşa ediləcək

    “Xırdalan şəhərinin mərkəzində nəqliyyat sıxlığının azaldılması məqsədilə yeni tunel layihəsinin icrasına başlanılması planlaşdırılır”.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasına həsr olunmuş dəyirmi masada deyib.

    Onun sözlərinə görə, M-4 avtomobil yolu – Xırdalan (mərkəz) tuneli 2026-cı ildə tikintisinə başlanması mümkün olan prioritet layihələr sırasındadır.

    A.Rzayev bildirib ki, layihənin həyata keçirilməsi Xırdalan və ətraf ərazilərdə avtomobil axınının daha səmərəli təşkili, tıxacların azalması və paytaxta giriş-çıxışın sürətlənməsinə xidmət edəcək.

    Sədr həmçinin bildirib ki, 2026-cı ildə bir neçə yeni yol layihəsinin tikintisinə başlanması planlaşdırılır: “Bunlara M.Xiyabani – Kənar Dairəvi yol, Xırdalan dairəsi və Ə.Salamzadə – Z.Bünyadov istiqaməti daxildir”.

    Onun sözlərinə görə, həyata keçirilən və planlaşdırılan layihələr Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılmasına və hərəkətin daha təhlükəsiz təşkilinə xidmət edəcək.

  • Zorakılığın qurbanı olan uşaqlara aid istintaq materiallarının yayılması qadağan edilir

    Cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa aid istintaq materiallarının (o cümlədən ekspertiza rəyi, videogörüntü, fotoşəkil) yayılması qadağan edilir.

    Bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Mülki və Cinayət-Prosessual məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb.

    Belə ki, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasına yalnız həmin şəxslərin və onların qanuni nümayəndələrinin yazılı razılığı ilə yol verilir. Razılıq həmin uşaqların özündən və qanuni nümayəndələrindən alınır.
    //oxu.az

  • Государство гарантирует образование талантливым детям независимо от финансового положения

    Государство гарантирует продолжение образования талантливых детей вне зависимости от материального положения.

    Как сообщает Oxu.Az, данный вопрос нашел отражение в законопроекте “О правах ребенка”, который был вынесен на обсуждение в комитете Милли Меджлиса по делам семьи, женщин и детей.

    Отмечается, что государство обеспечивает принятие мер по привлечению к образованию детей, оставшихся вне обязательного общего среднего образования, и предотвращению таких случаев.

    Кроме того, государство принимает меры для раннего выявления детей с особыми способностями, оценки их способностей, учреждает именные и целевые стипендии для учащихся, отличающихся особыми талантами, создает и финансирует систему образовательных учреждений, развивает международные связи в этой сфере.

    В документе указано, что во всех образовательных учреждениях, независимо от формы собственности, детям предоставляется бесплатная медицинская и психологическая помощь в соответствии с законом.

    Подчеркивается, что педагоги должны защищать детей от всех форм физического и психологического насилия, удерживать их от вредных привычек, уважать их честь и достоинство. В образовательных учреждениях запрещено применение любой формы насилия в отношении детей в качестве дисциплинарной меры.

  • Dövlət istedadlı uşaqların təhsilini maliyyədən asılı olmayaraq, təmin edəcək

    Dövlət maddi vəziyyətindən asılı olmayaraq, istedadlı uşaqların təhsilini davam etdirməsinə təminat verəcək.

    Sözügedən məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” Qanun layihəsində əksini tapıb.

    Qeyd olunub ki, dövlət icbari ümumi orta təhsildən kənarda qalmış uşaqların təhsilə cəlb olunması və belə halların qarşısının alınması üçün tədbirlər görülməsini təmin edir.

    Bundan başqa, dövlət xüsusi istedada malik uşaqların erkən yaşdan üzə çıxarılması, onların qabiliyyətinin qiymətləndirilməsi üçün tədbirlər görür, xüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün adlı və məqsədli təqaüdlər təsis edir, təhsil müəssisələri sistemini yaradır və maliyyələşdirir, bu sahədə beynəlxalq əlaqələri inkişaf etdirir.

    Sənəddə qeyd olunub ki, mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrində uşaqlara qanuna uyğun olaraq ödənişsiz tibbi və psixoloji yardım göstərilir.

    Bildirilib ki, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli, onların şərəf və ləyaqətinə hörmət etməlidirlər. Təhsil müəssisələrində intizam tədbiri olaraq uşaqlara qarşı zorakılığın hər hansı formasının tətbiqi qadağandır.
    //oxu.az

  • Детям предоставляются права на доход, имущество и интеллектуальную собственность

    Ребенок имеет право собственности на доход (включая алименты, стипендии, пенсии, пособия и др.), имущество, полученное по наследству или в виде подарка, а также на другое имущество, приобретенное за его средства.

    Как сообщает Oxu.Az, вопрос был вынесен на обсуждение на сегодняшнем заседании комитета Милли Меджлиса по вопросам семьи, женщин и детей.

    Отмечается, что управление имуществом, принадлежащим ребенку, в соответствии с его наилучшими интересами и право ребенка распоряжаться этим имуществом будут определяться Гражданским кодексом и Семейным кодексом.

    Кроме того, подчеркивается, что каждый ребенок имеет свободу творчества. Государство будет гарантировать ребенку свободное осуществление литературно-художественного, научно-технического и других видов творчества.

    Также подчеркивается, что ребенок обладает правом интеллектуальной собственности.

  • Uşaqlara gəlir, əmlak və əqli mülkiyyət hüquqları verilir

    Uşaq gəlirinə (o cümlədən aliment, təqaüd, pensiya, müavinət və s.), vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə onun vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir.

    Sözügedən məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” Qanun layihəsində əksini tapıb.

    Qeyd olunub ki, uşağa məxsus əmlakın onun üstün mənafelərinə uyğun idarə olunması və uşağın həmin əmlak üzərində sərəncam vermək hüququ Mülki Məcəllə və Ailə Məcəlləsi ilə müəyyən olunacaq.

    Bundan başqa vurğulanır ki, hər uşağın yaradıcılıq azadlığı var. Bildirilib ki, dövlət uşağın ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərini azad həyata keçirməsinə təminat verəcək.

    Həmçinin vurğulanır ki, uşaq əqli mülkiyyət hüququna sahibdir.
    //oxu.az