Month: January 2026

  • Испания решила легализовать сотни тысяч мигрантов

    Правительство Испании объявило о намерении наделить легальным статусом сотни тысяч мигрантов, которые работают или находятся в стране без разрешения.

    Об этом сообщает Associated Press (AP) со ссылкой на министра социального обеспечения и миграции Эльму Саис.

    “Сегодня исторический день”, – заявила она журналистам, комментируя данную инициативу. Глава ведомства отметила, что иммигранты могут начать подавать заявки на легализацию с апреля, когда соответствующий декрет должен вступить в силу. Разрешение будет действовать в отношении тех, кто прибыл в Испанию до 31 декабря 2025 года, пробыл в стране не менее пяти месяцев и не имеет судимости.

    По различным подсчетам, выгодой от планов испанских властей могут воспользоваться 500-800 тыс. мигрантов. Многие из них – выходцы из стран Латинской Америки и Африки, занятые в сельском хозяйстве, туризме и секторе услуг.

    AP поясняет, что этот декрет позволит обойти закон с аналогичной инициативой, который пока не может получить одобрение в парламенте.

    В ноябре 2024 года Саис заявляла, что испанские власти намерены проводить легализацию до 300 тыс. мигрантов в год, чтобы восполнить нехватку рабочей силы в стране из-за старения населения. Тогда она сказала, что политика с привлечением мигрантов продлится три года. Министр уточнила, что Испании нужно в год 250-300 тыс. иностранных работников, способных платить налоги, с целью сохранить государство всеобщего благосостояния.

  • İspaniya 800 minədək miqranta leqal status vermək niyyətindədir

    İspaniya hökuməti ölkədə icazəsiz işləyən və ya yaşayan yüz minlərlə miqranta leqal status vermək niyyətində olduğunu bəyan edib.

    Median.Az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə sosial təminat və miqrasiya naziri Elma Sais bildirib.

    Nazir qeyd edib ki, immiqrantlar leqallaşma üçün müraciətləri aprel ayından – müvafiq fərmanın qüvvəyə minəcəyi vaxtdan etibarən verməyə başlaya bilərlər.

    İcazə 31 dekabr 2025-ci il tarixinədək İspaniyaya gəlmiş, ölkədə ən azı beş ay qalmış və məhkumluğu olmayan şəxslərə şamil ediləcək.

    Müxtəlif hesablamalara görə, İspaniya hakimiyyətinin bu planlarından 500 000 – 800 000 miqrant yararlana bilər. Onların çoxu kənd təsərrüfatı, turizm və xidmət sektorunda çalışan Latın Amerikası və Afrika mənşəli şəxslərdir.

  • От Мехдиабада в направлении станции “28 Мая” будет проложена трамвайная линия

    Проводятся проектные работы по внедрению трамвайного сообщения от поселка Мехдиабад до станции метро “28 Мая”.

    Как сообщает АПА, об этом заявил председатель Азербайджанского агентства наземного транспорта Анар Рзаев в ходе выступления на круглом столе, посвящённом исполнению за прошлый год Государственной программы по совершенствованию транспортной инфраструктуры в городе Баку и прилегающих территориях на 2025-2030 годы.

    Он отметил, что проведены работы, связанные с восстановлением трамвайной линии:

    “Уже подготовлено предварительное технико-экономическое обоснование проекта внедрения трамвая, который будет курсировать от посёлка Мехдиабад до станции метро “28 Мая”, ведутся проектные работы. С учётом прохождения трамвайной линии также согласована форма поперечного сечения пути вдоль маршрута, в том числе на участке, проходящем через территорию Sea Breeze”.

  • Mehdiabaddan “28 may” stansiyası istiqamətində tramvay yolu çəkiləcək

    “Mehdiabaddan metronun “28 May” stansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir”.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bunu “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada çıxışı zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.

    O bildirib ki, tramvay xəttinin bərpası ilə əlaqədar işlər görülüb:

    “Artıq Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasına tramvayın tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırdır, layihələndirmə üzrə işlər həyata keçirilir. Tramvay xəttinin keçəcəyini nəzərə alaraq, marşrut üzrə “Sea Breeze” daxilində yolun en kəsiyinin forması da razılaşdırılıb”.

  • Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir

    Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir.

    Sözügedən məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” Qanun layihəsində əksini tapıb.

    Sənəddə qeyd olunur ki, hər bir uşağın vicdan azadlığı var və hər kəs uşağın vicdan azadlığına hörmətlə yanaşmalıdır.

    Bundan başqa, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər.

    Həmçinin uşaqların dinə etiqad etməyə məcbur olunması qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.

    Qeyd olunub ki, yalnız qanunda nəzərdə tutulan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula bilər.
    //oxu.az

  • Balakəndəki kanat yolu niyə işə salınmır? (Video)

    Balakən rayonunun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən kanat yolu uzun illərdir fəaliyyət göstərmir.

    2008-ci ildə istifadəyə verilən və təxminən 10 il xidmət göstərən kanat yolu texniki nasazlıqlar səbəbindən işləmir.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, uzunluğu 1 200 metr olan, 6 kabinədən ibarət bu sistem Avstriya istehsalı olan avadanlıqlarla təchiz edilib və saatda 216 nəfərə xidmət göstərə bilirdi. Lakin artıq 8 ilə yaxındır ki, Balakənin simvollarından sayılan bu turizm obyekti istifadəsiz vəziyyətdə qalıb.

    Kanat yolunun işləməməsi həm yerli sakinləri, həm də rayona gələn turistləri narahat edir.

  • Azərbaycan teatrlarında 46 ştat ləğv edildi

    “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiq edilib. Qəbul edilmiş dəyişikliklər ölkə üzrə fəaliyyət göstərən 23 dövlət teatrını əhatə edir.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, yeni yanaşma çərçivəsində mövcud idarəetmə modelinin optimallaşdırılması məqsədilə 2 bədii rəhbər, 21 baş rejissor və 23 baş rəssam ştat vahidi ləğv edilərək, həmin vəzifələrin funksiyaları ştat cədvəlinə uyğun şəkildə müvafiq vəzifələrin icrasına həvalə edilib.

    Hazırda bu vəzifələri icra edən şəxslər teatrların yenilənmiş strukturuna uyğun olaraq fəaliyyətlərini quruluşçu rejissor, yaradıcı şöbə müdiri, rəssam və quruluşçu rəssam vəzifələrində davam etdirirlər.

    Qeyd edək ki, respublika üzrə fəaliyyət göstərən 23 teatrda:

    2 bədii rəhbər (Azərbaycan Dövlət Milli Dram Teatrı və Azərbaycan Dövlət Pantomim Teatrı), 13 baş rejissor (Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Yuğ Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Salyan Dövlət Kukla Teatrı və İlya Çavçavadze adına Qax Dövlət Gürcü Dram Teatrı), 15 baş rəssam (Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Yuğ Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Gəncə Dövlət Milli Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Salyan Dövlət Kukla Teatrı və Qax Dövlət Kukla Teatrı) üzrə müvafiq ştat vahidlərinin funksiyalarının icrası yenilənmiş struktur çərçivəsində digər vəzifələrin icrası zamanı nəzərə alınıb.

    Bu dəyişikliklərin əsas məqsədi teatrların idarəetmə mexanizmlərinin çevikliyini artırmaq, yaradıcılıq prosesinin səmərəliliyini gücləndirmək və müasir idarəetmə prinsiplərinə uyğun institusional model formalaşdırmaqdır.

  • Etibarlılıq problemi: Ən tez sıradan çıxan avtomobil markası açıqlandı

    BGR saytı “Consumer Reports” tədqiqatına əsaslanaraq istifadə edilmiş avtomobillər arasında ən etibarsız markaları açıqlayıb.

    Bu antireytinqin birinci pilləsini populyar elektrik avtomobili istehsalçısı tutur.

    Qeyd olunur ki, “Tesla” markası istifadə edilmiş avtomobillərin etibarlılıq reytinqində sonuncu yerdədir. Şirkət yalnız 31 bal toplayıb, lider marka “Lexus” isə 77 bal əldə edib.

    Ekspertlər beş illik və onillik yaşlı modellərin sahiblərini sorğu edərək, sıradan çıxma məlumatlarını təhlil ediblər. Nəticələr göstərir ki, “Tesla” yeni modellərində etibarlılığı artırsa da, istifadə edilmiş modellər hələ də çoxsaylı problemlərə malikdir.

    Xüsusilə “Tesla Cybertruck” pikap modeli markanın ən problemli avtomobillərindən biri hesab olunub. Onun bir neçə tez-tez baş verən problemi aşkarlanıb, o cümlədən bəzi elektron komponentlərin düzgün işləməməsi.

    Ekspertlər bildirirlər ki, bir çox elektrik avtomobillər daxili yanma mühərrikli avtomobillərdən daha az etibarlı çıxıb. Lakin yeni elektrik avtomobillər beş illik və onillik istifadə edilmiş modellərə nisbətən daha az problemə malikdir.
    //qaynar.az

  • “Turan Tovuz” futbolçusu ilə vidalaşdı

    “Turan Tovuz” klubu futbolçusu Abdulla Rzayevlə yollarını ayırıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Oyunçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

    İcarə əsasında komandada çıxış edən Abdulla Rzayev müqavilə ilə məxsus olduğu “Sabah” klubuna qayıdıb.

  • Mirzoyan AŞPA rəhbəri ilə İrəvan və Bakı arasında sülh prosesindən danışıb

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Petra Bayr ilə görüşüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, tərəflər xüsusilə Ermənistan və Azərbaycan arasında sülhün nizamlanması prosesindəki irəliləyişi müzakirə ediblər.

    Regional gündəmin müzakirəsi zamanı Mirzoyan 8 avqust 2025-ci il tarixli Vaşinqton razılaşmaları çərçivəsində Bakı ilə İrəvan arasında əldə olunmuş sülhün möhkəmləndirilməsi və institusionallaşdırılması istiqamətində həyata keçirilmiş və hazırda davam edən addımlar barədə məlumat verib. Tərəflər həmçinin humanitar məsələlərə də toxunublar.

    Mirzoyan Avropa Şurası ilə əməkdaşlığın vacibliyini də qeyd edib və Ermənistanda islahatların həyata keçirilməsinin davam edəcəyini bildirib. Həmsöhbətlər parlamentlər arasında qarşılıqlı əlaqələrin əhəmiyyətini də vurğulayıblar.