Month: January 2026

  • Gəlin zalda yox, ekranda idi – Azərbaycanda maraqlı toy (Video)

    Azərbaycanda maraqlı və qeyri-adi toy hadisəsi yaşanıb.

    Median.Az bizim.media-ya istinadən xəbər verir ki, Yevlaxda keçirilən toy məclisində gəlin iştirak etməyib.

    Ailənin sözlərinə görə, bu qərar qarşılıqlı razılıq əsasında verilib.

    Belə ki, gəlin öz toy məclisini canlı bağlantı vasitəsilə izləyib.

    Bəyin atası Şirin Şirinov bildirib ki, oğluna təklif edib ki, gəlinsiz toy etsinlər:

    “Təxminən 5-6 ay əvvəl oğluma dedim ki, kimi göstəririksə istəmirsən, gəl sənin toyunu edim sonra qız nə vaxt tapsan evlənərsən. Bu sözümə güldülər. Aradan bir müddət keçdi, gəldi ki, ata sən düz deyirsən, gəl, toy edək, qızı sonra taparam. 1 həftənin içində toy məsələni həll etdik, qız kimdir? Taylanddan. Dedim Allah xoşbəxt etsin, insan insandır. Əsas gəlindir, sonra vaxt olar gətirərsən”.

    Bəyin anası Səfayət Şirinova isə bildirib ki, oğlu Taylanddan olan qızla 1 ildir ki, danışırmış:

    “Onun eşqinə ingilis dilini də öyrəndi. Qız universitetdə oxuduğuna görə, gətirməyə icazə vermədilər. Guya özü getmişdi qızı gətirməyə. 10 gün qaldı, sonra qayıdıb gəldi. Qızı gətirə bilmədi. Toy etdik, çıxıb getdi. Sadəcə görüntülü danışmışıq qızla. Azərbaycan dilində çoxlu sözlər də bilir. Bizə ana, ata deyir”.

  • Kələm turşusu ilə bağlı məsələ nəzarətə götürüldü – Video

    Sosial şəbəkələrdə yayılan görüntülərdə açıq satışda olan kələm turşusu məhsulunun rənginin süni şəkildə dəyişdirilməsi ilə bağlı iddialar irəli sürülüb.

    Məsələ Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb. Aparılan araşdırmalar çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli bazarı” və bazarətrafı ərazidə nəzarət tədbirləri həyata keçirilib. Rəngləyici xammaldan və məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəticələrlə bağlı əlavə məlumat veriləcək.

    AQTA istehlakçıları qida məhsulları alarkən diqqəti olmalarını və mənşəyi məlum olmayan məhsulları istehlak etməməyi tövsiyə edir. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

    Daha ətraflı məlumatı videosüjetdən əldə edə bilərsiniz:

  • Ermənistan və Azərbaycan razılığa gəldi

    Ermənistan və Azərbaycan mayeləşdirilmiş təbii qaz və bitum ixrac etmək barədə razılığa gəliblər.

    Bu barədə Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyan bildirib. Onun sözlərinə görə, ixrac Azərbaycan dəmir yolu vasitəsilə olacaq.

    Papoyanın sözlərinə görə, Ermənistan yaxın gələcəkdə Rusiya mayeləşdirilmiş təbii qazını Azərbaycan ərazisindən dəmir yolu ilə idxal etmək niyyətindədir.

    “İki ölkə mayeləşdirilmiş təbii qaz və bitumun Azərbaycan ərazisindən dəmir yolu ilə daşınması barədə razılığa gəliblər. Sahibkarlarımız artıq bu fürsətdən yararlana bilərlər”, – deyə o yazıb.

    Qeyd edək ki, Rusiya malları dəmir yolu ilə Bakıdan Gəncəyə və Böyük Kəsiyə dəmir yolu ilə Gürcüstan sərhədinə qədər dəmir yolu xətti ilə daşınacaq (təxminən 500 km). Oradan Qardabanidən Tbilisiyə və daha sonra Ermənistan sərhədinə (Sadaxlo-Ayrum) gedən marşrut 120 km-dir.
    //unikal.az

  • İmişlidə yanan evdən meyit tapıldı – Qadın saxlanıldı

    Yanvarın 26-da İmişli şəhəri ərazisində yerləşən evlərdən birində yanğın hadisəsinin baş verməsi və həmin evdə naməlum kişi meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə “Unikal”ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, ilkin yoxlama zamanı meyitin 1957-ci il təvəllüdlü Sədrəddin Fərəcov olması və onun bədəni üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətin olduğu müəyyən edilib.

    Keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1979-cu il təvəllüdlü Elnarə Cəfərovanın Sədrəddin Fərəcovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. E.Cəfərova iş üzrə şübhəli şəxs qismində tutulub.

    Hazırda istintaq davam edir.

  • Suriyada baş verənlərlə bağlı Ərdoğandan açıqlama

    Suriyada hakimiyyət dəyişikliyi milyonlarla insanın Vətənə qayıtmasına yol açıb. Təkcə Türkiyədən 600 min suriyalı öz evinə geri dönüb. Qonşu ölkə bərpa yoluna qədəm qoyub, iqtisadiyyatı isə qlobal münasibətlər sisteminə yenidən inteqrasiya olunur.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada xaricdə layihələr həyata keçirən tikinti şirkətlərinin mükafatlandırılması mərasimində çıxışı zamanı bildirib.

    Türkiyə Prezidenti deyib ki, Suriyada baş verən müsbət proseslər regionda terror təhlükəsinin tam aradan qaldırılacağına inamı möhkəmləndirir. “Suriya xalqının resursları artıq terrorçular üçün yeraltı tunellərin qazılmasına sərf edilməyəcək, məktəblərin, xəstəxanaların, çörək zavodlarının, fabriklərin və yolların tikintisinə yönəldiləcək. Suriyanın sərvəti təhsil, səhiyyə və digər sahələrin inkişafı naminə istifadə olunacaq ki, bu da xalqın rifahını artıracaq”, – deyə o vurğulayıb.

    Rəcəb Tayyib Ərdoğan Suriyada yaşayan etnik kürdlərin vəziyyətinə də diqqət çəkərək xatırladıb ki, Bəşər Əsəd rejimi dövründə onların vətəndaş hüquqları olmayıb. “Bu gün biz Suriya hökuməti ilə sıx əməkdaşlıq şəraitində kürd qardaş və bacılarımızın humanitar yardımın çatdırılması ilə bağlı müraciətlərinə cavab veririk. Suriya hökuməti və şəxsən Prezident Əhməd Əl Şaraa bu məsələdə böyük həssaslıq nümayiş etdirir. Dəməşqdə problemlərin qan tökülmədən həllinə çalışmaqla çox ağıllı hərəkət edirlər. Bu, Türkiyə üçün son dərəcə dəyərlidir”, – deyə Türkiyə Prezidenti qeyd edib.

  • Burun əməliyyatı həyatını qaraltdı: Paytaxt sakini həkimi məhkəməyə verdi – Video

    2 380 manat ödədiyi əməliyyatdan sonra burun nahiyəsində fəsadlar yarandığını iddia edən vətəndaş məhkəməyə müraciət edib.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxt sakini Firuzə Əliyeva burun çəpərinin əyriliyi və rinoplastika əməliyyatından sonra səhhətində ciddi problemlər yarandığını iddia edir. Onun sözlərinə görə, əməliyyatdan sonra beynində travma yaranıb, görmə qabiliyyəti zəifləyib, nəfəs alması çətinləşib. Bundan əlavə, burun dəlikləri arasında yerləşən kanallarda iltihab prosesi başlayıb.

    Firuzə Əliyeva bildirir ki, bir il əvvəl paytaxtdakı özəl klinikalardan birində lor-cərrah Babək Həsənli tərəfindən əməliyyat olunub. Lakin əməliyyat gözlənildiyi kimi fəsadsız keçməyib.

    Onun iddiasına görə, əməliyyat üçün 2 380 manat ödəniş etsə də, sonradan yaranan fəsadların müalicəsi üçün əlavə olaraq 6 min manatdan çox vəsait xərcləməli olub. Bu səbəbdən də o, həkimə qarşı təzminat tələbi ilə məhkəməyə müraciət edib.

    Məsələ ilə bağlı lor-cərrah Babək Həsənli ilə də əlaqə saxlanılıb. O, pasiyentin irəli sürdüyü iddialara münasibət bildirərək qeyd edib ki, Firuzə Əliyeva əməliyyatdan sonra tövsiyə olunan müalicə və reabilitasiya tədbirlərinə əməl etməyib.

    Nəsimi Rayon Prokurorluğundan isə bildirilib ki, faktla bağlı araşdırma aparılır.

  • “Latsio”nun qapıçısı İPL klubunda

    “Latsio”nun qapıçısı Xristos Mandas karyerasını İngiltərə Premyer Liqasında (İPL) davam etdirəcək.

    24 yaşlı qolkiper “Bornmut”un formasını geyinəcək.

    Məlumatı “albalılar”ın rəsmi saytı yayıb. O, müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan icarə müqaviləsinə imza atıb.

    Cari mövsüm “Latsio”nun heyətində bir oyunda forma şansı qazanan Mandas qol buraxmayıb. Onun Roma klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.

    “Transfermarkt” portalı sözügedən futbolçunun transfer qiymətini 5 milyon avro ilə qiymətləndirir.

    23 tura 30 xal toplayan “Bornmut” İPL-in turnir cədvəlində 13-cü pillədə mövqe tutub.

  • Ульви Гусейнли освобожден от должности

    В Аппарате Верховного Меджлиса Нахчыванской Автономной Республики произошло кадровое изменение.

    Как сообщает Median.Az со ссылкой на manset.az, соответствующим распоряжением руководитель Аппарата Верховного Меджлиса НАР Ульви Гусейнзаде освобожден от занимаемой должности.

    Согласно сведениям, он работал на этом посту с 2020 года.

    Отмечается, что У.Гусейнзаде не опроверг информацию о своем увольнении.

  • Ülvi Hüseynli vəzifəsindən AZAD EDİLDİ

    Naxçıvan MR Ali Məclisinin Aparat rəhbəri vəzifəsindən azad edilib.

    Median.Az Manset.az-a istinadən xəbər verir ki, imzalanmış müvafiq sərəncamla Naxçıvan MR Ali Məclisinin Aparat rəhbəri Ülvi Hüseynli tutduğu vəzifəsindən azad edilib.

    Ülvi Hüseynli işdən çıxarılması ilə bağlı məlumatı təkzib etməyib.

    Qeyd edək ki, Ü.Hüseynli 2020-ci ildən bu vəzifədə çalışırdı.

  • Planetlərin kiçik paradını nə vaxt görmək mümkün olacaq?

    Fevralın 28-nə keçən gecə Yer sakinləri nadir astronomik hadisə – planetlərin kiçik paradını müşahidə edə biləcəklər.

    Bu barədə Moskva Planetariyasının əməkdaşı Lyudmila Koşman qurumun “Telegram” kanalında məlumat verib.
    Onun sözlərinə görə, gecə səmasında Günəş sisteminin demək olar ki, bütün planetləri bir-birinə olduqca yaxın məsafədə düzüləcək. Yalnız Mars bu “səma tamaşasında” iştirak etməyəcək.
    Yupiter və Uran gecə saatlarında müşahidə edilə biləcək. Yupiter Əkizlər bürcündə parlaq şəkildə görünəcək, Uran isə yalnız teleskop vasitəsilə seçiləcək. Digər dörd planet – Saturn, Neptun, Merkuri və Venera – səmanın dar bir sektorunda toplanaraq planetlərin kiçik paradını formalaşdıracaq.
    Müşahidə üçün ən əlverişli şərait fevralın 28-i axşam saatlarında yaranacaq. Planetlər günbatımı zamanı səmanın qərb üfüqü üzərində çox alçaqda yerləşəcək. Koşmanın sözlərinə görə, Neptunu müşahidə etmək yalnız güclü teleskopla mümkün olacaq.
    Bundan əlavə, fevral ayında halqavari Günəş tutulması da baş verəcək. Tutulma fevralın 17-də Cənub yarımkürəsində müşahidə olunacaq və Bakı vaxtı ilə saat 13:57-dən 17:27-dək davam edəcək.