Vətəndaşlar kommunal xərclərin yüksək olmasından və bu xərcləri ödəməkdə çətinlik çəkmələrindən şikayətlənirlər. Bölgələrdə yaşayan sakinlər isə xərcləri azaltmaq məqsədilə qazla yanaşı odun sobasından istifadə etdiklərini bildirirlər.
Bəs bu sahədə hansısa güzəştin olması gündəmdədir?
Median.Az bildirir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, qaz limitini aradan qaldırmaq müəyyən dərəcədə vətəndaşların işini yüngülləşdirə bilər:
“Ən azından bu limitin həddini bir az da yüksəltmək lazımdır ki, aztəminatlı, yoxsul insanlar qış aylarında bu qədər sıxıntı içində olmasınlar və daha rahatlıqla kommunal xərclərin ödənməsini təmin edə bilsinlər. Çünki kommunal xərclərin altında əzilmək bir çox hallarda sağlamlıq problemlərinə gətirir. İstilik istifadəsi az olanda bunun əziyyətini ən çox uşaqlar çəkir. Amma bu məsələlər barədə təkliflər hökuməti də düşündürür. Yəqin ki, vəziyyət optimal şəkildə dəyərləndirilərək qərarlar qəbul ediləcək”.
Month: January 2026
-
Qaz limitinin həddi artırılacaq? – AÇIQLAMA
-
Konstitusiya Məhkəməsindən vacib qərar
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Median.Az bildirir ki, Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən modern.az-a bildirilib ki, məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2 və 228.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F. Məmmədovun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Bayramovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2-ci maddəsinin dispozisiyasında əks edilmiş “az əhəmiyyətlilik” xüsusiyyəti qiymətləndirici xarakter daşıdığından, həmin Məcəllənin 228.1-ci maddəsində göstərilən tərkib əlamətlərinin mövcud olduğu əməlin az əhəmiyyətli olub-olmaması bu Qərarın təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmaqla hər bir işin faktiki hallarına əsasən hüquq tətbiqedən orqanlar tərəfindən müəyyən edilir. Bu zaman döyüş sursatının kəmiyyət göstəricisi (patronun sayı) hüquq pozuntusunun ictimai təhlükəliliyini müəyyənləşdirməyə imkan verən digər göstəricilərlə (motiv, məqsəd, əməlin törədildiyi məkan, zaman, şərait və s.) birlikdə qiymətləndirilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfs Nəir edilə bilməz. -
İraq parlamenti prezident seçkilərini təxirə saldı
İraq parlamenti çərşənbə axşamı keçirilməsi planlaşdırılan prezident seçkilərini təxirə salıb.
Median.Az xəbər verir ki, buna səbəb kürdlərin prezidentliyə namizəd irəli sürə bilməməsidir.
INA agentliyinin məlumatına görə, parlament sədri Heybət əl-Halbusi İraqın iki əsas kürd partiyası olan Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvər Birliyindən (KVB) razılığa gəlmək üçün hər iki tərəfə daha çox vaxt vermək məqsədilə səsvermənin təxirə salınması ilə bağlı xahişlər alıb.
İraqda bir qayda olaraq, baş nazir postunu şiə, parlament sədrini sünni, prezident vəzifəsini isə əsasən kürd tutur. -
Nazir deputatın yaxın qohumunu işdən çıxardı – FOTO

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov vəzifəsindən azad edilib.
Median.Az “Unikal”a istinadən xəbər verir ki, işdən çıxarılan nazir müavini S.Cəfərov deputat Kamal Cəfərovun əmisi oğludur.
Qeyd edək ki, Sarvan Cəfərov 2018-2020-ci illərdə Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi və müşaviri olub. 2020-ci ilin mart ayından nazirlikdə aparat rəhbəri vəzifəsində işləyib. Həmin ilin iyul ayından isə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. 2026-cı il yanvarın 27-də kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib.
Xatırladaq ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib. Bununla bağlı müvafiq sərəncamlar imzalanıb. Sərəncamlara əsasən, indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçilik şöbəsinin müdiri Seymur Səfərli nazirin müavini vəzifəsinə təyin olunublar.

-
Gözəllik salonunda tərk edilən uşaqlar: “Anamızı sevirik”
Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova sosial şəbəkə hesabında gözəllik salonlarından birində ananın iki azyaşlı övladını tərk etməsi ilə bağlı paylaşım edib.
Uşaqlar dövlət qurumlarının müdaxiləsi nəticəsində sığınacağa yerləşdiriliblər.
Sığınacaq əməkdaşı Müşfiq Hümbətlinin sözlərinə görə, uşaqlar əvvəlcə atanın yanında olub, daha sonra nənə-babalarının yanına yerləşdiriliblər:
“Ana onları oradan götürdükdən sonra bir müddət saxlayıb, sonuncu dəfə isə hansısa salonda rəfiqəsinin yanında qoyub. Məlumata görə, ana pis vərdişlərin aludəçisi olub. Uşaqlarla maraqlanmadığı üçün onlar baxımsız vəziyyətdə qalıb və təhsildən yayındırılıblar. Uşaqlar isə bildiriblər ki, analarını çox sevirlər”.
Məlumata görə, ana bir müddət uşaqları ilə birlikdə şəhərdəki hamamların birində qalıb. Daha sonra isə anidən yoxa çıxıb və 4-5 gün ərzində ondan xəbər alınmayıb. Bundan sonra obyekt əməkdaşları uşaqlarla bağlı Sosial Xidmətlər Agentliyinə müraciət ediblər.
Qeyd edək ki, “Mehriban” Qadın və Uşaq Sığınacağının yaydığı məlumatda uşaqlardan birinin ürək problemi olduğu qeyd olunub.
-
Azərbaycanla Ermənistan arasında daha bir RAZILIQ ƏLDƏ OLUNDU – RƏSMİ

İrəvanla Bakı arasında mayeləşdirilmiş qaz və bitumun Azərbaycan ərazisi vasitəsilə dəmir yolu ilə daşınması barədə razılaşma əldə olunub.
Median.Az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sosial şəbəkə hesabında yazıb.
“Bizim sahibkarlar artıq bu imkandan yararlana bilərlər”, – nazir qeyd edib.//report -
İmişlidə yanmış evdə bıçaqlanmış kişi meyiti tapıldı: Şübhəli bilinən qadın saxlanıldı

Yanvarın 26-da İmişli şəhəri ərazisində yerləşən evlərdən birində yanğın hadisəsinin baş verməsi və həmin evdə naməlum kişi meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Median.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib.Qeyd edilib ki, ilkin yoxlama zamanı meyitin 1957-ci il təvəllüdlü Sədrəddin Fərəcov olması və onun bədəni üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətin olduğu müəyyən edilib.
Keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1979-cu il təvəllüdlü Elnarə Cəfərovanın Sədrəddin Fərəcovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. E.Cəfərova iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
-
Qırğızıstan miqrantlarla bağlı Rusiyaya qarşı iddia qaldırdı

Qırğızıstan əmək miqrantlarının ailə üzvlərinə icbari tibbi sığorta kartı verməkdən imtina etdiyinə görə Avrasiya İqtisadi İttifaqı (Aİİ) Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb.
Bu barədə İcbari Tibbi Sığorta Fondunun (İTSF) sədri Əzəmət Mukanov yanvarın 27-də Joqorku Keneşin (Parlament) komitə iclasında bildirib.
Onun sözlərinə görə, Aİİ-nin icbari tibbi sığorta kartı yalnız Rusiyada işləyən üzv dövlətlərin vətəndaşlarına deyil, həm də onların ailə üzvlərinə verilməsini tələb edən bir müqaviləsi var.
“Qırğızıstan tərəfi Aİİ müqavilələrində göstərilən tələblərə əməl etməyən Rusiya tərəfinə qarşı iddia qaldırıb. İcbari tibbi sığorta kartı Rusiyada işləyənlərin ailə üzvlərinə də verilməlidir”, – Mukanov deyib.
Bu məsələnin Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Qırğızıstana səfəri zamanı qaldırıldığı da bildirilib.//apa
-
Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı

Azərbaycan teatrlarında 46 ştat ləğv edilib .
Median.Az bildirir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
Onlardan 2-si bədii rəhbər, 21-i baş rejissor və 23-ü baş rəssam ştatıdır.
Hazırda bu vəzifələri icra edən şəxslər teatrların yenilənmiş strukturuna uyğun olaraq fəaliyyətlərini quruluşçu rejissor, yaradıcı şöbə müdiri, rəssam və quruluşçu rəssam vəzifələrində davam etdirirlər.//sfera.az -
DİN-dən böyük əməliyyat: bu şəbəkə çökdürüldü – FOTO

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə təqsirləndirilən 6 nəfər həbs olunub.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin paytaxt ərazisində narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əliş Əliyev, Daşqın Rzayev, Miryusif Abbasov, Yusif Rəhimov, Mahmud Nəzərov və Ülviyyə Aslanova tutulublar.
Onlardan 21 kq marixuana, heroin, metamfetamin və 246 ədəd psixotrop tərkibli həb aşkarlanıb.
Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisində narkotiklərin əlbəəl satışı və qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib. Faktlarla bağlı cinayət işləri başlanılıb və onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.//sfera.az



