Month: January 2026

  • Bakıda soyğunçuluq edənlər tutuldu – Video

    Xətai rayonu M.Hadi küçəsində paytaxt sakini olan bir nəfərin mobil telefonu naməlum şəxslər tərəfindən talama yolu ilə əlindən alınıb.

    Bu barədə zərərçəkən şəxsin polisə şikayəti daxil olub. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri 21 yaşlı Surxay Əliyev və həmyaşıdı Mirvəli Seyidov saxlanılıblar. Cinayət anı təhlükəsizlik kameraları vasitəsilə görüntülənib.

    Araşdırma aparılır.

  • В Баку начался суд над мужчиной, обвиняемым в убийстве племянника

    В Баку начался судебный процесс по делу Бабека Ибадова, обвиняемого в убийстве своего племянника.

    Как сообщает Oxu.Az, на заседании Бакинского суда по тяжким преступлениям под председательством судьи Эльмина Рустамова были уточнены анкетные данные обвиняемого. Суд принял решение оставить меру пресечения в виде заключения под стражу без изменений и приступить к рассмотрению дела по существу.

    Следующее заседание назначено на 2 февраля.

    Напомним, что инцидент произошёл 4 ноября 2025 года около часа ночи на улице Башира Сафароглу в Низаминском районе Баку. Ясин Ибадов (2006 г.р.) был доставлен в больницу с многочисленными ножевыми ранениями, однако спасти его жизнь не удалось. По подозрению в совершении преступления был задержан его дядя – Бабек Ибадов (1987 г.р.). Установлено, что он ранее был судим и заранее планировал убийство.

    По данному факту возбуждено уголовное дело, обвинение предъявлено по статье 120.1 (умышленное убийство) УК Азербайджана.

  • Bakıda qardaşı oğlunu qətlə yetirən şəxsin məhkəməsi başlayıb

    Bakıda qardaşı oğlunu öldürməkdə ittiham olunan Babək İbadovun cinayət işinin məhkəməsi başlayıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Babək İbadov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyisdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

    Məhkəmənin növbəti iclası fevralın 2-nə təyin edilib.

    Qeyd edək ki, hadisə 2025-ci il noyabrın 5-də saat bir radələrində Nəsimi rayonunun Bəşir Səfəroğlu küçəsində baş verib.

    Belə ki, 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi 1987-ci il təvəllüdlü Babək İbadov tutulub.

    Onun əvvəllər məhkum edildiyi və qətli öncədən planlaşdırdığı məlum olub.

    Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
    //oxu.az

  • “Liverpul” – “Qarabağ” oyununun hakim təyinatları AÇIQLANDI

    “Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu – VIII turunda “Liverpul”a qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.

    Liverpuldakı “Enfild Roud” stadionunda baş tutacaq görüşə Slovakiyadan olan ədalət təmsilçiləri təyinat alıblar.

    Qarşılaşmanı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək. Branislav Hançko və Yan Pozor oyunun baş hakiminin köməkçiləri olacaqlar. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.

    VAR-da niderlandlı Pol van Boekel, AVAR-da isə belçikalı Yan Boterberq əyləşəcəklər.

    Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 29-da Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

  • Salyanda iki yeniyetmə qıza əxlaqsızlıq edən şəxsə hökm oxundu

    Salyanda iki yeniyetməyə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən Şakir Mirzəlizadənin (ad və soyad şərtidir – red.) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib.

    İttihama görə, Şakir Mirzəlizadə soyğunçuluq məqsədi ilə qonşusunun evinə girib. Evdə yetkinlik yaşına çatmayan 2011 və 2012-ci il təvəllüdlü iki qızı görüb və həmin şəxslərə zor tətbiq edərək seksual xarakterli hərəkətlər edib. Daha sonra evdən min manat götürərək qaçıb.

    Ona Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə), 157.1 (Mənzil toxunulmazlığını pozma, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma), 180.1-ci ( Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddələri ilə ittiham irəli sürülüb.

  • Sumqayıtın bəzi ərazilərində müvəqqəti fasilə olacaq

    Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində magistral su xəttində qəza baş verib.

    Bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.

    Bildirilib ki, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə bağlı gün ərzində şəhərin bəzi ərazilərinin su təminatında müvəqqəti fasilə yaranacaq.

  • Джейхун Байрамов и Гидеон Саар провели встречу в расширенном составе

    Между министром иностранных дел Азербайджана Джейхуном Байрамовым и его израильским коллегой Гидеоном Сааром состоялась встреча в расширенном составе.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу внешнеполитического ведомства Азербайджанской Республики, стороны обменялись мнениями по поводу расширения сотрудничества в широком спектре областей, включая политический диалог, энергетику, торговлю, инвестиции, образование, культуру, оборону и безопасность, и подчеркнули взаимный интерес к исследованию новых путей для сотрудничества.

    Главы МИД также коснулись вопросов международного и регионального значения. Они подчеркнули важность совместных усилий по обеспечению мира, развития и благополучия как в своих регионах, так и за их пределами.

    По итогам переговоров Джейхун Байрамов и Гидеон Саар выразили решимость обеих сторон углублять азербайджано-израильское партнерство.

  • Ceyhun Bayramovla Gideon Saar arasında geniştərkibli görüş keçirilib

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla israilli həmkarı Gideon Saar arasında geniştərkibli görüş baş tutub.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil, mədəniyyət, müdafiə və təhlükəsizlik də daxil olmaqla bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Onlar tərəfindən həmçinin əməkdaşlıq üçün yeni yolların araşdırılmasında qarşılıqlı maraqlar vurğulanıb.

    Nazirlər, həmçinin beynəlxalq və regional əhəmiyyətli məsələlərə toxunublar.

    Onlar öz regionlarında və ondan kənarda sülhə, inkişafa və rifaha töhfə verməyin vacibliyini qeyd ediblər.

    Hər iki nazir Azərbaycan-İsrail tərəfdaşlığını daha da dərinləşdirmək əzmində olduqlarını bildiriblər.

  • Bakıda 10 nəfərin öldüyü partlayışda təqsirli bilinən şəxslər apellyasiya şikayəti verdilər

    Bakıda 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirli bilinən “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayev barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, onlar barələrində olan cəzanın dəyişdirilməsini istəyiblər. Həmçinin dövlət ittihamçısı tərəfindən də apellyasiya protesti verilib.

    Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılır. Hakim Murad Məmmədovun sədrliyi ilə ilkin baxış iclası keçirilib.

    Məhkəmə baxışı fevralın 5-nə təyin olunub.

    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri altı il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, 2024-cü il yanvarın 15-də paytaxtın Binəqədi rayonunda “Bakı Ağac Emalı” ASC-nin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verməsi faktı əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

    İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib.

    Qeyd edək ki, Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır.

  • Рейс авиакомпании UTair по маршруту Москва – Гянджа направлен на запасной аэродром

    Рейс UTA-743, выполнявшийся российской авиакомпанией UTair по маршруту Москва – Гянджа, в связи с неблагоприятными метеорологическими условиями в пункте назначения (туман) по решению командира воздушного судна был направлен на запасной аэродром – в Международный аэропорт Гейдар Алиев.

    Об этом сообщили в пресс-службе воздушной гавани столицы Азербайджана.

    “Самолет Boeing 737 совершило безопасную посадку в Международном аэропорту Гейдар Алиев в 11:05 по местному времени.

    Безопасность пассажиров и полёта была обеспечена в приоритетном порядке. Решение о дальнейшем выполнении рейса будет принято авиакомпанией UTair в зависимости от метеоусловий.

    Все необходимые операционные процедуры со стороны Международного аэропорта Гейдар Алиев были выполнены в оперативном порядке”, – говорится в заявлении бакинского аэропорта.