Month: January 2026

  • AFFA rəsmisi UEFA-dan təyinat alıb

    AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

    O, UEFA Avropa Liqasının Liqa mərhələsində keçiriləcək “Panatinaikos” (Yunanıstan) – “Roma” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

    Qeyd edək ki, qarşılaşma yanvarın 29-da Afina şəhərində yerləşən Olimpiya Stadionunda keçiriləcək.

  • Prezident “Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə”ni TƏSDİQLƏDİ

    “Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Fərmana əsasən, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi: Sisyemin aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və “Fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestri”nə daxil edilməsini və dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməlidir.

    Nazirlər Kabineti isə fərmandan irəli gələn məsələləri həll etməlidir.

  • İlham Əliyev elektron siqaretlərlə bağlı QADAĞANI TƏSDİQLƏDİ

    Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Dəyişikliklə elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsini qadağan edilir.

    Sənəddə qeyd edilib ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir.

    Belə ki, elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.

    Bildirilib ki, qızdırılan tütün məmulatı isə elektron siqaret hesab edilməyəcək.

    Vurğulanıb ki, qızdırılan tütün məmulatı tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulatdır.

    Bundan başqa, anlayışların dəqiqləşdirilməsi və yeni anlayışların müəyyən olunması tütün məmulatlarının, o cümlədən qızdırılan tütün məmulatının, habelə elektron siqaretin hüquq tətbiqetmədə daha dəqiq təsnifləşdirilməsinə və diferensasiyasına imkan yaradacaq.

    Eyni zamanda, uyğunlaşdırma çərçivəsində Vergi Məcəlləsində, “Reklam haqqında” qanunda müvafiq dəyişikliklər edilir. Buraya “birdəfəlik istifadə üçün elektron siqaret”in və “elektron siqaretlər üçün maye”nin aksizli mallar siyahısından çıxarılması və bundan irəli gələrək vergi dərəcələrinin ləğvi, eyni zamanda reklamla bağlı qadağanın yeni anlayışlara uyğunlaşdırılması aiddir.

    Dəyişikliklər 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.

    Bundan başqa, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunun tətbiqini təmin etmək məqsədilə sərəncam da imzalayıb.

  • Prezident dövlət qulluğunun hüquqi və sosial təminatına dair bir sıra tənzimləmələri TƏSDİQLƏDİ

    Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Dəyişikliyə əsasən, “Dövlət qulluğu haqqında” qanunda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatları tənzimləyən 33.2-ci maddə yeni redaksiyada verilib, dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar qulluğa xitam verilməsi zamanı birdəfəlik haqqın verilməsinə dair mexanizmlər təkmilləşdirilib.

    Bundan başqa, əvvəllər tənzimlənməyən bir sıra münasibətlərə dair (dövlət qulluqçusunun hərbi xidmətə çağırılması ilə əlaqədar və s) yeni hüquqi əsaslar yaradılıb, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluqçusunun vərəsələrinə müavinət ödənilməsi, dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda ona müavinət ödənilməsi, habelə orta aylıq dövlət məvacibinin məbləğinin müəyyənləşdirilməsi qaydası ilə əlaqədar digər məsələlərin qanunvericilik əsasları müəyyən edilib.

    Vergi Məcəlləsinə edilən dəyişikliklər isə fiziki şəxslərin gəlir vergisindən azad olmasını nəzərdə tutan müddəaların dəqiqləşdirilməsi (dövlət qulluqçusu pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün), “Sosial sığorta haqqında” qanuna edilən dəyişiklik isə məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinin siyahısının dəqiqləşdirilməsi məqsədi daşıyır.

  • В Баку избили водителя автобуса

    В Баку избили водителя автобуса.

    Как сообщает Oxu.Az, инцидент произошел на проспекте Гейдара Алиева в Сабунчинском районе столицы.

    Водитель автобуса маршрута №160 Асеф Мамедов, управляя общественным транспортом в районе станции метро “Кёроглу”, попросил таксиста Ниямеддина Агаева уступить ему дорогу согласно правилам дорожного движения. Однако таксист категорически отказался, настаивая, чтобы автобус объехал его транспортное средство. В результате между сторонами возник спор. В ходе конфликта Ниямеддин избил Асефа, нанеся ему телесные повреждения.

    На место происшествия прибыли сотрудники полиции, Н.Агаев был задержан. По данному факту было возбуждено уголовное дело и направлено в суд.

    Во время судебного следствия между сторонами было достигнуто примирение. Решением Сабунчинского районного суда дело было прекращено.

  • Bakıda avtobus sürücüsü küçədə döyüldü

    Bakıda avtobus sürücüsü küçədə döyülüb.

    Hadisə paytaxtın Sabunçu rayonu, Heydər Əliyev prospektində baş verib.

    Bakı şəhər sakini, 160 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Asəf Məmmədov (soyad şərtidir) metronun “Koroğlu” stansiyasının yaxınlığında olarkən, həmin istiqamətdə hərəkət edən taksi sürücüsü Niyaməddin Ağayevdən (soyad şərtidir) yol istəyib. Niyaməddin isə ona yol verməyib və kənardan keçməsini tələb edib. Nəticədən tərəflər arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Niyaməddin Asəfi döyərək ona xəsarətlər yetirib.

    Hadisə yerinə polis əməkdaşları gəliblər və N.Ağayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.

    Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq əldə edilib. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə işə xitam verilib.
    //oxu.az

  • General-mayor Novruzəli Orucovun oğlu keçmiş sevgilisini təhdid edir – İDDİA

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun keçmiş sevgilisini təhdid etdiyi iddia olunur.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı təhdid olunduğunu deyən Nərmin Xudaverdiyeva sosial media hesabında paylaşım edib.

    N.Xudaverdiyeva bildirib ki, Rüstəm Orucov ona evlilik təklifi edib və bir ildən çox sevgili olublar:

    “Lakin hər münasibətdə problem olduğu kimi, bizdə də bəzi məsələlər oldu, ayrıldıq. Oktyabrdan isə yeni münasibətə başladım. Bunu öyrənən Rüstəm Orucov məni təhdid etməyə başladı. O, bunu həzm etməyərək evimizə gəlib maşınıma ziyan vurur, məni təhqir edib. Haqqımda neqativ fikirlər səsləndirib. Bu günə qədər polisə şikayət etməmişəm. Dünən isə mənim adımdan feyk profil açaraq özünə ondan ötrü darıxdığımı yazıb və hazırda münasibətim olduğu insana göndərib. Təbii ki, burada məqsəd bizim münasibətimizi bitirmək olub. Artıq canımdan bezmişəm, yaşamaq istəmirəm. Keçmiş məmurun övladı olduğuna güvənib məni əzməyi düşünür”.

    Qeyd olunan məsələylə bağlı Nərmin Xudaverdiyeva polisə müraciət edilib. Müraciəti əsasında araşdırma aparılır.

    Xatırladaq ki, Rüstəm Orucov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğludur. O, 2017-ci ildə xuliqanlıq və avtoxuliqanlıq ittihamları ilə həbs edilmiş və sonradan məhkəmə tərəfindən həbs cəzasına məhkum olunub.

  • Azərbaycanda Nipah virusuna yoluxma halları var? – RƏSMİ

    Son vaxtlar Hindistanda epidemiya potensialına malik, peyvəndi və ya müalicəsi olmayan Nipah virusu yayılmaqdadır. Virusa görə ölkədə onlarla şəxs karantinə alınıb. Virus səbəbindən ölümlərin olduğu da bildirilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən ölkəmizdə hazırda Nipah virusu ilə bağlı hər hansı yoluxma halı qeydə alınmadığı bildirilib.

    Qeyd olunub ki, virus ölkəmiz üçün endemik hesab edilmir və mövcud epidemioloji vəziyyətə əsasən, əhaliyə real təhlükə mövcud deyil. Daxili yayılma riski aşağı qiymətləndirilir və proses Səhiyyə Nazirliyi tərəfindən daim nəzarətdə saxlanılır.

    “Nipah virusu paramyxoviridae ailəsinə aid zoonoz mənşəli (heyvandan insana keçən), xüsusi təhlükəli yoluxucu xəstəlik törədicisidir. İnsanlara, əsasən, yarasalar tərəfindən çirkləndirilmiş meyvə və meyvə şirələrinin qəbulu, yoluxmuş heyvanlarla (xüsusilə donuzlarla) təmas, eləcə də nadir hallarda xəstə insandan hava-damcı yolu ilə keçə bilər.

    Xəstəliyin inkubasiya dövrü, adətən, 5-14 gün təşkil etsə də, bəzi hallarda 45 günə qədər uzana bilər. Kliniki əlamətlərə yüksək hərarət, baş, əzələ boğaz ağrısı, şüurun pozulması, ensefalit, qıcolmalar və ağır hallarda koma daxildir. Hazırda xəstəliyə qarşı spesifik müalicə və peyvənd mövcud deyil, müalicə, əsasən, simptomatik xarakter daşıyır.

    Azərbaycanda epidemioloji risk səviyyəsi aşağıdır və xəstəlik yalnız kənardan gətirilmə yolu ilə mümkün ola bilər. Virusun insandan-insana asan ötürülməməsi səbəbindən geniş yayılma ehtimalı minimaldır.

    Səhiyyə Nazirliyi tərəfindən vəziyyət daim izlənilir. Xüsusilə sərhəd-keçid məntəqələrində sanitar-epidemioloji nəzarət gücləndirilib. Şübhəli hallar aşkar olunduğu təqdirdə Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin 2 və 3-cü bioloji təhlükəsizlik səviyyəli laboratoriyalarında müvafiq müayinələrin aparılması mümkündür.

    Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq qurumların məlumatları mütəmadi əsasda izlənilir.

    Profilaktik məqsədlə yarasalar tərəfindən çirkləndirilə biləcək meyvələrin yuyulmadan yeyilməməsi, pasterizə olunmamış meyvə şirələrinin qəbulundan çəkinilməsi, xəstə şəxslərlə təmas zamanı fərdi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyə olunur.

    Hazırkı mərhələdə əhali üçün əlavə xüsusi məhdudiyyətlərə ehtiyac yoxdur. Ümumi sanitariya-gigiyenik qaydalara riayət edilməsi kifayətdir. Endemik ərazilərdən qayıdan şəxslərin öz sağlamlıqlarını müşahidə etməsi və hər hansı şübhəli simptomlar yaranarsa vaxtında həkimə müraciət etməsi tövsiyə olunur.

    Hazırda xəstəlik epidemioloji baxımdan nəzarət altındadır və təşviş üçün əsas yoxdur”, – məlumatda deyilir.

  • В Екатеринбурге начался суд над экс-лидером азербайджанской диаспоры Шахином Шихлинским

    В Екатеринбурге (Россия) в Свердловском областном суде началось разбирательство над экс-главой азербайджанской диаспоры на Урале Шахином Шихлинским и его соотечественниками, обвиняемых в покушениях и убийствах.

    Как передает Median.Az со ссылкой на ura.ru, потерпевший Фехруз Ширинов и прокуратура попросили закрыть от СМИ судебное разбирательство.

    Гособвинитель, объясняя свою просьбу, заявил, что Ширинову якобы поступают угрозы от подсудимых. Ширинов подтвердил этот факт в суде. “Мне каждый день поступают. Даже со стороны адвокатов были [угрозы]”, – утверждает Ширинов.

    Защита подсудимых не согласна с его позицией. “Сейчас прокуратурой создаются условия, что якобы Ширинов находится в опасности. Но это не так, подтверждений его сведениям нет”, – парировала адвокат Екатерина Кувалдина. Другой защитник, которого Ширинов обвинил в угрозах, опроверг его сведения.

    Тем не менее, судья Юрий Радчук ходатайство прокуратуры удовлетворил.

    О задержании Шихлинского стало известно летом 2025 года. Следствие считает, что он может быть причастен к покушению на Ширинова и организации убийства торговца Икрама Пашаева в 2001 году. Ширинов выжил, потому что у киллера заклинило пистолет. Спустя 15 лет дело реанимировали.

    Вместе с Шихлинским будут судить Акифа, Аяза, Бакира, Кямала, Мазахира Сафаровых и Шуджаяддина Раджабова. Их обвиняют в покушениях и убийстве соотечественников. Признательные показания дал лишь Мазахир Сафаров.

  • Yekaterinburqda Azərbaycan diasporunun keçmiş rəhbərinin məhkəməsi başlayıb

    Yekaterinburqda Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski, onun oğlu Mutvalı, Səfərov qardaşları və Şücayəddin Rəcəbovun məhkəmə iclası keçirilir.

    Bu barədə Ura.ru məlumat verib.

    Sverdlovsk vilayət məhkəməsində baş tutan iclasda zərərçəkmiş Fehruz Şirinov və prokurorluq vəsatətlə çıxıb ediblər. Onlar iclasın KİV üçün qapalı keçirilməsini istəyiblər. Şirinov təqsirləndirilən şəxslərdən ona təhdidlərin gəldiyini iddia edir.

    Dövlət ittihamçısı bildirib ki, Şirinov təqsirləndirilən şəxslərdən təhdidlər alır. Şirinov məhkəmədə bunu təsdiqləyib.

    “Mən hər gün təhdidlər alıram. Hətta vəkillər tərəfindən də təhdidlər olub”, – deyə Şirinov iddia edib.

    Təqsirləndirilən şəxslərin müdafiəsi onun mövqeyinə etiraz edib.

    “Prokurorluq tərəfindən hazırda Şirinovun guya təhlükədə olduğunu göstərən şərait yaradılır. Amma bu belə deyil, onun iddialarının təsdiqi yoxdur”, – deyə vəkil Yekaterina Kuvaldina cavab verib.

    Şirinovun təhdidlərdə ittiham etdiyi digər müdafiə vəkili onun iddialarını rədd edib. Lakin hakim Yuri Radçuk prokurorluğun vəsatətini təmin edib.

    Xatırladaq ki, Şahin Şıxlinski 2025-ci ilin yayında həbs edilib. Müstəntiqlər onu F.Şirinova qarşı sui-qəsd cəhdində və 2001-ci ildə satıcı İkram Paşayevin qətlinin təşkilində şübhəli bilirlər.

    F.Şirinov təsadüf nəticəsində sağ qalıb. On beş il sonra iş yenidən açılıb. Akif, Ayaz, Bəkir, Kamal, Məzahir Səfərovlar və Şücayəddin Rəcəbov da Ş.Şıxlinski ilə birlikdə mühakimə olunacaqlar. Onlar qəsdən adam öldürməyə cəhddə və həmvətənlərinin qətlində ittiham olunurlar.