Month: January 2026

  • Əkin yerinin yandırılmasına görə yeni cərimələr

    Prezident İlham Əliyev əkin yerinin yandırılması ilə bağlı cərimələrə dair İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyi i təsdiqləyib.

    Sənədə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 min manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 5 min manatdan 6 min manatadək məbləğdə cərimə ediləcək.

    Əvvəlki qanuna əsasən isə əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 min manatadək, hüquqi şəxslər 5 min manatdan 6 min manatadək məbləğdə cərimə edilirdilər.

    Sənəddə qeyd edilib ki, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər 2 min manatdan 2 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 6 min manatdan 7 min manatadək məbləğdə cərimə ediləcək.

  • Dostunun canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu

    “TikTok” sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadələr işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    BAKU.WS-in əldə etdiyi məlumata görə, Zəngilan rayon sakini 1984-cü il təvəllüdlü Habil Həsənov “TikTok” platformasında dostuna məxsus “Məmmədov Səmiyyədin” adlı səhifədə açılmış canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir xarakterli ifadələr səsləndirib.

    H.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib.

  • Naməlum şəxslər futbol matçı zamanı atəş açdı – 11 nəfər öldü

    Meksikanın Quanaxuato ştatının Salamanka şəhərində naməlum silahlı şəxslər futbol meydançasındakı insanlara atəş açıblar.

    Qaynarinfo xəvbər verir ki hadisə barədə “Associated Press” məlumat yayıb.

    Şəhərin meri Sesar Prieto bildirib ki, hücumçular matçın sonunda hadisə yerinə gəliblər. Nəticədə 11 nəfər ölüb, xəsarət alanlar arasında qadın və azyaşlı da var.

    Prieto hadisəni cinayət dalğasının bir hissəsi adlandıraraq ölkə prezidenti Klaudiya Şeynbaumdan zorakılığa qarşı mübarizədə yardım göstərməsini istəyib. Ştat prokurorluğu istintaqa başlayıb və federal orqanlarla koordinasiyalı şəkildə hərəkət edir.

    Hadisə Meksikada futbol matçları zamanı təhlükəsizlik məsələlərinin aktuallığını bir daha göstərir.

  • Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Moldova və Çinə təhvil verib

    Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Moldova və Çinə təhvil verib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Qeyd olunub ki, Moldovanın səlahiyyətli orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1991-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Firuz Farxodoviç Rustamov və Çinin səlahiyyətli orqanları tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1974-cü il təvəllüdlü Çin vətəndaşı Xu Penqçenq 2025-ci il ərzində ölkəmizdə müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

    “Qeyd olunan şəxslərin verilməsinə dair həmin ölkələrin səlahiyyətli orqanlarının vəsatətləri baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına və “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təslim etmə haqqında” müqaviləyə uyğun olaraq şəxslərin barəsində qərarlar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Moldova və Çinin səlahiyyətli orqanlarına təhvil veriliblər”, – məlumatda deyilir.

  • Paytaxtda sıxlıq olan küçələr var

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    4. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    5. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    7. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    9. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    12. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    13. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    14. Fətəli xan Xoyski prospekti, “Gənclik” metro stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;

    15. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    16. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

    17. Kənar Dairəvi yol, Yeni Yasamal istiqamətində sıxlıq müşahidə olunur.

  • Övladlarını məsuliyyətdən azad etmək istədi, 20 min ziyana düşdü

    İsmayıllıda övladlarını cinayət məsliyyətindən yayındırmaq istəyən şəxs dələduzluqla üzləşib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, S.Səmədovun övladları Roman və Ruslan barəsində İsmayıllı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

    Cinayət işinin istintaqı dövründə S.Səmədovun övladları Şəki rayon Psixiatriya Xəstəxanasına yerləşdirilib. Bu zaman Quşencə kənd orta məktəbində sosial-pedaqoq vəzifəsində işləyən A.İ. S.Səmədova övladlarının anlaqsız olmaları barədə rəy ala biləcəyini və bununla da onların məsuliyyətdən azad ediləcəyini deyib. Lakin o, bunun müqabilində qarşı tərəfdən pul tələb edib.

    Qarşı tərəfə hissə-hissə olmaqla A.İ.-yə 20 700 manat pul verib. O, verdiyi vədi yerinə yetirmədiyinə görə, hüquq-mühafizə orqanlarına müraciət edilib. A.İ. saxlanılıb və daha sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Cinayət işinə İsmayıllı Rayon Məhkəməsində hakim İlqar Hüseynovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı A.İ. verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Malayziyada vəfat edən ANAMA əməkdaşının nəşi ölkəmizə gətiriləcək

    Malayziyada vəfat edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşının nəşi Azərbaycana gətiriləcək.

    Bu barədə ANAMA məlumat yayıb.

    Bildirilib ki, yanvarın 25-də Malayziyada vəfat edən ANAMA-nın minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmovun nəşinin ölkəmizə gətirilməsi üçün işlərə başlanılıb.

    Qeyd edilib ki, nəşin ölkəmizə gətirilməsi üçün Malayziyadakı səfirliyimizin dəstəyi və sözügedən təlimlərin təşkilatçıları ilə koordinasiyalı şəkildə müvafiq tədbirlər həyata keçirilir.

    Məlumat üçün bildirək ki, Orxan Məhərrəmov səhhətində yaranan kəskin problemlə əlaqədar cari il yanvarın 14-də Kambocada xəstəxanaya yerləşdirilib. O, yanvarın 18-də isə Malayziyadakı ixtisaslaşmış xəstəxanaya təxliyə edilib. Həkimlərin səylərinə baxmayaraq. əməkdaşın həyatını xilas etmək mümkün olmayıb və yanvarın 25-də vəfat edib.

  • Tanınmış idmançı məhkəmə qərarını icra etmədi, 500 manat cərimə olundu

    Xətai rayonunda yerləşən “Olympus Park” tikinti şirkəti tərəfindən qanunsuz şəkildə sökülən “Lider” idman klubunun sahibi İlham Sərdarov vəkilinə qarşı müqavilə öhdəliyini yerinə yetirmədiyi üçün məhkəməlik olub.

    Teleqraf xəbər verir ki, məhkəmə vəkilin xeyrinə qərar çıxarıb.

    Məlumata görə, “Olympus Park” şirkəti ilə İlham Sərdarov arasında məhkəmə çəkişməsi iki ildən çox davam edib.

    Yekunda məhkəmə İlham Sərdarovun xeyrinə qərar çıxararaq şirkətin ona 1,6 milyon manat məbləğində təzminat ödəməsinə qərar verib. Lakin təzminat ödənildikdən sonra İlham Sərdarov və vəkili arasında yeni hüquqi mübahisə yaranıb.

    Səbəb idmançının vəkil qarşısında müqavilə ilə nəzərdə tutulan öhdəliyi yerinə yetirməməsi olub. Müqaviləyə əsasən, İlham Sərdarov işin onun xeyrinə yekunlaşacağı təqdirdə, aldığı təzminatın 2 faizini vəkilinə ödəniş kimi verməli idi.

    “Olympus Park”a qarşı işi udduqdan sonra isə o, bu şərtə əməl etməyib və müqavilə öhdəliyini inkar edib.

    Vəkil, öz növbəsində, müqavilə əsasında İlham Sərdarovdan təzminat məbləğinin 2 faizi qədər ödənişin verilməsini tələb edib və məhkəməyə müraciət edib.

    Son olaraq Bakı Apellyasiya Məhkəməsinin 4 aprel 2025-ci il tarixli qərarı ilə İlham Sərdarovun vəkilinə kompensasiyanın 2 faizi məbləğində ödəniş etməsi müəyyən edilib. İlham Sərdarov dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə qərarını icra etməyib.

    Bu gün Xətai Rayon Məhkəməsi İlham Sərdarovun 500 manat cərimə edilməsi ilə bağlı qərar çıxarıb.

    Qeyd edək ki, məhkəmə qərarının icra edilməməsi halında təqsirləndirilən şəxs barəsində pul cəriməsi ilə yanaşı inzibati qaydada həbs edilə bilər.

    Məhkəmə də İlham Sərdarova bu barədə xəbərdarlıq edib.

  • Суд смягчил приговор бывшему дипломату

    В Бакинском апелляционном суде состоялся процесс по изменению приговора бывшему дипломату Рамизу Велиеву, обвиняемому в злоупотреблении должностными полномочиями.

    Как передает Oxu.Az, на заседании под председательством судьи Фаига Ганиева приговор суда первой инстанции был изменен. К подсудимому был применен “Акт об амнистии”, в результате чего его наказание сокращено с 5 лет до 4 лет и 6 месяцев лишения свободы.

    Согласно обвинению, экс-дипломат Р.Велиев, работавший советником в посольстве Азербайджанской Республики в Арабской Республике Египет, был задержан в ходе оперативных мероприятий, проведенных сотрудниками Службы государственной безопасности (СГБ).

    Ему было предъявлено обвинение по статье 308.2 (злоупотребление должностными полномочиями) Уголовного кодекса Азербайджана.

    Решением Насиминского районного суда он был приговорен к 5 годам лишения свободы.

  • Həbsdə olan sabiq diplomata Amnistiya aktı tətbiq olundu

    Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən sabiq diplomat Ramiz Vəliyevin barəsində olan hökmün dəyişdirilməsi ilə bağlı proses keçirilib.

    Oxu.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. R.Vəliyevə Amnistiya aktı tətbiq edilib və onun cəzası 5 ildən 4 il 6 aya endirilib.

    İttihama görə, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyində müşavir olmuş sabiq diplomat Ramiz Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə saxlanılıb.

    Ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.

    Nəsimi Rayon Məhkəməsinin hökmü ilə o, 5 il azadlıqdan məhrum edilib.