Month: January 2026

  • Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq – XƏBƏRDARLIQ

    Pirəkəşkül və Ağdərədə 26-30 yanvar tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

    Qeyd edilib ki, istismara yararsız sursatların təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv olunması prosesi həyata keçiriləcək.

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – deyə MN-dən bildirilib.

  • В Самухе 9-летний мальчик погиб от отравления угарным газом

    В доме на улице 28 Мая в городе Самух скончался девятилетний мальчик.

    Как сообщает Oxu.Az, М.Аскеров (2017 г.р.) отравился угарным газом в ванной комнате.

    По данному факту в Самухской районной прокуратуре проводится расследование.

  • Samuxda doqquz yaşlı oğlan boğulub öldü

    Samux rayonunda doqquz yaşlı oğlan dəm qazından boğulub.

    Oxu.Az-ın məlumatına görə, hadisə Samux şəhəri, 28 May küçəsində baş verib.

    Həmin ünvanda yaşayan 2017-ci il təvəllüdlü M.Əsgərov hamamda dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

  • В некоторых частях Абшеронского района отключили электричество

    Сегодня с 11:00 до 15:00 без света остались жилой массив Лелетепе и сёла Тезекенд, Чайлы и Джанги Абшеронского района.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу ОАО “Азеришыг”, причиной отключений стали ремонтные работы на подстанции “Пирекешкюль” напряжением 35/6 кВ, обслуживающей территории на балансе Управления энергоснабжения и сбыта Абшеронского района.

  • Abşeronun bəzi ərazilərində dörd saat işıq olmayacaq

    Bu gün saat 11:00-dan saat 15:00-dək Abşeron rayonunun Lələtəpə yaşayış massivi, Təzəkənd, Çaylı, Cəngi kəndlərində elektrik enerjisinin təchizatında fasilələr olacaq.

    Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

    Bildirilib ki, buna səbəb Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/6 kV-luq Pirəkəşkül yarımstansiyasında təmir işlərinin aparılmasıdır.

  • Bakıda 75 yaşlı qadın şadlıq sarayında ölüb

    Bakıda 75 yaşlı qadın şadlıq sarayında ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün Binəqədi rayonunda baş verib.

    Məlumata görə, Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Zeynəb Dadayeva İ.Dadaşov küçəsində yerləşən şadlıq sarayında qəflətən ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Hər gün yoqurt yesəniz, bağırsaqda nə baş verər?

    Yoqurt fermentləşdirilmiş süd məhsuludur və çox vaxt həzm üçün faydalı olan probiotiklər ehtiva edir. Bəs yoqurtu hər gün yemək vərdişinə çevirsək, orqanizmdə əslində nə baş verir?

    Lent.az yoqurtun faydalarını təqdim edir:

    Yoqurt bağırsaq sağlamlığını necə yaxşılaşdırır?
    Faydalı mikrofloranın müxtəlifliyini artırır

    Bağırsaqda trilyonlarla mikroorqanizm yaşayır. Onlar təkcə həzmi yox, həm də immuniteti və hətta beyin sağlamlığını təsir edir. Canlı və aktiv bakterial mədəniyyətlər olan yoqurt faydalı bakteriyaları “qidalandırır” və onların müxtəlifliyini artırır. Mikrobiom nə qədər müxtəlif olarsa, iltihab səviyyəsi bir o qədər aşağı olur və xroniki xəstəlik riski azalır. Məsələn: diabet, ürək xəstəlikləri və bəzi xərçəng növləri.

    Bağırsağın selikli qişasını qoruyur

    Yoqurtdakı probiotiklər bağırsaq baryerinin möhkəm qalmasına kömək edir. Bu baryer zərərli maddələrin orqanizmə keçməsinin qarşısını alır və iltihabi prosesləri azaldır.

    Qəbizliyi yüngülləşdirə bilər

    Probiotik tərkibli yoqurtun müntəzəm qəbulu bağırsaq hərəkətlərini yaxşılaşdıra bilər. Araşdırmalar göstərir ki, gündəlik olaraq bir neçə probiotik ştammı olan yoqurt yeyən insanlar qəbizlik, köp, qarın ağrısı kimi şikayətlərin azaldığını qeyd ediblər.

    Yoqurt nə vaxt zərər verə bilər?

    Yoqurt hər kəs üçün uyğun deyil. Laktoza dözümsüzlüyü olan insanlarda qaz, köp və ya ishal yarada bilər. Yoqurtda laktoza süddən az olsa da, bəzən laktozasız və ya bitki tərkibli alternativlər seçmək daha yaxşıdır. Həmçinin çox şəkərli yoqurtlar və ya şəkər əvəzedicili məhsullar da problem yarada bilər. Belə yoqurtlar bağırsağın vəziyyətini pisləşdirə və qanda şəkərin səviyyəsinə mənfi təsir göstərə bilər.

    Ən faydalı yoqurtu necə seçmək olar?

    Etiketdə “canlı və aktiv mədəniyyətlər” yazısını və bakteriya ştammlarının siyahısını axtarın

    Şəkərsiz təbii və ya yunan yoqurtu seçin

    Tərkibi çox uzun olan, süni dadlandırıcı və qatqılı məhsullardan uzaq durun

    Yoqurtu necə yesək daha faydalı olar?

    Yoqurtu liflə zəngin məhsullarla birlikdə yemək daha yaxşıdır: meyvələr, giləmeyvə, qoz-fındıq, toxumlar.

  • Goranboyda minik maşını traktora çırpıldı, xəsarət alan var

    Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata əsasən, hərəkətdə olan “KİA” markalı minik avtomobili qoşqulu traktora çırpılıb. Qəzanı görən “Qazel” markalı yük avtomobili isə idarəetməni itirərək əvvəlcə dəmir arakəsməyə, daha sonra yolun kənarına aşıb.

    Qəza nəticəsində “KİA” markalı avtomobilin sürücüsü, Goranboy sakini, 1994-cü il təvəllüdlü R. Gülməmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

  • Məsumə Babayevanın dəfn yeri və vaxtı məlum oldu

    Aktrisa Məsumə Babayevanın dəfn mərasiminin vaxtı və məkanı açıqlanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, mərhumun dəfn mərasimi yanvarın 25-də, 12:00-da Suraxanı rayonu, Vahid Xəlilov küçəsi 23A ünvanında, Qış klubunun yaxınlığında keçiriləcək.

    Qeyd edək ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.

  • İraq əcnəbi məhbusları ölkələrinə təhvil verəcək

    İraq İŞİD terror təşkilatından olan əcnəbi məhbusların hamısının öz ölkələrinə təhvil verilməsi istiqamətində addımlar atmaq niyyətində olduğunu bildirib.

    Bu barədə İraq hökumətinin sözçüsü Bəsim əl-Əvvadi açıqlamasında bildirib:

    “Xarici məhbusları öz ölkələrinə təhvil verməzdən əvvəl İŞİD məhbuslarını Suriyadan İraqa köçürməklə qabaqlayıcı addım atdıq. Terror təşkilatının üzvlərinin şəxsiyyətləri ilə bağlı geniş məlumat bazamız mövcuddur”, – deyə o söyləyib.

    Vurğulanıb ki, rəsmi Bağdad bu istiqamətdə prosesin icrasına başlamaq üçün hüquqi prosedurları tamamlayır və xüsusilə xarici ölkə vətəndaşı olan İŞİD məhbuslarının şəxsiyyətləri ilə bağlı ətraflı araşdırma aparılır.

    Diqqətə çatdırılıb ki, ölkələrinə təhvil veriləcək 150 nəfərdən ibarət əcnəbi məhbusların ilk qrupu ilə bağlı hüquqi prosedurlar artıq başa çatdırılıb. Hazırda İraq həbsxanalarında saxlanılan İŞİD üzvlərinin ümumi sayı 7 min nəfər təşkil edir.