“Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayında çatdırılma üçün qızıl füçerslərinin qiyməti trua unsiyası üçün 4970 dollara çataraq, yeni bir rekord səviyyəyə çatıb.
Bu, ticarət platformasının məlumatlarından irəli gəlir.
Bakı vaxtı ilə saat 04:00-a olan məlumata görə, qızılın qiyməti trua unsiyası üçün 4970 dollar təşkil edib.
Hazırda qızılın qiyməti trua unsiyası üçün 4953.8 dollardır.
Hadisə yanvarın 22-də gecə saatlarında paytaxtın Binəqədi rayonunda baş verib. Rayon sakini,1966-cı il təvəllüdlü Vüqar Məmmədovun səhhətində problem yaranıb. Ailə üzvlərindən biri ona həkim tərəfindən təyin edilməyən antibiotiki inyeksiya yolu ilə yeridib.
İynədən dərhal sonra halı pisləşən kişi dünyasını dəyişib.
İşğaldan azad edilmiş ərazilərdə yeni təhsil müəssisələri fəaliyyətə başlayıb.
İlk dəfə olaraq Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən 1 nömrəli körpələr evi-uşaq bağçasında, Ağdam rayonunun Xıdırlı kəndində və Xocalı rayonunun Ballıca kəndində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tədris prosesinə start verilib.
Bununla yanaşı, Xankəndi şəhəri Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbində də dərslər bərpa edilib və şagirdlər müasir təhsil şəraitində təhsilə cəlb olunublar.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli təhsil müəssisələrinə baxış keçirib, yaradılan şəraitlə tanış olub və dərs prosesini izləyib. O, müəllim və şagirdlərlə görüşərək onlara uğurlar arzulayıb, bölgədə təhsilin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. //oxu.az
“Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi qaydası” Nazirlər Kabinetinin 2026-cı il 7 yanvar tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilib və cari ilin ikinci yarısınadək tətbiqinə başlanılması nəzərdə tutulur.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, elektron təhsil sənədləri yeni məzunlara məzun olduqdan sonra hər hansı formada müraciət tələb olunmadan veriləcək:
“Elektron təhsil sənədləri uyğun kağız daşıyıcılarda olan təhsil sənədləri ilə eyni hüquqi qüvvəyə malikdir. Əvvəlki illərdə təhsilini tamamlamayan şəxslərin təhsil məlumatları TMİS-ə təhsil aldıqları müəssisə tərəfindən təmin ediləcək. Elektron təhsil sənədləri müvafiq qanunvericiliyə əsasən fəaliyyət göstərən bütün təhsil müəssisələrini əhatə edir”.
Qurumdan verilən məlumatda o da qeyd edilib ki, təhsil sənədləri vahid formada, yəni elektron qaydada təqdim ediləcək:
“Təhsil sənədlərinin paralel kağız daşıyıcıda verilməsi nəzərdə tutulmur. Diplom sahibləri özləri təhsil sənədlərini çap edərək kağız daşıyıcıda saxlaya və ya müvafiq qanunvericiliyə uyğun hər hansı yerə təqdim edə bilərlər. Rəqəmsal formaya keçidlə bağlı qarşıya çıxa biləcək təhlükə və risklər nəzərə alınaraq qabaqlayıcı tədbirlər görüləcək. Elektron təhsil sənədlərinin itirilməsi halı mümkün deyil”. ///Azərbaycan müəllimi
İstifadəçiləri dünya miqyasında geniş yayılmış kəsintilərdən şikayət edirlər.
Ən çox şikayət, ABŞ-dən gəlib. Kəsintilərlə bağlı məlumatlar Kanada, Birləşmiş Krallıq, Fransa, İspaniya, Almaniya, Hollandiya, Braziliya, Hindistan və bir sıra digər ölkələrdən də gəlir.
İstifadəçilərin əksəriyyəti tətbiq və veb saytla bağlı problemlər, serverə qoşulma, xəbər lentinin yüklənməsi və hesablarına daxil olma ilə bağlı problemlər barədə məlumat verir.
İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias yanvarın 22-də Azərbaycana rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İspaniya Parlamentinin nümayəndə heyətini Milli Məclisin İspaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova, Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov, İspaniyanın Türkiyə və Azərbaycandakı səfiri Kristina Latore, Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Pedro Torrubia və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Fransina Armenqol Sosiasın ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.
Abşeron rayonunda fəaliyyət göstərən zavoddan yayılan tüstü və səs-küy sakinlərin narazılığına səbəb olub.
Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, rayonun “Quşçuluq massivi”, Nəsimi küçəsi, 85 ünvanında yaşayan sakinlər ərazidəki “Uğur” adlı zavoddan şikayətçidirlər.
Onlar iddia edirlər ki, zavoddan yayılan tüstü və səs onları təngə gətirib. Sakinlərin iddiasına görə, problemlə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, faydası olmayıb.
Şikayətlə bağlı zavod rəhbərliyi burada boya, üzlük və digər məhsullar istehsal olunduğunu və yüksək səs-küy yaranmadığını bildirib. Zavoddan tüstü yayılmasına gəlincə, qeyd edilib ki, əvvəllər tüstü ilə bağlı avadanlıqlarda problem olsa da, hazırda onlar tam təmir olunub. O da vurğulanıb ki, zavod fəaliyyətə başladığı illərdə həmin ərazidə evlər olmayıb, sonradan tikilib.
Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən problemlə bağlı yaxınlıqda yaşayan sakinlərdən quruma müraciət daxil olub. Bununla bağlı araşdırma aparılacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də məsələnin araşdırılacağı və fakt təsdiqini taparsa, qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilib.
“Evə qayıdanda gördüm ki, hər şey yanıb kül olub”.
Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, bunu Abşeron rayonunun Masazır qəsəbəsində yanğın zamanı həyatını itirən Nigar Eminbəylinin oğlu Danyel İqnatyeviç bildirib:
“Təxminən saat 15 idi, mən evə qayıtdım. Artıq çox gec idi. Evdən tüstü çıxırdı, hər şey kül olmuşdu. Mən xəstəxanaya getmək üçün evdən çıxmışdım. Anamın travması var idi. O, 31 il öncə metroda baş verən yanğında xəsarət almışdı. Yaddaşını itirmişdi, heç kimi tanımırdı”.
Qeyd edək ki, Nigar Eminbəyli 1995-ci il oktyabrın 28-də Bakı metrosunda, “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında baş verən yanğında xəsarət alıb.
Yanvarın 23-də “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.
RETSİ-dən verilən məlumata görə, “Düylün” 35/10 kV-luq yarımstansiyadan çıxan “Aza” 10 kV-luq elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq.
İşlərlə əlaqədar Aza, Azad və Dar kəndlərində saat 12-dən 15-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.