Month: January 2026

  • Göygöldə adam bıçaqladı, Daşkəsəndən qohumu ilə birgə mal-qara oğurladı – Məhkəmə işi

    Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma, qanunsuz silah gəzdirmə, oğurluq əməllərində təqsirləndirilən Ramiz Budaqov və onun qohumu, oğurluqda ittiham olunan Səlim Əkbərzadənin (ad-soyadlar şərtidir – red.) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü R.Budaqov 4 il 11 ay 28 gün müddətə həbs edilib, S.Əkbərzadə isə 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. İstintaq müddətində azadlıqda olan Budaqov dərhal məhkəmə zalında qandallanıb.

    İstintaq materiallarına əsasən, R.Budaqov tanışı, zərərçəkmiş İntiqam Kərimovun (ad-soyad şərtidir – red.) sağlamlığına qəsdən ağır zərər vurmaqda, qanunsuz şəkildə soyuq silah əldə edib üzərində gəzdirməkdə, qrup halında təkrarən özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla oğurlamaqda ittiham olunur.

    Məlumata görə, hadisə 31 may 2023-cü il tarixdə Göygöl rayonu, Bəhrəmbağ kəndinin inzibati ərazisində yerləşən çayxanada baş verib. Ramiz gecə saat saatlarında sərxoş vəziyyətdə həmin çayxanada əvvəldən tanıdığı Kərimovla aralarında yaranmış sözlü mübahisə zamanı sonuncunun ünvanına nalayiq ifadələr işlədib.

    Daha sonra onlar mübahisəni təklikdə aydınlaşdırmaq üçün Bəhrəmbağ kənd orta məktəbinin yaxınlığında görüşüblər.

    Bu zaman aralarında yenidən mübahisə yaranıb, Ramiz İntiqama yumruq və təpik zərbələri endirib, onun göz nahiyəsinə xəsarət yetirib.

    Bununla kifayətlənməyən Ramiz üzərində gəzdirdiyi mətbəx bıçağı ilə İbrahimin qarın nahiyəsinə bir dəfə zərbə vurub.

    Ekspertiza bu xəsarətləri sağlamlığa ağır zərər vurma kimi qiymətləndirib.

    İstintaqla həmçinin müəyyən edilib ki, Ramiz naməlum vaxtda və naməlum mənbədən zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilən ov bıçağını qanunsuz olaraq əldə edərək 31 may 2023-cü il tarixədək üzərində gəzdirib. Həmin tarixdə saat 12 radələrində Göygöl Rayon Polis Şöbəsinin inzibati binasında istintaq qrupunun baş müstəntiqi tərəfindən sözügedən soyuq silah götürülüb.

    Bundan başqa, Ramiz qohumu olan digər təqsirləndirilən şəxs – Səlim Əkbərzadə ilə qabaqcadan əlbir olaraq, özgənin əmlakını oğurlamaq məqsədilə bir neçə epizod üzrə cinayət əməlləri törədib. Belə ki, onlar 6 iyul 2023-cü il tarixdə Daşkəsən rayonu ərazisində otlaq sahəsində nəzarətsiz qalan iki baş iribuynuzlu heyvanı oğurlayaraq, Bərdə rayonunda heyvan satışı bazarında satıblar. Nəticədə zərərçəkmiş şəxslərə ümumilikdə 2 700 manat maddi ziyan vurulub.

    İstintaq materiallarına görə, həmin şəxslər 27 iyul 2023-cü il tarixdə təkrarən Daşkəsən rayonu, Təzəkənd kəndi ərazisindən 10 baş iribuynuzlu heyvanı oğurlayaraq Bərdəyə gətirib orada satıblar. Həmin heyvanların ümumi dəyəri 21 485 manat müəyyən edilib.

  • Азербайджан улучшил позицию в рейтинге УЕФА

    Азербайджан продвинулся на одну позицию в таблице коэффициентов УЕФА.

    Это стало возможным благодаря победе “Карабаха” над немецким “Айнтрахтом” (Франкфурт) со счётом 3:2 в основном этапе Лиги чемпионов УЕФА.

    За это в актив страны был добавлен коэффициент 0.500. Таким образом Азербайджан с 22.750 очка поднялся на одну ступень и занял 27-е место.

    С таким результатом Азербайджан опережает Словакию (22.375). 26-е место занимает Словения (22.843).

    Отметим, что в рейтинге лидирует Англия (104.991).

  • Azərbaycan UEFA əmsallar cədvəlində irəliləyib

    Azərbaycanın UEFA əmsallar cədvəlində bir pillə irəliləyib.

    Bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində Almaniyanın “Ayntraxt Frankfurt” klubu üzərində qələbəsi (3:2) sayəsində mümkün olub.

    Qalibiyyətə görə ölkənin xal hesabına 0.500 əmsal əlavə olunub. Azərbaycan bu əmsal sayəsində 22.750 xalla bir pillə irəliləyərək 27-ci sıraya yüksəlib.

    Azərbaycanın bu xalla Slovakiyanı (22.375) qabaqlayır. 26-cı pillədə isə 22.843 xalla Sloveniya qərarlaşıb.

    Qeyd edək ki, cədvələ 104.991 xalla İngiltərə başçılıq edir.

  • В Баку 60-летний мужчина скончался после инъекции

    В Бинагадинском районе Баку произошел трагический случай.

    Как сообщает Oxu.Az, инцидент зафиксирован ночью 22 января.

    У жителя района Вугара Мамедова (1966 г.р.) возникли проблемы со здоровьем. Один из членов его семьи ввел ему инъекцию антибиотика без назначения врача.

    Сразу после инъекции состояние мужчины резко ухудшилось, и он скончался.

    По данному факту ведется расследование.

  • Bakıda 60 yaşlı kişi iynədən şoka düşüb öldü – TƏFƏRRÜAT

    Bakıda iynə vurulan kişi şoka düşərək ölüb.

    Hadisə yanvarın 22-də gecə saatlarında paytaxtın Binəqədi rayonunda baş verib. Rayon sakini,1966-cı il təvəllüdlü Vüqar Məmmədovun səhhətində problem yaranıb. Ailə üzvlərindən biri ona həkim tərəfindən təyin edilməyən antibiotiki inyeksiya yolu ilə yeridib.

    İynədən dərhal sonra halı pisləşən kişi dünyasını dəyişib.

    Faktla bağlı araşdırmalar aparılır.
    //oxu.az

  • Füzulidə 16 kiloqram narkotik vasitə aşkarlanıb – Video

    Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Əyyub Məlikov və əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, onlardan 12 kiloqram 635 qram marixuana, 2 kiloqram 880 qram tiryək, bir kiloqrama yaxın metamfetamin və 800 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Bu şəxslərin narkotik vasitələri satmaq məqsədi ilə əldə etdikləri məlum olub.

    Faktla bağlı cinayət işi başlanılıb, Ə.Məlikov və R.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.

  • Мужчина скончался перед входом на Бакинский железнодорожный вокзал

    22 января около 20:00 перед Бакинским железнодорожным вокзалом, расположенным в Насиминском районе Баку, в результате несчастного случая умер мужчина.

    Как сообщает Oxu.Az, Айдын Мамедов (1978 г.р.) по неосторожности упал у входа на вокзал и скончался на месте происшествия.

    По данному факту проводится расследование.

  • Bakı Dəmiryol Vağzalında ölüm

    Bakının mərkəzində orta yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

    Oxu.az-ın məlumatına görə, hadisə yanvarın 22-də axşam saat 20 radələrində paytaxtın Nəsimi rayonu, Bakı Dəmiryol Vağzalının qarşısında baş verib.

    Paytaxt sakini 1978-ci il təvəllüdlü Aydın Məmmədov vağzalın girişində ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light (CIF) подешевела на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке снизилась на 1.32 доллара, или 1.94% – до 66.63 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 67.95 доллара.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 1.32 ABŞ dolları və ya 1.94% azalaraq 66.63 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67.95 ABŞ dolları təşkil edib.