Month: February 2026

  • Раскрыта новая схема мошенничества: как граждан заманивают в ловушку в TikTok – ВИДЕО

    “У кого есть кредит или долги – пишите, помогу…”, “Кому нужны продукты – обращайтесь, окажу помощь…” – в последние дни в соцсетях, в частности, на платформе TikTok, увеличилось число страниц с подобными объявлениями.

    Как сообщает Median.Az со ссылкой на Xəzər TV, один из граждан, обратившийся на горячую линию телеканала в WhatsApp, рассказал, что зашел на страницу, ведущую прямой эфир в TikTok, и попросил о помощи. Однако впоследствии он понял, что истинные намерения владельцев аккаунта были другими.

    По словам Тургая Гасанова, после того как противоположная сторона получила от него все личные данные, его номер заблокировали.

    Попытки журналистов связаться по номерам телефонов, указанным на странице, оказались безуспешными. На звонки и сообщения никто не ответил. Более того, некоторые номера оказались отключены.

    Судя по комментариям под опубликованными видеороликами, число пострадавших от действий злоумышленников достаточно велико.

    Эксперты призывают граждан быть более внимательными при передаче данных банковских карт или личной информации. Они рекомендуют не предоставлять персональные и финансовые сведения незнакомым лицам.

  • “TikTok”da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu – Video

    “Krediti, borcu olan yazsın, kömək edim…”, “Ərzağa ehtiyacı olan yazsın, köməklik göstərim…” – son günlər sosial şəbəkələrdə, xüsusilə də “TikTok” platformasında bu cür elanlar paylaşan səhifələrin sayı artıb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, “WhatsApp” qaynar xəttinə müraciət edən vətəndaş bildirib ki, “TikTok”da canlı yayım açan səhifəyə daxil olub və yardım üçün müraciət edib. Lakin daha sonra səhifənin əsl niyyətinin fərqli olduğunu anlayıb.

    Turqay Həsənovun sözlərinə görə, qarşı tərəf ondan bütün şəxsi məlumatları aldıqdan sonra nömrəni bloklayıb.

    Biz də həmin səhifədə qeyd olunan nömrələrlə əlaqə saxlamağa çalışdıq. Lakin nə zənglərə, nə də mesajlara cavab verən oldu. Hətta bəzi nömrələrin söndürülmüş olduğu məlum olub.

    Səhifədə yayımlanan videolara yazılan şərhlərdən isə bu şəxslərin qurbanı olanların sayının kifayət qədər çox olduğu aydın görünür.

    Ekspertlər vətəndaşları hər hansı bank kartı və ya şəxsi məlumatlarını paylaşarkən daha diqqətli olmağa çağırırlar. Onlar tanımadıqları şəxslərə şəxsi və maliyyə məlumatlarının verilməməsini tövsiyə edirlər.

  • Ильхам Алиев поздравил Си Цзиньпина

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо председателю Китайской Народной Республики Си Цзиньпину.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин председатель,

    От своего имени и от имени народа Азербайджана сердечно поздравляю Вас и в Вашем лице дружественный китайский народ с наступающим праздником Весны.

    Этот древний праздник, являющийся символом мира и гармонии, воплощением обновления, надежды, чувства благодарности к природе, всеми своими идеалами воспевает взаимопонимание, дружбу и единство. Желаю, чтобы праздник Чуньцзе, знаменующий наступление нового года по китайскому календарю, принес Вашему народу хорошее настроение, благополучие и достаток.

    Нас радует углубление и наполнение новым содержанием отношений всеобъемлющего стратегического партнерства между Азербайджаном и Китаем, построенных на прочном фундаменте. Несомненно, интенсивность нашего политического диалога и взаимопонимание способствуют дальнейшему стремительному развитию и укреплению этих отношений.

    Уверен, что азербайджано-китайские традиционно дружественные отношения, плодотворное сотрудничество нашими совместными усилиями будут и дальше расширяться в интересах двух народов, наше стратегическое партнерство еще больше укрепится.

    По случаю этого праздника еще раз передаю Вам самые искренние поздравления, желаю крепкого здоровья, счастья, успехов в Вашей ответственной государственной деятельности, а дружественному народу Китая – постоянного благополучия и процветания”.

  • İlham Əliyev Çin sədrinə məktub göndərdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “Sizi və Sizin simanızda dost Çin xalqını qarşıdan gələn Bahar bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.

    Sülh və harmoniyanın rəmzi, yeniliyin, ümidin, təbiətə minnətdarlıq hissinin təcəssümü olan bu qədim bayram bütün qayəsi ilə qarşılıqlı anlaşmanı, dostluğu və birliyi tərənnüm edir. Çin təqvimi ilə yeni ilin gəlişini qeyd edən Çuntsze bayramının xalqınıza xoş ovqat, firavanlıq və bol ruzi-bərəkət gətirməsini diləyirəm.

    Azərbaycan ilə Çin arasında möhkəm təməllər üzərində qurulmuş hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsi və yeni məzmun qazanması bizi sevindirir. Şübhəsiz ki, siyasi dialoqumuzun intensivliyi və qarşılıqlı anlaşma bu münasibətlərin daha sürətli inkişafına və möhkəmlənməsinə şərait yaradır.

    Əminəm ki, Azərbaycan-Çin ənənəvi dostluq münasibətləri, səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da güclənəcəkdir.

    Bu bayram münasibətilə bir daha Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, məsul dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Çin xalqına isə daim əmin-amanlıq və rifah arzulayıram”.

  • Рубену Варданяну зачитали приговор (Обновлено)

    В Бакинском военном суде вынесен окончательный судебный приговор по уголовному делу в отношении гражданина Армении Рубена Варданяна, обвиняемого по статьям Уголовного кодекса Азербайджанской Республики о преступлениях против мира и человечности, военных преступлениях, а также о терроризме, финансировании терроризма и других тяжких преступлениях.

    Как сообщает АЗЕРТАДЖ, судебное заседание проходило под председательством судьи Зейнала Агаева в составе судей Джамала Рамазанова и Анара Рзаева (запасной судья – Гюнель Самедова).

    По итогам открытого судебного заседания в отношении Р.Варданяна вынесено решение о лишении свободы сроком на 20 лет.

    * * * * *

    Сегодня продолжится открытое судебное заседание по уголовному делу в отношении гражданина Армении Рубена Варданяна, обвиняемого по статьям Уголовного кодекса (УК) Азербайджанской Республики (АР) о преступлениях против мира и человечности, военных преступлениях, а также о терроризме, финансировании терроризма и других тяжких преступлениях.

    Об этом заявили в Бакинском военном суде.

    Напомним, что на судебном заседании, состоявшемся 10 февраля, было объявлено о завершении судебного следствия, после чего судейская коллегия удалилась на совещание для вынесения решения.

    Ожидается, что сегодня будет зачитан приговор.

    Напомним, что Рубен Варданян обвиняется по статьям 100.1, 100.2 (планирование, подготовка, развязывание и ведение агрессивной войны), 107 (депортация или принудительное переселение населения), 109 (преследование), 110 (насильственное исчезновение людей), 112 (лишение свободы в нарушение норм международного права), 113 (применение пыток), 114.1 (наемничество), 115.2 (нарушение законов и обычаев войны), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (нарушение норм международного гуманитарного права во время вооруженных конфликтов), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (умышленное убийство), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (покушение на умышленное убийство), 192.3.1 (незаконное предпринимательство), 214.2.1, 214.2.3, 214.2.4 (терроризм), 214-1 (финансирование терроризма), 218.1, 218.2 (организация преступного сообщества), 228.3 (незаконное приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств), 270-1.2, 270-1.4 (деяния, создающие угрозу авиационной безопасности), 278.1 (насильственный захват власти или насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279.1, 279.2, 279.3 (создание не предусмотренных законодательством вооруженных формирований или групп), 318.2 (незаконное пересечение государственной границы Азербайджанской Республики) УК Азербайджанской Республики.

    Предварительное расследование уголовного дела, возбужденного в отношении гражданина Армении Рубена Варданяна, обвиняемого по таким статьям УК АР, как преступления против мира и человечности, военные преступления, терроризм, финансирование терроризма, а также в других тяжких преступлениях, проводилось в Службе государственной безопасности Азербайджана.

  • Ruben Vardanyana HÖKM OXUNDU (Yenilənib)

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı (hökm) elan olunub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında R.Vardanyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

    * * * * *

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri üzrə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclası bu gün də davam etdiriləcək.

    Bu barədə Bakı Hərbi Məhkəməsindən məlumat verilib.

    Xatırladaq ki, fevralın 10-da keçirilən məhkəmə prosesində məhkəmə baxışının başa çatdığı elan edilib, məhkəmə heyəti müşavirəyə gedib.

    Bu gün hökm oxunacağı gözlənilir.

    Qeyd edək ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb.

  • Bakının mərkəzində GÜCLÜ YANĞIN – Hadisə yerindən GÖRÜNTÜLƏR (Video)

    Bakının Səbail rayonunun Lev Tolstoy küçəsində ikimərtəbəli yaşayış binasında yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

    * * * * *

    Paytaxtın Səbail rayonu Lev Tolstoy küçəsində yerləşən yaşayış binalarından birində güclü yanğın hadisəsi baş verib.

    “Unikal”ın məlumatına görə, yanğın yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.

  • Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb, əks istiqamətdə artıb

    Ötən ay Azərbaycandan Gürcüstana 3,10 milyon ABŞ dolları həcmində pul köçürülüb.

    APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankından bildirilib.

    İllik müqayisədə həcmdə 6,04% azalma qeydə alınıb. Yanvarda xaricdən Gürcüstana daxil olan ümumi pul köçürmələrində Azərbaycanın payı 1,10% təşkil edib.

    Gürcüstandan Azərbaycana isə 4,64 milyon ABŞ dolları köçürülüb ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 28,18% çoxdur.

    Hesabat ayında xarici ölkələrdən Gürcüstana 282,64 milyon ABŞ dolları köçürülüb. Bu, ötən ilin analoji göstəricisi ilə müqayisədə 16,6% çoxdur. Gürcüstandan xaricə göndərilən pul köçürmələri isə illik müqayisədə 10,2% artaraq 31,2 milyon ABŞ dollarına bərabər olub.

  • Prokuror “Crocus Citi Hall” hadisəsində təqsirlədirilən şəxslərin ömürlük azadlıqdan məhrum edilməsini istəyib

    Rusiyada dövlət ittihamçısı “Crocus Citi Hall”da baş evrmiş terror hücumunun günahkarlarından biri olan Şəmsiddin Fəriduninin qohumları olan İsrail İslamov və onun iki oğlu Dilovar və Aminçonun Rusiya vətəndaşlığının ləğv edilməsini istəyib.

    APA xəbər verir ki, Baş Prokurorluğun yaydığı məlumata görə, prokuror Əlişir Qasimovun qaldığı evin sahibinin Rusiya vətəndaşlığından məhrum edilməsini və əmlakının dövlət tərəfindən müsadirə edilməsini tələb edib.

    “Prokurorlar Şəmsiddin Fəriduninin üç qohumu İsrail İslamov və iki oğlunun Rusiya vətəndaşlığından məhrum edilməsini tələb ediblər. Prokurorluq həmçinin hücumdan əvvəl birbaşa atəş açan dörd şəxsin yaşadığı mənzilin sahibi Əlişir Qasimovun Rusiya vətəndaşlığından məhrum edilməsini və əmlakın dövlət ehtiyacları üçün müsadirə edilməsini tələb edir”, – məlumatda deyilir.

    Prokurorluq hücumun dörd birbaşa icraçısı da daxil olmaqla 15 təqsirləndirilən şəxsə ömürlük həbs cəzası təklif edib.

    Prokurorlar digər dörd nəfər üçün 19 il 11 aydan 22 il 10 aya qədər həbs cəzası istəyiblər.

    Xatırladaq ki, 2024-cü il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Piknik” rok qrupunun konserti başlamazdan əvvəl silahlı şəxslər “Crocus City Hall”un binasına daxil olaraq ziyarətçilərə və işçi heyətinə atəş açıblar. Bundan sonra kompleksdə yanğın baş verib. Terror aktı nəticəsində 147 nəfər həlak olub, 336 nəfər xəsarət alıb, daha 3 nəfər isə itkin düşmüş hesab olunur.

  • “Apple” ən ucuz noutbuklarını buraxacaq

    “Apple” şirkəti yaxın zamanda ucuz “MacBook” noutbuklarını təqdim edəcək. Yeni noutbuklar müxtəlif rənglərdə buraxılacaq.

    Bu barədə “Bloomberg”in texnologiya eksperti və insayderi Mark Qurman sosial şəbəkə hesabında yazıb.

    Onun sözlərinə görə, yeni noutbuklar “Mac” xəttinin bu vaxta kimi işıq üzü görmüş ən ucuz noutbukları olacaq. Cihazların sarı, yaşıl, göy, çəhrayı, gümüşü və tünd-boz çeşidləri olacaq.

    “Apple”ın ən əlçatan noutbuku13 düymlük displey və “iPhone 18 Pro” və “18 Pro Max” modellərində istifadə olunmuş “A18 Pro” prosessoru ilə təchiz ediləcək. Qurman ucuz noutbukun plastik korpusa malik olacağı barədə şayiələri də təkzib edib: onun sözlərinə görə, model – bütün Mac cihazları kimi alüminium korpusa sahib olacaq.

    Qiyməti barədə rəsmi məlumat olmasa da, nəşrin yazdığına görə yeni “MacBook”un 699 dollara satılacağı gözlənilir.