Month: February 2026

  • Лейла Алиева поделилась публикацией из поездки в Гёйгёль – Видео

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева поделилась в своем Instagram-аккаунте кадрами из поездки в Гёйгёль.

    Median.Az представляет данную публикацию:

  • Leyla Əliyeva Göygöl səfərindən paylaşım etdi – Video

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi “Instagram” hesabında Göygöl səfərindən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • В Мингячевире автомобиль столкнулся в мопедом: пострадал 17-летний подросток

    На улице Н.Нариманова в городе Мингячевир произошло дорожно-транспортное происшествие.

    Как сообщает Oxu.Az, автомобиль марки Hyundai столкнулся с мопедом.

    В результате происшествия водитель мопеда 17-летний Субхан Насирзаде получил различные травмы.

    По данному факту проводится расследование.

  • “Hyundai” mopedlə toqquşdu: 17 yaşlı gənc xəsarət aldı

    Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, “Hyundai” markalı avtomobil ilə moped toqquşub.

    Hadisə nəticəsində mopedin sürücüsü, 17 yaşlı Sübhan Nəsirzadə xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda 11500 manatlıq dələduzluq edən 68 yaşlı kişi TUTULDU

    Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb.

    DİN mətbuat xidmətindən verilən xəbərə görə, zərərçəkmiş əvvəlcədən tanış olduğu şəxs tərəfindən “işə düzəltmək” adı altında 11500 manat vəsaitinin aldadılaraq ələ keçirilməsi barədə polisə müraciət edib.

    Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov saxlanılıb.

    Fakt üzrə araşdırma aparılır.

  • Bakıda böyük REYD: qayda pozanlar cərimələndi – Video

    Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində hüquqpozmalara qarşı növbəti profilaktik tədbir keçirilib. Tədbirlər zamanı məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, qanunsuz küçə ticarəti, xırda xuliqanlıq, məişət səs-küyü və s. qanun pozuntuları ilə əlaqədar faktlar aşkarlanıb.

    DİN mətbuat xidmətindən verilən xəbərə görə, Nəsimi RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı spirtli içki və narkotiklərin təsiri altında avtomobil idarə edən və dayanma-durma qaydalarını pozan sürücülər barəsində də inzibati tədbirlər görülüb. “Əcəmi dairəsi” və digər ərazilərdə keçirilən tədbirlərlə avtoxuliqanlıq, həmçinin konstruksiya dəyişikliyinə yol verən sürücülər də müəyyən olunub. Qayda pozan sürücülər barəsində qanunvericiliyin tələbinə uyğun məsuliyyət tədbirləri görülüb. Rayon ərazisində avtobus və ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə də profilaktik tədbirlər həyata keçirilib.

    Nəsimi rayonunda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

  • Gənc boksçu faciəvi şəkildə öldü

    III MDB Oyunlarında bürünc medal qazanan boksçu, 16 yaşlı Əli Ruşanov ölüb.

    “Unikal”ın məlumatına görə, gənc boksçu məşqçi atasının yetirmələrinin yarışını izləmək üçün paytaxta gəlibmiş və orada ölüb.

    2010-cu il təvıllüdlü Əli Fazil oğlu Ruşanov dəfələrlə ölkə və beynəlxalq yarışlarda uğurlu çıxışları ilə yadda qalıb.

    Təcrübəli məşqçi olan atası Fazil Ruşanovun yetirmələrinin çıxışlarını izləmək niyyətində olub. İlkin məlumata görə, yıxılaraq xəsarət alan gənc boksçu Bakıda dünyasını dəyişib.

  • Su təchizatı sektorunda ciddi qanun pozuntuları aşkarlandı, iş açıldı

    Təbii inhisar subyektləri tərəfindən rəqabət qanunvericiliyinin tələblərinə riayət olunması istiqamətində 2025-ci il üzrə aparılan araşdırmalar çərçivəsində, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsdə (PHŞ) həyata keçirilən yoxlamanın yekunlarını ictimaiyyətə təqdim edib.

    Bu xüsusda Dövlət Agentliyi rəsmi açıqlama yayıb.

    Qeyd olunub ki, araşdırma prosesinə vətəndaşlardan daxil olan müraciətlərə istinadən start verilib:

    “Monitorinqin gedişatında istehlakçı hüquqlarına zərər vura biləcək fəaliyyətlər, məhsul istehsalı və satışı zəncirində ehtimal olunan nöqsanlar, həmçinin təbii inhisar subyektinin şəbəkələrinə qoşulma və ya təqdim edilən xidmət həcminin genişləndirilməsi zamanı mövcud normativ hüquqi aktlarda nəzərdə tutulmayan qaydaların tətbiqi vəziyyəti təhlil edilib.

    Bununla bərabər, su təchizatı sektorunda tariflərin düzgün tətbiq edilməməsi ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması ehtimalları da yoxlanış predmetinə daxil edilib.

    Yoxlamanın yekunlarına müvafiq olaraq, rəqabət qanunvericiliyinin pozulması faktları və əlamətləri təsdiqini tapdığı üçün sözügedən təbii inhisar subyekti barəsində iş açılıb”.

  • Bütün ermənilərin katolikosu II Qareginə cinayət işi açıldı

    Ermənistanda bütün ermənilərin katolikosu II Qareginə qarşı cinayət işi başlanıb və onun ölkəni tərk etməsinə qadağa qoyulub.

    Bu barədə vəkil Ara Zoqrabyan “Sputnik Ermənistan”a bildirib.

    Həmçinin II Qareginin ölkədən çıxışına qadağa qoyulub.

    Vəkil qeyd edib ki, bu addım keşiş Arman Saroyanla bağlı məhkəmə aktının icrasına mane olmaq barədə ittihamla əlaqəlidir.

    Xatırladaq ki, daha əvvəl məlum olduğu kimi, həmin iş üzrə 6 yüksəkrütbəli din xadiminə ittiham irəli sürülüb və onlara da ölkədən çıxış qadağası tətbiq edilib.

    Vəkil bəyan edib ki, bu qərar birbaşa hakimiyyətin Avstriyada keçiriləcək Arxivyerlər Məclisini pozmaq cəhdləri ilə bağlıdır. A.Zoqrabyan katolikosa qarşı irəli sürülən ittihamı hakimiyyət tərəfindən atılmış tarixi və utancverici addım, həmçinin Kilsənin daxili işlərinə birbaşa müdaxilə kimi qiymətləndirib.

  • Natrium əvəzinə litium: Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər

    Elektrik avtomobil sənayesində mühüm yenilik baş verib – dünyanın ilk natrium-ion batareyası təqdim olunub. Bu batareya ənənəvi litium-ion batareyalara ciddi alternativ ola bilər.

    Qaynarinfo xəbər verir ki, yeni texnologiya soyuq iqlimlərdə daha yaxşı performans, etibarlı yol məsafəsi və daha sərfəli qiymət vəd edir. CATL şirkəti tərəfindən hazırlanan batareya, şirkətin qlobal batareya bazarının 38%-dən çoxunu əhatə edən portfeli ilə bu il ilk dəfə kütləvi istehsal avtomobilində – “Changan Nevo A06” modelində təqdim olunacaq.

    Natrium-ion batareyalarının üstünlükləri

    Enerji sıxlığı təxminən 175 Vt·saat/kq-dır, bu da bir tam şarjla 400 km məsafə qət etməyə imkan verir.

    Ən böyük üstünlük – ekstremal soyuqlara davamlılıq. Monqolustanda keçirilən testlərdə avtomobil -30°C-də normal şarj olunub və -50°C-də də stabil işləyib. İstehsalçı bildirir ki, -40°C-də batareya tutumunun 90%-dən çoxunu qoruyur.

    Yüksək təhlükəsizlik: batareya sınaqlarda sındırılsa və ya deşilsə belə, tüstü çıxarmayıb və alış baş verməyib.

    Texnologiyanın bazara təsiri

    Ekspertlər qeyd edirlər ki, natrium litiumdan ucuzdur, bu isə elektrik avtomobillərinin qiymətinin azalmasına səbəb ola bilər. Bundan əlavə, natrium batareyaları təchizat zəncirində geosiyasi təsirlərə daha az həssasdır.

    Texnologiya ilk olaraq Çin bazarında tətbiq ediləcək, amma perspektivdə ABŞ və digər ölkələrdə də görünə bilər. Natrium-ion batareyaların istifadəyə girməsi batareya sahəsində daha əlçatan, təhlükəsiz və çətin hava şəraitinə davamlı yeni bir dövr açır.