Month: February 2026

  • В Пакистане зафиксировали землетрясение магнитудой 5.5

    Землетрясение магнитудой 5.5 произошло в Пакистане.

    Об этом сообщил Европейско-средиземноморский сейсмологический центр.

    По его данным, эпицентр подземных толчков находился в 75 км к северо-западу от города Уста-Мухаммад с населением около 60 тыс. человек. Очаг залегал на глубине 35 км.

    Информация о пострадавших и разрушениях не поступала.

  • Pakistanda güclü zəlzələ oldu

    Pakistanda 5.5 maqnitudalı zəlzələ baş verib.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanların episentri təxminən 60 min əhalisi olan Usta-Məhəmməd şəhərindən 75 km şimal-qərbdə, ocağı isə 35 km dərinlikdə yerləşib.

    İtki və dağıntı barədə məlumat verilməyib.

  • Milli Məclis Ədliyyə Nazirliyinin bələdiyyələrlə bağlı illik hesabatını təsdiqlədi

    Milli Məclis Ədliyyə Nazirliyi tərəfindən hazırlanan, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsini əks etdirən illik məruzəni bir oxunuşda təsdiqləyib.

    Oxu.Az xəbər verir ki, sözügedən sənəd parlamentin bu gün baş tutan plenar iclasının gündəliyinə daxil edilərək müzakirə olunub.

    İclasda qeyd olunub ki, 2025-ci ildə yerli özünüidarəetmə sistemində islahatların yeni mərhələsi başlayıb. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanuna uyğun olaraq, ölkə ərazisində bələdiyyələrin sayı 1 606-dan 685-ə qədər azaldılıb. Qanunun tətbiqini təmin etmək məqsədilə Nazirlər Kabinetinin “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması haqqında” Sərəncamına əsasən müvafiq komissiyalar təşkil edilib. Həmin komissiyaların yerlərdəki fərdi tərkibinin təsdiqlənməsi, sədrliyin həyata keçirilməsi və kargüzarlıq işlərinin təşkili Ədliyyə Nazirliyinə tapşırılıb.

    2025-ci ilin yanvar ayında keçirilən növbəti bələdiyyə seçkisi ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qalıb. Seçkilərin yekunlarına əsasən, 682 bələdiyyə üzrə (3 bələdiyyədə nəticələr ləğv edilib) 8 039 bələdiyyə üzvü seçilib. Yeni formalaşan tərkibdə qadınlar və gənclər üstünlük təşkil edib. Belə ki, qadın üzvlərin sayı 3 148 (39%), gənclərin sayı isə 2 007 nəfər (25%) olub.

    Nazirlər Kabinetinin 2025-ci il 3 iyun tarixli Qərarı ilə “Bələdiyyələrə iş” informasiya sistemi (BİİS) haqqında Əsasnamə təsdiqlənib. Hazırda bu sistem yerli özünüidarəetmə orqanlarının işində operativliyin, səmərəliliyin və şəffaflığın artırılmasında, həmçinin məlumatların sistemliliyinin və əlçatanlığının təmin edilməsində vacib rol oynayır.

    “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının icrası çərçivəsində BİİS-in strukturuna yeni altsistemlər əlavə edilib. Portalın altsisteminə daxil olan modullar vasitəsilə bələdiyyələrin gəlir və xərcləri barədə məlumatların toplanması, emalı, axtarışı, təhlili və yayımlanması, eləcə də bütün xərclərin həyata keçirilməsi və maliyyə hesabatlarının elektron qaydada tərtibi təmin olunacaq. Portalın təkmilləşdirilməsi işləri hazırda davam etdirilir.

    Dövlət Statistika Komitəsinin 2025-ci ilin aprelində yayımladığı 2024-cü il bələdiyyə büdcəsinin icrasına dair məlumatlara görə, ölkə üzrə bələdiyyə gəlirləri əvvəlki illə müqayisədə təxminən 7.9 milyon manat (14.4%) artaraq ilk dəfə 63 milyon manata yaxınlaşıb. Mövcud məlumatlara əsasən, 2025-ci ilin yekunlarında bu göstəricinin 60 milyon manatı keçməsi proqnozlaşdırılır.

    2025-ci ildə 4 yeni bələdiyyə müəssisəsi – Gədəbəy bələdiyyəsi üzrə “Yaşıl Gədəbəy”, İsmayıllı bələdiyyəsi üzrə “İsmayıllı Aqrar və Təmir-Tikinti Xidmət İdarəsi”, Oğuz bələdiyyəsi üzrə “Oğuz-2025” və Xol Qarabucaq bələdiyyəsi üzrə “Zəfər-Agro-2025” yaradılıb. Onların əsas fəaliyyət sahələri kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, habelə təmir-tikinti işlərinin aparılması kimi məsələləri əhatə edir.

    Mülki Prosessual Məcəllə və “İcra haqqında” Qanunda edilən dəyişikliklərə uyğun olaraq, bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemi vasitəsilə icraya yönəldə bilirlər. Sistemdə yaradılan elektron kabinetlər vasitəsilə sənədlərin operativ şəkildə icraya yönəldilməsi, prosesin izlənilməsi və icraat materialları ilə real vaxt rejimində tanışlıq imkanı təmin edilib.

    Ənənəvi olaraq 2025-ci ildə də dövlət büdcəsindən bələdiyyələrə maliyyə dəstəyi göstərilib. Yerli büdcələr üçün nəzərdə tutulan dotasiyanın həcmi 7.5 milyon manat təşkil edib.

    Xatırladaq ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən, bu sahədə inzibati nəzarət funksiyasını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

  • Bakıda polisdən “qaçmaq” istəyən sürücünü anası İFŞA ETDİ

    Paytaxtın Xəzər rayonunda nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən vətəndaş inzibati məsuliyyətə cəlb edilib.

    Median.Az-ın “Teleqraf”a istinadla verdiyi məlumata görə, Yol Patrul Xidməti (YPX) inspektorları tərəfindən saxlanılan sürücü B.D. xüsusi texniki vasitə – alkotester vasitəsilə yoxlanılıb.

    Yoxlama zamanı cihaz şəxsin spirtli içki qəbul etdiyini təsdiqləsə də, sürücü ilkin olaraq nəticə ilə razılaşmayıb və onun yanlış göstərdiyini iddia edib. Lakin hadisə yerində sürücünün anası patrul maşınına yaxınlaşaraq oğlunun həqiqətən spirtli içki qəbul etdiyini və onların qonaqlıqdan qayıtdıqlarını etiraf edib.

    Valideyninin bu açıqlamasından sonra sürücü müqavimət göstərməyi dayandırıb, sərxoşluq halının təyini ilə bağlı protokolu imzalayıb və spirtli içki qəbul etdiyini yazılı şəkildə təsdiqləyib.

    İnzibati xəta törədilməsi barədə toplanmış materiallar baxılması üçün Xəzər Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə 1995-ci il təvəllüdlü vətəndaş barəsində 400 manat məbləğində cərimə tətbiq edilib.

  • 43 bələdiyyə rəsmisi məsuliyyətə cəlb olunub – Nazir müavini FAKTLARI AÇIQLADI

    “Azərbaycanda ötən il 14 bələdiyyə ilə bağlı cinayət işi açılıb”.

    Oxu.Az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında deyib.

    Qeyd edək ki, o, parlamentdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə fəaliyyətinə dair məruzənin müzakirəsi zamanı çıxış edib.

    Nazir müavini qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən, ötən dövr ərzində 50 inzibati xəta protokolu (2024-cü ildə bu rəqəm 103 olub) tərtib olunaraq məhkəmələrə yönləndirilib:

    “Həmin protokollar üzrə məhkəmə qərarları ilə 43 bələdiyyə rəsmisi inzibati məsuliyyətə cəlb olunub, hazırda isə 3 protokol məhkəmə icraatındadır.

    İnzibati nəzarət tədbirləri çərçivəsində 62 fakt üzrə (2024-cü ildə 51 fakt) cinayət tərkibinin əlamətləri müəyyən edilib və toplanmış sənədlər hüquqi qiymət verilməsi məqsədilə müvafiq istintaq orqanlarına təqdim olunub. Həmin materiallar əsasında artıq 14 fakt üzrə (2024-cü ildə 21 fakt) cinayət işi açılıb, bəzi hallarda qanun pozuntularının aradan qaldırılması üçün təqdimatlar verilib, digər materialların araşdırılması isə istintaq orqanlarında davam etdirilir”.

  • Спекулировавший на теме Карабаха мошенник отправится за решетку

    В Бакинском суде по тяжким преступлениям завершился громкий судебный процесс по делу Рамина Гулиева, обвиняемого в хищении средств граждан в особо крупных размерах путем мошенничества.

    Как сообщает Oxu.Az, на заключительном заседании под председательством судьи Эльнура Нуриева был зачитан обвинительный приговор.

    Решением суда Рамин Гулиев признан виновным и приговорен к лишению свободы сроком на 7 лет.

    Несмотря на неопровержимые доказательства, собранные следствием, подсудимый до последнего настаивал на своей невиновности.

    Согласно материалам следствия, преступная схема Гулиева строилась на актуальной и чувствительной для общества теме. Под предлогом организации бизнеса по продаже строительных материалов в Карабахском регионе, он вошел в доверие к своей знакомой, жительнице столицы Айнуре Велиевой. Злоумышленник частями получил от потерпевшей внушительную сумму – в общей сложности 110 000 манатов, которые впоследствии присвоил.

    Одной жертвой аппетиты мошенника не ограничились. В ловушку попала и Айбениз Абдуллаева. В обвинительном акте указывается, что Гулиев действовал по уже отработанному сценарию: манипулируя желанием граждан заработать на восстановлении территорий, а именно на купле-продаже стройматериалов в Карабахе, он завладел денежными средствами Айбениз Абдуллаевой в размере 76 000 манатов.

    Список пострадавших от махинаций Рамина Гулиева пополнил также житель Баку Вугар Гасымов, который надеялся на помощь обвиняемого. В этом эпизоде “предприниматель” сменил тактику. Пообещав содействие в решении сложных вопросов, связанных с недвижимостью, он обманным путем присвоил 15 000 манатов, принадлежащих потерпевшему.

    Таким образом, общая сумма ущерба, нанесенного гражданам, превысила 200 000 манатов.

    В отношении задержанного было возбуждено уголовное дело по статье 178.3.2 (мошенничество с причинением крупного ущерба) Уголовного кодекса Азербайджанской Республики. На период следствия ему была избрана мера пресечения в виде ареста.

  • Qarabağda biznes qurmaq adı ilə qadınları aldadan “iş adamı”na AĞIR CƏZA

    Dələduzluq yolu ilə vətəndaşlara külli miqdarda ziyan vurmaqda ittiham olunan Ramin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub, R.Quliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.

    İstintaq materiallarına əsasən, Ramin Quliyev Qarabağ bölgəsində tikinti materiallarının satışı ilə məşğul olmaq adı altında tanışı, paytaxt sakini Aynurə Vəliyevanı aldadıb. O, zərərçəkəndən müxtəlif vaxtlarda hissə-hissə ümumilikdə 110 min manat alaraq həmin vəsaiti mənimsəyib.

    Təqsirləndirilən şəxsin qurbanlarından biri də Aybəniz Abdullayevadır. İttiham aktında göstərilir ki, R.Quliyev eyni ssenari üzrə, yəni Qarabağda tikinti materiallarının alqı-satqısından gəlir əldə etmək bəhanəsi ilə Aybəniz Abdullayevanın 76 min manat pulunu mənimsəyib.

    Ramin Quliyevin əməllərindən zərər görən digər şəxs isə Bakı sakini Vüqar Qasımovdur.

    R.Quliyev əmlakla bağlı məsələlərin həlli vədi ilə zərərçəkənin 15 min manat vəsaitini ələ keçirib.

    Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

  • Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı

    Fevralın 12-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 180, o cümlədən borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 30 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

  • 13 kiloqramdan artıq narkotik vasitə aşkar olundu

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 12-də ümumi çəkisi 13,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Belə ki, fevralın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbara, 1 alışdırıcı, 30 tüfəng, 2 patron darağı və 192 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

  • Şəhid oğlunun tabutu önündə qurban kəsdirən ana VƏFAT ETDİ – FOTO

    Vətən uğrunda canından keçmiş şəhid gizir Telman Kəlbiyevin anası Dilşad Kəlbiyeva dünyasını dəyişib.

    Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, şəhid anası bu gün həyatını itirib.

    Xatırladaq ki, 2023-cü ildə Dilşad Kəlbiyevanın evdə tək olmasından xəbər tutan maskalı şəxslər mənzilə daxil olmuşdular. Həmin şəxslər qadını bıçaqla hədələyərək evdə olan 800 manat məbləğində vəsaiti ələ keçirib qaçmışdılar.

    Sözügedən hadisə zamanı D.Kəlbiyevanın evdə tək olmasının səbəbi, onun oğlunun xatirəsini əziz tutmaq üçün rayondakı evlərində tənha yaşamağa üstünlük verməsi idi.

    Xatırladaq ki, T.Kəlbiyevin nəşi Vətən müharibəsi bitəndən xeyli müddət sonra aşkar edilərək ailəsinə təhvil verilmişdi. Oğlunun Murovdağ istiqamətində tapılan nəşini yaşadığı Neftçalada qarşılayan anası onun tabutu önündə qurban kəsdirməklə ölkəni qəhərə boğmuşdu.