Month: February 2026

  • Evlərdən 8 min manatlıq oğurluq edildi

    Sabunçu rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, naməlum şəxs ayrı-ayrı vaxtlarda evlərdən 8 min manat dəyərində elektrik naqilləri, müşahidə kameraları və işıqlandırma cihazlarını talayıb. Sabunçu RPİ 42-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı C.Cəfərquliyev saxlanılıb.

    Araşdırmalar davam etdirilir.

  • İlham Əliyev Münhendə Neçirvan Bərzani görüşdü (FOTO)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.

    Söhbət zamanı Neçirvan Bərzaninin Azərbaycana səfərləri, həmçinin dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlanaraq, bütün bunların əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirildi.

    Azərbaycan Prezidenti və İraq Kürdüstan Regionunun başçısı iqtisadi, ticari, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi apardılar, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.

    Dövlətimizin başçısı Neçirvan Bərzanini ölkəmizə səfərə dəvət etdi. İraq Kürdüstan Regionunun başçısı dəvəti məmnunluqla qəbul etdi.

  • Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb

    Xəzər dənizinin cənub hissəsində qanunsuz balıq ovu ilə məşğul olan N.Həbibzadə saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

    Bildirilib ki, baxış zamanı həmin şəxsdən 172 ədəd ovlanması qadağan edilən müxtəlif növ balıq və qanunsuz ov alətləri götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda hoteldə 25 yaşlı oğlan öldü

    Bakıda 25 yaşlı kişinin hoteldə meyiti tapılıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən saat 13 radələrində paytaxtın Yasamal rayonu Ə.Haqverdiyev küçəsində yerləşən “Jade” hotelində baş verib.

    Bakı şəhər sakini 2001-ci il təvəllüdlü İbrahim Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Ata Abdullayev azadlığa buraxıldı

    Həbsdə olan bloqer Ata Abdullayev azadlığa çıxıb.

    Median.Az xəbər verir ki, o, Xəzər Rayon Məhkəməsi tərəfindən cəzasının qalan hissəsindən azad edilib.

    A.Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmişdi.

    Qeyd edək ki, məlumatı ilk olaraq Bakues.az saytı yayıb.

  • DTX-nin tutduğu sabiq icra başçısı ilə bağlı QƏRAR VERİLDİ

    Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan icra başçısı Musa Şəkiliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanının vəsatətinə baxılıb.

    Oxu.Az-ın məlumatına görə, prosesdə vəsatət təmin edilib və Musa Şəkiliyev barəsində seçilmiş həbs qətimkan tədbiri 5 ay müddətinə uzadılıb.

    Qeyd edək ki, DTX iyunda Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində rayonun icra başçısı Musa Şəkiliyev saxlanılıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur. Ötən il iyunun 21-də Səbail Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 14 oktyabrda da həbs qətimkan tədbiri 4 ay müddətinə uzadılıb.

    Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı Sərəncama əsasən, Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

  • Президент Ильхам Алиев прибыл с визитом в Германию – ФОТО

    13 февраля Президент Азербайджанской Республики Ильхам Алиев вместе с первой леди Мехрибан Алиевой прибыл с визитом в Федеративную Республику Германия для участия в Мюнхенской конференции по безопасности.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident İlham Əliyev Almaniyaya səfərə gedib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün birinci xanım Mehriban Əliyeva ilə birlikdə fevralın 13-də Almaniya Federativ Respublikasına səfərə gedib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.


  • Naxçıvanda tələbə qız öldü – FOTO

    Naxçıvan Dövlət Universitetinin tələbəsi Elif Gəray qızı Sadiqli vəfat edib.

    O, universitetin Ekologiya mühəndisliyi ixtisasının birinci kurs tələbəsi olub.

    Onun uzun müddət davam edən xəstəlik səbəbi ilə dünyasını dəyişdiyi bildirilir.

  • 30 ildən çox idi ailəsi axtarırdı: Kəlbəcərdən NƏŞİ TAPILDI – FOTO

    Birinci Qarabağ müharibəsinin mülki şəhidi Bahadur Məhəmməd oğlu Kamalovun nəşi tapılıb.

    Oxu.Az-ın məlumatına görə, onun nəşi yaxın günlərdə ailəsinə veriləcək.

    Qeyd edək ki, B.Kamalov 19 yanvar 1937-ci ildə Kəlbəcər rayonunda doğulub.

    O, Zar kənd sovetinin sədri vəzifəsində işləyib. Erməni qoşunları Kəlbəcəri işğal edərkən 5 aprel 1993-cü ildə Kəlbəcər rayonu ərazisində itkin düşüb. 8 aprel 1993-cü ildə ermənilər tərəfindən öldürülüb.

    İndiyə qədər mərhumun məzar yeri bilinmirdi. Onun ailəsi Kəlbəcər rayonundan qaçqın düşdükdən sonra Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşıb.

    Xatırladaq ki, bir müddət əvvəl də Birinci Qarabağ müharibəsində itkin düşən Rəsul Ağayevin nəşi tapılaraq ailəsinə təhvil verilmişdi.