Month: February 2026

  • Pezeşkian Azərbaycana təşəkkür etdi

    İran Prezidenti Məsud Pezeşkian Azərbaycana və Türkiyəyə təşəkkür edib.

    Median.Az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, o, bu barədə İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə keçirilən yürüş zamanı xalq qarşısında çıxışı zamanı bildirib.

    Pezeşkian deyib ki, İranın xarici siyasətində əsas prioritet qonşu ölkələrlə səmimi və qardaşlıq münasibətlərinin qurulmasıdır. Onun sözlərinə görə, bu yanaşma birbaşa ölkənin ali liderinin göstərişidir.

    “Bu ölkələr müsəlman, dost və qardaş dövlətlərdir. Biz onlarla əlaqələrimizi möhkəmləndirməliyik. Düşmənlər bizə qarşı plan qurmaq və ya təcavüz etmək istəyəndə qonşularımız bir-birinin ardınca zəng edərək narahatlıqlarını və dəstəklərini bildirirdilər”, – deyə İran prezident vurğulayıb.

    Pezeşkian Azərbaycan və onun Prezidentinə, habelə, türkiyəli həmkarına və xarici işlər nazirinə xüsusi təşəkkür edib. O, əlavə olaraq Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin də İranla bağlı narahatlıq göstərdiyini qeyd edib.

  • Valideynlər övladlarına iş dəftərlərini almalıdırlar?

    “Məktəblərdə iş dəftərlərinin alınması məcburi deyil, lakin arzu olunandır”.

    Bu sözləri “Təhsil” TV-nin efirində çıxışı zamanı Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev deyib.

    O bildirib ki, öyrənmə prosesi o qədər də sadə və düzxətli bir proses deyil:

    “Təsəvvür edin, uzun müddətdir ki, bir ailədən təhsil alan iki nəfərin birinin yaxşı, digərinin pis qavraması məsələsini araşdırırlar.

    Nəzərə almaq lazımdır ki, dövlət tərəfindən şagirdlərin istifadəsinə ödənişsiz əsasla verilən dərsliklərin üzərində cızma-qara aparmağa icazə verilmir. Əlavə resursdan istifadə yalnız öyrənmənin dərinləşdirilməsinə və təkmilləşdirilməsinə xidmət edir. Çünki elə fənn var onlarda yazmaq lazım gəlir. Məsələn, riyaziyyat, təbiət fənlərini buna misal göstərmək olar. Buna görə biz iş dəftərləri lazımsızdır deyə bilmərik. Burada müəyyən biliklərin qavranılmasına həsr olunan tapşırıqlar var. Müəllim iş dəftərinin alınmasını tələb edirsə, demək o şagirdi öyrətmək istəyir. Bu bir nöqsan deyil. Arzu olunandır ki, iş dəftərləri alınsın, lakin bu, bir məcburiyyət deyil”.
    //oxu.az

  • Rusiya vətəndaşları Azərbaycanda nə üçün kütləvi mənzil alırlar? – Video

    Son zamanlar Azərbaycanın daşınmaz əmlak bazarında xarici vətəndaşların aktivliyi diqqət çəkir.

    Alınan əmlakların 70 faizi Rusiya vətəndaşlarının payına düşür. Bəs buna hansı amillər səbəb olur?

    Mütəxəssislər Azərbaycan Televiziyasına (AzTV) bildiriblər ki, buna səbəb Azərbaycan vətəndaşlarının bir çoxunun Rusiya vətəndaşlığı alması və buna uyğun olaraq onların gəlirlərinin bir hissəsini əmlaka yatırmaq istəməsi ilə bağlıdır.

  • Paytaxtın bəzi küçələrində sıxlıq var

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

    9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    10. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    13. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    14. Fətəli xan Xoyski prospekti, “Gənclik” metro stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;

    15. Koroğlu Rəhimov küçəsi, Akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    16. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    17. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    18. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

  • Zabratda evdə yıxılan qadın öldü

    Paytaxtın Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 16 radələrində Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Ş.Paşayeva Zabrat qəsəbəsindəki evdə yıxılıb. Nəticədə o, baş nahiyəsindən aldığı xəsarətdən ölüb.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Sosial şəbəkədə qeyri-etik sözlər işlətdi, həbs olundu (FOTO)

    Sosial şəbəkələrdə özünü şair-publisist kimi təqdim edib, qeyri-etik və əxlaqsız ifadələr işlədən şəxs həbs edilib. 

    Qaynarinfo-nun məlumatına görə, 1974-cü il təvəllüdlü Qazax şəhər sakini Ülvi Dağkəsəmənli barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2- ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb. 

    Məlum olub ki, sosial şəbəkələrdə və xüsusən “TikTok”da özünü şair-publisist kimi təqdim edən Ülvi Dağkəsəmənli yaşadığı Ağstafa rayonunun Dağ Kəsəmən kəndində sosial mediada qeyri-etik və əxlaqsız ifadələr işlədib. 

    Təqsirləndirilən şəxs məhkəmədə əməlindən peşman olduğunu və buna görə qeyd etdiklərinin nəzərə alınmasını xahiş edib.

    Məhkəmənin hökmü ilə Ülvi Dağkəsəmənli İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 28 gün müddətə inzibati qaydada həbs olunub. 

  • İlham Əliyev: “ABŞ Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası tarixi sənəddir”

    “Amerika Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası da bu üstünlüyü bizə təmin edir. Bu Xartiya tarixi bir sənəddir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.

    Bu sənədin artıq mətbuatda da dərc edildiyini bildirən dövlətimizin başçısı qeyd edib:

    “Hər kəs görə bilər nədən ibarətdir (Xartiya – red.), o cümlədən data mərkəzləri, rəqəmsallaşma, süni intellekt və bu sahədəki Amerika şirkətləri ilə sıx əlaqələrimiz. Yəni bu da bizim üstünlüyümüzdür”.

  • İlham Əliyev: “Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır”

    “Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirib.

    “Hətta mənə verilən məlumata görə, bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, – belə adlandırılır, – kömək göstərir”, – deyə dövlətimizin başçısı qeyd edib.

  • Президент: Государственные услуги должны оказываться через единую платформу mygov

    Государственные услуги должны оказываться через единую платформу mygov, то есть из единого центра.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев на совещании, посвященном единому плану действий под названием “Новая цифровая архитектура Азербайджана”.

    Глава государства отметил, что об этом должны знать все – как государственные органы, так и граждане. “Это обеспечит значительные преимущества и для граждан. Все необходимые гражданам услуги должны оказываться из единого центра”, – добавил он.

  • Prezident: “Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir”

    Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir – yəni vahid mərkəzdən.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.

    Dövlətimizin başçısı deyib ki, hər kəs bunu bilməlidir – həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir.