Month: February 2026

  • Azərbaycanda bəzi məktəblərə direktor təyinatı oldu

    Altı məktəbə direktor təyinatı həyata keçirilib.

    Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

    Siyahını təqdim edirik:

    Günel Vilayət qızı Hacıyeva – Gəncə şəhəri Molla Pənah Vaqif adına 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru;

    Pərvanə Qurban qızı Həmidova – Gəncə şəhəri Nadir Hüseynov adına 38 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru;

    Leyla Hümbət qızı Camalzadə – Gəncə şəhəri Nəriman Nərimanov adına 25 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru;

    Günel Oruc qızı Muradova – Samux rayonu Qarayeri qəsəbəsi 1 nömrəli məktəb-liseyin direktoru;

    Günel Elçin qızı Məmmədova – Samux şəhəri 3 nömrəli tаm orta ümumtəhsil məktəbinin direktoru;

    Seymur Vaqif oğlu Məmmədov – Gəncə şəhəri Nikolay Nekrasov adına 19 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru.

  • Bakıda qızıl sifarişini gətirən kuryeri bıçaqladılar – Foto / Video

    Bakı şəhərinin Nərimanov rayonu ərazisində quldurluq faktı qeydə alınıb.

    Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

    Məlumata əsasən, naməlum şəxs sifariş etdiyi qızıl-zinət əşyalarını ünvana gətirən kuryerə bıçaqla xəsarət yetirib, daha sonra isə məhsulu ələ keçirərək hadisə yerindən qaçıb.

    Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı Mehman Maqsudov müəyyən edilərək istintaqa cəlb olunub.
    Saxlanılan zaman onun üzərindən narkotik vasitə olan marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. M.Maqsudovun törətdiyi quldurluq əməli müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb.

    Faktla bağlı araşdırmalar davam edir.

  • Evli kişi tanış olduğu qadına yalandan xərçəng xəstəliyinə tutulduğunu bildirərək dələduzluq etdi

    Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zamiq Yusifovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Yasamal Rayon Məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilib. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6, 5.2.2 və 5.3-cü bəndlərinə əsasən, təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin hökmü ilə ona təyin olunmuş 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından azad olunub.

    İttihama görə, təqsirləndirilən şəxs tamah niyyəti ilə tanış olduğu zərərçəkmiş Günay Səmədovanın (adı və soyadı şərtidir) etibarından sui-istifadə edib.

    Belə ki, Zamiq Yusifov qadına guya xərçəng xəstəliyinə tutulması və müalicə üçün pul lazım olması barədə yalan məlumat verib. Bu bəhanələr əsasında zərərçəkmiş şəxs aldanıb. Günay müxtəlif tarixlərdə – 2024-cü il martın 5-dən avqustun 30-dək mobil bank tətbiqləri, habelə ödəmə post terminalları vasitəsilə ümumilikdə 27 055 manat pulu təqsirləndirilən şəxsin hesabına köçürüb.

    Məhkəmə araşdırmalarına əsasən, Zamiq Yusifov bu vəsaitləri öz şəxsi ehtiyaclarına xərcləyərək zərərçəkmiş şəxsə ciddi maddi ziyan vurub.

    Birinci instansiya məhkəməsi ibtidai istintaq orqanının təqdim etdiyi 27 055 manatlıq ittihamı 9 225 manat həcmində azaltmış və qərara alıb ki, Zamiq Günaya 17 830 manat məbləğində ziyan vurub.

    Zamiq Yusifov məhkəmə ifadəsində qeyd edib ki, evli və iki uşaq sahibi olmağına baxmayaraq, tanış olduğu zərərçəkmiş şəxsə subay olduğunu və onunla ailə həyatı quracağını bildirib.

  • Prezident: “Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur”

    “Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkiana bu ölkənin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

    Dövlətimizin başçısı qeyd edib ki, ortaq dini-mədəni köklər və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.

    Hazırda ikitərəfli gündəlikdə duran məsələlərin əhatə dairəsinin genişləndiyini və yeni məzmunla zənginləşdiyini bildirən Azərbaycan Prezidenti vurğulayıb ki, müxtəlif səviyyələrdə səfərlərin intensiv xarakteri, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi üçün əlverişli imkanlar yaradır.

  • 16 illik qətl işi üzə çıxdı: Azərbaycanlı məhkuma yeni cəza verildi

    Azərbaycanda narkotikə görə həbs edilən şəxsin qətl törətdiyi məlum olub.

    Tərtər rayon sakini, 1973-cü il təvəllüdlü Firdovsi Təhməzov 2021-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilib. Məhkəmənin qərarı ilə o, 7 il 6 ay azadlıqdan məhrum edilib.

    2025-ci ildə Firdovsi Təhməzovun daha bir cinayəti üzə çıxıb. Məlum olub ki, o, 2009-cu ildə Rusiyada qətl hadisəsi törətməkdə şübhəli bilinərək barəsində axtarış elan olunub. Rusiya istintaq orqanının ittihamına görə, F.Təhməzov 2009-cu il yanvarın 15-də saat 2 radələrində Rusiya Federasiyası, Moskva şəhəri, Şelkovskoye şosesi, ev 98 ünvanında yerləşən, aşpaz kimi fəaliyyət göstərdiyi kafedə Ukrayna vətəndaşı Vladimir Zubkovu bıçaqlayıb. V.Zubkov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Hadisədən sonra F.Təhməzov Rusiyanı tərk edərək Azərbaycana qaçıb.

    Rusiya istintaq orqanının təqdimatı ilə Azərbaycanda faktla bağlı cinayət işi başlanılıb və iş Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə F.Təhməzov 9 il 6 ay azadlıqdan məhrum edilib. F.Təhməzovun 5 il 10 ay 17 (on yeddi) gün müddət təyin olunmuş cəzasından çıxılaraq onun üzərində 3 il 7 ay 13 gün azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
    //oxu.az

  • Bakıda tələbə qız bacısını bıçaqlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Fəridə Baxışovanın (adı, soyadı şərtidir – red.) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az Pravda.az-a istinadən bildirir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmənin sonuncu iclasında hökm oxunub, müttəhimə şərti cəza verilib.

    İttiham aktına əsasən, hadisə 3 sentyabr 2025-ci il tarixdə, saat 15 radələrində Bakının Xətai rayonu ərazisində qeydə alınıb.

    Belə ki, Fəridə Baxışova onunla eyni ünvanda yaşayan bacısı, zərərçəkmiş Zəminə Baxışovanı (adı, soyadı şərtidir – red.) bıçaqlayıb.

    Tərəflər arasında münasibətlərin pozulmasına zərərçəkmişin təqsirləndirilən şəxsə məxsus əşyalardan onun icazəsi olmadan istifadə etməsi olub. Mübahisə zamanı Fəridə əsəbiləşərək mətbəx bıçağını götürüb və bacısına qəsdən iki dəfə zərbə endirib.

    F.Baxşıova bacısının sağlamlığına qəsdən ağır zərər vurmaqda ittiham edilib və onun barəsində qanunvericiliyə uyğun olaraq cinayət işi başlanıb.

    İstintaq dövründə Fəridə Baxışovanın barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdi.

    Fəridə Baxışova Bakıda, bacısı Zəminə Baxışova isə Türkiyədə universitetlərin birində ali təhsil alır.

  • В аккаунтах Ильхама Алиева в соцсетях опубликованы кадры визита Джей Ди Вэнса в Азербайджан – Видео

    В официальных аккаунтах Президента Азербайджана Ильхама Алиева в социальных сетях опубликовано видео, посвященное визиту вице-президента США Джей Ди Вэнса в нашу страну.

    Median.Az представляет данные кадры:

  • Prezidentin sosial şəbəkə hesablarında İlham Əliyevin Ceyms Devid Vens ilə görüşündən görüntülər paylaşılıb – Video

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vens ilə Bakıdakı görüşündən görüntülər paylaşılıb.

    Median.Az sözügedən videogörüntünü təqdim edir:

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light (CIF) подешевела на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке снизилась на 0.07 доллара, или 0.1% – до 71.14 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 71.21 доллара.

  • Azərbaycan nefti cüzi ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.1% azalaraq 71.14 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71.21 ABŞ dolları təşkil edib.