Month: February 2026

  • Bakıda yeni tunel tikiləcək – Daha bir ərazidə söküntü başlayır (Video)

    Bakıda yeni tunel tikiləcək. Tunelin tikintisi məqsədilə bir sıra plana düşən evlər söküləcək.

    Median.Az İTV-yə istinadən xəbər verir ki, tunelin məqsədi “20 Yanvar” dairəsi və “Şamaxinka”dan gedən sıxlığın aradan qaldırılmasıdır.

    Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 25 layihənin icrası nəzərdə tutulur.

    “Artıq onun bir neçəsində işlərə start verilib, bir neçəsində isə yaxın müddətdə işlərə başlanılması nəzərdə tutulur. O cümlədən, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindən Kənar Dairəvi yola çıxan tunelin inşası nəzərdə tutulur”.

    Artıq söküntü işləri ilə bağlı sakinlərə rəsmi bildirişlər təqdim edilib.

    Daha ətraflı videomaterialda:

  • Sumqayıtda avtomobil 38 yaşlı qadını vuraraq öldürüb

    Bakı-Quba avtomobil yolunun Sumqayıt ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Median.Az “Report”a istinadən verir ki, “Volkswagen” markalı avtomobil yolu keçən 38 yaşlı Xədicə Kərimovanı piyadanı vurub.

    Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.

    Qeyd edək ki, hadisə zamanı minik avtomobili aşıb.

    Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

  • Ölkəmiz ABŞ ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək

    Azərbaycan və ABŞ hökumətləri iqtisadi artımı gücləndirmək və ikitərəfli biznes mühitini inkişaf etdirmək üçün əməkdaşlığa başlayır.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”da da öz əksini tapıb.

    Sənəd çərçivəsində tərəflər AI tərəfdaşlıqlarının inkişafını, rəqəmsal infrastruktur və kosmik sənaye sahəsində layihələri təşviq etməyi planlaşdırırlar. Həmçinin Tədqiqat və İnkişaf (R&D) platformaları, innovasiya körpü proqramları və kibertəhlükəsizlik təşəbbüsləri həyata keçiriləcək. Bu əməkdaşlıq ölkədə texnoloji istedadların inkişafını və transsərhəd rəqəmsal bağlantıların gücləndirilməsini dəstəkləyəcək.

  • Binada YANĞIN: sakinlər təxliyə olundu – Video

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

    FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

    Görülmüş operativ tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

  • “Dedilər pivə içib gedəcəyik” – Bakıda “playstation”dakı QƏTL İŞİ

    Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və xuliqanlıq törətməkdə ittiham olunan Natiq İmamcanov və Afiq Hacıəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

    Şahid Q.A. təqsirləndirilən şəxsləri tanımadığını deyib:

    “Playstationda işləyirəm. Axşam saat 1-2 radələri olardı ki, 3 nəfər içəri girdi. Onlara dedim ki, artıq gecdir, playstation bir azdan bağlanır. Mərhum Turan Əliyev xahiş elədi ki, pivənizi içib, çox yubanmayacağıq, tez gedəcəyik. Yarım saat sonra Natiq içəri daxil oldu, daha iki nəfər də gələndən sonra dava başladı. Baş verənləri içəridəki kameradan müşahidə edirdim. Gördüm Turan qan içində yerə yıxılıb. Çöl pəncərə qırılmışdı. Polis gələndə sonradan gələn 3 nəfər qaçdılar”.

    Şahid Ö.R. hadisə günü evdə olduğunu bildirib:

    “Taksi işləyirəm. İşdən təzəcə evə gəlmişdim dostlarım çağırdılar ki, gedək çay içməyə. Biz məkana girəndə Tural Afiqi itələyib bıçaq çıxardı. Mən tez ortaya girib araladım. Geri dönəndə gördüm ki, Tural Afiqi divara sıxıb, ayağından bıçaqla vurdu. Onları təkrar sakitləşdirmək istəyəndə, Tural stolun üstündəki bakalı götürüb başıma çırpdı. Qardaşı tez tutdu onu ki, bunu vurma, o, bizə heç nə eləməyib. Turalı yerdə qan içində görəndə Afiq qışqırmağa başladı ki, həkim çağırın, qoymayın onu ölsün. Sonra valideynləri və polis əməkdaşları məkana gəldilər”.

    Məhkəmə növbəti şahid ifadələrinin dinlənilməsi üçün prosesi 4 mart saat 11:00-ə təyin edib.

    Xatırladaq ki, ötən il Bakı şəhəri ərazisində Afiq Hacıəliyev mübahisə zəmnində tanışı Turan Əliyevə bıçaqla xəsarət yetirərək, onu öldürüb. Hadisə günü tanışı Natiq İmamcanovla birlikdə olan Afiq Hacıəliyev təqsirləndirilən şəxs qismində məsuliyyətinə cəlb olunub, Afiq Hacıəliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), Natiq İmamcanova isə 221.3-cü ( xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
    //lent.az

  • Qırmızıda gözləməyən sürücü “cip”i aşırtdı – HADİSƏ ANI

    Bakıda işıqforun qırmızığı işığını gözləməyənsürücü qəzaya səbəb olub.

    Görüntüləri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

    Kəsişmədə işıqforun qırmızı işığını gözləməyən minik avtomobili yaşıl işıqda düzünə hərəkət edən digər avtomobilə çırpılıb. Nəticədə digər nəqliyyat vasitəsi zərbənin təsirindən aşıb.

    NİİM bildirib ki, işıqforun siqnallarına riayət etmək “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsi ilə məcburidir. İşıqforun qadağanedici işığında keçmək qayda pozuntusu olmaqla yanaşı, nəticəsi xəsarət və ya ölümdür.

  • İlhamə Quliyevanın bacısı qızı 811 min manatlıq dələduzluqda ittiham olunur – Yenilənib

    Xalq artisti İlhamə Quliyevanın həbs edilən bacısı qızı Nigar Həsənova ilə bağlı yeni faktlar üzə çıxıb.

    Lent.az-ın əldə etdiyi xəbərə görə, polis tərəfindən aparılan araşdırmalarla dələduzluq faktı üzrə başlanılmış cinayət işi çərçivəsində Nigar Həsənovanın 18 nəfərin ümumilikdə 811 337 manat pul vəsaitini ələ keçirməsi müəyyən edilib.

    Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

    * * * * *

    Azərbaycanın Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova həbs edilib.

    Median.Az manset.az-a istinadla xəbər verir ki, Bakıda tanınmış kosmetoloq kimi fəaliyyət göstərən N.Həsənova Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham edilərək barəsində üç ay on yeddi gün (3 ay 17 gün) müddətinə həbs edilib.

    Qeyd edək ki, portalımız Nigar Həsənovanın Azərbaycanda bir sıra sahibkarlardan külli miqdarda qızıl zinət əşyaları, pul vəsaitləri alaraq geri qaytarmaması ilə bağlı xəbər yayımlamışdı. N.Həsənova Azərbaycanın məşhur Xalq artisti İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.

  • Evlərdən çoxlu avtomat və külli miqdarda sursat tapıldı

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

    Fevralın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 10 tüfəng, 2 patron darağı və 221 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

  • Dünyanın RAM böhranı – Qiymətlər 90% artdı

    Kompüter və server bazarlarına dərin təsir göstərən böyük bir çatışmazlıq səbəbindən yaddaş (RAM) və NAND (telefonun ümumi yaddaşı) qiymətlərində tarixi bir artım müşahidə olunub.

    2026-cı ilin birinci rübündə qiymətlər rekord səviyyələrə çatıb və əvvəlki rüblə müqayisədə 90% artıb.

    Dərc olunmuş hesabata görə, 2026-cı ilin ikinci rübü üçün əlavə olaraq 20% orta qiymət artımı proqnozlaşdırılır.

    Süni intellekt texnologiyalarına misli görünməmiş tələbat səbəbindən qiymətlərin bu proqnozları üstələyə biləcəyi bildirilir.

    Bazarda bəzi yüksək səviyyəli DDR5 dəstlərinin qiyməti ötən ilin son rübü ilə müqayisədə təxminən 5 dəfə artıb.

    Sənaye mütəxəssisləri komponent qiymətlərinin artması və tələb balanssızlığı səbəbindən qiymət artımlarının 2027-ci ilə qədər davam edəcəyini proqnozlaşdırırlar.

    Bazarda gözlənilən normallaşma 2027-ci ilin ikinci yarısına və ya 2028-ci ilin əvvəlinə qədər gözlənilmir.

  • Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib

    Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.