Month: February 2026

  • В Иране курс доллара установил исторический рекорд

    Курс американского доллара по отношению к иранской национальной валюте достиг исторического максимума.

    Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал “Свободный Иран”.

    Согласно информации, на свободном валютном рынке Ирана курс доллара США превысил 163 245 туманов.

  • İranda dolların məzənnəsi rekord həddə yüksəlib

    İranda dolların məzənnəsi rekord həddə yüksəlib.

    Median.Az bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir.

    Bildirilir ki, Tehran Valyuta Birjasında 1 ABŞ dolları 163.245 tümənə mübadilə olunur.

  • Sürücülərin DİQQƏTİNƏ: Bakının əsas yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

    14-15 fevral tarixlərində paytaxtın Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığı) mövcud istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiya ilə birlikdə sökülərək yerində yenisinin quraşdırılması işləri görüləcək.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Bildirilib ki, bu səbəbdən 14 fevral tarixində saat 00:00-dan 07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) “Koroğlu” metro stansiyası istiqamətində, 15 fevral tarixində isə həmin saatlarda “Koroğlu” metro stansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Alternativ yol kimi, Mərdəkan şosesindən gələnlər Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək. Eyni zamanda sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.

    Məhdudiyyətin tətbiq olunduğu müddətdə avtomobillərin alternativ yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi tərəfindən zəruri tədbirlər görüləcək.

  • Лейла Алиева поделилась кадрами посещения семьи Национального героя Натига Гасымова – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева 8 февраля посетила семью Национального героя Натигa Гасымова в Гяндже.

    Соответствующими кадрами Л.Алиева поделилась сегодня в своем Instagram-аккаунте.

    Представляем вниманию читателей данную публикацию:

  • Leyla Əliyeva Gəncədə Milli Qəhrəman şəhid Natiq Qasımovun ailəsini ziyarətindən görüntülər yaydı – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Gəncədə Milli Qəhrəman şəhid Natiq Qasımovun ailəsini ziyarətindən görüntülər yayıb.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Назначены дополнительные рейсы по маршруту Баку – Агстафа – Баку

    Для удовлетворения растущего пассажирского спроса ЗАО “Азербайджанские железные дороги” (АЖД) назначило на 14 и 15 февраля дополнительные железнодорожные рейсы по маршруту Баку – Агстафа – Баку.

    Об этом сообщает Median.Az со ссылкой на АЖД.

    Пассажиры также могут совершать поездки по этому направлению ежедневным маршрутом Баку – Газах – Баку.

    Билеты на указанные рейсы со скидкой 10% можно приобрести в железнодорожных кассах, на официальном сайте АЖД или через мобильное приложение ADY Mobile.

  • Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

    Fevralın 14 və 15-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb.

    Bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.

    Qeyd edilib ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

  • Ильхам Алиев поздравил Масуда Пезешкиана

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо президенту Исламской Республики Иран Масуду Пезешкиану.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин Президент,

    От себя лично и от имени народа Азербайджана сердечно поздравляю Вас и весь Ваш народ с национальным праздником Исламской Республики Иран – Днем Победы Исламской революции.

    Развитие отношений между нашими народами и странами, связанными друг с другом общими религиозно-культурными корнями и узами добрососедства, имеет для нас особое значение. Вызывает удовлетворение растущая динамика азербайджано-иранских связей в последнее время.

    Состоявшиеся в прошлом году Ваши как официальный, так и рабочий визиты в Азербайджан, открыв новую страницу в истории межгосударственных отношений, придали импульс развитию взаимовыгодного сотрудничества.

    В настоящее время расширяется сфера охвата вопросов, стоящих в двусторонней повестке дня, которая наполняется новым содержанием. Интенсивный характер визитов на различных уровнях, подписанные документы, реализуемые совместные проекты, в том числе эффективная деятельность Государственной комиссии создают благоприятные возможности для углубления сотрудничества, представляющего взаимный интерес.

    Убежден, что нашими совместными усилиями азербайджано-иранские связи и сотрудничество будут и впредь укрепляться во имя безопасности и благополучия нашего региона в интересах двух дружественных и братских народов.

    В этот знаменательный день желаю Вам крепкого здоровья, счастья, успехов в делах, дружественному и братскому народу Ирана – постоянного благополучия и процветания”.

  • İlham Əliyev Məsud Pezeşkianı təbrik etdi

    Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

    Ortaq dini-mədəni köklər və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur.

    Sizin keçən il Azərbaycana həm rəsmi, həm də işgüzar səfərləriniz dövlətlərarası münasibətlərimizin tarixində yeni səhifə açaraq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına təkan vermişdir.

    Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi genişlənir və yeni məzmunla zənginləşir. Müxtəlif səviyyələrdə səfərlərin intensiv xarakteri, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Dövlət Komissiyasının səmərəli fəaliyyəti qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi üçün əlverişli imkanlar yaradır.

    İnanıram ki, regionumuzun təhlükəsizliyi və rifahı naminə Azərbaycan-İran əlaqələri və əməkdaşlığı dost və qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə möhkəmlənməyə davam edəcəkdir.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Rusiyada “Telegram”a giriş məhdudlaşdırıldı

    Rusiyada “Roskomnadzor” (Rusiya Federasiyasının Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar Sahəsində Nəzarət üzrə Federal Xidməti) ölkədə “Telegram” messencerinin fəaliyyətinin məhdudlaşdırıldığını təsdiqləyib.

    Median.Az bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

    Bildirilib ki, Rusiya qanunvericiliyi ilə bağlı pozuntular aradan qaldırılanadək xidmətin fəaliyyəti bərpa olunmayacaq.

    ““Telegram”da hələ də şəxsi məlumatlar lazımi şəkildə qorunmur, fırıldaqçılığa qarşı real tədbirlər görülmür, həmçinin messencerin cinayət və terror məqsədləri üçün istifadəsinin qarşısının alınması istiqamətində effektiv mexanizmlər mövcud deyil”, – deyə açıqlamada qeyd olunub.