Month: February 2026

  • Hoteldəki faciəyə görə ayrıca cinayət işi – Mehdiyevlər dindiriliblər

    Binəqədi rayonunda dörd gəncin elektrik cərəyanı vurması nəticəsində həyatlarını itirmələri ilə bağlı “Lake Hotel”in icarədarı 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, həmin hadisə ilə bağlı ayrıca cinayət işi də ayrılıb.

    Yeni açılmış cinayət işi gənclərin ölümünə səbəb olan elektrik xəttinin Novxanı qəsəbəsində yerləşən və Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın adına rəsmiləşdirilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçün çəkilməsi ilə bağlıdır.

    Qalina Mehdiyevaya məxsus 102 hektarlıq ərazidə müxtəlif istehsal və emal müəssisələri fəaliyyət göstərib.

    Hazırda faktla bağlı prokurorluqda hərtərəfli istintaq hərəkətləri aparılır. Araşdırmaya “AzərEnerji” ASC də cəlb olunub.

    Cinayət işi çərçivəsində Mehdiyevlərin də ifadə verdiyi bildirilir.

    Qeyd edək ki, hadisə ötən ilin noyabrında baş verib. Elektrik cərəyanı vurması nəticəsində “Lake Hotel”də işləyən dörd ofisiant həyatını itirib.

  • Mənimsəmədə ittiham olunan məmurlar büdcədən taladıqları 244 min manatı geri qaytardılar

    Mənimsəmə və vəzifə cinayətlərində ittiham olunan Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasib Aynaxanım Babayevanın cinayət məsuliyyətinə cəlb edilməməsinin səbəbi məlum olub.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, onlar istintaq müddətində dövlət büdcəsindən taladıqları 244 152.95 manat pulu geri qaytarıblar.

    Bu səbəbdən hər iki şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilib.

    Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə zərərçəkmiş tərəfin məhkəməyə dəymiş zərərin ödənildiyi və təqsirləndirilənlərlə barışıq əldə olunması barədə verdiyi məlumat elan edilib.

    Daha sonra hökm elan olunaraq Mətləb Hüseynov və Aynaxanım Babayevanın təqsirləndirildikləri cinayət işinə xitam verilib.

    Qeyd edək ki, onlar barədə cinayət işini Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparıb.

    İttihama görə, Mətləb Hüseynov Aynaxanım Babayeva ilə əlbir olaraq işçilərin bank hesabına mükafat adı ilə əlavə pullar köçürüb, sonradan 175 365 manatını nağdlaşdıraraq mənimsəyiblər.

    Cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb.

    Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

  • Martda hava necə olacaq?

    Mart ayına gözlənilən hava proqnozu açıqlanıb.

    Median.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu ilin mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

    Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 3°dərəcəyədək şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı proqnozlaşdırılır (norma 20-27 mm).

    Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 7-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var (norma 22-44 mm).

    Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 3-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı proqnozlaşdırılır (norma 36-52 mm).

    Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 39-52 mm).

    Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 7-11 dərəcə isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır (norma 19-48 mm).

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 6-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti, dağlarda gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir (norma 23-90 mm).

    Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 8-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 23-28 dərəcə isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı proqnozlaşdırılır (norma 24-45 mm).

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə, bəzən 20-25 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə, bəzi günlərdə 16-21 dərəcə isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 56-112 mm).

  • Azərbaycanda güclü zəlzələ oldu – FOTO

    Şamaxı rayonunda 4.7 maqnitudalı zəlzələ qeydə alınıb.

    Bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

    Zəlzələ hiss olunub.


  • Azərbaycana gələn dörd nəfərdən QIZIL KÜLÇƏLƏR aşkarlandı

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus, ümumilikdə 347 qram qızılın paylama üsulu ilə gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

    Bildirilib ki, Şarca-Doha-Bakı aviareysi ilə gələn dörd nəfər Azərbaycan vətəndaşları “yaşıl kanal” vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən əsaslı gömrük yoxlamasına cəlb edilib.

    Baxış zamanı sərnişinlərdən gömrük orqanına bəyan edilməyən, ümumilikdə 300 qram “Pump” markalı qızıl külçələr və 47 qram qızıl qolbaqlar aşkar edilib.

    İlkin araşdırma zamanı aşkar edilən predmetlərin başqasına məxsus olduğu, onlara Azərbaycan Respublikasına gətirmələri və gömrük nəzarətindən keçirmələri üçün xarici ölkədə verildiyi məlum olub.

    Faktla bağlı araşdırma aparılır.

    DGK bir daha xaricə səyahət edən vətəndaşlara bildirir ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən götürdükləri əşyalar gömrük sərhədindən keçirilən zaman hüquqi məsuliyyət yarada bilər.

  • Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq

    Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq.

    Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün fəaliyyət planı”nda əksini tapıb.

    Sərəncama əsasən, 2026-cı ilin dekabrına qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Miqrasiya Xidməti İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank (tövsiyə olunur), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi ilə birgə “Rəqəmsal Səyyah Vizası” və “Rəqəmsal İstedad Vizası” proqramlarının vahid platforma üzərindən tətbiqi, “Xüsusi Vergi Rejimi”nin müəyyən edilməsi, sosial sığorta və rezidentlik üzrə güzəştlərin tətbiqi və xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxmanı təmin etməlidir.

  • Azərbaycanda qurum itlərinə 55 min manat xərcləyəcək

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tender elan edib.

    Oxu.Az-ın məlumatına görə, tender vasitəsilə itlər üçün dərman və vaksinlərin alınması nəzərdə tutulur.

    Qurum sözügedən vasitələrin alınması üçün 55 min 570 manat ödəməyi planlaşdırır.

  • Лига чемпионов УЕФА: стал известен соперник “Галатасарая” в 1/8 финала

    После состоявшейся сегодня церемонии жеребьёвки 1/8 финала Лиги чемпионов УЕФА стал известен соперник клуба “Галатасарай”.

    Представитель Турции на этом этапе встретится с английским “Ливерпулем”.

    Первый матч пары состоится в Стамбуле.

    Отметим, что игры 1/8 финала пройдут 10-11 и 17-18 марта.

    Напомним, что “Галатасарай” в плей-офф одержал победу над итальянским клубом “Ювентус” с общим счётом 7:5 и завоевал путёвку в 1/8 финала.

    “Галатасарай” в рамках основного этапа Лиги чемпионов УЕФА в матче, состоявшемся 30 сентября в Стамбуле, победил “Ливерпуль” со счётом 1:0.

  • UEFA Çempionlar Liqası: “Qalatasaray”ın 1/8 finalda rəqibi məlum oldu

    Bu gün keçirilən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimindən sonra “Qalatasaray” klubunun rəqibi bəlli olub.

    Türkiyə təmsilçisi bu mərhələdə İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq.

    Bu cütlüyün ilk qarşılaşması İstanbulda keçiriləcək.

    Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları 10-11 və 17-18 martda keçiriləcək.

    Xatırladaq ki, “Qalatasaray” klubu pley-off mərhələsində İtaliyanın “Yuventus” klubuna ümumi hesabda 7:5 qalib gələrək 1/8 final mərhələsinə vəsiqə qazanıb.

    “Qalatasaray” UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində sentyabrın 30-da İstanbulda keçirilən qarşılaşmada “Liverpul”u 1:0 hesabı ilə məğlub edib.

  • Bakıda bağlı qapı arxasında köməksiz qalan şəxs ÖLÜB

    Bakı şəhərinin Xətai rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində meyit aidiyyəti üzrə təhvil verilib.