Month: February 2026

  • Türkiyə, Naxçıvan və Azərbaycanı birləşdirəcək yoldan son görüntülər (VİDEO)

    Türkiyə, Naxçıvan və Azərbaycanı birləşdirəcək Qars-İğdır-Aralık-Dilucu Dəmir Yolu Xətti layihəsi üzərində işlər davam edir.

    “Anadolu” agentliyi dəmir yolunun tikintisində aparılan ən son işləri təqdim edib.

    224 km uzunluğunda olan xətt illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma qabiliyyəti ilə regional logistika və nəqliyyat infrastrukturunu gücləndirəcək.

  • Əmlak bazarında alıcı qıtlığı: Qiymətlər enəckmi?

    Əmlak bazarında alıcı qıtlığı yaşanır.

    Bu barədə Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, bazarda alıcı qıtlığı uzun sürərsə, bu ciddi şəkildə qiymətlərin enməsi ilə nəticələnə bilər:

    “2025-ci il avqust ayından başlayaraq əmlak bazarında ciddi durğunluq hökm sürür. Buna əsas səbəb əmlakların satış qiymətlərinin baha olmasıdır. Əmlakların satış qiymətlərinin baha olması səbəbindən alıcıların böyük bir qismi gözləmə mövqeyindədir”.

    Elnur Fərzəliyev əlavə edib ki, hazırda alıcıların böyük qismi Bakı ətrafı ərazilərində tikilən fərdi yaşayış evlərinə üstünlük verir:

    “Bundan əlavə, alınan əmlakların böyük hissəsi də tikinti şirkətləri tərəfindən daxili kreditlər hesabına satılan mənzillərdir. Yaxın zamanlarda ipoteka kreditlərinin ayrılması gözlənilir. Bu addım atılarsa, əmlak bazarında kütləvi axın olacaq. Bu səbəbdən ipoteka predmetinə çevrilən əmlaklara təlabatın və eyni zamanda satış qiymətlərinin artması qaçılmazdır”.

    Elnur Fərzəliyev uzun müddətdir əmlak bazarında baş verən durğunluq səbəbindən ümumi sahələri geniş olan, yəni qiymətləri baha olan mənzillərin satış qiymətində qismən enmə müşahidə olunduğunu xatırladıb:

    “Dəyəri baha olan digər əmlakların alıcıları olmaması səbəbindən onlarında satışında səngimələr və bəzilərində süni formada artan qiymətləri bazar dəyərinə enib reallaşması müşahidə olunur. Paytaxtda baş verən söküntülərlə əlaqədar evləri sökülən sakinlərə verilən kompensasiya hesabına Bakı ətrafındakı ərazilərdəki fərdi yaşayış evlərinə təlabat artmaqdadır”.

  • Pensiya artımları belə hesablanacaq?

    Prezident İlham Əliyevin imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam ilə bütün növ əmək pensiyaları indeksləşdirilərək artırıldı.

    Qaynarinfo-nun məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, qanunvericiliyə əsasən, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur.

    Onun sözlərinə görə, bu zaman indeksləşdirmə pensiya məbləğinə tam olaraq şamil edilərək artım hesablanır:

    “Artımın hesablanması formulası belədir: Pensiya məbləği X İndeksasiya faizi = Artırılmış məbləğ. Məsələn, pensiyası 550 manat olan vətəndaşımız üçün artım faizi belə hesablanacaq: 550 manat X 9.3 % = 51.15 manat. Yəni, vətəndaşımızın pensiya məbləği artımdan sonra 601.15 manat olacaq.Və ya, 400 manat pensiya alan vətəndaşımız üçün artım belə hesablanır: 400 manat X 9.3 % = 37.2 manat. Bu halda yeni pensiya məbləği 437.2 manat olacaq. Yəni, məbləğindən asılı olmayaraq hər bir pensiya tam olaraq indeksasiya faizi nəzərə alınmaqla artırılacaq”.

    Deputat qeyd edib ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub:

    “Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq”.

  • Məhkəmə qərarı olmadan telefon və kompüterlərə baxış mümkün olacaq

    Müstəntiq bir sıra hallarda məhkəmə qərarı olmadan öz qərarı əsasında məcburi olaraq İKT sisteminə, onun hissələrinə, elektron verilənlərin saxlanıldığı daşıyıcılara və elektron verilənlərə baxış həyata keçirə biləcək.

    Bu məsələ Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

    Qanun layihəsinə əsasən, cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq İKT əşyaların, sistemlərinin, onların hissələrinin, elektron verilənlərin saxlanıldığı daşıyıcıların və ya elektron verilənlərin baxışını aparacaq. Baxış zamanı müstəntiq müstəqil və ya mütəxəssisin köməyi ilə İKT sistemini, onun hissələrini, elektron verilənlərin saxlanıldığı daşıyıcıları və ya elektron verilənləri götürəcək.

    Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaların, elektron verilənlərin təqdim edilməsini, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlı olacaq.

    İKT sisteminə, onun hissələrinə, elektron verilənlərin saxlanıldığı daşıyıcılara və elektron verilənlərə baxış, onlarda axtarış, habelə onların və elektron verilənlərin götürülməsi (yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq biu istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilməyəcək), xidmət provayderində saxlanılan digər məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) ələ keçirilməsinin məcburi aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunacaq.

    Şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən İKT sisteminin, onun hissələrinin, elektron verilənlərin saxlanıldığı daşıyıcıların və ya elektron verilənlərin gizlədilməsini və ya məhv edilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan apara biləcək.

    Yuxarıdakı abzasda qeyd edilən hallar olduqda müstəntiq müvafiq məhkəmə qərarı olmadan öz qərarı əsasında məcburi olaraq İKT sisteminə, onun hissələrinə, elektron verilənlərin saxlanıldığı daşıyıcılara və elektron verilənlərə baxış, onlarda axtarış, o cümlədən Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada aparılan genişləndirilmiş axtarış, habelə İKT sistemini, onun hissələrini, elektron verilənlərin saxlanıldığı daşıyıcıları və elektron verilənləri götürmə həyata keçirə biləcək.

    Şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə olan ağır və ya xüsusilə ağır cinayətlər üzrə sübutların müəyyən edilməsi üçün təxirə salına bilməyən hallar yarandıqda müstəntiq müvafiq məhkəmə qərarı olmadan öz qərarı əsasında xidmət provayderində saxlanılan digər məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) məcburi ələ keçirəcək.

    Məlumat üçün bildirək ki, qanun layihəsində cinayət-prosessual qanunvericiliyə aşağıdakı yeni anlayışların əlavə olunması təklif edilir:

    informasiya və kommunikasiya texnologiyaları sistemi – proqram təminatı əsasında elektron verilənləri toplayan, saxlayan və avtomatik emal edən hər hansı qurğu və ya qarşılıqlı qoşulmuş və ya əlaqələndirilmiş qurğular qrupudur;

    elektron verilənlər – faktların, məlumatların və ya anlayışların İKT sistemində emal üçün yararlı formada olan hər hansı təsviri, o cümlədən İKT sisteminin müəyyən funksiya yerinə yetirməsini təmin edən proqramdır;

    xidmət provayderi – göstərdiyi xidmətlərin istifadəçilərini İKT sistemi vasitəsilə kommunikasiya imkanı ilə təmin edən, yaxud belə kommunikasiya xidmətləri və ya xidmət istifadəçiləri üçün elektron verilənlərin emalını və ya saxlanılmasını həyata keçirən istənilən dövlət orqanı (qurumu), hüquqi və ya fiziki şəxsdir;

    trafik verilənləri – kommunikasiyanın mənbəyini, təyinat yerini, marşrutunu, vaxtını, tarixini, ölçüsünü, müddətini və ya xidmətin növünü göstərən, kommunikasiya zəncirinin tərkib hissəsini təşkil edən İKT sistemi tərəfindən yaradılan, İKT sistemi vasitəsilə həyata keçirilən kommunikasiya ilə əlaqəli olan hər hansı elektron veriləndir;

    abunəçi məlumatları – trafik və ya məzmun verilənləri istisna olmaqla, istifadə edilən kommunikasiya xidmətinin növü, bu xidmətə dair texniki təminat tədbirləri və xidmətin göstərilmə müddəti, xidmət müqaviləsi və ya razılaşması əsasında əldə edilən abunəçinin şəxsiyyəti, poçt və ya coğrafi ünvanı, telefon və digər əlaqə nömrəsi, hesablaşma və ya ödəniş məlumatları, kommunikasiya avadanlıqlarının quraşdırıldığı yerlər haqqında hər hansı məlumatları müəyyən etməyə imkan verən xidmət provayderinin göstərdiyi xidmətlərin istifadəçiləri barədə xidmət provayderində saxlanılan istənilən məlumatlardır;

    məzmun verilənləri – abunəçi məlumatları və ya trafik verilənləri istisna olmaqla, şəkillər, mətn mesajları, səsli mesajlar, audioyazılar və videoyazılar da daxil olmaqla İKT sistemi vasitəsilə ötürülən məlumatın mahiyyəti ilə əlaqəli hər hansı elektron verilənlərdir.

    Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

  • Sabah hava necə olacaq?

    Azərbaycanda fevralın 11-də bəzi yerlərdə sulu qar, qar yağacağı proqnozlaşdırılır.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

    Gecə və səhər bəzi şəhərətrafı yolların buz bağlayacağı ehtimalı var.

    Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

    Bəzi yolların buz bağlayacağı ehtimalı var.

  • Bakıda daha bir ərazidə böyük söküntü – Sakinlərə bildirişlər paylanılıb

    Bakıda növbəti böyük söküntü prosesi başlayır.

    Baku.ws-in məlumatına görə, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən fərdi yaşayış evləri söküləcək.

    Artıq bu ərazidə yaşayan sakinlərə rəsmi bildirişlər təqdim olunub və evlərin boşaldılması üçün hazırlıq mərhələsinə start verilib.

    Söküntünün səbəbi paytaxtın əsas nəqliyyat problemlərindən birinin həlli ilə bağlıdır. Belə ki, “20 Yanvar dairəsi” və “Şamaxinka” ərazisində tıxacların azaldılması məqsədilə Xiyabani küçəsindən keçəcək yeni avtomobil tunelinin tikintisi planlaşdırılır.

    Qeyd edək ki, söküləcək evlərin sahiblərinə qanunvericiliyə uyğun kompensasiya ödəniləcək. Kompensasiya məbləğinin daşınmaz əmlakın yerləşdiyi ərazi, sahəsi və bazar dəyəri əsasında müəyyən ediləcəyi bildirilir.

    Hazırda söküntü siyahısına düşən evlərin dəqiq sayı açıqlanmasa da, Xiyabani küçəsinin tunelin keçəcəyi hissəsində yerləşən yaşayış məntəqələrinin layihə çərçivəsində tamamilə boşaldılacağı gözlənilir. Sakinlərə bu məqsədlə bildirişlər də təqdim olunub.

    Qeyd edək ki, söküntü “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində aparılacaq işlərin tərkib hissəsidir. Proqrama əsasən, yeni tunel şəhərin bu hissəsində nəqliyyat axınını yüngülləşdirməli, uzun illərdir problem yaradan sıxlığı aradan qaldırmalıdır.

  • Azərbaycanda toyuq əti bahalaşacaq? (Video)

    Türkiyədə Ramazan ayından əvvəl istehsalçılar və satıcılar tərəfindən toyuq qiymətlərinin təxminən 15% artırmasından sonra ölkənin Ticarət Nazirliyi sabahdan etibarən toyuq məhsullarının ixracının dayandırılacağını açıqlayıb. Bəs bu qadağa Azərbaycanda toyuq ətinin qiymətlərinə təsir edəcəkmi?

    Iqtisadçı-ekspert Xalid Kərimli bildirir ki, narahatlığa heç bir əsas yoxdur.

    Onun sözlərinə görə, Türkiyədən gələn quş əti ölkədə qiymətləri artıracaq dərəcədə çox deyil.

    Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli də “Xəzər Xəbər”ə bildirib ki, Türkiyədəki bu məhduydiyyətin ölkə bazarına təsiri gözlənilmir.

    Sədr bildirib ki, anbarlarda kifayət qədər toyuq əti ehtiyatı var. Yaxın 6 ay, 1 ildə toyuq ətində bahalaşma gözlənilmir.

  • “Guavalab”ın 200 işçisi ixtisar olundu, maaşlar ödənmədi (Video)

    “Guavalab” şirkətinin işçiləri qurumun beş aydır əməkhaqqılarını ödəməməsindən şikayətçidirlər.

    Baku TV-yə danışan keçmiş əməkdaşlardan biri üzləşdiyi çətinliyi belə izah edib:

    “Guavalab” MMC şirkətində çalışmışam. Oktyabrın axırı mən və 200-ə yaxın əməkdaş ixtisar olunmuşuq. İki ayın əməkhaqqısı – sentyabr və oktyabr ayları üzrə ödənişlər hələ də verilməyib. Kompensasiya və məzuniyyət ödənişləri də ödənilməyib. Direktorumuz Fəxri Qasımov 4-5 aydır hər dəfə fərqli məlumatlar verərək bizi gözlədir”.

    Digər bir şikayətçi isə hüquqlarının pozulduğunu bu sözlərlə vurğulayıb:

    “MMC-nin fəaliyyəti Böyük Britaniyada fəaliyyət göstərən “Guava Pay” şirkətinə texniki dəstək və IT xidmətlərinin göstərilməsindən ibarət olub. İxtisara düşdüyümüz anda Əmək Məcəlləsinin bir neçə maddəsi üzrə hüquqlarımız pozulub. Bunlara son haqq-hesab ödənişlərinin verilməməsi və istifadə olunmayan məzuniyyət günlərinə görə kompensasiyaların ödənilməməsi daxildir”.

    Mövcud vəziyyətlə bağlı adıçəkilən şirkətin rəhbəri Fəxri Qasımov ittihamlara belə cavab verib:

    “Başqa bir şirkətin borcu var. Ona görə də hazırda şirkətdə maliyyə problemləri yaşanır. Bu səbəbdən maaşlar ödənilə bilmir”.

  • Alyona Əliyeva Gəncə Autizm Mərkəzindən paylaşım edib – FOTO

    IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Gəncədə Autizm Mərkəzini ziyarət ediblər.

    Alyona Əliyeva bu barədə “Instagram” hesabında paylaşım edib:

  • Алёна Алиева поделилась публикацией о посещении специальной школы №45 в Гяндже – ФОТО

    Основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева и невестка Президента Ильхама Алиева Алёна Алиева посетили Гянджинскую городскую специальную общеобразовательную школу №45.

    Соответствующей публикацией Алёна Алиева поделилась в социальной сети Instagram: