Month: February 2026

  • Türkiyənin tanınmış futbol şərhçisinə qarşı istintaq başladıldı

    İstanbul Baş Prokurorluğu Türkiyənin tanınmış futbol şərhçisi Ərman Toroğluna qarşı istintaq başladıb.

    Median.Az “NTV Spor”a istinadən xəbər verir ki, mütəxəssis ictimaiyyət arasında yanlış məlumat yaymaqda ittiham olunur.

    Dindirmə başa çatdıqdan sonra Ə. Toroğlunun işi növbətçi magistrat məhkəməsinə göndərilib.

  • “Bilinmir ki, qəbiristanlıq hansı qurum tərəfindən idarə olunur” – Deputat

    “Bələdiyyə sistemində əsaslı və köklü islahatlar davam etdirilməlidir. Amma təəssüf ki, müəyyən problemlər qalmaqdadır”.

    Bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Kamran Bayramov deyib.

    O bildirib ki, birləşmiş bələdiyyələrin təxminən 100-nün hesabı sosial müdafiə ödənişləri üzrə yaranmış borclardan bağlıdır:

    “Dotasiyaların bölüşdürülməsi əsasən əhalinin sayına görə həyata keçirilir. Amma borcu olan bələdiyyələrə daha böyük üstünlük verilməlidir ki, borcları ödəsinlər və normal qaydada işləyə bilsinlər. Təəssüf ki, subvensiyalarla bağlı vəziyyət daha acınacaqlıdır. Çünki son iki ildə subvensiyalar ayrılmadı, halbuki subvensiyalar bələdiyyə müəssislərinin və xidmət sahələrinin yaradılmasına yönəldilə bilərdi. Ümumiyyətlə, “Bələdiyyə müəssisələri haqqında” qanun qəbul olunmalıdır”.

    Deputat qeyd edib ki, son zamanlar qəbiristanlıqların salınması və idarə olunması ilə bağlı təsdiq olunmuş qaydaların icrasında müəyyən çətinliklər var:

    “Belə ki, qaydaların bir çox müddəaları onların qüvvəyə minməsindən əvvəl mövcud olan qəbiristanlıqlara şamil edilmir. Yalnız yeni salınan qəbiristanlıqlara şamil olunur, amma bəzi mövcud qəbiristanlıqlar bələdiyyələrə təhvil verilib. Nə əsasla, hansı məntiqlə bunu edirlər? Bu gün heç bilinmir ki, bu və ya digər qəbiristanlıq hansı qurum tərəfindən idarə olunur. Bələdiyyələr üçün əlavə yükdür, maliyyə tələb edir. Ya hamısı təhvil verilməlidir, ya da ümumiyyətlə verilməməlidir. Düşünürəm ki, bu məsələ ilə bağlı müəyyən araşdırma apara bilər”.

  • Bələdiyyələrin qanunsuz torpaq sahələrini mülkiyyətə verməsi halları müəyyənləşib

    Bələdiyyələr tərəfindən qanunsuz torpaq sahələrinin mülkiyyətə verilməsi halları müəyyən edilib.

    Bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın (Ədliyyə Nazirliyi) illik məruzəsində öz əksini tapıb.

    Qeyd edilib ki, inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3142 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Nazirlik tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.

    Nəticədə 3121 ha torpaq sahəsinin icarəyə, 21 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.

    2025-ci il ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digər pozuntulara qarşı qanunamüvafiq tədbirlər davam etdirilmiş, nəticədə 2057 ha örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub və ya dəyişdirilib.

  • Ana iki övladını 5-ci mərtəbədən atdı – Qazaxıstanda

    Qazaxıstanda ana uşaqlarını beşinci mərtəbənin pəncərəsindən atıb.

    “Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Taraz şəhərində baş verib.

    Belə ki, qadın 2021 və 2023-cü il təvəllüdlü uşaqlarını naməlum səbəbdən pəncərədən atıb. Möcüzəvi şəkildə uşaqlar sağ qalıblar, lakin onlar qapalı kəllə-beyin travması alıblar.

    Hadisə ilə bağlı məhkəməyəqədər araşdırma başlanılıb və şübhəli saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Hazırda bir sıra zəruri istintaq hərəkətləri aparılır. Qadının bu hərəkətinin səbəbləri açıqlanmayıb.

  • Reklam qaydalarının pozulması ilə bağlı 20 inzibati xəta aşkarlanıb

    Azərbaycanda ötən il Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qanunvericiliyinin pozulması ilə əlaqədar 20 inzibati xəta haqqında protokol tərtib olunub.

    Median.Az bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.

    Pozuntuların mahiyyəti üzrə bölgüyə əsasən, haqsız reklama yol verilməsi halları üzrə 6 protokol tərtib edilib. Qeyri-dəqiq reklama yol verilməsi faktları ilə bağlı 7 protokol qeydə alınıb. Reklamı qadağan edilmiş əmtəələrin reklam edilməsi üzrə 6 protokol, reklama dair ümumi tələblərin pozulması ilə bağlı isə 1 protokol tərtib olunub.

    “Reklam qanunvericiliyinin tələblərinə riayət olunması sahibkarların bazarda mövqeyini gücləndirir, istehlakçılara səmərəli və düzgün seçim imkanları yaradır, sağlam istehlakçı davranışlarının formalaşmasına töhfə verir”, – məlumata qeyd olunub.

  • Azərbaycanda qeydiyyatda olan 11 mindən çox QİÇS xəstəsi var

    “Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb. Ümumilikdə, 1987-ci ildən 2025-ci ilin ikinci rübünün sonunadək, 11058 nəfər Azərbaycan vətəndaşı Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır”.

    Bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Günel Babayeva deyib.

    Bildirilib ki, onlardan 70%-i kişilər, 30%-i isə qadınlardır:

    “Xüsusilə vurğulamaq istərdim ki, İİV-ə yoluxmaya yüksək meylli risk qrupları, həmçinin ümumi əhali arasında məqsədyönlü şəkildə icra olunan və həyata keçirilən müxtəlif istiqamətli əksepidemik və profilaktik tədbirlərin nəticəsidir ki, Azərbaycan, Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələr arasında İİV-in yayılma göstəricisi ən aşağı olan ölkələrdəndir. İnsan İmmunçatışmazlığı Virusuna (İİV) qarşı mübarizə dövlətimizin səhiyyə siyasətində mühüm yer tutur və bu sahədə aparılan fəaliyyətlər bir neçə əsas istiqamət üzrə sistemli şəkildə həyata keçirilir.

    Ölkədə 2006-cı ildən etibarən tətbiq edilən antiretrovirus müalicə proqramı çərçivəsində hazırda on mindən çox İİV-lə yaşayan şəxs daimi nəzarət və müalicə altındadır. İİV-lə yaşayan şəxslərə tətbiq edilən antiretrovrial müalicə infeksiyanın inkişafının qarşısını almaqla yanaşı, yoluxduruculuğun azalmasına da səbəb olur, belə ki, müalicədə olan İİV-lə yaşayanlarda virusun səviyyəsi qanda müəyyən olunmayan səviyyəyədək endiyi üçün İİV-in yoluxmuş şəxslərdən başqalarına ötürülmə riski minimuma enir”.

  • Amnistiya aktı indiyədək 15 mindən çox şəxsə şamil edilib

    “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı 22 dekabr 2025-ci il tarixdən 8 fevral 2026-cı il tarixədək prokurorluq və məhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 15 min 119 şəxs barəsində tətbiq olunub.

    Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

    Bildiriib ki, amnistiya tətbiq olunan şəxslərin 5 min 148-i müəyyən müddətə azadlıqdan məhrumetmə, 8 min 914-ü isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1045 nəfərin cəzası 6 ay azaldılıb. 12 nəfər isə cinayət məsuliyyətindən azad edilib (ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə)

    Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 15 nəfər və qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə 15 nəfər də cəzadan azad edilənlər arasında yer alıb.

    Amnistiya tətbiq olunmuş şəxslərdən 1 min 216-sı böyük ictimai təhlükə törətməyən, 13 min 54-ü az ağır, 849-u ağır cinayətlər törətmiş şəxslərdir.

    Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən 14 min 345-i kişi (onlardan 18-i yetkinlik yaşına çatmayan şəxslərdir), 774-ü isə qadındır.

    Amnistiya aktının icrası davam etdirilir.

  • Ağcabədidə 19 bıçaq zərbəsi vurulan azyaşlının son durumu açıqlandı

    Bir neçə gün öncə Ağcabədi rayonunun Aşağı Avşar kəndində 19 bıçaq zərbəsi vurulan azyaşlının vəziyyəti açıqlanıb.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    “Fevralın 4-də saat 18 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 2019-cu il təvəllüdlü azyaşlının müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir”, – deyə məlumatda bildirilir.

  • Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək

    Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı Türkiyənin paytaxtı Ankarada vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə “Teleqraf”a mərhumun yaxınları məlumat veriblər.

    Onların bildirdiyinə görə, F.Ağamalı qızı Günay Ağamalı ilə müayinə və müalicə üçün Türkiyəyə gedibmiş. O, bu gün səhər qaldığı hoteldə ürək çatışmazlığından dünyasını dəyişib.

    F.Ağamalı uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

  • Ильхам Алиев: Я всегда говорил, что Азербайджан никогда не станет ареной противостояния – он будет пространством сотрудничества

    Расширяется и география наших международных отношений. Документы, соглашения и декларации о стратегическом партнерстве были подписаны со многими странами.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев на встрече с делегацией Торговой палаты США.

    “Некоторые из них находятся между собой не в самых лучших отношениях. Но я всегда говорил, что Азербайджан никогда не станет ареной противостояния – он будет пространством сотрудничества”, – подчеркнул глава государства.