Month: February 2026

  • İlham Əliyev: “Hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq”

    “Beynəlxalq əlaqələrimizin coğrafiyası da genişlənir. Bir çox ölkələrlə imzalanmış strateji tərəfdaşlıq sənədləri, sazişlər və bəyannamələr var”.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri Prezidenti İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə səsləndirib.

    Dövlətimizin başçısı qeyd edib: “Ölkələrdən bəziləri bir-biri ilə yaxşı münasibətdə deyil. Lakin mən hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq”.

  • Ильхам Алиев: Азербайджан сегодня превращается в партнера гораздо более значимого, чем когда-либо прежде

    Азербайджан играет важную роль в обеспечении энергетической безопасности многих стран. Десять из них являются членами Европейского союза, 11 – одновременно членами НАТО. Поэтому для этих стран Азербайджан сегодня превращается в партнера гораздо более значимого, чем когда-либо прежде.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев на встрече с делегацией Торговой палаты США.

    “Мы соблюдаем и уважаем все взятые на себя обязательства и никогда не смешивали политическую повестку с бизнесом, и это также стало для нас хорошей возможностью расширить наше международное присутствие на мировом энергетическом рынке”, – отметил глава государства.

  • Prezident: “Hazırda Azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir”

    “Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Onlardan 10-u Avropa İttifaqının üzvü, 11-i isə eyni zamanda NATO-nun üzvüdür. Həmin ölkələr üçün hazırda Azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir”.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Prezidenti İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə deyib.

    Dövlətimizin başçısı bildirib: “Biz bütün öhdəliklərimizi yerinə yetiririk və siyasi gündəliyi heç zaman biznes ilə qarışdırmırıq və bu, bizim üçün qlobal enerji bazarında beynəlxalq fəaliyyətimizi genişləndirmək üçün yaxşı fürsətdir”.

  • Российского бизнесмена Вугара Юсифова задержали при попытке вылететь в Азербайджан

    Обвиняемый в мошенничестве и проходящий по уголовному делу бывшего вице-мэра российского Сургута (ХМАО) по строительству Виталия Шарова и директора департамента имущественных отношений Алексея Дворникова местный бизнесмен Вугар Юсифов пытался покинуть РФ.

    Как передает Median.Az со ссылкой на ura.ru, его задержали в Москве при попытке вылететь в Азербайджан.

    “Юсифов планировал покинуть город Сургут и улететь в Азербайджан. Летел в Москву, там его уже ждали силовики”, – сообщил источник издания в правоохранительных органах. Подтверждение информации ожидается.

    По версии следствия, в 2023 году фигуранты организовали фиктивный аукцион по продаже муниципального имущества АО “Агентство воздушных сообщений”. В качестве участника торгов была введена организация, подконтрольная знакомому индивидуальному предпринимателю – предположительно, актив достался Юсифову. Создав условия для устранения потенциальных конкурентов и передав информацию, фигуранты обеспечили ему победу на торгах.

    Акции агентства потом были проданы по заниженной стоимости, как считает следствие. Всего бюджет Сургута недополучил 120 млн рублей (около 2.6 млн манатов – ред.). Решение о приватизации агентства проводилось через городскую думу, при этом экс-мэр Андрей Филатов обосновал депутатам целесообразность продажи актива по такой цене его убыточностью.

  • İş adamı Vüqar Yusifov Azərbaycana gəlmək istəyərkən Rusiyada saxlanıldı

    Rusiyada fırıldaqçılıqda ittiham olunan, Surqut şəhər merinin sabiq müavini Vitali Şarov və əmlak münasibətləri departamentinin direktoru Aleksey Dvornikova qarşı cinayət işində adı hallanan iş adamı Vüqar Yusifov Rusiyadan qaçmağa cəhd edib.

    Məlumatı Ura.ru hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb.

    V.Yusifovun Azərbaycana gəlmək üçün bilet aldığı bildirilir. Belə ki, iş adamı Azərbaycana gəlmək üçün Moskvaya uçub. Lakin hava limanında onu saxlayaraq Surquta qaytarıblar.

    Müstəntiqlərin sözlərinə görə, təqsirləndirilən şəxslər 2023-cü ildə “Hava Rabitəsi Agentliyi” ASC-yə məxsus bələdiyyə əmlakını satmaq üçün saxta hərrac təşkil ediblər. Ehtimal olunur ki, qeyd olunan V.Yusifov tərəfindən satın alınıb. V.Şarov və A.Dvornikov potensial rəqibləri hərracdan kənarlaşdırmaq üçün onun qələbəsini təmin ediblər.

  • Продлен срок содержания под стражей Али Керимли

    Продлен срок меры пресечения в виде ареста, избранной в отношении председателя Партии “Народный фронт Азербайджана” (ПНФА) Али Керимли.

    В Сабаильском районном суде было рассмотрено представление в отношении Али Керимли, задержанного Службой государственной безопасности (СГБ) Азербайджана.

    Суд принял решение продлить срок его ареста на 4 месяца.

    Отметим, что ранее Али Керимли и член президиума ПНФА Мамед Ибрагим были допрошены в СГБ в рамках проводимого расследования. После проведения обыска в их домах они были доставлены в Службу госбезопасности. Оба лица были задержаны в рамках уголовного дела, возбужденного в СГБ в отношении Рамиза Мехтиева.

    А.Керимли были предъявлены обвинения по статье 278.1 (действия, направленные на насильственный захват власти, насильственное изменение конституционного строя государства) Уголовного кодекса АР.

    Напомним, что бывший руководитель Администрации Президента Рамиз Мехтиев обвиняется по статьям 278.1 (действия, направленные на захват государственной власти), 274 (государственная измена) и 193-1.3.2 (легализация имущества, полученного преступным путем) Уголовного кодекса Азербайджана.

  • Əli Kərimlinin həbs müddəti uzadıldı

    AXCP sədri Əli Kərimlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində Səbail Rayon Məhkəməsində təqdimata baxılıb.

    Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirini dörd ay müddətinə uzadılması barədə qərar qəbul edib.

    Qeyd edək ki, AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər.

    Onların evində axtarış aparıldıqdan sonra DTX-yə aparılıblar.

    Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

    Məlumata görə, Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.

    Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

  • Fəzail Ağamalı vəfat etdi

    Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib.

    Median.Az Manset.az-a istinadən xəbər verir ki, o bu dəqiqələrdə Türkiyədə vəfat edib.

    Fəzail Ağamalının qızı millət vəkili Günay Ağamalı faktı təsdiq edib.

  • “SS Butik”in satıcısından dələduzluq: Mağazaya şərik edəcəyini dedi…

    Bakınn Səbail rayonunda fəaliyyət göstərən “SS Butik” mağazasının satıcısı 3 nəfərə qarşı dələduzluq edib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, həmin şəxs zərərçəkmişləri mağazaya şərik edəcəyi və hazır biznesi satmaq adı ilə aldadıb. Zərərçəkmişlərə dəyən ziyanın ümumi məbləği 55 820 manatdır.

    Hüquq-mühafizə orqanlarına şikayətdən sonra həmin şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

    Cinayət işinə Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə qismən təqsirli bilib.

    Məhkəmənin hökmü ilə ona 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun tutulduğu 4 gün müddət təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 3 il 2 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

  • Dövlət qurumunun binasında oğurluq – 5,8 minlik ziyan

    Qarabağ İqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin inzibati binasında oğurluq hadisəsi baş verib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qurumun İnformasi Texnologiyaları şöbəsindən 4 ədəd HP markalı noutbuk oğurlanıb. Bununla da Xidmətə 5 829 manat ziyan vurulub.

    Qurumda mühafizəçi işləyən Araz Nadirov (şərti) cinayətdə şübhəli bilinərək saxlanılıb. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 177.2.4-cü (Oğurluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edlan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinə Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə prosesində özünü verilmiş ittiham üzrə təqsirli bilib. O, əməlinin maddi ehtyacları ilə izah edib.

    Məhkəmənin hökmü ilə Araz Nadirova 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs kimi saxlanıldığı və həbsdə olduğu cəmi cəmi 3 ay 8 gün müddət 1 günə 2 gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 5 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.