Month: February 2026

  • Emoməli Rəhmon İlham Əliyevi təbrik etdi

    Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “Hörmətli İlham Heydər oğlu.

    Sizi nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

    Bu təşəbbüs konstruktiv siyasətin və dözümlülüyün təşviqi yolu ilə davamlı sülhə və sabitliyə nail olmaq üçün ardıcıl səylərinizin, güclü iradənizin tanınmasının daha bir təsdiqidir.

    Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin imzalanmasını iki dövlət arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi, həmçinin Qafqaz regionunda və onun hüdudlarından kənarda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi prosesində mühüm amil hesab edirik.

    Tacikistan sülhsevər ölkə olaraq bu önəmli, konstruktiv və tarixi nailiyyəti bir daha alqışlayır və bütün mübahisələrin, münaqişələrin yalnız siyasi-diplomatik üsullarla həllinə sadiqliyini vurğulayır.

    Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək sizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan xalqına isə yeni nailiyyətlər, davamlı sülh və bundan sonra da tərəqqi arzulayıram”.

  • Алёна Алиева поделилась публикацией о посещении Гянджинского историко-краеведческого музея – ФОТО

    Невестка Президента Ильхама Алиева Алёна Алиева посетила Гянджинский историко-краеведческий музей имени Низами Гянджеви.

    Соответствующей публикацией Алёна Алиева поделилась на своей странице в социальной сети Instagram.

  • Alyona Əliyeva Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyindən paylaşım edib – FOTO

    Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edib.

    Alyona Əliyeva bununla bağlı “Instagram” hesabında paylaşım edib.

    Həmin paylaşımı təqdim edirik:

  • Epşteynin sağ olduğu iddia edildi

    ABŞ-də yetkinlik yaşına çatmayan qız uşaqlarına qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaqda ittiham edilən, məhkəmə prosesi zamanı həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı demək olar ki, hər gün yeni iddialar ortaya atılır.

    Son olaraq sosial şəbəkələrdə Epşteynə aid olduğu iddia edilən “Fortnite” oyun hesabının hələ də aktiv şəkildə istifadə edildiyini göstərən görüntülər yayılıb. Paylaşımlar qısa zamanda geniş müzakirələrə səbəb olub.

    Epşteynin guya sağ olduğuna dair iddialara əsas kimi göstərilən “littlestjeff1” adlı “Fortnite” hesabı ilə bağlı platforma tərəfindən rəsmi açıqlama verilib.

    “Fortnite”ın “X” platformasındakı rəsmi hesabında bildirilib ki, sözügedən istifadəçi adı sonradan bir oyunçu tərəfindən dəyişdirilib və yayılan iddialar reallığı əks etdirmir.

    “Bu, bir manipulyasiyadır. Fortnite Tracker yalnız mövcud istifadəçi adını göstərir. Epşteynlə əlaqələndirilən heç bir elektron poçt ünvanı sistemimizdə qeydə alınmayıb”, -açıqlamada qeyd olunub.
    //unikal.az

  • Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı “boya” detalı (Video)

    Paytaxtın Xətai rayonu, Əhmədli (“kənd Əhmədli”) qəsəbəsində bədbəxt hadisə baş verib.

    Belə ki, yerli KİV-də yayılan məlumata görə, sözügedən ünvandakı mənzillərdən birində yaşayan iki körpənin dəm qazından zəhərləndiyi bildirilir.

    Lakin onların yaxınları Baku TV-yə bu məlumatın həqiqətə uyğun olmadığını söyləyirlər. Onlar bildiriblər ki, uşaqların ölüm səbəbi hələlik dəqiq müəyyənləşdirilməyib və bu, araşdırmalardan sonra məlum olacaq.

    Qeyd olunub ki, ailənin yaşadığı fərdi yaşayış evində bir müddət əvvəl yanğın hadisəsi baş verib və bundan sonra evdə təmir işləri aparılıb.

    Məlumata əsasən, bir neçə gün əvvəl aparılan təmir zamanı döşəməyə boya vurulub. Ehtimal edilir ki, iki yaşlı əkiz uşaqlar boyadan zəhərlənərək həyatlarını itiriblər.

    Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

  • Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? – Video

    Son illər regionlarda abituriyentlər ali təhsil müəssisəsi seçimində paytaxt universitetlərinə üstünlük verirlər.

    Median.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan millət vəkili Mehriban Vəliyeva deyir ki, bu meyil təkcə fərdi seçim deyil, eyni zamanda, iqtisadi, psixoloji və sosial proseslə bağlıdır. Digər əsas səbəb isə təhsilin keyfiyyətidir. Onun sözlərinə görə, paytaxtdakı ali məktəblər daha güclü akademik heyətə, geniş elmi-tədqiqat imkanlarına və beynəlxalq əlaqələrə malik qurumlar kimi qəbul edilir.

    Millət vəkili amma onu da əlavə edir ki, bir sıra regional ali təhsil müəssisələri, xüsusilə pedaqoji, aqrar və müəllim hazırlığı sahələrində bəzi Bakı universitetlərindən geri qalmır, hətta üstün mövqedədir. Problemin əsas səbəbi bu universitetlərin uğurlarının kifayət qədər tanıdılmaması və sistemli inkişaf strategiyasının olmamasıdır. Abituriyentlərin regional universitetlərə marağını artırmaq üçün isə dövlət səviyyəsində məqsədyönlü proqramların həyata keçirilməsi uğurlu ola bilər.

    “Universitetlərin konkret sahələr üzrə ixtisaslaşması, elmi tədqiqatların stimullaşdırılması və məzunların uğur hekayələrinin ictimaiyyətə təqdim edilməsi akademik nüfuzun formalaşmasına töhfə verə bilər”,- deyə deputat vurğulayıb.

  • “Card to card” dövrü bitir? – Hər kəsin bilməli olduğu YENİLİK

    Azərbaycanda kartdan karta pul köçürmələri sahəsində yeni mərhələ başlayıb. Artıq “card to card” əməliyyatları kart prosesinq sistemi üzərindən deyil, Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilir.

    Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu dəyişiklik bankların daxili infrastrukturunda yeniliklər yaradır və onlara bir sıra texnoloji və əməliyyat üstünlükləri qazandırır.

    Maraqlıdır, AÖS-ün üstünlükləri nədir? Bu sistem gündəlik pul əməliyyatlarını nə dərəcədə asanlaşdıracaq?

    Median.Az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

    “Milli magistral yol”

    Maliyyə eksperti İsmayıl Məmmədov deyir ki, Ani Ödənişlər Sistemi (AÖS) müxtəlif banklardakı hesablar arasında pul köçürmələrini bir neçə saniyədə həyata keçirən milli ödəniş infrastrukturudur: “Onu ölkə daxilində işləyən, mərkəzləşdirilmiş “pul körpüsü” kimi təsəvvür edə bilərsiniz. Ən əsası, AMB tərəfindən idarə olunur və əməliyyatlar birbaşa bank kartları deyil, bank hesabları səviyyəsində aparılır. Deyək ki, əvvəllər “card to card” köçürməsi üçün pul, xarici və ya beynəlxalq kart şəbəkələrinin içindən keçməli idi. Bu, bəzən vaxt ala bilərdi və müəyyən riskləri də var idi. İndi isə bu əməliyyat AÖS adlı yeni, geniş və sürətli bir “milli magistral yol”a yönləndirilir. Yəni, pul köçürməsi birbaşa Azərbaycan daxilində, Mərkəzi Bankın nəzarəti altında və daha qısa marşrutla həyata keçirilir. Bu, prosesi daha sürətli, daha təhlükəsiz və banklar üçün daha səmərəli edir”.

    “Əsaslı və müsbət dəyişikliklər gətirir”

    Ekspert deyir ki, bu keçid banklar üçün əsaslı və müsbət dəyişikliklər gətirir: “İlk növbədə xərcləri azaldır. Mərkəzi Bank AÖS üzrə bu xidmətə görə banklardan xidmət haqqı tutmur. Əvvəlki xarici şəbəkələr üzrə xidmət haqqı ödənilirdi. Həmçinin, proseslər optimallaşdırılır. Yəni, birdən çox xarici tərəflə işləmək əvəzinə, bütün daxili köçürmələr üçün vahid bir milli sistemə keçid bankların daxili iş proseslərini sadələşdirir. Təhlükəsizliyin güclənməsi isə, ən kritik dəyişiklikdir. Köhnə sistemdə bank yalnız kart nömrəsini görürdü. AÖS-də isə əməliyyatlar hesab səviyyəsində aparıldığı üçün həm göndərən, həm də alan tərəf daha dəqiq identifikasiya olunur. Bu, fırıldaqçılıq əməliyyatlarının anında aşkarlanmasına və kart məlumatlarının oğurlanması riskinin azalmasına kömək edir”.

    “Birbaşa xərc aradan qalxır”

    Mütəxəssis vurğulayır ki, bankların bu əməliyyat üçün Mərkəzi Banka ödədiyi birbaşa xərc aradan qalxır: “Bu, banklara komissiyaları azaltmaq və ya yenidən nəzərdən keçirmək üçün real fürsət yaradır. Hər bank öz tarif və qiymət siyasətini müstəqil formalaşdırır. Sistem xərcləri aşağı salır, amma bunun müştəriyə endirim şəklində ötürülməsi hər bir bankın strateji qərarından asılıdır. Sistem sürətlidir. Köçürmələr bir neçə saniyə ərzində başa çatacaq. Sistemin fırıldaqçılığa qarşı daha güclü nəzarət imkanları olduğunu bilmək rahatlıq verəcək. Əlavə olaraq, bütün daxili köçürmələrin vahid, sürətli bir kanaldan getməsi, texniki problem ehtimallarını da aşağı sala bilər. Bu keçid yalnız texniki bir dəyişiklik deyil, Azərbaycanda ödəniş ekosisteminin daha müstəqil, sürətli, təhlükəsiz və səmərəli olması istiqamətində atılmış böyük bir addımdır. Müştərilər bunun faydasını birbaşa sürət və təhlükəsizlikdə hiss edəcək, uzunmüddətli perspektivdə isə tariflərdə də müsbət dəyişikliklər gözləmək olar”.

    Hesab mərkəzli yanaşmaya keçid

    Kibertəhlükəsizlik üzrə ekspert Mehman İsgəndərov deyir ki, AÖS üzərindən “card to card” əməliyyatları rəqəmsal ödəniş ekosistemində risklərin azaldılması istiqamətində mühüm addımdır: “Ənənəvi kart şəbəkələri üzərindən aparılan əməliyyatlarda əsas identifikasiya elementi kart nömrəsi idi. Bu isə kart məlumatlarının oğurlanması, nüsxələnməsi və üçüncü şəxslər tərəfindən sui-istifadəsi riskini artırırdı. AÖS isə əməliyyatları kart səviyyəsindən hesab səviyyəsinə keçirərək bu riski əhəmiyyətli dərəcədə azaldır”.

    Kart məlumatlarının dövriyyəsinin minimuma endirilməsi

    Ekspert deyir ki, AÖS üzərindən həyata keçirilən əməliyyatlarda kart nömrəsi, CVV kodu və digər həssas məlumatlar birbaşa dövriyyəyə daxil olmur. Bu isə kart oğurluğu və klonlaşdırılması hallarında potensial zərərin qarşısının alınmasına ciddi töhfə verir: “Praktiki olaraq, kart məlumatı ələ keçirilsə belə, həmin məlumatlarla AÖS üzərindən birbaşa köçürmə aparmaq mümkün olmur. AÖS-ün əsas üstünlüklərindən biri əməliyyatların real vaxt rejimində emal və monitorinq edilməsidir. Qeyri-adi məbləğlər, təkrarlanan köçürmələr, müştərinin əvvəlki maliyyə davranışına uyğun olmayan əməliyyatlar sistem tərəfindən dərhal analiz olunur. Şübhəli hallar bankların daxili risk və nəzarət mexanizmlərinə operativ ötürülür və zərurət yarandıqda əməliyyat dərhal bloklana bilir. AÖS-də tətbiq olunan hesab əsaslı identifikasiya modeli köçürmənin kimə və hansı banka edildiyini açıq şəkildə göstərir. Bu yanaşma səhv köçürmələrin, anonim tranzaksiyaların və mübahisəli halların sayını azaldır. Eyni zamanda müştərilər üçün etimad səviyyəsini yüksəldir, banklar üçün isə hüquqi risklərin idarə edilməsini asanlaşdırır”.

    Çevik, təhlükəsiz, şəffaf sistem

    Ənənəvi ödəniş sistemləri ilə müqayisəsinə gəldikdə isə, M.İsgəndərov vurğulayır ki, ənənəvi ödəniş sistemləri əsasən əməliyyatdan sonrakı nəzarət mexanizmlərinə əsaslanırdı: “AÖS isə real vaxt monitorinqi, mərkəzləşdirilmiş nəzarət və hesab səviyyəsində identifikasiya kimi üstünlüklərlə seçilir. Bu xüsusiyyətlər sistemi daha çevik, daha təhlükəsiz və şəffaf edir. Həmçinin, AÖS-ün tətbiqi ilə birlikdə süni intellekt əsaslı fırıldaqçılıq aşkarlama sistemlərinin, davranış analitikasına əsaslanan risk modellərinin və banklararası məlumat mübadiləsinin daha da genişlənəcəyi gözlənilir. Bu proses ölkədə rəqəmsal maliyyə mühitinin dayanıqlığını və kibertəhlükəsizlik səviyyəsini növbəti mərhələyə daşıyacaq”.

  • Ermənistanda hərbi qulluqçunun meyiti aşkarlanıb

    Ermənistanın N saylı hərbi hissəsində xidmət edən müqaviləli hərbi qulluqçu David Armenoviç Manukyanın meyiti aşkarlanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

    Hadisənin başvermə şəraitinin tam aydınlaşdırılması məqsədilə araşdırma aparılır.

  • 200 illik tarixi məscid qəzalı vəziyyətdə: İbadət edənlər Zaqatalaya gedirlər (Video)

    Qax rayonunun Çinarlı kəndində yerləşən məscid yararsız vəziyyətə düşüb. Tarixi ibadət ocağının dam örtüyü, demək olar ki, tamamilə dağılıb, tavanı isə uçma təhlükəsi ilə üz-üzə qalıb.
    Baku TV-nin məlumatına görə, bu səbəbdən məsciddə hazırda ibadət etmək mümkün deyil. Kənd sakinləri 200 il tarixi olan bu ibadət evinin bərpa edilməsini istəyirlər.

    “İbadət edənlər məcbur qalıb Zaqatalaya, ya da Qaxa gedirlər. Allahın evinə bu cür münasibət olmaz axı”, – sakinlərdən biri narazılığını dilə gətirib.

    Tarixçi Akif Məmmədlinin sözlərinə görə, Qax rayonunun Çinarlı kəndində, eləcə də Balakən və Zaqatalanın bəzi kəndlərində XVIII-XIX əsrlərdə inşa edilmiş, dövrünün memarlıq məktəbinə aid olan oxşar məscidlər mövcuddur.

    Onun fikrincə, məscidin inşa və təmir tarixi barədə ən dəqiq məlumat adətən üzərindəki kitabələr vasitəsilə müəyyən edilir: “Çox təəssüf ki, Çinarlı kənd məscidinin üzərindəki kitabə bu günə qədər gəlib çatmayıb. Bu səbəbdən onun tarixi ilə bağlı daha dəqiq məlumat vermək çətindir. Lakin bu məscidin XVIII əsrin ikinci yarısında inşa edilmiş memarlıq məktəbi nümunələrindən biri olduğunu qətiyyətlə deyə bilərik. Çinarlı məscidi ilə bağlı iki məsələ xüsusilə qeyd edilməlidir. Birincisi, abidə ciddi şəkildə bərpaya ehtiyac duyur, çünki üzərində əsrlərin izini daşıyır. İkincisi isə tarixin dəqiqləşdirilməsi üçün abidənin üzərində olmuş kitabənin araşdırılması, oxunması və tədqiqatçılar tərəfindən elmi şəkildə dəyərləndirilməsi vacibdir”.

    Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən qeyd edilib ki, sözügedən məscid tarixi abidələrin siyahısına salınması məqsədilə yeni aşkar edilmiş abidə kimi qeydə alınıb.

    Məsələyə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclaslarında baxılacaq. Şura üzvlərinin rəyi müsbət olarsa, məscidin tarixi abidələrin siyahısına daxil edilməsi üçün müvafiq tədbirlər görüləcək.

  • Вэнса в ходе его визита в Азербайджан будет сопровождать замгоссекретаря США

    Заместитель государственного секретаря США по экономическим вопросам Джейкоб Хелберг будет сопровождать вице-президента Джей Ди Вэнса в ходе его визита в Азербайджан.

    Об этом говорится в заявлении Госдепа США.

    “Заместитель государственного секретаря США по экономическим вопросам Джейкоб Хелберг присоединится к вице-президенту Джеймсу Дэвиду Вэнсу во время визитов в Милан, Ереван и Баку, которые состоятся 9-11 февраля”, – говорится в сообщении.

    В Госдепартаменте подчеркнули, что визит в Армению и Азербайджан продвинет мирные усилия американского президента Дональда Трампа и будет способствовать продвижению проекта “Маршрут Трампа во имя международного мира и процветания” (TRIPP).