Month: February 2026

  • Azərbaycana səfəri zamanı ABŞ vitse-prezidentini dövlət katibinin müavini müşayiət edəcək

    ABŞ vitse-prezidenti Cey Di Vensi Azərbaycana səfəri zamanı dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq müşayiət edəcək.

    Bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyili.

    “ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq fevralın 9-11-də vitse-prezident Ceyms Devid Venslə birlikdə Milan, İrəvan və Bakıya səfər edəcək”, – açıqlamada deyilir.

    Dövlət Departamentinin açıqlamasında, həmçinin bildirilib ki, Ermənistan və Azərbaycana səfər ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüslərini irəli aparacaq və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) proqramının təşviqinə töhfə verəcək.
    //oxu.az

  • AZTV-nin sədr müavininə ağır itki

    Azərbaycan Televiziyasının sədr müavini Rafiq Həşimova ağır itki üzv verib.

    Bu barədə AYB-nin baş katibi, şair Səlim Babullaoğlu məlumat yayıb.

    Bildirilib ki, Rafiq Həşimovun atası Məhəmməd Həşimov dünyasını dəyişib.

    /Modern.az

  • Pakistanda məsciddə törədilmiş terror aktının təşkilatçısı saxlanıldı

    Pakistan təhlükəsizlik qüvvələri İslamabadda 30-dan çox insanın ölümünə səbəb olan terror hücumunun təşkilatçısını və üç əlaltısını saxlayıblar.

    Bu barədə “The News” nəşri məlumat yayıb.

    Qəzetin məlumatına görə, cinayətkarlar şimal-qərbdəki Hayber-Paxtunxva əyalətində tutulublar. Qeyd olunub ki, hücumun təşkilatçısı İŞİD terror qruplaşması ilə əlaqəli olub və Əfqanıstanda təlim keçib. Saxlanılma zamanı üç təhlükəsizlik işçisi yaralanıb, biri isə aldığı xəsarətlərdən ölüb.

    Xatırladaq ki, fevral 6-da İslamabaddakı şiə məscidində terror aktı baş verib. Hadisə nəticəsində 36 nəfər həlak olub, 170-ə yaxın şəxs yaralanıb.

  • Alış-veriş edən 73 yaşlı kişinin ürəyi dayandı – Azərbaycanda

    Mingəçevirdə marketdə alış-veriş edən müştəri dünyasını dəyişib.

    “Unikal”ın məlumatına görə, hadisə 20 Yanvar küçəsində yerləşən “Qədiroğlu” Marketlər şəbəkəsinə məxsus mağazada baş verib. Alış-veriş üçün marketə gələn, 1953-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Mikayıl Məmmədovun qəfil halı pisləşib və o, yerə yıxılıb.

    İlkin müayinə zamanı onun ürək çatışmazlığından hadisə yerində vəfat etdiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.

  • “Qızıl qaya” istirahət mərkəzində yanğın oldu

    İsmayıllı rayonunda istirahət mərkəzində yanğın hadisəsi baş verib. 

    Median.Az Unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Diyallı kənd ərazisində 1962-ci il təvəllüdlü Abasov Malik Hacı oğluna məxsus “Qızıl qaya” istirahət mərkəzində qeydə alınıb.

    Yanğın yerinə İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın zananı ümumi sahəsi 500 k/m olan hamam otağının 400 k/m tavan hissəsi yanıb, obyektin qalan hissəsi idə yanğından mühafizə olunub.

    Hadisə zamanı xəsarət alan olmayıb.

  • Ceyhun Bayramov sabiq səfirə yüksək vəzifə verdi (FOTO)

    Azərbaycan Xarici İşlər Nazirliyində yüksək vəzifəyə yeni təyinat olub. 
    “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Məmməd Talıbov XİN-in Avropa İdarəsinin rəisi təyin edilib. 

    O, artıq vəzifəsinin icrasına başlayıb.

    İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyan Məmməd Afiq oğlu Talıbov 2019-cu ildə Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu.

    O, 2025-ci il oktyabrın 27-də geri çağırılıb.

  • On min manatlıq cehizlik oğurlayan şəxs saxlanıldı

    Səbail rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək övladı üçün cehiz məqsədilə aldığı, ümumi dəyəri 10 min manat olan məişət əşyalarının hissə-hissə oğurlandığını bildirib.

    Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Ağabala Əhmədov müəyyən edilərək saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi – Sumqayıtda

    Sumqayıt şəhərində bir ailənin dörd üzvü dəm qazından zəhərləniblər.

    Hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

    Məlumata görə, 1991-ci il təvəllüdlü Əliyev Vüsal Cəmal oğlu, həyat yoldaşı 2001-ci il təvəllüdlü Əliyeva Natəvan Əmin qızı və onların 2022 və 2025-ci il təvəllüdlü azyaşlı övladları yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.

    Zərərçəkənlər dərhal xəstəxanaya yerləşdirilib, onlara tibbi yardım göstərilib.

  • СМИ: Суд огласил показания секретного свидетеля по делу о теракте в “Крокусе”

    2-й Западный окружной военный суд на выездном заседании в московском суде огласил показания засекреченного свидетеля по уголовному делу о теракте в “Крокус сити холле”.

    Как передает Median.Az, об этом ТАСС сообщил один из участников процесса.

    На скамье подсудимых находятся 19 фигурантов, все они внесены в РФ в перечень террористов.

    “Из оглашенных в суде показаний засекреченного свидетеля стало известно, что куратор террористов из Турции связался с Шамсидином Фаридуни (организатор теракта в РФ – ред.) и указал ему на уроженца Кыргызстана Алишера Касимова, как на человека, который должен сдать ему в аренду квартиру в Подмосковье, где до нападения на “Крокус” впоследствии проживали четыре стрелка. Со слов свидетеля, эта информация ему стала известна лично от самого Фаридуни”, – рассказал собеседник агентства.

    Теракт в “Крокусе” в подмосковном Красногорске был совершен 22 марта 2024 года. По данным СК, его жертвами стали 149 человек. Террористы были вооружены тремя автоматами Калашникова, не менее 59 магазинами с более 1 300 патронами к ним и ножами. После теракта четверо исполнителей – Мухаммадсобир Файзов, Далерджон Мирзоев, Саидакрами Рачабализода и Шамсидин Фаридуни – скрылись, но были задержаны на территории Брянской области. Позднее были задержаны 15 соучастников террористов. По версии следствия, все они входили в подразделение “Исламского государства” – “Вилаят Хорасан”. Уголовное дело с лета 2025 года рассматривает Второй Западный окружной военный суд.

  • “Crocus City Hall”dakı terror aktı üzrə məhkəmədə gizli şahidin ifadəsi dinlənildi

    Rusiyada “Crocus City Hall” törədilmiş terror aktı ilə bağlı keçirilən məhkəmədə dinləmələr zamanı adı açıqlanmayan şahidin ifadəsi oxunub.

    Bu barədə TASS-a məhkəmə iştirakçılarından biri bildirib.

    Müttəhimlər kürsüsündə oturan 19 təqsirləndirilən şəxsin hamısı Rusiyada terrorçu kimi qeydə alınıb.

    “Məhkəmədə oxunan gizli şahidin ifadəsindən məlum olub ki, terrorçuların kuratoru hücumun təşkilatçısı təşkilatçı Şəmsiddin Fariduni ilə əlaqə saxlayıb və qırğızəsilli Alişer Kasimovun ona Moskva vilayətində mənzil kirayə verəcəyini deyib. Dörd silahlı”Crocus”a hücumdan əvvəl orada yaşayıb. Şahidin sözlərinə görə, o, bu məlumatı şəxsən Faridunidən özü alıb”, – agentliyin mənbəsi bildirib.

    Xatırladaq ki, Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus”da terror aktı 22 mart 2024-cü ildə baş verib. İstintaq Komitəsinin məlumatına görə, nəticədə 149 nəfər öldürülüb.