Month: February 2026

  • Dubaydan gələn əcnəbi Bakıya enən kimi TUTULDU

    Dubaydan gələn əcnəbi Bakı aeroportunda saxlanılıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, 23 yaşlı Əfqanistan vətəndaşı Avropaya getmək üçün saxta vəsiqə ilə Azərbaycana gəlib.

    İttiham aktına görə, əcnəbi əsl vəsiqəsi ilə Dubay-Bakı aviareysi ilə hava limanına gəlib. Burada o, sərhədçilərə saxta pasport təqdim edib. Şəxsiyyət vəsiqəsinin saxta olmasını görən sərhədçilər onu saxlayaraq, istintaqa təhvil veriblər. Nəticədə onun barəsində cinayət işi açılıb.

    Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Əfqanistanda iş tapa bilmədiyi üçün işləmək və yaşamaq üçün Avropa ölkələrinə getmək istəyib. Lakin Avropaya getmək üçün ölkəsinin vətəndaşlarına viza verilmədiyi üçün yollar axtarıb. Bunun üçün “Safi” adlı dostu ona pul qarşılığında saxta Pakistan pasportu düzəldib və Avropaya getmək üçün Azərbaycana getməli olduğunu bildirib. Əfqanistan vətəndaşı öz ölkəsinin pasportu ilə Dubaya gələ bilib. Lakin Dubaydan Bakıya gələndə “Safi”nin düzəltdiyi saxta pasportu təqdim edib.

    Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və ailə üzvləri xəstə olduğu üçün Avropaya gedib pul qazanmaq istədiyini deyib.

    Xəzər rayon Məhkəməsinin qərarı ilə o, 7 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Bakıda kafenin tualetindən meyit tapıldı

    Bakıda fəaliyyət göstərən kafelərdən birinin tualetində kişi cəsədi aşkar edilib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, sözügedən hadisə paytaxtın Nizami rayonu ərazisində, Bəhruz Nuriyev küçəsindəki iaşə obyektlərindən birində baş verib.

    Hadisə yerinə baxış zamanı sanitar qovşaqda Abşeron rayonunda qeydiyyatda olan 51 yaşlı N.Namazovun cansız bədəni tapılıb.

    İlkin ehtimallara əsasən, həmin şəxsin ürək çatışmazlığı səbəbindən həyatını itirdiyi qeyd olunur. Faktla bağlı müvafiq araşdırmalara başlanılıb.

  • Bu qanun qüvvəyə mindi – 30 min manat CƏRİMƏ

    Mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə 30 min manatadək cərimə tətbiq ediləcək.

    İnzibati Xətalar Məcəlləsində bununla bağlı dəyişikliklər fevralın 1-dən qüvvəyə minib.

    Belə ki, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlerinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər 6 min manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcək. Bu əməllərin törədilməsi nəticəsində mədəni sərvətlərin korlanmasına görə, bu az miqdarda (“az miqdarda” dedikdə, 3 min manatdan yuxarı olmayan məbləğ başa düşülür) ziyan vurduqda fiziki şəxslər 5 min manat məbləğində, vəzifəli şəxslər 10 min manat məbləğində, hüquqi şəxslər 30 min manat məbləğində cərimə ediləcək.

    Həmçinin, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsinə, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına görə fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər 6 min manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcək.

    Bununla yanaşı, Mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə fiziki şəxslər 700 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 3 min manat məbləğində cərimə ediləcək. Bu əməllərin törədilməsi nəticəsində mədəni sərvətlərin korlanmasına görə, bu az miqdarda (“az miqdarda” dedikdə 3 min manatdan yuxarı olmayan məbləğ başa düşülür) ziyan vurduqda fiziki şəxslər 5 min manat məbləğində, vəzifəli şəxslər 10 min manat məbləğində, hüquqi şəxslər 30 min manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 1000 manat məbləğində, vəzifəli şəxslər 1 500 manat məbləğində, hüquqi şəxslər 6 min manatməbləğində cərimə ediləcək.

    Bundan əlavə, inşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işləri dayandıraraq, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsinə, habelə dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvil verilməməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 3 min manat məbləğində cərimə ediləcək./Trend

  • Pakistanda məsciddəki terror aktı nəticəsində ölənlərin sayı artdı

    Pakistanın paytaxtı İslamabadda məsciddə kamikadzenin törətdiyi terror aktı nəticəsində ölənlərin sayı 36-ya çatıb.

    Bu barədə Median.Az xarici KİV-ə istinadən xəbər verir.

    Həmçinin qeyd edilir ki, Tarlay İmambargah məscidindəki terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

    Qrupun açıqlamasında bildirilir ki, hücum edən şəxs hadisə yerinə gəlib, məscidin əsas qapısında onu dayandırmağa çalışan mühafizəçilərə atəş açıb və partlayıcı kəmərini daxili qapıda işə salıb. Rəsmi İslamabad terrorçunun bu yaxınlarda Əfqanıstandan gəlmiş Pakistan vətəndaşı olduğunu bildirib.

    Xatırladaq ki, ötən gün məsciddə törədilən partlayış nəticəsində ölənlərin son olaraq sayı 31 nəfər qeyd edilirdi.

    Pakistanın müdafiə naziri Hodca Məhəmməd Asif öz “X” səhifəsində yazıb ki, hücumda Əfqanıstan və Hindistanın əli var.

  • At ətini mal ətindən necə ayırmaq olar? – İqtisadçıdan təklif

    “Alıcılar at əti ilə mal ətini ayrıd edə bilməz”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli deyib. Onun sözlərinə görə, satıcılar at ətini hissələrə bölürlər:

    “Xarici görünüşünə görə onu digər heyvanların ətindən ayrımaq mümkün deyil. Çünki bazarda həm arıq, həm kök, həm də çıxdaş olmuş heyvanların əti var, onu yalnız laboratoriya ayrıd edə bilər. İstehlakçıların özlərinin laboratoriyaları yoxdur. İstehlakçılar laboratoriyaya da müraciət etmək istəmirlər. Onun üçün ödəniş etmək lazımdır. İnsanlar 1-2 kiloqram ət alırlar, həmin əti laboratoriyaya verib yoxlatmaq alıcıya baha başa gələn prosesdir”.

    Vahid Məhərrəmli hesab edir ki, bazara nəzarət olunmalıdır:

    “Təklif eləmişik ki, bütün heyvanlar uçota alınsın. Məsələn, atın qulağında birka olmalıdır ki, bu heyvan qeydiyyatdadır. Əgər kəsilirsə və yaxud çıxdaş olursa, ölürsə, həmin heyvanla bağlı nəsə baş verirsə, mütləq sahibi onlayn uçot sisteminə məlumat verməlidir. Belə olan halda heç kim ölmüş və yaxud da çıxdaş olunmuş heyvanı kəsib bazara çıxarmağa cəsarət edə bilməz. İnformasiya mərkəzə daxil olduqdan sonra yerlərdə, rayonlarda aqrar inkişaf mərkəzlərinin mütəxəssisləri həmin heyvanın göstərilməsini tələb edir və bundan sonra onu aktlaşdırırlar. Əgər heyvan xəstə olursa, yaxud çıxdaş edilirsə, mütləq onun utilizasiyası baş verməlidir. Yox, əgər heyvan kəsilirsə, istifadəyə yararlıdırsa, həmin sahibkara əti bazara çıxartmaq imkanı verilir”.

    Qeyd edək ki, Tərtərdə polis əməkdaşları ilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri tədbir zamanı qanunsuz ət kəsimi ilə məşğul olan Tural Cəfərov, Seymur Məmmədov, Seyfəddin Quliyev və Həsən Cəfərli saxlanılıblar. Onlar çəkisi 146 kiloqram olan qidaya yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq istəyiblər.

  • Bəzi bölgələrdə güclü külək əsəcək

    Fevralın 8-9-da bəzi bölgələrdə güclü külək əsəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

    Belə ki, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Xızı, Qusar, Qobustan, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Cəbrayıl, Daşkəsən, Gədəbəy, Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Lerik və Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. ‎

  • Задержан охранник Экрема Имамоглу

    Задержан охранник Экрема Имамоглу, отстранённого от должности мэра Стамбула.

    Об этом Median.Az сообщает со ссылкой на агентство Anadolu.

    Согласно информации, после ареста Имамоглу его телохранитель также был взят под контроль группами Управления по борьбе с финансовыми преступлениями Стамбульского полицейского управления в рамках расследования о коррупции.

    Отмечается, что в полиции продолжается разбирательство по делу подозреваемого.

  • Ekrem İmamoğlunun mühafizəçisi saxlanıldı

    İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri vəzifəsindən uzaqlaşdırılan Ekrem İmamoğlunun mühafizəçisi saxlanılıb.

    Bu barədə Median.Az “Anadolu” agentliyinə istinadən xəbər verir.

    Məlumata görə, İmamoğlunun həbsindən sonra onun cangüdəni də İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin qrupları tərəfindən korrupsiya istintaqı çərçivəsində nəzarət altına alınıb.

    Şübhəlinin polis idarəsindəki prosedurlarının davam etdiyi bildirilir.

  • Liseydə müəllimini güllələyən şagird həbs edildi

    Bakıda müəllimini güllələməkdə təqsirləndirilən şagird 4 ay müddətə həbs olunub.

    Qaynarinfo-nun məlumatına görə, bu barədə Binəqədi Rayon Məhkəməsində qərar verilib.

    Ona Cinayət Məcəlləsinin 29, 120.1 (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

    Qeyd edək ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.

    Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.

    Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

  • Bakıda sayğac fırıldağı: Pulları götürüb aradan çıxdı

    Bakı şəhərində vətəndaşlara özünü “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı olaraq tanıdan və dələduzluq yolu ilə onların etibarından sui-istifadə edən şəxs barəsində cinayət işi başlanıb.

    Median.Az-ın Lent.az-a istinadla verdiyi məlumata görə, Sabirabad rayonundan olan 49 yaşlı Rüstəm Nəzərov qeyd olunan qurumda çalışdığını bildirərək, Abşeron rayonunun Məmmədli kəndində yeni inşa edilən mənzillərə qaz sayğaclarının quraşdırılmasını vəd edib.

    * Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc gəldi

    Onun yalanlarına inanan zərərçəkmiş şəxslər Rüstəmə ümumi məbləği 6 400 manat təşkil edən vəsait ödəyiblər. Lakin R.Nəzərov sözügedən evlərə sayğac quraşdırılması üçün lazımi işləri görməyib və əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına sərf edib.

    Aldadılmış vətəndaşların şikayətləri nəticəsində R.Nəzərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və faktla bağlı cinayət işi açılıb.

    Sabunçu Rayon Məhkəməsi tərəfindən çıxarılan qərara əsasən, təqsirləndirilən şəxsə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.