Month: February 2026

  • Nazirlik hərbi hissələrdə odundan imtina edir

    Azərbaycan Müdafiə Nazirliyi ordunun maddi-texniki təminatının gücləndirilməsi və ekoloji cəhətdən təmiz enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə yeni tender elan edib.
     
    Median.Az Modern.az-a istinadla xəbər verir ki, müsabiqə üzrə ehtimal olunan qiymət 1 323 140,00 azn (bir milyon üç yüz iyirmi üç min yüz qırx manat) təşkil edir.
     
    Tender müsabiqəsi Azərbaycan Ordusunun hərbi hissələri üçün ağac olmayan briketlərin (bioyanacaqların) satın alınmasını nəzərdə tutur.

  • “Azərbaycan Nəşriyyatı” bağlandı

    “Azərbaycan Nəşriyyatı” əsaslı təmir-bərpa işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti olaraq dayandırıb”.
     
    Bu barədə “Yeni Sabah”a qurumdan məlumat verilib.
     
    Bildirilib ki, nəşriyyatın yerləşdiyi binanın texniki vəziyyətinin yaxşılaşdırılması, təhlükəsizlik standartlarına cavab verməsi və müasir iş şəraitinin yaradılması məqsədilə genişmiqyaslı təmir işlərinin həyata keçirilməsi planlaşdırılır:
     
    “Bu səbəbdən hazırda binada fəaliyyət göstərən qəzet redaksiyalarına və müxtəlif təşkilatlara martın 1-dək möhlət verilmişdi və onların müvəqqəti olaraq başqa ünvanlara köçmələri tələb olunmuşdu. Demək olar ki, hamı başqa ünvana köçüb və bütün otaqlar boşaldılıb”.
     
    Qeyd edilib ki, “Azərbaycan Nəşriyyatı” təmir-bərpa işləri başa çatdıqdan sonra  fəaliyyətini əvvəlki qaydada davam etdirəcək:
     
    “İndiyədək binada yerləşən qəzet və təşkilatların təmirdən sonra yenidən nəşriyyata qayıtmasına icazə verilib-verilməyəcəyinə gəlincə, bu barədə qərar onların özləri verməlidir”.
     
    “Azərbaycan Nəşriyyatı”da təmir işlərinin nə vaxt başlayacağı və başa çatacağı isə hələ dəqiq bilinmir.

  • İcra hakimiyyətləri ləğv olunur? — Deputat açıqladı

    Son günlərdə bir sıra icra hakimiyyətlərinin strukturunun ləğv edilməsi xəbərləri ictimaiyyətdə geniş maraq və müzakirələrə səbəb olub. Bu dəyişikliklər dövlət idarəçiliyində səmərəliliyi artırmaq, bürokratiyanı azaltmaq və qərarqəbuletmə proseslərini daha çevik etmək məqsədilə həyata keçirilir. İcra hakimiyyətlərinin funksiyalarının digər dövlət qurumlarına verilməsi və onların səlahiyyətlərinin tədricən məhdudlaşdırılması kimi interpretasiyalar da mövcuddur. Bu proses, həmçinin yerli idarəetmədə islahatların davamlılığı, resursların daha səmərəli istifadəsi və vətəndaşlara xidmətin keyfiyyətinin artırılması baxımından da diqqət mərkəzindədir. Maraqlıdır ki, gələcəkdə bu dəyişikliklər davam edəcək, yoxsa icra hakimiyyətlərinin rolu daha da azaldılacaq və ya tamamilə ləğv olunacaq.
     
    Median.Az bildirir ki, bu barədə Milli Məclisin deputatı Razi Nurullayev Demokrat.az-a açıqlama verib.
     
    O bildirib ki, bütün qərarlarda vətəndaş mərkəzdə olmalıdır:
     
    “Dövlət strukturu vətəndaşın işini asanlaşdırmırsa, ona əlavə maneə yaradırsa, deməli, orada problem var. Təəssüf ki, elə icra qurumları mövcuddur ki, formal olaraq varlar, amma real fayda vermək əvəzinə, prosesləri ləngidir, məsuliyyəti yayındırır və vətəndaşı qapı-qapı salır. Belə strukturların varlığı bəzən yoxluğundan daha çox problem yaradır. İslahatların məğzi də məhz bu olmalıdır ki, vətəndaşa yük olan, nəticə verməyən mexanizmləri azaltmaq, funksional, şəffaf və cavabdeh idarəetmə modelinə keçmək. Dövlət idarəçiliyi vəzifə bölgüsü ilə yox, nəticə ilə ölçülməlidir”.

  • Hindistanda partlayış: 18 nəfər öldü

    Hindistanın Meqhalaya ştatında kömür mədənində baş verən partlayış nəticəsində azı 18 işçi həlak olub.
     
    Bu barədə yerli media məlumat yayıb.
     
    Bildirilib ki, hadisə dağlıq Şərqi Jantia Hils bölgəsində qanunsuz fəaliyyət göstərən mədəndə baş verib.
     
    Daha bir neçə nəfərin dağıntılar altında qalması ehtimalı var./axar

  • Məhkəmədən “Qurtuluş”un rəhbəri barədə qərar

    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
     
    Sumqayıt Apellyasiya Məhkəməsində şikayətə baxılıb və qərar qəbul edilib.
     
    Qərara əsasən, şikayət təmin edilməyib.
     
    Qeyd edək ki, “Qurtuluş” Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.
     
    Faktla bağlı “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov, mərkəzin əməkdaşları – Natiq Əliyev və Elşad Məhərrəmov saxlanılıb. Məhkəmənin qərarı ilə onların hər biri barəsində 2 ay 10 gün müddətə həbs qətimkan tədbiri seçilib.
     
    Onlar Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə ittiham edilir.

  • 1980-ci illərdə minlərlə insanın ölümünə səbəb olmuş vulkan yenidən oyanır

    Meksikanın cənubunda uzun müddət nisbətən sabit hesab olunan El Çiçon vulkanına diqqət yenidən artıb. Meksika Milli Avtonom Universitetinin Geofizika İnstitutunun alimləri onun kraterində baş verən dəyişiklikləri qeydə alıblar ki, bu da potensial yeni püskürmənin əlaməti ola bilər.

    Qaynarinfo xəbər verir ki, El Çiçon vulkanı tarixdə artıq faciəvi iz qoyub. 1982-ci ildə baş vermiş güclü püskürməsi Meksikanın müasir tarixində ən ölümcül hadisələrdən biri olub. O zaman piroklastik axınlar və sıx kül bütün yaşayış məntəqələrini məhv edərək 2 mindən çox insanın həyatına son qoyub.

    Püskürmə landşaftı kökündən dəyişib: vulkanın zirvəsi uçub və sonradan su ilə dolmuş krater yaranıb. Atmosferə böyük miqdarda kükürd dioksidinin buraxılması qlobal nəticələrə səbəb olub – planetin orta temperaturunun qısa müddətli enməsi müşahidə edilib. Bu təcrübə El Çiçonun fəaliyyətindəki hər hansı dəyişikliklərin alimlər və yerli icmalar üçün xüsusilə həssas olmasını izah edir.

    Mümkün aktivləşmənin əlamətləri

    2025-ci ilin sonunda Meksika Milli Avtonom Universitetinin tədqiqatçıları krater gölündə bir sıra anomaliyalar qeydə alıblar. Gölün səthində bəzi ölçmələr zamanı temperatur 118 dərəcəyə çatıb, su üzərində isə dibi qazların qalxması ilə bağlı boş kükürdlü sferalar əmələ gəlib. Gölün rəngi də dəyişib – yosunlara görə yaşıl olan su boz rəng alıb ki, bu, sulfatlar və silisium tərkibinin artdığını göstərir.

    Nümunələrin təhlili xlorid səviyyəsində dalğalanmalar və hidrogen sulfid ilə karbon dioksidinin artımını göstərib. Mütəxəssislərə görə, bunlar yeraltında aktiv hidrotermal proseslərin əlamətləridir.

    Seysmik aktivlik hələ ki zəif və səthə yaxın səviyyədədir, bu isə magma yüksəlişinə işarə etmir. Lakin vulkan sarı xəbərdarlıq səviyyəsindədir. Alimlər bildirirlər ki, sistem uzun müddət sabit qala bilər, lakin buxar təzyiqindən yaranan qəfil freatik partlayışlar riski mövcuddur.

  • Mingəçevirdə çörək zavodunun əməkdaşı iş yerində öldü

    Mingəçevirdə çörək zavodunun əməkdaşı vəfat edib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Samux küçəsində yerləşən çörək zavodunda baş verib.

    1975-ci il təvəllüdlü Rəhman Əhmədov iş yerində qəfil keçinib. İlkin müayinə zamanı onun ürək çatışmazlığından öldüyü məlum olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Gəncədə QƏZA: xəsarət alanlar var

    Gəncədə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

    Hərəkətdə olan VAZ 2107 markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

    Qəza nəticəsində 2003-cü il təvəllüdlü E.Əliyev və 2002-ci il təvəllüdlü T.Zeynalov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

  • Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva fevralın 5-də Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini (“The Abrahamic Family House”) ziyarət edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Leyla Əliyeva Luvr Əbu-Dabi Muzeyində olub.

    Parisdəki məşhur Luvr muzeyinin ilk xarici filialı olan Luvr Əbu-Dabi Saadiyat adasında yerləşir. Fransız memar Jan Nuvel tərəfindən layihələndirilən muzey 2017-ci ilin noyabrında ziyarətçilərə açılıb.

    Muzeyin daimi fondunda müxtəlif dövrləri və sivilizasiyaları əks etdirən çox sayda sənət əsəri nümayiş etdirilir. Bundan əlavə, tərəfdaş muzeylər tərəfindən təqdim olunan əsərlər də ekspozisiyada yer alır.

    Sonra Leyla Əliyeva İbrahim Ailə Evi (“The Abrahamic Family House”) ilə tanış olub.

    2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan İbrahimin ailə evinin yaradıldığını elan edib. Bu unikal kompleks Əhməd Əl-Tayyib məscidini, Müqəddəs Fransisk kilsəsini və Musa bin Maymon sinaqoqunu eyni məkanda birləşdirir. Dini ibadətgahlarla yanaşı, burada ziyarətçilərin müxtəlif dinlərlə daha yaxından tanış ola biləcəkləri təhsil mərkəzi də fəaliyyət göstərir.

  • İrandan gözlənilməz gediş: “Xürrəmşəhr-4” hipersəsli ballistik raketləri ilk dəfə yeraltı bunkerlərə yerləşdirildi

    Uzaqmənzilli “Xürrəmşəhr-4” hipersəsli ballistik raketləri ilk dəfə İran ərazisindəki “yeraltı raket şəhərciklərində” (bunkerlərdə) yerləşdirilib.

    Bu barədə yerli “Fars” agentliyi İslam İnqilabı Keşikçiləri Korpusundakı (SEPAH) mənbəyə istinadən məlumat yayıb.

    Məlumatda iddia olunur ki, “Xürrəmşəhr-4” atmosferdən kənarda 16 Max, atmosferdə isə təxminən 8 Max sürət yığa bilir. Raketin startdan sonra İsrail sərhədlərinə çatma vaxtı isə təxminən 10-12 dəqiqə qiymətləndirilir.

    “Xürrəmşəhr-4” raketi (“Xeybər” kimi də tanınır) rəsmən 2023-cü ildə təqdim edilib. Bəyan edilmiş uçuş mənzili təxminən 2 000 km, döyüş başlığı isə təxminən 1 500 kq-dır.