Month: February 2026

  • İrandan gözlənilməz gediş: “Xürrəmşəhr-4” hipersəsli ballistik raketləri ilk dəfə yeraltı bunkerlərə yerləşdirildi

    Uzaqmənzilli “Xürrəmşəhr-4” hipersəsli ballistik raketləri ilk dəfə İran ərazisindəki “yeraltı raket şəhərciklərində” (bunkerlərdə) yerləşdirilib.

    Bu barədə yerli “Fars” agentliyi İslam İnqilabı Keşikçiləri Korpusundakı (SEPAH) mənbəyə istinadən məlumat yayıb.

    Məlumatda iddia olunur ki, “Xürrəmşəhr-4” atmosferdən kənarda 16 Max, atmosferdə isə təxminən 8 Max sürət yığa bilir. Raketin startdan sonra İsrail sərhədlərinə çatma vaxtı isə təxminən 10-12 dəqiqə qiymətləndirilir.

    “Xürrəmşəhr-4” raketi (“Xeybər” kimi də tanınır) rəsmən 2023-cü ildə təqdim edilib. Bəyan edilmiş uçuş mənzili təxminən 2 000 km, döyüş başlığı isə təxminən 1 500 kq-dır.

  • “Avroviziya”da ölkəmizi 3 nəfərdən biri təmsil edəcək

    Yanvar ayının 18-də seçimlər yekunlaşdıqdan sonra, İctimai kanal “Avroviziya 2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib.

    Bu müddət ərzində ifaçılar və müəlliflər müsabiqədə iştirak üçün yüksək maraq nümayiş etdirib. Belə ki, seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub. Bu müraciətlər çərçivəsində 186 mahnı təqdim edilib. Təqdim olunan mahnılardan 107-si yerli müəllif və ifaçılar tərəfindən, 79-u isə xarici müəlliflər tərəfindən təqdim edilib ki, bu da mahnıların təxminən 57,5 faizinin yerli, 42,5 faizinin isə beynəlxalq iştirakçılar tərəfindən göndərildiyini göstərir.

    İlkin qiymətləndirmə mərhələsində təqdim olunmuş müraciətlər peşəkar heyət tərəfindən ətraflı şəkildə təhlil olunub və növbəti mərhələyə 18 namizəd dəvət edilib.

    Dəvət olunmuş iştirakçılar üçün canlı dinləmələr və fərdi müsahibələr təşkil olunub. Bu mərhələdə namizədlərin vokal imkanları, səhnə təqdimatı, beynəlxalq auditoriya üçün potensialı və Avroviziya formatına uyğunluğu həm peşəkar seçim komissiyası, həm də xüsusi formalaşdırılmış fokus qrupu tərəfindən qiymətləndirilib.

    Aparılan qiymətləndirmələrin nəticəsi olaraq, hazırda müsabiqənin növbəti mərhələsi üçün üç namizəddən ibarət qısa siyahı (short list) formalaşdırılıb. Seçim prosesi davam edir və yekun qərar əlavə yaradıcı və strateji müzakirələrdən sonra elan olunacaq.

    Azərbaycan nümayəndə heyəti müsabiqədə ölkəni ən yüksək səviyyədə təmsil edəcək ifaçının və kompozisiyanın müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.

    Qeyd edək ki, müsabiqənin birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı il tarixində baş tutacaq.

  • Səudiyyə Ərəbistanından diqqət çəkən addım: Dəvələrin pasportu olacaq

    Səudiyyə Ərəbistanı yerli dəvə populyasiyası üçün dünya miqyasında diqqət çəkəcək “dəvələrə pasport” tətbiqini təqdim edib.

    Qaynarinfo xəbər verir ki, Səudiyyə Ərəbistanı Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, heyvandarlıq sektorunun məhsuldarlığını artırmaq və dəvələrin məlumat bazasını yaratmaq məqsədilə dəvə pasportunu sistemi yaradılıb.

    Bildirilib ki, dəvə pasportu heyvanın cinsi və sahibi haqqında məlumatların yer aldığı rəsmi akkreditə olunmuş sənəd olacaq. Hər bir dəvə üçün doğru və etibarlı tibbi qeyd yaratmaq məqsədilə hazırlanan pasportlarda, populyasiya üzrə yoluxucu xəstəliklərin izlənməsini asanlaşdıracaq ətraflı peyvənd tarixi də əks olunacaq.

    Nazirlik əlavə edib ki, pasportlar eyni zamanda mülkiyyət hüquqlarının təsdiqlənməsini sadələşdirəcək və heyvandarlıqla məşğul olanlar üçün selektiv yetişdirmə təcrübələrini inkişaf etdirəcək.

  • Hərbi Prokurorluqda yeni TƏYİNAT

    Ədliyyə polkovnik-leytenantı Amid Verdiyev Hərbi Prokurorluğun Kadrlar şöbəsinin rəisi təyin edilib.

    Bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.

    Qeyd edək ki, Amid Verdiyev buna qədər Hərbi Prokurorluğunun İstintaq idarəsinin böyük prokuroru olub.

  • DİN sosial şəbəkələrdə yayılan insident görüntülərinə aydınlıq gətirdi

    Sosial şəbəkələrdə polis əməkdaşlarının guya qazi kimi təqdim olunan şəxsə fiziki güc tətbiq etməsi ilə bağlı yayılmış görüntülərlə bağlı araşdırma aparılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    “Müəyyən edilmişdir ki, hadisə 3 noyabr 2025-ci il tarixdə baş verib. Görüntüdəki şəxs əvvəllər Rusiya Federasiyasında bir neçə dəfə narkotik maddələrin satışı ilə bağlı həbs olunmuş 1982-ci il təvəllüdlü Həsənov Fikrət Arif oğludur.

    O, uzun müddət Rusiyada yaşayıb, ümumiyyətlə hərbi xidmət keçməyib, onun qazi, müharibə iştirakçısı kimi təqdim olunması iddiaları tamamilə əsassızdır.

    Fikrət Həsənov sonuncu dəfə 2024-cü ildə Bakı şəhərində külli miqdarda narkotik vasitə satışı ilə əlaqədar saxlanılaraq barəsində cinayət işi başlanılmış, özü də narkotik asılılığından əziyyət çəkdiyindən məhkəmənin qərarı ilə məcburi müalicə mərkəzinə yerləşdirilmişdir.

    3 noyabr 2025-ci il tarixdə Fikrət Həsənov kəsici alət əldə edərək xəstəxananın tibbi personalının həyat və sağlamlığı üçün təhlükəli davranış nümayiş etdirdiyindən məsul həkimin çağırışı əsasında orada xidmət aparan polis əməkdaşları tərəfindən müdaxilə edilərək hərəkətlərinin qarşısı alınmışdır.

    İnsidentin qarşısı alınarkən lazımsız güc tətbiq etmiş polis əməkdaşları ilə bağlı xidməti yoxlama aparılmış, onlar daxili işlər orqanlarından xaric olunaraq barələrində müvafiq tədbirlər görülmüşdür”, – deyə məlumatda qeyd edilib.

  • Президент США: Ильхам Алиев и Никол Пашинян – действительно хорошие лидеры

    Президент США Дональд Трамп назвал Президента Азербайджана Ильхама Алиева и премьер-министра Армении Никола Пашиняна “действительно хорошими лидерами”.

    Об этом он заявил, выступая на Национальном молитвенном завтраке в Вашингтоне.

    Согласно информации, американский лидер вновь напомнил о своей роли в урегулировании ряда международных конфликтов.

    “Я уладил яростные войны, такие как Камбоджа и Таиланд, Косово и Сербия, Пакистан и Индия, Израиль и Иран, Армения и Азербайджан”, – сказал глава Белого дома.

    Говоря о прогрессе в мирном процессе между Баку и Ереваном, Трамп подчеркнул: “Два действительно хороших лидера. Все, что они знали, – это борьба. Они боролись много лет. Но мы довольно быстро все уладили”.

  • Tramp: “İlham Əliyev və Paşinyan yaxşı liderlərdir”

    ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı “yaxşı liderlər” adlandırıb.

    O, bu barədə paytaxt Vaşinqtonda çıxışı zamanı bildirib.

    Ağ Evin rəhbəri bir sıra münaqişələrin tənzimlənməsindəki rolunu yenidən xatırladıb.

    “Mən Kamboca-Tailand, Kosovo-Serbiya, Pakistan-Hindistan, İsrail-İran, Ermənistan-Azərbaycan şiddətli müharibələrini dayandırmışam”, – deyə o bildirib.

    Tramp Bakı və İrəvan arasında sülh prosesindəki irəliləyişdən danışarkən vurğulayıb:

    “Həqiqətən, iki yaxşı lider. Onları uzun illər mübarizə aparıblar. Amma biz hər şeyi olduqca tez həll etdik”.

  • Ömürlük azadlıqdan məhrum edilən ermənilər cəzalarını harada çəkəcəklər?

    Xəbər verdiyimiz kimi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası fevralın 5-də davam etdirilib. Ötən il yanvar ayının 17-də başlamış və bir ildən çoxdur davam edən məhkəmə prosesində təqsirləndirilən şəxslərin barəsində yekun məhkəmə qərarı (hökm) elan edilib.

    Ömürlük azadlıqdan məhrum edilən ermənilər cəzalarını həbsxanada çəkəcəklər.

     Arkadi Qukasyan, Bako Sahakyan və Madat Babayan cəzalarının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

    Melikset Paşayan və Qarik Martirosyan cəzalarının ilk 8 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

    Davit Allahverdiyan cəzasının ilk 6 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Levon Balayan, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan cəzalarının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
    //unikal

  • На некоторых дорогах Азербайджана снизится дальность видимости

    Завтра, 6 февраля, на ряде автомагистралей страны из-за погодных условий снизится дальность видимости.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии.

    Согласно прогнозу, в связи с туманом ожидается снижение дальности видимости до 300-800 м.

    В горных районах ночью и утром также ожидается обледенение дорог.

  • Yollarda görünüş məsafəsi məhdudlaşacaq

    Fevralın 6-da avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Vurğulanıb ki, ölkə ərazisində gecə və səhər saatlarında dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

    Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.