Month: February 2026

  • Bakıda 15 yaşlı qız anasına görə atasını öldürdü

    Bakıda atasını öldürməkdə şübhəli bilinən yeniyetmə qız ev dustaqlığına buraxılıb.

    Bu barədə Nizami rayon məhkəməsində qərar verilib.

    Dövlət ittihamçısı təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmadığını əsas gətirərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsini təklif edib. Məhkəmə təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.

    Qeyd edək ki, Bakının Nizami rayonunda mənzildə ailə məişət zəminində bıçaqlanma hadisəsi baş verib. 1977-ci il təvəllüdlü Haşımov Rüfət Arif oğlu mübahisə zamanı həyat yoldaşını döyüb. Bunu görən onların 15 yaşlı qızı bıçaqla Rüfət Haşımova xəsarəti yetirib. Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib və orada ölüb.

    Prokurorluğun yaydığı məlumata görə, fevralın 2-i 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilməsi nəticəsində bir gün sonra müalicə aldığı xəstəxanada ölüb. Onun 15 yaşlı qızı cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb.

    Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb.

  • Dünyaca məşhur amerikalı heykəltəraşlar Heydər Əliyev Mərkəzindən yazdı

    Britaniyalı və avstraliyalı heykəltaraşlar olan Cili və Mark Şatner Heydər Əliyev Mərkəzi haqqında paylaşım edib.
     
    Median.Az xəbər verir ki, məhşur heykəltaraşlar öz “İnstagram” səhifələrində Heydər Əliyev Mərkəzindən video paylaşaraq bu sözləri yazıblar:
     
    “Bəzi gecələr insanın yaddaşında əbədi qalır- bu da onlardan biri idi.

    Bakıdakı @heydaraliyevcenter-də açılış gecəsi bizim üçün son dərəcə mənalı oldu və vəhşi təbiətin qorunmasına bizim kimi inanan bu qədər çox heyvansevərlə bunu paylaşdığımız üçün özümüzü inanılmaz dərəcədə minnətdar hiss etdik. Bu ortaq məqsəd ətrafında birləşən bu qədər insanı görmək həqiqətən möhtəşəm idi. 

    Bunun mümkün olmasına töhfə verən hər kəsə, xüsusilə vizyonu ve liderliyi ilə dünyadakı ən ilhamverici sənət məkanlarından birini formalaşdırmağa davam edən @anar.alakbarov-a səmimi təşəkkürümüzü bildiririk. Bu “səyahət”in bir parçası olmaq bizim üçün tamamilə şərəfdir.

    Bizi dəstəkləmək və bizimlə birlikdə qeyd etmək üçün gələn bütün bakılılara və Heydər Əliyev Mərkəzinin möhtəşəm komandasına səmimiyyətiniz və qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Sərgimiz növbəti 12 ay ərzində burada nümayiş etdiriləcək və sizin bunu təcrübə etməyinizi çox istərik. Siz nə düşünürsünüz?”.//sfera.az

  • Mingəçevirdə çörək zavodunun əməkdaşı iş yerində öldü

    Mingəçevirdə çörək zavodunun əməkdaşı iş yerində öldü.
     
    Median.Az teleqraf-a istinadla xəbər verir ki, hadisə axşam saatlarında Samux küçəsi ərazisində yerləşən çörək zavodunda baş verib.
     
    1975-ci il təvəllüdlü Rəhman Əhmədov iş yerində qəfil keçinib.
     
    İlkin müayinə zamanı onun ürək tutmasından öldüyü məlum olub.
     
    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda cərrah vəfat etdi

    Bakıda həkim-cərrah Könül Sultanova vəfat edib.

    O, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 15 saylı şəhər poliklinikasında işləyirdi.

    Mərhum 62 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

  • Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva fevralın 5-də Əbu-Dabidə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Heydər Əliyev Fondunun uzun illərdir maarifləndirmə, səhiyyə və sosial dəstək sahələrində əhəmiyyətli layihələr həyata keçirdiyi, həm regionda, həm də beynəlxalq səviyyədə əhalinin həssas təbəqələri üçün bərabər imkanların yaradılmasına kömək etdiyi barədə məlumat verilib.

    Eyni zamanda, Heydər Əliyev Fondu ilə Zərqa Yaftalının rəhbərlik etdiyi Qadınlar və Uşaqlar üzrə Hüquqi Araşdırmalar Fondu arasında əməkdaşlıq imkanlarına toxunulub, bu fondun fəaliyyətinin 100 mindən çox qadın və uşağın təhsilə, həmçinin hüquqi müdafiəyə çıxışını təmin etdiyi qeyd olunub.

    Görüşdə, həmçinin qlobal humanitar təşəbbüslərin həyata keçirilməsində ortaq məqsədlərin olduğu vurğulanıb, qadın hüquqlarının qorunması və davamlı təhsilin təmin edilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

  • Bakıda altı yaşlı uşağa işgəncə verən şəxs “general”ın oğlu imiş

    Bakıda sevgilisi ilə birgə azyaşlıya işgəncə verməkdə ittiham olunan Ayxan Ələkbərli əvvəllər özünü “general-mayor” kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilmiş Firdovsi Ələkbərovun oğludur.

    Median.Az bu barədə News24.az-a istinadən xəbər verir.

    Qeyd edək ki, Ayxan Ələkbərli Bakıda sevgilisi ilə birgə altı yaşlı uşağa işgəncə verməkdə təqsirləndirilir. Faktla bağlı aparılan araşdırmalar nəticəsində o, saxlanılaraq məsuliyyətə cəlb edilib.

    Yasamal Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

  • Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə hökm oxunub

    Tərtərdə mübahisə zəminində gənc oğlanı öldürməkdə təqsirləndirilən yeniyetmə F.Q.-nin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

    APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, F.Q. 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəza yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir.

    Qeyd edək ki, hadisə 2024-cü ilin yanvarın 1-də Tərtər şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında baş verib. 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Aparılan araşdırma zamanı 2009-cu il təvəllüdlü F.Q.-nin aralarında yaranmış mübahisə zamanı Canpolad Tağıyevə kəsici-deşici alətlə bir neçə dəfə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb. F.Q-yə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsilə yekun ittiham elan olunub.

  • Paytaxtda 22 istiqamətdə sıxlıq müşahidə olunur

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. “3-cü mikrorayon” dairəsində;

    3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından “Qara Qarayev” metro stansiyası istiqamətində;

    5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    7. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    9. Koroğlu Rəhimov küçəsi, Akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    10. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    11. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

    12. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    14. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    15. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    16. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

    17. Kənar Dairəvi yol, Yeni Yasamal istiqamətində;

    18. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

    19. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    20. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    21. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    22. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

  • Naxçıvanda qarın hündürlüyü 89 sm-ə çatıb

    Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərinə qar yağıb.

    Müşahidələrə əsasən, Kükü kəndində ümumi qar örtüyünün hündürlüyü 39 sm, Biçənək ərazisində 24 sm təşkil edir.

    Parağacay Qar Uçqunu Stansiyası ərazisində isə qarın hündürlüyü 35 sm, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə 89 sm qeydə alınıb.

  • Zavod çörəklərinə qatqı vurulur? – “1 gün qalanda qıcqırır”

    Zavod çörəklərinin bir çoxu evə gətirildikdən 1 gün sonra qıcqırmağa, kiflənməyə, boyatlamağa başlayır. Ondan fərqli olaraq, evdə sobada yaxud təndirdə bişirilən çörəklər isə qışda otaq temperaturunda günlərlə boyatlamadan qala bilir. Ara-sıra sosial şəbəkələrdə “çörəklərə qatqı maddəsi qatılır”, “piylənməyə səbəb olur”, “ölümcül fəsadlar yaradır” kimi çıxışlar da eşidirik.

    Bəs görəsən, çörəklər hansı şəraitdə bişirilir? Nəyə görə zavod çörəkləri tez boyatlayır? Onlara həqiqətən də sağlamlıq üçün təhlükəli qatqı vurulurmu?

    Qida Eksperti Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, bəzi çörək sexləri vaxt qazanmaq üçün mayanı çox edib, acıtma prosesini qısaldırlar:

    “Unun xammal kimi alınması və bişirilməsi çörəyin əsas şərti deyil. İlk növbədə o, laboratoriya keçməli, tərkibi yoxlanılmalı, dəmirin səviyyəsi ölçülməli, düşmə əmsalı müəyyən edilməlidir. Bu proseslərdən sonra unun bişirilməyə uyğunluğunu söyləmək olar. Uyğun olduğu halda o, çoxpilləli ələkdən keçirilərək fiziki çirklənmədən arındırılır. Hansısa metal, daş, taxta qırıntılarının çörəkdən çıxmaması üçün bu prosesin olması mütləqdir. Fiziki çirklənmədən arınan unun tərkibində oksigen artır. Bundan sonra un yoğrulma mərhələsinə gedir. Əgər çörək sexi onu ən az 3 saat fermentasiya edirsə, daha az miqdarda maya vururlar. Nəzərə almaq lazımdır ki, xəmirdə maya az olduqda, həzm sistemində problem olmur, ağırlıq yaratmır.

    Xəmir yoğrulandan sonra fermentasiyaya yollanır (acıtma prosesi). Bu prosesdən ikinci dəfə yenidən yoğrulur və tərkibinə ələkdən keçirilmiş undan əlavə olunaraq, kündələnməyə göndərilir. Kündələr dinlənmə otağında 1 saata qədər mayalandıqdan sonra müəyyən dərəcələrdə sobaya daxil edilir. Bişirilən çörəklər daşıyıcı lent vasitəsi ilə avtomobillərə yüklənib, satışa çıxarılır.

    Məsələ ondan ibarətdir ki, çox zaman sahibkarlar mayadan hədsiz istifadə edib, fermentasiya müddətini qısaldırlar. Bunun səbəbi də “vaxt udmaq”dır. 3 saata acıyan xəmirə çox maya qatıb, vaxtı 1 saata endirirlər. Bu zaman ya onun içi xəmir olur, ya kəsdikcə ovulur, ya da 1 gün qalandan sonra qıcqırır. Tövsiyə edirəm ki, kəsəndə məsamələri çox olan çörəkdən istehlak edilsin. Məsamələri olmayan çörəklərin mayası çox olur. 3 saat fermentasiyadan keçmiş, düzgün texnologiya ilə hazırlanıb, uyğun dərəcədə bişmiş çörəklər nə qıcqırır, nə də ki, ovulur”.

    Ekspert qeyd edib ki, çörəyə qatqı maddəsi qatılması iddiaları absurddur:

    “Bəzi mütəxəssislər əsassız çıxışlarla müsahibə verib bildirirlər ki, çörəyin içərisinə “eco pan”, “eco plus” kimi qatqı maddələr vurulur. Anlamaq lazımdır ki, xəmirə həmin əlavələr vurulsaydı, onun maya dəyəri yüksələrdi. Bu isə heç bir sahibkara sərf etmir. Uzağı şirin çörəkdə istifadə edərlər, onun da birinin qiyməti çörəkdən bahadır.

    Tonlarla çörək bişirən sexə kilolarla “eco pan”, “eco plus” lazımdır. Onların qiymətindən xəbəri olmayan, maya dəyərini hesablaya bilməyən, mühasibatlıq savadı olmayan mütəxəssislər nəyin içərisinə nəyin qatılması barədə danışıb, yalan informasiya verməsələr yaxşıdır. “Eco pan” bir çörəyə vurulsaydı, onu ən az 2 manata alardıq.

    Çörəyə qatqı qatılır sözünü o qədər təkrarlayacaqlar ki, sahibkarlar bundan sonra qatqı istifadəsinə başlayacaq. Belə olduqda da, çörəyin qiyməti qalxacaq. Xarici ölkələrə məxsus çörəklərə vurulur, məsələn fransız bageti və ya batonu. Onlarda “eco pan”, “eco plus” istifadə edilə bilər. Baxmaq lazımdır ki, o çörəklərlərlə zavod çörəklərinin qiymətindəki fərq necədir?!”.