Month: February 2026

  • İlham Əliyev Ərdoğana məktub göndərdi

    Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.

    Məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Əziz Qardaşım,

    Qardaş Türkiyə Respublikasını dərindən sarsıdan zəlzələdən üç il ötür. Dəhşətli faciə nəticəsində həlak olmuş insanların əziz xatirəsini böyük ehtiram və hörmətlə yad edirəm.

    Bu fəlakət Türkiyə üçün ciddi humanitar sınaq oldu. Bir gecədə minlərlə insan həyatını itirdi, bir çox şəhər və yaşayış məntəqələri dağıntıya məruz qaldı. Həmin günlərdə Azərbaycan xalqı baş verənləri dərin ağrı hissi ilə izləyərək qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi, onun dərdinə şərik çıxdı.

    Azərbaycan-Türkiyə münasibətlərinin əsasında duran sarsılmaz qardaşlıq məhz belə çətin məqamda öz real mahiyyətini nümayiş etdirdi. Faciənin ilk anlarından etibarən Azərbaycan dövləti və cəmiyyəti birlik və həmrəylik prinsiplərinə sadiq qalaraq Türkiyənin yanında oldu, dəstək və yardım əlini uzatdı.

    Sizin müdrik rəhbərliyiniz altında aparılan güclü dövlət idarəçiliyi və xalqın birliyi sayəsində hazırda Türkiyə zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm nəticələr əldə etmişdir. Zərər çəkmiş bölgələrdə genişmiqyaslı yenidənqurma işlərinin aparılması, müasir yaşayış infrastrukturunun yaradılması və sosial rifahın bərpası Türkiyənin uzunmüddətli inkişaf strategiyasının bariz göstəricisidir.

    Qardaşlıq borcumuzun təzahürü olaraq Azərbaycan Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə vermiş, burada “Azərbaycan” məhəlləsinin salınmasında yaxından iştirak etmişdir. Qardaş ölkənin bərpa və quruculuq səylərinə Azərbaycanın dəstəyi dostluq və müttəfiqlik münasibətlərimizin əyani ifadəsidir.

    Əminəm ki, “Bir millət iki dövlət” fəlsəfəsinə əsaslanan Azərbaycan-Türkiyə güclü birliyi və strateji müttəfiqliyi bundan sonra da xalqlarımızın firavanlığına töhfə verməklə yanaşı regional sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına xidmət edəcəkdir.

    Bu anım günündə Sizə, həlak olanların ailələrinə və bütün qardaş Türkiyə xalqına bir daha dərin hüznlə başsağlığı verir, həyatlarını itirmiş bacı-qardaşlarımıza uca Allahdan rəhmət diləyirəm”.

  • “ASAN Xidmət”də səs-küy saldı, cərimə olundu

    Quba ASAN Xidmət Mərkəzinin inzibati binasında səs-küy salan şəxs inzibati qaydada cəzalandırılıb.

    Qaynarinfo-nun məlumatına görə, 1990-cı il təvəllüdlü D.F. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə protokol tərtib olunub.

    İşə məhkəmədə hüquqi qiymət verilib. Məlum olub ki, D.F. Quba ASAN Xidmət Mərkəzinin binasında olarkən, anasının xəstə olması səbəbilə telefon danışığı zamanı əsəblərini cilovlaya bilməyib və ucadan nalayiq ifadələr işlədib.

    O, məhkəmədə törətdiyi əməldən peşman olduğunu bildirib və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməməsini xahiş edib.

    Məhkəmənin qərarı ilə D.F. 75 manat məbləğində cərimə olunub və məhkəmə iclas zalından sərbəst buraxılıb.

  • Bakıda ana sevgilisi ilə birlikdə azyaşlı oğluna işgəncə verdi – FOTO

    Bakıda ana sevgilisi ilə birgə altı yaşlı oğluna işgəncə verməkdə təqsirləndirilərək həbs edilib.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, bu barədə zərərçəkmiş şəxsin vəkili Binyamin Cumayev məlumat verib.

    Onun sözlərinə görə, artıq Yasamal Rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərdən – Nina Feodorovna Mereuta bir ay və onunla qeyri-rəsmi yaşadığı Ayxan Firdovsi oğlu Ələkbərli barəsində isə iki ay həbs qətimkan tədbiri seçilib:

    “Nina Feodorovna Mereuta Ramin Ramizoğlu ilə birgə nikahdan olan 23.01.2020-ci il təvəllüdlü azyaşlı övladını 2024-cü ilin iyun ayının ortalarından 2025-ci ilin sentyabrınadək olan müddət ərzində paytaxtın Yasamal rayonunda yerləşən mənzildə qeyri-rəsmi yaşadığı Ayxan Firdovsi oğlu Ələkbərli ilə mütəmadi olaraq bədəninin müxtəlif nahiyələrinə vurub, qaranlıq hamam otağına salıb fiziki ağrı və psixi iztirablar verməklə döyüblər”.

    Vəkilin sözlərinə görə, cütlük sonuncu dəfə 06.09.2025-ci il tarixdə həmin ünvanda azyaşlının bədəninə bel kəməri və çəkiclə bir neçə dəfə vurub fiziki ağrı yetiriblər:

    “Keçirilmiş ekspertizaların nəticəsinə əsasən, köməksiz vəziyyətdə olan azyaşlıda travmadan sonra stres pozuntusu yaranıb, həmçinin sağ diz oynağı nahiyəsinin yumşaq toxumalarının əzilmiş yarası və sıyrığı ilə əlaqədar diz oynağında hərəkət funksiyasının nisbi pozulması, sol diz oynağında küt əşyanın təsirindən əmələ gəlmiş qançırlar qeydə alınıb”.

    B.Cumayev onu da qeyd edib ki, hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 133.2.3-cü (əzab vermə – bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə), 133.2.4-cü (əzab vermə – təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 133.2.5-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

  • Daha yeddi Ermənistan vətəndaşına hökm oxundu

    Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hökmə əsasən Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyean 16 il, Levon Balayan 16 il, Vasili Beqlaryan 15 il, Qurgen Stepanyan 15 il, Erik Qazaryan 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Xatırladaq ki, bu gün Arayik Arutyunyana, Levon Mnatsakanyana, David Manukyana, Davit İşxanyana, David Babayana, Arkadi Qukasyana, Bako Saakyana və Madat Babayana hökm oxunub.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsində yekun qərar elan olunub.

  • Lavrov üçtərəfli razılaşmalardan danışdı

    “Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əvvəllər əldə edilmiş üçtərəfli razılaşmalar aktuallığını qoruyub saxlayır”.

    “Unikal” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan Parlamentinin sədri Alen Simonyanla görüşündə deyib.

    Onun sözlərinə görə, bu üçtərəfli razılaşmalar Cənubi Qafqazdakı bütün iqtisadi, nəqliyyat və logistika məsələlərinin həllinə imkan verir: “2020-2022-ci illərdə Rusiya və Azərbaycan prezidentləri və Ermənistanın Baş naziri səviyyəsində razılaşdırılmış bütün məsələlər, fikrimizcə, ilk növbədə Cənubi Qafqazdakı bütün iqtisadi, nəqliyyat və logistika problemlərinin həlli üçün öz aktuallığını qoruyub saxlayır.

    Ermənistan bu qərarlardan əhəmiyyətli dərəcədə faydalanmalıdır. Bütövlükdə bütün regionun normal fəaliyyətinə mane olan bütün maneələr aradan qaldırılmalıdır. Biz buna hazırıq”.

    Rusiyanın xarici işlər naziri xatırladıb ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri üçtərəfli işçi qrupu çərçivəsində liderlərin razılaşmaları əsasında qəbul edilmiş qərarlar çərçivəsində müntəzəm əlaqə saxlayırlar.

  • Посольство США в Баку открыло приоритетную визовую программу – ПОДРОБНОСТИ

    Посольство США в Баку организует встречи по визовым процедурам для владельцев билетов на чемпионат мира по футболу.

    Об этом дипмиссия объявила на своей странице в соцсети X.

    “Отличная новость для владельцев билетов, которые планируют посетить США в этом году для просмотра матчей Кубка мира FIFA 2026 – мы предлагаем возможность приоритетной записи на получение визы США! Если вы приобрели билет напрямую через FIFA, теперь вы можете присоединиться к программе FIFA PASS”, – говорится в публикации посольства.

  • ABŞ-nin Bakıdakı səfirliyindən azərbaycanlılara viza ilə bağlı müraciət – FOTO

    ABŞ-nin Bakıdakı səfirliyi futbol üzrə dünya çempionatına bileti olan şəxslər üçün viza proseduru ilə bağlı görüş təşkil edəcək.

    Bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

    “FIFA Dünya Kuboku 2026 oyunlarını izləmək məqsədilə bu il ABŞ-yə səfər edəcək bilet sahibləri üçün xoş xəbər – ABŞ vizası üçün prioritet görüş imkanı təqdim edirik! Əgər bileti birbaşa FIFA-dan almısınızsa, indi FIFA PASS proqramına qoşula bilərsiniz”, – səfirliyin məlumatında bildirilib.

    Qeyd edək ki, DÇ-2026-da ilk dəfə 48 komanda iştirak edəcək. Turnir 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

  • Ali Məhkəmə keçmiş vəkillə bağlı qərar verdi

    Vəkillil fəaliyyətinə xitam verilmiş Sevil Hacıyevanın cinayət işi Ali Məhkəmədə araşdırılıb.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə apellyasiya instansiyalasının qərını qüvvədə saxlayıb.

    Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə Xaçmaz Rayon Məhkəməsində mühakimə edilən Sevil Hacıyevaya 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiyanın hökmünü qüvvədə saxlayıb.
    Həm təqsirləndirilən, həm də zərərçəkmiş şəxs qərardan kassasiya şikayəti verib.

    Sevil Hacıyeva həyətinə girən itə işgəncə verərək, amansızlıqla öldürən Xaçmaz rayon sakini, 86 yaşlı Balasoltan Daşdəmirovun qızıdır. Balasoltan Daşdəmirov bu əməlinə görə İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsi) 500 manat məbləğində cərimə edilmişdi.

  • Глава ИВ назначил первого заместителя

    Глава Исполнительной власти (ИВ) города Мингячевир Ильхам Исмайылов назначил первого заместителя.

    Как сообщает Median.Az со ссылкой на iqtisadiyyat.az, соответствующий приказ уже подписан.

    Согласно документу, эту должность заняла Махлуга Джавадова.

    Отметим, что в течение нескольких лет у главы ИВ не было первого заместителя. До последнего назначения Махлуга Джавадова работала заместителем главы ИВ и руководила отделом городского хозяйства с 2014 года. В результате структурных изменений эта должность была упразднена.

    Махлуга Джавадова родилась в 1965 году, высшее образование получила в России, по специальности инженер-механик. В органах исполнительной власти работает с 2007 года, за это время занимала различные должности.

  • İcra başçısı özünə birinci müavin təyin etdi

    Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı İlham İsmayılov özünə birinci müavin təyin edib.

    Median.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, icra başçısı bununla bağlı müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, başçının birinci müavini vəzifəsinə Məhluqə Cavadova təyin olunub.

    Qeyd edək ki, icra başçısının bir neçə ildir birinci müavini yox idi. M.Cavadova isə yeni təyinatdan əvvəl başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2014-cü ildən bu vəzifəni icra edirdi. Yeni struktur dəyişikliyi nəticəsində bu vəzifə ləğv edilib.

    Məlumat üçün bildirək ki, 1965-ci il təvəllüdlü M.Cavadova ali təhsilini Rusiyada alıb və ixtisasca mühəndis-mexanikdir. O, 2007-ci ildən icra hakimiyyətində işləyir və bu illər ərzində müxtəlif vəzifələrdə çalışıb.