Month: February 2026

  • Yer kürəsində planetar maqnit qasırğaları başlayıb

    Yer kürəsində planetar maqnit qasırğaları artıq başlayıb, Qərb yarımkürəsində isə güclü qütb parıltısı müşahidə olunur.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib.

    Alimlərin sözlərinə görə, hələlik bu qasırğalar nisbətən zəifdir, G1 səviyyəsindədir, lakin növbəti sutkalar ərzində onların gücü G2-G3-ə qədər arta bilər.

    Qütb parıltısı hazırda Kanadada və ABŞ-nin şimal ştatlarında görünür. Onlar artıq maksimum intensivlik səviyyəsinə (10) çatıblar.

    Maqnit qasırğalarının tək bir səbəbi yoxdur – onlar fevralın əvvəlindən bəri müşahidə olunan son dərəcə yüksək günəş aktivliyinə Yerin maqnitosferinin ümumi reaksiyasının nəticəsidir.

    Prosesin başlanmasına səbəb fevralın 2-də son bir il yarım ərzində günəşdə ən böyük X8.1 sinifli partlayış zamanı kosmosa atılan plazma buludunun kənarının Yerə yaxınlaşması olub.
    //oxu.az

  • Ucarda arvadını öldürən şəxslə bağlı qərar ləğv edildi

    Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Kamil Qarayevin barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Məhkəmə aşağı instansiya məhkəməsinin qərarını tamamilə ləğv edib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

    İttihama görə, 2024-cü il iyulun 28-də saat 15 radələrində Ucar rayonu ərazisində 1993-cü il təvəllüdlü Rəvanə İsmayılovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 1979-cu il təvəllüdlü Kamil Qarayevin arvadı Rəvanə İsmayılovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

    Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamil Qarayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

    Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs həmin hökmdən apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə vəsatət ilə birinci instansiya məhkəməsinə müraciət edib. Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2025-ci il tarixli qərarı ilə Kamil Qarayevin həmin məhkəmənin 4 dekabr 2024-cü il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatəti təmin olunmayıb. Sözügedən qərarından məhkum apellyasiya şikayəti verərək apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş edib. Şəki Apellyasiya Məhkəməsində qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

  • В Баку сильный ветер обрушил забор: погиб оставшийся под завалами мужчина

    Установлена личность мужчины, погибшего в результате сильного ветра в Хатаинском районе Баку.

    Как сообщает Oxu.Az, инцидент произошел 4 февраля около 15:00 на улице Зейтун.

    Сильный ветер обрушил забор. В результате житель столицы Руфат Гасымов (1980 г.р.), оказавшись под завалами, погиб.

    По данному факту ведется расследование.

  • Bakıda güclü külək hasarı aşırdı, dağıntılar altında qalan kişi öldü

    Bakıda güclü külək nəticəsində ölən şəxsin kimliyi məlum olub.

    Oxu.az-ın məlumatına görə, hadisə fevralın 4-ü saat 15 radələrində paytaxtın Xətai rayonu, Zeytun küçəsində baş verib.

    Güclü külək Zeytun küçəsində yerləşən hasarı uçurub. Hadisə nəticəsində Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Rüfət Qasımov uçqun altında qalaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • На странице Ильхама Алиева в соцсети размещены кадры с церемонии вручения премии в Абу-Даби (Видео)

    В официальном аккаунте Президента Азербайджана Ильхама Алиева в Instagram размещены кадры с церемонии вручения “Премии Зайеда за человеческое братство”, которая состоялась в Абу-Даби.

    Median.Az представляет данную публикацию:

  • İlham Əliyevin sosial şəbəkə hesablarında Əbu-Dabidəki mərasimdən görüntülər paylaşılıb (Video)

    Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarında Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindən görüntülər paylaşılıb.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • “Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır

    “The Washington Post“ maliyyə problemlərinə görə əməkdaşların kütləvi ixtisarına başlayır.

    APA xəbər verir ki, bu barədə “Reuters“ mənbəyə istinadən məlumat yayıb.

    Məlumata görə, qəzet idman bölməsini tamamilə ləğv edəcək və beynəlxalq xəbərlər bölməsinin əməkdaşlarının sayını azaldacaq.

    Nəşrin İcraçı redaktoru Matt Murray ixtisarlar barədə əməkdaşları məlumatlandırıb. Eyni zamanda, qeyd olunub ki, ixtisarlar bütün şöbələri əhatə edəcək.

    O da bildirilib ki, qəzet siyasət və dövlət idarəçiliyi mövzularında yazılara yer ayırmağa davam edəcək.

  • ABŞ və İran arasında planlaşdırılan danışıqlar LƏĞV EDİLDİ

    ABŞ və İran arasında fevralın 6-na planlaşdırılan nüvə danışıqları İranın qeyri-nüvə məsələlərini müzakirə etməkdən imtina etməsi səbəbindən ləğv edilib.

    Bu barədə “Axios” məlumat yayıb.

    Nəşr yazır ki, ABŞ cümə gününə planlaşdırılan danışıqların əvvəlcədən razılaşdırılmış şərtlərinin dəyişdirilməsinə razı olmadığını İran tərəfinə bildirib.

    Qeyd edilib ki, əvvəlcə tərəflər Yaxın Şərq ölkələrinin nümayəndələrinin müşahidəçi qismində iştirakı ilə İstanbulda görüşmək barədə razılığa gəlmişdilər. Lakin ötən gen İran danışıqların Omanda keçirilməsini və ikitərəfli formatda aparılmasını istədiyini açıqlayıb.

    “Amerikalı rəsmilər danışıqların yerinin dəyişdirilməsi ilə bağlı xahişi nəzərdən keçirsələr də, çərşənbə günü onu rədd etmək qərarı veriblər”, – mənbə bildirib.

    “Biz onlara dedik: ya bu cür, ya da heç cür. Onlar isə cavab verdilər:

    ‘Yaxşı, onda heç cür’”, — deyə yüksək vəzifəli ABŞ rəsmisi bildirib. Onun sözlərinə görə, əgər iranlılar ilkin formata qayıtmağa hazır olsalar, ABŞ bu və ya gələn həftə görüş keçirməyə hazırdır.

  • Çin avtomobillərini oğurluqdan qorumağın YOLLARI

    Çin istehsalı avtomobillərin sahibləri onların təhlükəsizliyini xüsusi avadanlıq quraşdırmaqla hər zaman artıra bilərlər.

    Bu barədə ekspertlər bildiriblər. Onların sözlərinə görə, Çin avtomobil şirkətləri ilkin mərhələdə oğurluğa qarşı mübarizədən daha çox sürücü rahatlığına diqqət yetiriblər.

    “Anti-oğurluq baxımından Çin avtomobilləri həqiqətən zəifdir. İstehsalçılar təhlükəsizliyə xüsusi diqqət etməyib, daha çox digər texnologiyaların arxasınca qaçıblar. Avtomobili bir növ smartfona çevirməyə çalışıblar”, — deyə mütəxəssislər bildiriblər. Qeyd edilib ki, hazırda Çin şirkətləri üçün oğurluqdan qorunma məsələləri prioritet sayılmır, bunun səbəblərindən biri də Çində avtomobil oğurluqlarının sayının az olmasıdır.

    Bunun üçün əlavə mühafizə sisteminin quraşdırılması kifayətdir. “Diler xidmətləri çərçivəsində adətən yaxşı ola biləcək mühafizə sistemlərinin axın şəklində quraşdırılması təklif olunur. Quraşdırma kütləvi şəkildə aparıldığı üçün keyfiyyət aşağı olur. Cinayətkar belə siqnalizasiyanı asanlıqla söndürə bilər. Peşəkar emalatxanalarda isə quraşdırma daha səriştəli şəkildə həyata keçirilir”, — deyə ekspertlər tövsiyə ediblər.

    Onların fikrincə, rəqəmsal bloklamaya malik telematik sistemin, kapot kilidinin, kriptodavamlı avtorizasiyanın və fərdi şifrələmə açarları olan nişanın quraşdırılması kifayət edər.

  • Pambıq ixracı azalıb

    2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycandan 159,5 milyon ABŞ dolları dəyərində pambıq ixrac edilib.

    Valyuta.az xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,6 milyon dollar və ya 9,93% azdır.

    Məlumata görə, 2024-cü ilin yanvar-dekabr aylarında pambıq ixracı 177,1 milyon dollar təşkil edib.