Month: February 2026

  • Bu tarixi Azərbaycan kəndinə giriş pullu olacaq

    İyunun 1-dən etibarən Qərbi Zəngəzurdakı Köhnə Xınzırək Tarix və Mədəniyyət Qoruğuna giriş pullu olacaq.
     
    Ermənistan Mədəniyyət Nazirliyinin Abidələrin Mühafizəsi Xidməti bu barədə məlumat yayıb.
     
    Keçən ildən bəri qədim yaşayış məntəqəsində təmir aparılır və turizm marşrutları hazırlanır, Köhnə və Yeni Xınzırək arasında körpülər salınıb.
     
    Bundan əlavə, xidmət modul məlumat mərkəzi üzərində işə başlayıb. O, bələdçi turları təmin edəcək.
     
    Xatırladaq ki, Xınzirək (erm – Xndzoresk) kəndi XX əsrin əvvəllərində Yelizavetpol quberniyasının Zəngəzur qəzası tərkibində Ermənistan SSR-in himayəçiliyinə verilən Qərbi Zəngəzurun ən qədim azərbaycanlılar yaşayan kəndlərindən biri olub. Kənd, Laçın şəhərindən 15 km qərbdə, Gorus şəhərindən 8 km şərqdə, Gorus-Xankəndi magistral yolunun yaxınlığında yerləşir. Kəndin adı türk toponimində “qaranlıq dərə”, “dərin dərə”, “böyük dərə” kimi mənalandırılır. Kəndin adı Sovetlər dönəmində ermənilər tərəfindən dəyişdirilərək Xndzoresk adlandırılmışdır./Modern.az

  • Azərbaycanda halı pisləşən professor qəfil öldü

    Gəncə Dövlət Universitetinin (GDU) Riyazi analiz kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Orucəli Rzayev vəfat edib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, mərhumun səhhəti anidən ağırlaşıb və o dünyasını dəyişib.

    Məlumat üçün bildirək ki, O.Rzayev 1997-2006-cı illərdə Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2008- 2012-ci ilə kimi Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının direktoru işləyib, 2012-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru olub. 2023-cü ildən GDU-nun Riyazi analiz kafedrasının müdiri vəzifəsində işləyirdi.

    Mərhum 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı, 10 may 2016-cı ildə Elm və Təhsil Nazirliyinin “Qabaqcıl Təhsil işçisi” döş nişanı ilə təltif olunub.

  • В Баку сильный ветер сорвал облицовку здания: нанесен ущерб автомобилям

    В Баку сильный ветер сорвал часть фасадного покрытия многоэтажного жилого здания.

    Как сообщает Median.Az, инцидент произошел по адресу: Хатаинский район, улица генерала Алиаги Шихлинского, 42A.

    Кроме того, в результате падения элементов фасада серьезно повреждены три припаркованных на прилегающей территории автомобиля.//oxu.az

    Представляем соответствующие кадры с места происшествия:

  • Bakıda güclü külək fəsadlar törətdi: Binanın fasad örtüyü qoparaq maşınlara ziyan vurdu

    Paytaxtda müşahidə olunan güclü küləyin təsirindən çoxmərtəbəli binanın fasad örtüyü uçub.

    Median.Az xəbər verir ki, hadisə Xətai rayonu, General Əliağa Şıxlinski küçəsi, 42A ünvanında qeydə alınıb.

    Binanın fasad örtüyünün qoparaq yerə düşməsi nəticəsində ərazidə park edilmiş üç avtomobilə ciddi ziyan dəyib.//oxu.az

    Həmin görüntüləri təqdim edirik:

  • Qardaşı oğlunu öldürməkdə təqsirləndirilən şəxs: “Üstünə cumanda qadın kimi səslər çıxararaq qışqırdı”

    Bakıda qardaşı oğlunu öldürməkdə ittiham olunan Babək İbadovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

    Median.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Babək İbadov sualları cavablandırıb.

    Təqsirləndirilənin ifadəsinə görə, mərhum qardaşı oğlu əvvəllər Türkiyədə yaşayıb:

    “Seymur Türkiyədə olanda onun sosial şəbəkələrdəki profil şəkillərindən görürdüm ki, dodaqlarını boyayıb, saç düzümünü dəyişib. Onun hansı vəziyyətdə olması barədə məndə təsəvvür yarandı. Seymur əvvəllər Bakıda mənimlə bir yerdə işləyib, həmin vaxt onun davranışlarında qeyri-adi hərəkətlər görməmişdim. Qardaşım Turabla bir dəfə Türkiyəyə də gedib onu axtarmışdıq, lakin tapa bilməmişdik”.

    İfadədən məlum olub ki, Babək İbadov qardaşı oğlunun artıq Azərbaycanda olduğunu və burada da sosial şəbəkələrdə oxşar fotolar paylaşdığını öyrənib. O, Yasin İbadovun yerini müəyyən etdikdən sonra onu Bakıda Fəvvarələr bağının yaxınlığında tutaraq ona xəsarətlər yetirməyə başlayıb.

    “Məni görən kimi gödəkçəsinin papağını başına çəkdi. Ona yaxınlaşanda qışqıraraq qadın kimi səslər çıxardı və ətrafdakıları köməyə çağırdı. Mən də həmin səsləri eşidəndə daha da hiddətləndim və zərbələr endirməyə başladım. Necə zərbə vurduğumu xatırlamıram”, – deyə təqsirləndirilən bildirib.

    Hadisə yerinə gələn polis əməkdaşı şahid qismində ifadəsində qeyd edib ki, səs-küy eşidərək hadisə yerinə yaxınlaşıb:

    “Qışqırıq səsi eşidildi, dərhal ora qaçdıq. Çatanda insanların yığıldığını və bir nəfərin yerdə uzandığını gördüm. Həmin şəxsin kürəyinə bıçaq sancılmışdı. Yanında duran şəxsin isə hər iki əli qan içində idi. Soruşanda dedi ki, ölən qardaşı oğludur”.

    Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin edilib.

    Qeyd edək ki, hadisə 2025-ci il noyabrın 5-də, gecə saat 1 radələrində Bəşir Səfəroğlu küçəsində baş verib.

    Belə ki, 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi, 1987-ci il təvəllüdlü Babək İbadov saxlanılıb. Onun əvvəllər məhkum edildiyi və qətli əvvəlcədən planlaşdırdığı bildirilib.

    Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

    Həmçinin qeyd edilib ki, Yasin İbadov qətlə yetirilən zaman atası Seymur İbadov həbsdə olub.//oxu.az

  • Xırdalanda 30 yaşlı kişinin meyiti eyvanda TAPILDI

    Abşeronda kişi mənzilin eyvanında ölü halda tapılıb.
     
    Median.Az-ın məlumatına görə, hadisə Xırdalan şəhəri, M.Ə. Rəsulzadə küçəsində baş verib.
     
    30 yaşlı Novruzov Novruz Ərəstun oğlunun meyiti yaşadığı mənzilin eyvanında aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.
     
    Araşdırma aparılır./lent.az

  • Azərbaycanın ən hündür binası olacaq – FOTO

    “Sea Breeze” kurort şəhərciyində Azərbaycanın ən hündür binası hesab olunan Cipriani Tower inşa olunacaq.
     
    Yeni qüllə Xəzər dənizi sahilindəki “Halfmoon” adasında yerləşəcək.
     
    Bu bina 323 metr hündürlüyü ilə Azərbaycanın ən hündür binası olacaq. Binanın layihəsi dünyaca məşhur memar Shaun Killa tərəfindən hazırlanıb.
     
    Qeyd edək ki, hazırda Azərbaycanda ən hündür bina Bakı şəhəri, Heydər Əliyev prospekti 109 ünvanında inşa edilən 52 mərtəbəli binadır. Sözügedən bina inşa edildikdən sonra “Flame Towers” (33 mərtəbə) qülləsini geridə qoyaraq Azərbaycanın ən hündür göydələni olmuşdu.

  • Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu – FOTOLAR

    Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir.

    Median.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

    Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin himni səsləndirildi.

    “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirildi.

    Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış etdi.

    Mərasimdə Prezident İlham Əliyev çıxış etdi.

    Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış etdi.

    Tədbirdə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın digər laureatı Zarqa Yaftalı çıxış etdi.

    Mərasimdə, həmçinin “Taavon” Fələstin təşkilatı adından Nabil Qaddumi çıxış etdi.

    Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan “Zayed İnsan Qardaşlığı Mükafatı”nı laureatlara təqdim etdi.

  • Gürcüstanda hakimiyyətin qanuniliyini tanımayanlar cinayət məsuliyyətinə cəlb oluna bilər

    Gürcüstanda hakimiyyət orqanlarının legitimliyini tanımayan və analoji hərəkətlərə açıq şəkildə çağırış edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təklif olunur.

    Bu təşəbbüslə ölkə parlamentinin Hüquqi məsələlər üzrə komitəsinin sədri Arçil Qorduladze çıxış edib.

    Gürcüstanın Baş naziri İrakli Kobaxidze təklifi müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu vacib və vaxtında irəli sürülmüş təşəbbüsdür.

    “Konstitusiya quruluşuna hörmət edilməlidir. Bu sahədə problemlər varsa, əlbəttə ki, onlar qanunla tənzimlənməlidir”, – o əlavə edib.

    Kobaxidze qeyd edib ki, daim sabotaj rejimində olan dövlət dinc şəraitdə inkişaf edə bilməz:

    “Əslində hər kəs hakimiyyət orqanlarının qanuniliyini tanıyır. Sadəcə ölkədə əmin-amanlığın tam bərqərar olmasının qarşısını almaq üçün daim əks mesajlar səsləndirilir”.

  • Balaəlinin səhhətində problem yarandı

    Meyxanaçı Balaəli xəstəlikdən əziyyət çəkir.

    Median.Az xəbər verir ki, bu barədə “Xəzər axşamı” verilişində bildirilib.

    Meyxanaçı Mehman Hüseyov isə onun yaxşı olduğunu, ötən gün görüşdüklərini bildirib.