Month: February 2026

  • COVID-19-dan sonra təhlükə: Yeni fəsad üzə çıxdı

    Keçirilmiş koronavirus (COVID-19) infeksiyası böyrək zədələnməsi riskini əhəmiyyətli dərəcədə artıra bilər.

    ABŞ-də aparılan genişmiqyaslı araşdırma zamanı tədqiqatçılar üç milyondan çox insanın məlumatlarını təhlil etdikdən sonra bu nəticəyə gəliblər.

    Tədqiqatın nəticələri “Communications Medicine” nəşrində dərc edilib.

    Məlumata görə, qriplə müqayisədə COVID-19 keçirmiş şəxslərdə kəskin böyrək zədələnməsi riski 2,3 dəfə, xroniki böyrək xəstəliyi riski 1,4 dəfə, böyrək çatışmazlığının inkişaf ehtimalı isə təxminən 4,7 dəfə yüksək olub.

    Araşdırma zamanı artıq böyrək xəstəliyi diaqnozu qoyulmuş iştirakçılar təhlilə daxil edilməyiblər. Bu isə infeksiyadan sonra yaranan yeni halların daha dəqiq qiymətləndirilməsinə imkan verib.

    Müşahidə müddəti orta hesabla ilkin xəstəlikdən sonra təxminən bir il davam edib. Qrip böyrəklərə qısamüddətli və nisbətən yüngül təsir göstərdiyi halda, COVID-19 daha davamlı təsir nümayiş etdirərək həm kəskin, həm də uzunmüddətli orqan zədələnməsi riskini artırıb. Alimlər bunu böyrək hüceyrələrinin “SARS-CoV-2” virusunun toxumalara daxil olduğu reseptorları ehtiva etməsi ilə əlaqələndirirlər.

    Müəlliflər vurğulayırlar ki, xüsusilə diabet və hipertoniyadan əziyyət çəkən xəstələrdə əvvəlki koronavirus infeksiyası risk faktoru kimi nəzərə alınmalıdır.

    Böyrək funksiyasının daha tez-tez monitorinqi problemlərin erkən mərhələdə aşkarlanmasına və ağır fəsadların qarşısının alınmasına kömək edə bilər.
    /oxu.az

  • Супруги приобрели квартиру, но после развода не смогли поделить деньги – ВИДЕО

    Гражданин Рашад Микаилов заявил в эфире Baku TV, что во время брака с Гюнель Мамедли они приобрели квартиру в многоэтажном жилом доме и сделали в ней ремонт.

    Однако после развода, по его словам, ремонтные расходы были оценены неправильно, и теперь у него требуют выплатить большую сумму.

    “В августе 2023 года я приобрел квартиру у жилищно-строительного кооператива по внутреннему договору. Первоначальный взнос составлял 15 000 манатов. Мы договорились, что я заранее выплачу 5 000 манатов, сделаю ремонт в квартире, а после переезда передам оставшиеся 10 000 манатов. Затем я должен был осуществлять ежемесячные выплаты. После возникновения семейных проблем противоположная сторона возложила на меня как расходы на ремонт, так и все выплаченные мною средства – первоначальный взнос и ежемесячные платежи. В общей сложности речь идет примерно о 25 000 манатов выплат по внутреннему кредиту вместе с первоначальным взносом”, – сказал мужчина.

    Бывшая супруга заявителя – Гюнель Мамедли – прокомментировала ситуацию следующим образом: “Передайте Рашаду Микаилову, что если он еще раз побеспокоит меня подобными вопросами, я обращусь в правоохранительные органы”.

  • Nikah dövründə alınan mənzil boşanmadan sonra mübahisə mövzusu oldu – Video

    Vətəndaş Rəşad Mikayılov Baku TV-yə müraciət edərək iddia edib ki, Günel Məmmədli ilə nikahda olduqları dövrdə çoxmərtəbəli binadan mənzil alıb və həmin evi təmir etdiriblər. Lakin boşanmadan sonra təmirə çəkilən xərclərin düzgün qiymətləndirilmədiyini və ondan daha artıq məbləğ tələb olunduğunu bildirib.

    Şikayətçi Rəşad Mikayılov məsələni belə izah edib:

    “2023-cü ilin avqust ayında MTK ilə daxili müqavilə əsasında mənzil aldım. İlkin ödəniş 15 min manat idi. Razılaşdıq ki, əvvəlcədən 5 min manat ödəyim, evi təmir etdirim. Mənzilə köçəndən sonra isə qalan 10 min manatı verim və daha sonra aylıq ödənişləri davam etdirim. Ailə problemləri yaranandan sonra qarşı tərəf həm mənzilin təmir xərclərini, həm də ev üçün etdiyim ödənişləri – ilkin və aylıq ödənişləri mənim üzərimə qoydu. Təxminən 25 min manat mənzilin daxili kredit ödənişləri idi, ilkin ödəniş də daxil olmaqla”.

    Şikayətçinin keçmiş həyat yoldaşı Günel Məmmədli isə məsələ ilə bağlı bunları deyib:

    “Rəşad Mikayılova çatdırın ki, bundan sonra bu cür mövzularla məni narahat edərsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm”.

  • Şamaxıda qadın öldürüldü – 17 yaşlı ögey oğlu tutuldu

    Fevralın 26-da gecə saatlarında Şamaxıda yaşayan 1979-cu il təvəllüdlü Könül Eminova kəsici alətdən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb.

    “Qafqazinfo” xəbər verir ki, onun həyatını xilas etmək mümkün olmayıb.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən onun ögey oğlu, 2009-cu il təvəllüdlü M.B. saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Денежные выплаты военнослужащим могут быть увеличены

    В Азербайджане предлагается увеличить размер денежных выплат военнослужащим (за исключением военнослужащих срочной действительной военной службы) в зависимости от занимаемой должности, а также воинских званий.

    Как сообщает Oxu.Az, это нашло отражение в “Докладе Уполномоченного по правам человека (омбудсмена) Азербайджанской Республики за 2025 год”, вынесенном на обсуждение на сегодняшнем заседании Комитета по правам человека Милли Меджлиса.

    Также в документе среди предложений значится увеличение размера денежной компенсации, установленной военнослужащим за временный съём жилья, с учётом реальной ситуации, а также роста цен на аренду жилья.

    Кроме того, среди предложений учреждения – внесение ясности в статус лиц, участвовавших в боевых действиях за территориальную целостность нашей республики в период от первой Карабахской войны до начала Отечественной войны (в апрельских боях 2016 года, в Товузских боях в июле 2020 года и в других военных столкновениях), а также в антитеррористической операции, проведённой в 2023 году.

    Подчёркнуто, что также предлагается привести размер пособия, выплачиваемого на детей лица в период прохождения им срочной действительной военной службы, в соответствие с установленным по стране прожиточным минимумом для детей.

  • Hərbi qulluqçulara ödənilən pul təminatı ARTIRILA BİLƏR

    Azərbaycanda hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) tutduqları vəzifəyə, habelə hərbi rütbələrə görə ödənilən pul təminatının məbləğinin artırılması təklif olunur.

    Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə yer alıb.

    Həmçinin sənəddə real vəziyyət, habelə mənzil kirayəsində qiymət artımı nəzərə alınaraq, hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi üçün müəyyən edilmiş pul kompensasiyasının məbləğinin artırılması da təkliflər arasında yer alıb.

    Bundan başqa, Birinci Qarabağ müharibəsindən Vətən müharibəsinin başlanmasınadək olan müddətdə respublikamızın ərazi bütövlüyü uğrunda baş vermiş döyüş əməliyyatlarında (2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində və digər hərbi toqquşmalarda), həmçinin 2023-cü ildə keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin statusuna aydınlıq gətirilməsi qurumun təklifləri arasındadır.

    Vurğulanıb ki, şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu müddətdə onun uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılması da təklif olunur.
    //oxu.az

  • Глобальный сбой WhatsApp Web

    С утра 27 февраля в WhatsApp Web возникли проблемы в глобальном масштабе.

    Об этом сообщает Median.Az со ссылкой на Haber Global.

    По имеющейся информации, миллионы пользователей испытывают трудности с доступом к платформе WhatsApp.

    Официальных заявлений по этому поводу пока не поступало.

  • “WhatsApp Web” çökdü

    Fevralın 27-də səhər saatlarından etibarən “WhatsApp Web” qlobal səviyyədə problemlər ortaya çıxıb.

    Bu barədə Median.Az “Haber Global”a istinadən xəbər verir.

    Məlumata görə, milyonlarla istifadəçi “WhatsApp” platformasına daxil olmaqda çətinlik çəkir.

    Məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

  • Maştağa Psixiatriya Xəstəxanasında əməliyyat – Komissiya sədri saxlanıldı (FOTO)

    1 saylı Maştağa Psixiatriya Xəstəxanasında hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

    Median.Az-ın Unikal-a istinadən məlumatına görə, əməliyyat zamanı sözügedən xəstəxananın baş həkimininin müavini – hərbi həkim komissiyasının sədri Elxan Əsədov barəsindəki korrupsiya iddialarına görə saxlanılıb.

    Xatırladaq ki, E.Əsədov 2023-cü ildə bu vəzifəyə təyin edilmişdi. Onu da qeyd edək ki, 1 saylı Maştağa Psixiatriya Xəstəxanasının baş direktoru Orxan Cəfərovdur.

  • Bakıda montyor faciəli şəkildə öldü

    Bakıda montyor bədbəxt hadisə nəticəsində ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə dünən paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində baş verib.

    Valid Şəmsəddin oğlu Səfərov qəsəbədə elektrik dirəyinə naqil bağlayan zaman 15 metr hündürlükdən yıxılıb. Xəstəxanaya yerləşdirilən Ş.Səfərov orada ölüb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.