Month: February 2026

  • BakuBus в скором времени начнет пассажироперевозки в Нахчыване

    ООО BakuBus в ближайшее время приступит к осуществлению деятельности в городе Нахчыван.

    Об этом сообщает Median.Az со ссылкой на компанию.

    Сообщается, что для жителей Нахчывана будут организованы комфортные и безопасные пассажирские перевозки с использованием современного автобусного парка, оснащенного безналичной платежной системой.

  • “BakuBus” Naxçıvanda fəaliyyətə başlayır

    Yaxın vaxtlarda “BakuBus” MMC Naxçıvan şəhərində fəaliyyətə başlayacaq.

    Bu barədə şirkət məlumat yayıb.

    Məlumata görə, marşrut xətləri, müasir avtobuslar və nağdsız ödəniş sistemi ilə Naxçıvan şəhərinin sakinlərinə rahat və təhlükəsiz sərnişindaşıma xidməti təqdim olunacaq.

  • Состоялась встреча Президента Ильхама Алиева с премьер-министром Эфиопии один на один – ФОТО

    27 февраля состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева с премьер-министром Федеративной Демократической Республики Эфиопия Абием Ахмедом Али один на один.

    Об этом сообщает АЗЕРТАДЖ.


  • İlham Əliyevin Efiopiyanın baş naziri ilə təkbətək görüşü olub – FOTO

    Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə təkbətək görüşü olub.

    Median.Az bununla bağlı AZƏRTAC məlumat yayıb.


  • Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

    27 fevral 2026-cı il saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan 69 dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start veriləcək. Namizədlər 6 mart 2026-cı il saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

    APA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq.

    Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumatlar və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra namizədlər müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Sistem üzərindən təqdim edilən vakant yerlər 20.02.2026-cı il tarixinə olan məlumatlara istinad edir.

    Namizədlər müsahibə mərhələsinə qaydalara müvafiq olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar.

    Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək.

    Namizədlər müsahibədə liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

    Hər bir namizəd nəticələrlə “Şəxsi səhifə” vasitəsilə tanış ola biləcək.

    Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

  • Tanınmış aparıcının bloqer qızı qəzaya düşdü – Hadisə yerindən fotolar

    Bakıda tanınmış aparıcı Humay Muxtarovanın bloqer qızı Nuray Muxtarova qəzaya düşüb.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, Nuray Muxtarovanın idarə etdiyi “Chevrolet” markalı avtomobil Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində başqa bir maşınla toqquşub.

    Xəsarət alan Nuray xəstəxanaya yerləşdirilib.

  • Universitetlərdə dərs saatları qısaldılır?

    AzAzərbaycan universitetlərində dərs saatlarının 90 dəqiqədən 60-70 dəqiqəyə endirilməsi təklif edilir. Bu məsələ ilə bağlı son günlər müzakirələr aparılır.
     
    Median.Az yeni sabah-a istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyindən hazırda qeyd olunan məsələ ilə bağlı hər hansı qərar qəbul edilmədiyi bildirilib:
     
    “Bu istiqamətdə müvafiq qərar qəbul olunarsa, ictimaiyyətə rəsmi qaydada məlumat veriləcək”.

  • Şəhid qızı Sumqayıtda bu məktəbə direktor təyin olundu

    Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbinə yeni direktor təyin olunub.

    Median.Az xəbər verir ki, bu vəzifəyə Mehdiyeva Zaminə Bəhmən qızı təyin edilib. Zaminə Mehdiyeva ixtisasca biologiya müəllimidir və pedaqoji fəaliyyətinə 2015-ci ildən başlayıb.

    Qeyd edək ki, Zamniə Mehdiyevanın babası Qubadlı rayonu Novlu kənd sovetinin sədri Mehdiyev Mehdi Qasım oğlu 1989-cu ildə ermənilər tərəfindən əsir götürülərək 4 aydan sonra vəhşicəsinə qətlə yetirilmiş və Qubadlının ilk şəhidlərindən biri olmuşdur.

    Atası, tarix müəllimi Mehdiyev Bəhmən Mehdi oğlu atasının ölümündən sonra polis sıralarına qoşulmuş, könüllü olaraq torpaqlarımızın müdafiəsində iştirak edərək döş nişanı və medallarla təltif olunmuş, 26 oktyabr 1992-ci ildə Basarat kəndinin Topağac yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuş və ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülmüşdür.

    Zaminə Mehdiyevanın qardaşı hüquqşünas Mehdiyev Zamin Bəhmən oğlu Vətən müharibəsində yaralanmış, ”Cəbrayılın azad olunmasına görə”, ”Vətən müharibəsi iştirakçısı” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.//azxeber.com

  • İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Xocalı Soyqırımı Memorialının açılışında iştirakı ilə bağlı VİDEO paylaşılıb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Xocalı Soyqırımı Memorialının açılışında iştirakı ilə bağlı video paylaşılıb.

    Median.Az paylaşımı təqdim edir:

  • Bu qidalar diş sağlamlığını daha çox məhv edir

    Bəzi qidalar diş sağlamlığına digərlərindən daha çox zərər verir.
     
    Median.Az
    xəbər verir ki, bu barədə Stomatoloq-ortoped Kristina Savostyan Qazeta.ru ilə söhbətində danışıb.
     
    Həkim diş sağlamlığını məhv edən qidalar siyahısına çox bərk məhsulları daxil edib: konfetlər, iris, karamel, qabıqlı və şokoladlı qoz-fındıq, təmizlənməmiş tumlar, suxarılar, çipsilər, həmçinin popkorn.
     
    Savostyan əlavə edib ki, siropla isladılmış quru meyvələr, sirkə və turşulu marinadlar da diş minasına zərər verir. Həkim qeyd edib ki, təzə sıxılmış şirələr də minanı nazikləşdirə bilər.
     
    “Təhlükəli olan qidanın özü deyil, gigiyenaya etinasızlıq və stomatoloq qorxusudur. Dişlərinizi qoruyun, müntəzəm olaraq gigiyenik təmizləməyə və profilaktik müayinələrə gedin. O zaman hər şey qaydasında olacaq”, – deyə stomatoloq fikrini tamamlayıb.