Month: February 2026

  • UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu açıqlandı

    UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarının yekunlarına görə ən yaxşı oyunçu mükafatı üçün keçirilən səsvermənin qalibi açıqlanıb.

    Median.Az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

    Mükafatın sahibi, “Brügge” ilə oyunda (4:1) het-trik edən, “Atletiko Madrid”in norveçli hücumçusu Aleksandr Sörlot olub.

    A.Sörlot mükafat uğrunda mübarizədə həmvətəni, “Budyo Qlimt”in oyunçusu Yens Petter Hauqe, “Real Madrid”in fransalı yarımmüdafiəçisi Orelyen Tçuameni və “Qalatasaray”ın hücumçusu Viktor Osimheni qabaqlayıb.

  • Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib

    Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan rayonunda 4,7 bal gücündə zəlzələ baş verib.

    APA-nın Türkiyə bürosunun məlumatına görə, zəlzələ yerin 7 km dərinliyində qeydə alınıb.

    Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

    Kahramanmaraş valisi Mükerrem Ünlüer, AFAD əməkdaşlarının ərazilərdə baxış keçirdiyini bildirib.

    Vali, zəlzələ ilə bağlı hər hansı neqativ halın yaşanmadığını qeyd edib.

  • СМИ: Столкновения военных Пакистана и Афганистана начались в шести провинциях

    Вооруженные столкновения военнослужащих Пакистана и Афганистана начались в шести афганских приграничных провинциях.

    Как передает Median.Az, об этом сообщил телеканал TOLO News со ссылкой на источники.

    Согласно информации, военные двух стран начали перестрелку в провинциях Нангархар, Нуристан, Кунар, Хост, Пактия и Пактика. Бои ведутся вблизи линии Дюранда – непризнанной Кабулом границы двух государств.

    Данные о возможных потерях с обеих сторон не поступали.

  • Pakistan və Əfqanıstan hərbçiləri arasında silahlı toqquşmalar başlayıb

    Əfqanıstanın altı həmsərhəd əyalətində Pakistan və Əfqanıstan hərbçiləri arasında silahlı toqquşmalar başlayıb.

    Median.Az xəbər verir ki, bu barədə “TOLO News” telekanalı mənbələrə istinadən məlumat yayıb.

    Məlumata görə, iki ölkənin hərbçiləri Nanqarhar, Nuristan, Kunar, Xost, Paktia və Paktika əyalətlərində atışmaya başlayıblar. Döyüşlər Durand xətti yaxınlığında gedir.

    Hər iki tərəfdən mümkün itkilər barədə məlumat daxil olmayıb.

  • Balakəndə fərdi yaşayış evi yanıb, ev sahibi xəsarət alıb

    Balakəndə fərdi yaşayış evində yanğın olub, 75 yaşlı ev sahibi yanıq xəsarəti alıb.

    APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında rayonun Qabaqçöl qəsəbəsi ərazisində olan Meşəşanbul kəndində kənd sakini 75 yaşlı Ramazan Burqayevə məxsus, kürsülü birmərtəbəli, 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

    Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində evin bir otağının yanar konstruksiyaları və bir ədəd xalça qismən yanıb. Yanğın zamanı ev sahibi R. Burqayev əl və üz nahiyəsindən müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb.

    Yanıq xəsarəti alan R. Burqayev əraziyə çağrılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə təhvil verilib.

    Yanğının söndürülməsi üçün əraziyə Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Распространитель снимков студентов задержан Главным управлением по борьбе с киберпреступностью

    Задержано лицо, распространявшее в социальных сетях оскорбительные фото- и видеоматериалы с изображениями студентов юридического факультета Бакинского государственного университета (БГУ).

    Как сообщает Median.Az со ссылкой на пресс-службу Министерства внутренних дел, подозреваемый был установлен и задержан сотрудниками Главного управления по борьбе с киберпреступностью ведомства.

    В МВД отметили, что дополнительная информация по делу будет предоставлена позже.

    Ранее стало известно, что фотографии студентов БГУ были использованы для создания оскорбительного контента. По имеющимся данным, снимки и видеозаписи студентов, взятые из открытых профилей, были изменены с помощью различных монтажных приемов, включая инструменты искусственного интеллекта, и распространены в уничижительной форме. Жертвами подобных публикаций стали в основном студентки, обучающиеся на юридическом факультете. Быстрое создание и удаление этих страниц свидетельствует о масштабности инцидента, а также о том, что за этими действиями стоят лица с системными и потенциально опасными намерениями.

  • KMBİ tələbələrin fotolarını yayan şəxsi saxlayıb

    Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tələbələrin fotolarını yayan şəxsi saxlayıb.

    APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, BDU-nun hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb.

    Əlavə məlumat veriləcəkdir.

  • Aİ səfirləri Avropanı “bunker”dən gizlicə idarə edirlər

    Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri müasir dövrün çağırışlarının artması ilə əlaqədar Brüsseldə yerləşən “bunker”də daha tez-tez görüşməyə başlayıblar.

    Median.Az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

    Qeyd olunur ki, “bunker” müşahidə və ya dinləmə imkanlarını istisna etmək məqsədilə xüsusi şəkildə layihələndirilib. Nəşrin yazdığına görə, Aİ üzvləri burada sürətləndirilmiş prosedur qaydasında qərarlar qəbul edir və müasir dövrün ən ciddi çağırışlarına operativ reaksiya verə bilirlər.

    Bildirilib ki, “Coreper II” (ing. Committee of Permanent Representatives – Daimi Nümayəndələr Komitəsi) kimi tanınan diplomatlar qrupu Aİ-nin özü qədər uzun müddətdir fəaliyyət göstərir.

    Qrupun Avropa Komissiyasının güclənməsinə qarşı institusional tarazlıq yaratmaq məqsədilə qərar qəbuletmə səlahiyyətlərini tədricən genişləndirdiyi qeyd olunur. Məhz “Coreper II” Aİ-nin daha yüksək səviyyəsində razılaşdırılan qərarların hazırlanmasında əsas rol oynayır.

  • Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır

    Xocalıda törədilən qətliam beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qınanıb və insanlıq əleyhinə cinayət, soyqırımı aktı kimi dəyərləndirilib.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin “X”dəki hesabında qeyd olunub.

    Bildirilib ki, məsuliyyət qaçılmazdır. Azərbaycan ədalətin bərqərar edilməsi, regionda sülh və sabitliyin qurulması, möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcək.

    Qeyd edək ki, Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin yaydığı pres-relizdə Ermənistanın törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verilib.//azxeber.com

  • Rusiya hərbçiləri Ermənistan sərhədini tərk etdi

    Ermənistan-Türkiyə sərhədində yerləşən “Axurik” sərhəd-keçid məntəqəsində rusiyalı sərhədçilər erməni hərbçilərlə əvəz olunub.
     
    Median.Az
    xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
     
    Ermənistan hökumətinin 2021–2026-cı illər proqramının icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən qəbul edilən hesabatda bildirilir ki, 1 mart 2025-ci il tarixindən etibarən Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsində xidməti yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunlarının hərbi qulluqçuları həyata keçirir.
     
    Sənəddə qeyd olunur ki, 2026-cı ilin əvvəlindən “Axurik” sərhəd-keçid məntəqəsində də xidmət tam şəkildə Ermənistan MTX-nin Sərhəd Qoşunları tərəfindən icra edilir. Hazırda Ermənistan sərhədlərində fəaliyyət göstərən bütün keçid məntəqələri ölkənin sərhəd qoşunlarının tam nəzarəti altındadır./modern.az