Month: February 2026

  • Президент Ильхам Алиев встретился в Абу-Даби с генсеком Мусульманского совета старейшин

    3 февраля Президент Азербайджанской Республики Ильхам Алиев встретился в городе Абу-Даби с генеральным секретарем Мусульманского совета старейшин Мохаммедом Абдель Саламом.

    Как сообщает АЗЕРТАДЖ, Мохаммед Абдель Салам с большим удовлетворением вспомнил свои визиты в Азербайджан и встречи с главой нашего государства. Он еще раз поздравил Президента Ильхама Алиева с присуждением ему “Премии Зайеда за человеческое братство”.

    Поблагодарив за поздравление и высокую награду, Президент Ильхам Алиев высоко оценил деятельность Фонда Заида, в частности его важную роль в продвижении в мире гуманитарного наследия основателя Объединенных Арабских Эмиратов Шейха Зайеда бен Султана Аль Нахайяна и общечеловеческих ценностей.

    Присуждение этой премии Президенту Ильхаму Алиеву было расценено как проявление высокой оценки, данной Папой Римским Львом XIV и шейхом Аль-Азхара аш-Шарифа, верховным имамом Ахмедом Мухаммадом Ахмедом Ат-Тайебом деятельности Президента Азербайджана по установлению мира.

  • İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub

    Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əbu-Dabi şəhərində Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşü olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Məhəmməd Əbdülsalam Azərbaycana səfərlərini və dövlətimizin başçısı ilə görüşlərini böyük məmnunluqla xatırlayıb. O, Prezident İlham Əliyevi “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi münasibətilə bir daha təbrik ediv.

    Prezident İlham Əliyev təbrikə və yüksək mükafata görə minnətdarlığını bildirərək, Zayed Fondunun fəaliyyətini, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsinin və bəşəri dəyərlərinin dünyada təşviq edilməsində oynadığı mühüm rolu yüksək qiymətləndiriv.

    Azərbaycan Prezidentinin bu mükafata layiq görülməsi, həmçinin Roma Papası XIV Leonun və Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Əl-Tayyibin Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri qiymətin təcəssümü kimi dəyərləndiriliv.

  • Şəmkirdə evdən gənc oğlanın meyiti tapılıb

    Şəmkirdə evdən meyit tapılıb.

    Median.Az xəbər verir ki, hadisə Şəmkir şəhərinin M. Hüseynzadə küçəsində qeydə alınıb.

    Belə ki, sözügedən küçədə yaşayın 18 yaşlı Ş. Quliyevin meyiti yaşadığı evdə aşkarlanıb.

    Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır. //Apa

  • Uzun müddət enerji saxlamaq üçün: Kofedən daha təsirli 7 qəlyanaltı

    Ekspertlər qeyd edir ki, nahardan sonra bir fincan kofe ən sadə üsul kimi görünsə də, tez yorğunluğa səbəb ola bilər. Bunun əvəzinə 7 qəlyanaltı həm qida maddələri təmin edir, həm də uzun müddət enerji saxlayır. 

    Median.Az xəbər verir ki, diyetoloq Elizabet Barns bu siyahını təsdiqləyib.

    1. Banan + qoz yağı və ya günəbaxan yağı

    Orta bananda 113 kalori, 1 xörək qaşığı günəbaxan yağında 98 kalori var. Banandakı təbii şəkər beyin üçün sürətli enerji verir. 2021-ci il tədqiqatına görə, banan fiziki aktivlikdən sonra bədəni kalium və maqniyum kimi elektrolitlərlə təmin edərək enerjini bərpa edir.

    Qoz yağı əlavə etdikdə faydalı yağlar və bitki zülalı təmin olunur, qan şəkərinin kəskin artmasının qarşısını alır. Günəbaxan yağı isə selen və mis mənbəyidir, bu maddələr hüceyrələrin sağlamlığını dəstəkləyir.

    2. Tam taxıllı çörək + avokado

    24 q tam taxıllı çörəkdə 69 kalori, 50 q avokadoda 80 kalori var. Çörək beyni kompleks karbohidratlarla təmin edir, B6 vitamini və folat isə fermentlərin effektiv işləməsinə kömək edir. Avokado ilə birləşən lif və faydalı yağlar uzun müddət toxluq verir və enerji istehsalına dəstək olur.

    3. Qoji giləsi + yunan qatığı

    28 q qoji giləsi 97 kalori, 156 q yağsız yunan qatığı 92 kalori. Qoji giləsi enerji verir və antioksidantlarla zəngindir. Yunan qatığı əlavə zülal, kalsium və B12 vitamini təmin edir, bu da neyron və əzələ fəaliyyətini dəstəkləyir. Probiotiklər isə bağırsaq sağlamlığını dəstəkləyir.

    4. Yumurta + evdə hazırlanmış kələm çipsi

    Böyük bişmiş yumurta 77 kalori, 1 stəkan kələm 51 kalori. Yumurta zülal və vacib amin turşuları, həmçinin kolin, D və B12 vitaminləri ilə beyni və diqqəti dəstəkləyir. Kələm dəmir, K və C vitamini ilə enerji istehsalına və immun sisteminə kömək edir.

    5. Humus + tərəvəz və ya çoxtaxıllı kraker

    1 xörək qaşığı humus 25 kalori, 1 porsiya yerkökü 30 kalori, 4 kraker 67 kalori. Noxud lif, faydalı yağ və zülal təmin edir. Yerkökü A vitamini, qırmızı bolqar bibəri isə C vitamini ilə zəngindir. Kraker kompleks karbohidratlarla enerji verir.

    6. Yulaf + çia toxumu

    1/4 stəkan yulaf 150 kalori, 1 xörək qaşığı çia toxumu 69 kalori. Yulaf və çia həll olunan liflə zəngindir, qan şəkərinin kəskin artmasının qarşısını alır. Yulafdan bədən həmçinin betaqlukan alır, bu da enerji səviyyəsini sabit saxlayır.

    7. Qoz-fındıq, qurudulmuş meyvə və tünd şokolad qarışığı 

    13 q tünd şokolad 60 kalori, 28 q badam 164 kalori, 28 q qoz 185 kalori, 28 q günəbaxan toxumu 175 kalori, 40 q qurudulmuş qarağat 127 kalori. Tünd şokolad (70–85% kakao) maqnezium, flavonol və polifenollarla zəngindir – enerji istehsalına, qan dövranına, beyin sağlamlığına və stressin azalmasına kömək edir. Badam metabolizmi, qoz beyin sağlamlığını, günəbaxan toxumu iltihabı azaldır, qarağat isə antioksidant təmin edir.

    8. Niyə qida kofedən daha yaxşı enerji mənbəyidir

    Kofein sinir sistemini stimullaşdıraraq enerji hissi yaradır, amma əsl dincəlmə təmin etmir. Qida isə bədən və beyni zəruri qida maddələri, vitamin, mineral və makronutrientlərlə təmin edərək uzun müddət enerji saxlayır.//qaynarinfo

  • Kəbənin örtüyü Epşteynə göndərilibmiş

    ABŞ Ədliyyə orqanları tərəfindən açıqlanan yeni Epşteyn dosyesində rezonans doğuran məlumatlar yer alıb.

    Median.Az-ın məlumatına görə, sənədlərdə qeyd olunub ki, İslamın ən müqəddəs məkanı olan Məkkədəki Kəbənin üzərinə sərilən kisvənin hissələri 2017-ci ildə Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqəli şəxslər vasitəsilə ABŞ-a göndərilərək Ceffri Epşteynə çatdırılıb.

    Sənədlərdə yer alan elektron yazışmalara görə, Səudiyyə Ərəbistanından olan və BƏƏ ilə əlaqələri olduğu bildirilən iş qadını Aziza əl-Əhmədi Abdullah əl-Maari adlı şəxslə birlikdə kisvəyə aid üç parçanın göndərilməsini təşkil edib. Yazışmalar 2017-ci ilin fevral–mart aylarını əhatə edir. Parçalar Səudiyyə Ərəbistanından Britaniya Hava Yolları vasitəsilə Floridaya daşınıb və Epşteynin evinə çatdırılıb.
    Məlumatlara görə, göndərilən əşyalar arasında Kəbənin içərisindən bir parça, daha əvvəl istifadə edilmiş xarici örtükdən bir hissə və eyni materialdan hazırlanmış, lakin istifadə olunmamış üçüncü parça olub.

    Yazışmalarda istifadə olunmamış parçanın “incəsənət əsəri” kimi sənədləşdirilərək gömrük prosedurlarından keçirildiyi qeyd olunur.

    Kisvə müsəlmanlar üçün böyük dini əhəmiyyət daşıyır. Hər il dəyişdirilən bu örtüyün köhnə hissələri nadir və müqəddəs artefaktlar hesab olunur. Əl-Əhmədinin Epşteynə ünvanladığı məktublardan birində Kisvanın mənəvi dəyəri xüsusi vurğulanır və bildirilir ki, həmin parça milyonlarla müsəlmanın toxunduğu, dualar etdiyi müqəddəs əşyadır.

    Sənədlərdə Əl-Əhmədinin Epşteynlə necə tanış olduğu və bu parçaların niyə ona göndərildiyi izah edilmir.

  • Tovuzda DƏHŞƏT: gənc qızın meyiti tapıldı

    Tovuzda meyit tapılıb. 
     
    Median.Az xəbər verir ki, hadisə Qovlar şəhərində qeydə alınıb. 
     
     Daşkəsən rayon sakini, 1999-cu il təvəllüdlü Aygün Yaşar qızı İsmayılovanın meyiti fermada aşkar edilib. 
     
    Hadisənin motivi məlum deyil.
     
    Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır./lent.az

  • Yeniyetmələri baltalamaqda şübhəli bilinən əminin qonşuları danışdılar – VİDEO

    Fevralın 1-də Cəlilabadda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.

    Median.Az Baku TV-yə istinadən xəbər verir ki, qonşular qardaşı uşaqlarını baltalamaqda şübhəli bilinən əminin hadisəni törətdikdən sonra qaçmağa çalışdığını söyləyiblər.

    “Əlini başına qoyaraq yalvarıb ki, əmisi başına vurmasın. O da əllərini kəsib. Bu vəhşilikdir. Qaçanda Beyləqandan tutub gətiriblər”, – deyə qonşulardan biri deyib.

    Faciəli şəkildə həyatını itirən 15 yaşlı Həqiqət Nağıyeva anasının doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dəfn edilib.

    Daha ətraflı videomaterialda:

  • Məşhur peçenyelərlə bağlı şok iddia: “Krem” əslində nədir?

    “Oreo” tipli ortası kremli məhsulların tərkibindəki maddələr sağlamlıq üçün təhlükəlidir.

    Median.Az-ın məlumatına görə, həmin məhsullardakı krem əslində təbii krem deyilş

    Belə ki, o, emulqatorlarla qarışdırılmış kolza yağından ibarətdir və bu qarışıq yeyilə bilən yapışdırıcı kimi məhsulun bir yerdə qalmasını təmin edir.

    İddialara görə, peçenyenin tərkibində istifadə olunan kakao və kimyəvi stabilizatorlar həddindən artıq istehlak edildikdə damarların tıxanmasına səbəb ola biləcək səviyyədədir.

    Qeyd olunub ki, sözügedən məhsullar Revealıt adlı tətbiq vasitəsilə skan edilib və nəticədə onların 82 faiz emal olunmuş qida kateqoriyasına aid olduğu müəyyən edilib.

  • Azərbaycanda bu deputatlara yeni VƏZİFƏ VERİLDİ


    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin sədrləri seçilib.
     

    Median.Az xəbər verir ki, Ali Məclisinin bu gün keçirilən sessiyasında Ali Məclis komitələrinin yeni sədrləri və üzvləri seçilib.
     
    Əliyev Əjdər Zahid oğlu Hüquq siyasəti komitəsinin, Bayramov Mübariz Rəcəb oğlu İqtisadi siyasət komitəsinin, Canməmmədov Canməmməd Ramiz oğlu Humanitar siyasət komitəsinin, Quliyeva Zeynəb Kərim qızı isə Sosial siyasət komitəsinin sədri seçiliblər.
     
    Qeyd edək ki, bu gün keçirilən Ali Məclisin 2026-cı il yaz sessiyasının ilk plenar iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi ilə bağlı Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov çıxış edərək bildirib ki, komitələrin öz funksiyalarının həyata keçirilməsi istiqamətində təkmilləşdirmə aparılması məqsədilə komitələrin tərkibinin yenidən formalaşdırılması zərurəti yaranıb.
     
    Komitələrin tərkibi ilə bağlı qərar layihəsi oxunduqdan sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisi komitələrinin sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib. //Apa

  • İsti döşəmə əslində zərərli imiş

    Xüsusilə qış aylarında insanların köməyinə çatan isti döşəmələrlə bağlı müzakirələr davam edir. Onların faydaları ilə yanaşı, zərərləri də hər zaman müzakirə mövzusu olub.

    Bəs, həqiqətən isti döşəmələr zərərlidirmi?
    Median.Az isti döşəmələrlə bağlı maraqlı faktları təqdim edir.

    İsti döşəmələr həddindən artıq qızdırıldıqda, keyfiyyətsiz döşəmə materialı seçildikdə və fasiləsiz işlədildikdə problemə çevrilə bilər və müəyyən fəsadlara səbəb ola bilər.

    Bu cür hallara xüsusilə evində varikoz xəstəsi olanlar və azyaşlı uşaqları olan ailələr diqqət yetirməlidirlər. Döşəmələrin temperaturu daim nəzarətdə saxlanmalı və normada tənzimlənməlidir.

    İsti döşəmələr üçün tövsiyə olunan normal temperatur isə 26-29 dərəcə hesab olunur.