Month: February 2026

  • Leyla Əliyeva yeni şeirini təqdim edib

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qələmə aldığı şeiri rəsmi “Instagram” hesabında paylaşıb.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Bu ölkə də İranla bağlı hərəkətə keçdi

    Böyük Britaniya İrana qarşı sanksiya siyahısını yeniləyib.
     
    Median.Az
    xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
     
    Siyahıya 10 fiziki şəxs və bir təşkilat daxil edilib. XİN-in açıqlamasına görə, sanksiyalar insan hüquqlarının ciddi şəkildə pozulması, o cümlədən ifadə azadlığının boğulması, dinc toplaşma və yaşamaq hüququnun məhdudlaşdırılması ilə əlaqədar olaraq vəzifəli şəxslərə və dövlət təhlükəsizlik orqanına qarşı tətbiq olunub.
     
    Tətbiq edilən tədbirlər sanksiya siyahısına salınan şəxslərin aktivlərinin dondurulmasını, rəhbər vəzifələr tutmasının qadağan edilməsini və ölkəyə girişinə yasağı nəzərdə tutur./globalinfo

  • Bibisi oğlunu 27 bıçaq zərbəsi ilə öldürdü

    2024-cü il dekabrın 1-də Bakının Qaradağ rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları əraziyə yollanır. Məlum olur ki, hadisə Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 12-də baş verib.         

    Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 1980-ci il təvəllüdlü Xanlar Əmirovun bədən səthində 27 ədəd bıçaq yarası aşkar edilib. Qanında 2,8% qatılığında etil spirti aşkar edilib ki, bu da ağır dərəcəli sərxoşluq kimi qiymətləndirilib.
    Median.Az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
    İstintaqla müəyyən edilib ki, hadisədən 5-6 il əvvəl Xanlar Əmirov Qulu Abasovun arvadı Xədicə Abasova hamam otağında olan zaman, qapını açıb içəri daxil olmaq istəyib. Bununla bağlı aralarında sözlü mübahisə yaranıb. Qulu Abasov dekabrın 1-i saat 17 radələrində Həzi Aslanov küçəsi, 12 ünvanında yerləşən evdə bir ədəd qatlanmayan və bir ədəd tiyəsi dəstəkdən ayrılmış bıçaqlardan istifadə etməklə Xanlar Əmirovu cəzalandırmaq qərarına gəlib. O, həmin bıçaqlarla Xanlara çoxsaylı zərbələr vuraraq öldürüb.
    1-ci qrup gözdən əlil olan 1982-ci il təvəllüdlü Qulu Abasov iş üzrə dindirilərkən bildirib ki, Xanlar Əmirov onun bibisiqızının yoldaşı olub. Xanlar əvvələr qəsdən adam öldürmə maddəsi ilə məhkum olunub:
    “Görmə məhdudiyyətli olmağımdan sui-istifadə edərək 5 il əvvəl ailəmə qarşı qeyri-etik hərəkət edib, arvadım hamamda olarkən otağın qapısını açıb içəri girmək istəyib. Mübahisə zamanı əmim oğlu bizi ayırmışdı. Dekabrın 1-də Taleh adlı qonşumun evinə getdim. Talehin də görmə və eşitməsində problem var. Masa arrxasında əyləşib spirtli içki içdik. Bir müddətdən sonra Xanlar ora gələrək, yanımda oturdu. Talehə və mənə söz atmağa başladı. Qutuda daim bıçaqların olmasını bilirdim. Ayağa qalxan zaman Xanlar keçmək üçün mənə yol verdi, bu vaxt aramızda mübahisə yarandı. Bıçaqlarla zərbələri vurarkən Xanların bədəninin hansı nahiyələrinə dəydiyini bilmədim. Sonra 102 xidmətinə zəng edərək əməkdaşa hadisə barədə məlumat verdim”.
    Qulu Abasov əlavə edib ki, əvvəllərdə aralarında mübahisələr baş verib, bununla əlaqədar qardaşı və yeniyetmə oğlu zərərçəkmişi döyüblər.

    Məhkəmə iclasında Qulu Abasov elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, hadisə Xanlar Əmirovun ona sataşmasından sonra baş verib. Xanlarda bıçaq olduğunu güman edib və özünü müdafiə etmək üçün ona zərbələr vurub.
    Zərərçəkmiş şəxsin hüquqi varisi Zaur Əmirov ifadəsində göstərib ki, qardaşı oğlu ona zəng edib Xanların bıçaqlandığını deyib:

    “Qaradağ rayon Polis İdarəsinə gedəndə, mənə meyitin Respublika Xəstəxanasının morqunda olduğunu bildirdilər. Xanlarla Qulunun arasındakı ədavətin səbəbini bilmirdim. Qardaşım içki içdiyim üçün mənə evinə getməyimə icazə vermirdi, həyat tərzindən məlumatım yox idi. Qulu Abbasovla barışmışıq, heç bir şikayətim yoxdur. Ona qanuna uyğun cəza təyin edilməsini xahiş edirəm”.

    Şahid Xədicə Abasova ifadəsində göstərib ki, Qulu Abasovla 5 il əvvəl ayrılıb, uşaqları ilə birlikdə başqa ünvanda yaşayır:

    “Hadisənin səbəbini bilmirəm. Xanlar Əmirov mənə sataşmayıb. Əgər Xanlar Əmirov mənə 5-6 il əvvəl sataşmışdısa, Qulu niyə onu o vaxt tapıb öldürməyib. Qulu ilə evli olduğum müddətdə evimizə çoxlu sayda içki içən tanışları gəlirdi. Evdə qız uşaqları olduğundan, qaynanamla birlikdə həmin adamların əksəriyyətini həyətdən qovurduq”.

    Şahid Şahin Abbasov bildirib ki, hamam otağı qardaşıgilin evinin pəncərəsinə yaxın olub:
    “Xədicə hamamdan çıxanda Xanlar qapını tutub saxladı. Buna görə Xədicə oğlunu köməyə çağırdı. Xanlar Xədicəyə sataşanda Qulu evdə yox idi. Etdiyi hərəkətə görə o zaman özüm Xanları döydüm. Dekabrın 1-də həyətə gələndə Qulu Xanları öldürdüyü söylədi. Ona bildirdim ki, dərhal zəng edib polisə məlumat versin”.
    Dövlət iithamçısı Qulu Abasova 17 il cəza təyin olunmasını istəyib.

    Vəkil müdafiə etdiyi şəxsin əməlini CM-nin 120.1-ci maddəsinə tövsif edilməsini, gözdən əlil olmasını nəzərə alaraq, ona ən aşağı həddə cəza verilməsini xahiş edib.

    Məhkəmə qənaətə gəlib ki, Qulu Abasovun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilib. O, həmin maddənin samksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qulu Abasov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum olunub. //Lent.az

  • Bakıya bu tarixdə qar yağacaq

    Bakıda və Abşeron yarımadasında fevralın 4-6-da fasilələrlə yağıntılı olacağı gözlənilir. Fevralın 4-ü gün ərzində, 5-i gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.
     

    Median.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
     
    Qeyd olunub ki, Azərbaycanın rayonlarında isə fevralın 3-ü axşamdan 5-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.
     
    Fevralın 4-6-da bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
     
    Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

  • Alyona Əliyeva paylaşım etdi – FOTO

    Prezident İlham Əliyevin gəlini Alena Əliyeva Atletlər kəndindəolub.
     
    Median.Az xəbər verir ki, o bu haqda instaqram səhifəsində fotolar paylaşıb.
     
    “Atletlər kəndində “DanceAbility Azerbaijan” təşkilatı üçün icma əsaslı inklüziv mərkəz yaradılacaq”, – paylaşımda qeyd olunub.

     

  • Türkiyədə sosial media fenomeni Kerimcan Durmaza həbs cəzası verildi

    Qeyri-qanuni mərc saytlarını reklam edərək insanları buna təşviq etdiyi iddiası ilə mühakimə olunan sosial media fenomeni Kerimcan Durmaz haqqında qərar verilib.

    Median.Az bu barədə “TGRT Haber” telekanalına istinadən xəbər verir.

    İstanbul məhkəməsi Durmazı bir il səkkiz ay müddətinə həbs cəzasına məhkum edib. Məhkəmə heyəti Durmazı “insanları reklam yolu ilə idman yarışlarına əsaslanan mərc və şans oyunlarını oynamağa təşviq etmək” cinayətindən təqsirli bilib.

    Həmçinin Durmaz barəsində tətbiq edilən ölkədən çıxış qadağası şəklindəki məhkəmə nəzarət tədbirinin davam etdirilməsinə qərar verilib.

  • Bakıda cinayət: Yeniyetmə qız atasını bıçaqladı

    Bakının Nizami rayonunda ailə məişət zəmnində bıçaqlanma hadisəsi baş verib.
     
    Median.Az  Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun İsmayıl Məmmədov küçəsində yerləşən mənzildə qeydə alınıb.
     
    1977-ci il təvəllüdlü Haşımov Rüfət Arif oğlu mübahisə zamanı həyat yoldaşını döyüb. Bunu görən onların 15 yaşlı qızı bıçaqla R.Haşımova xəsarəti yetirib.
     
    Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. R.Haşımov cərrahi əməliyyat edilib.
     
    Fakt üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır

  • “Qarabağ” fransalı futbolçunun transferini elan etdi

    “Qarabağ” heyətinə yeni futbolçu qatıb.

    Kiprin AEK (Larnaka) klubu ilə bir müddətdir davam edən danışıqlar uğurla yekunlaşıb və Ağdam təmsilçisi fransalı futbolçu Jeremi Qnalini sıralarına cəlb edib.

    Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransanın “Mets” klubunun yetirməsi olan arxa xətt oyunçusu “Qarabağ”da 24 nömrəli forma ilə çıxış edəcək

  • Azərbaycanla BƏƏ arasında enerji və müdafiə sahələrində sənədlər imzalanıb

    “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG Şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalanıb.

    İmzalanma mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə baş tutub.

    Bundan başqa, Azərbaycan və BƏƏ Müdafiə nazirlikləri arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanıb.

    Dövlət başçıları bu sənədlərin iki ölkə arasında əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliklərini bildiriblər.

  • “Barselona”nın hücumçusu zədələndi: Kubok oyununda olmayacaq

    “Barselona”nın hücumçusu zədələnib.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, komandanın 29 yaşlı hücumçusu Rafinyanın sağ budunun əzələsi dartılıb. Futbolçu zədə səbəbindən bir həftə yaşıl meydanlardan uzaq qalacaq.

    Bu da o deməkdir ki, braziliyalı futbolçu İspaniya Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Albasete”yə qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

    Qeyd edək ki, “Barselona”nın əsas heyət oyunçusu Rafinya bu mövsüm 22 oyunda iştirak edib və 13 qol vurub.