Month: February 2026

  • Пашинян: У Армении нет планов вывода из страны 102-й российской военной базы

    У Армении нет планов по выводу дислоцированной на территории страны 102-й российской военной базы.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил премьер-министр Армении Никол Пашинян в Польском институте международных отношений в ответ на вопрос, обращалась ли армянская сторона к РФ с просьбой свертывания базы.

    “У нас нет никаких планов, программ, как и озабоченностей по поводу присутствия на территории Армении 102-й российской военной базы [дислоцирующейся в Гюмри]. У нас тесное партнерство с Российской Федерацией – налажены экономические связи, политические связи”, – сказал армянский премьер.

    Он добавил, что отношения Армении с Россией находятся на этапе трансформации. “Мы сегодня формируем новые отношения с Россией. Мы решительны и хотели бы развивать сотрудничество с РФ, но факт в том, что эти отношения меняются по ряду факторов”, – сказал Пашинян.

  • Ermənistandakı 102-ci Rusiya hərbi bazası ölkədən çıxarılır?

    “Ermənistanın ölkə ərazisində yerləşdirilmiş 102-ci Rusiya hərbi bazasının çıxarılması ilə bağlı planları yoxdur”.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Polşa Beynəlxalq Münasibətlər İnstitutunda erməni tərəfinin bazanın yığışdırılması xahişi ilə Rusiyaya müraciət edib-etmədiyi barədə suala cavab verərkən deyib.

    “Bizim Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının [Gümrüdə dislokasiya olunan] mövcudluğu ilə bağlı heç bir planımız, proqramımız, eləcə də narahatlığımız yoxdur. Bizim Rusiya Federasiyası ilə sıx tərəfdaşlığımız var – iqtisadi əlaqələr, siyasi əlaqələr qurulub”, – deyə erməni baş nazir bildirib.

    O əlavə edib ki, Ermənistanın Rusiya ilə münasibətləri transformasiya mərhələsindədir.

    “Biz bu gün Rusiya ilə yeni münasibətlər formalaşdırırıq. Biz qətiyyətliyik və Rusiya ilə əməkdaşlığı inkişaf etdirmək istərdik, lakin fakt ondan ibarətdir ki, bu münasibətlər bir sıra amillərə görə dəyişir”, – deyə Paşinyan söyləyib.

  • Расширена сфера охвата лиц, пользующихся обязательным медицинским страхованием

    В Пакет услуг по обязательному медицинскому страхованию внесены изменения.

    Соответствующее постановление подписал премьер-министр Али Асадов.

    Согласно документу, в Пакет услуг добавлен новый раздел, связанный с условиями оказания медицинских услуг арестованным лицам, лицам, отбывающим наказание в виде лишения свободы на определённый срок и пожизненного лишения свободы (за исключением исправительных учреждений участкового типа).

    Лицам, относящимся к данной категории (за исключением исправительных учреждений участкового типа), медицинские услуги будут оказываться на следующих условиях:

    – отсутствие у Главного медицинского управления Министерства юстиции Азербайджанской Республики необходимого медицинского оборудования и (или) работников соответствующего профиля для оказания соответствующей медицинской услуги;

    – количество арестованных лиц, лиц, отбывающих наказание в виде лишения свободы на определённый срок и пожизненного лишения свободы (за исключением исправительных учреждений участкового типа), которым оказываются медицинские услуги в течение одного бюджетного года, не должно превышать 1 500 человек.

    Страховые выплаты, осуществляемые за счёт средств фонда обязательного медицинского страхования в течение одного бюджетного года, составят до 200 000 манатов.

  • İcbari tibbi sığortadan yararlanan şəxslərin ƏHATƏ DAİRƏSİ GENİŞLƏNİR

    İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərarla Xidmətlər Zərfinə həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) tibbi xidmətlərin göstərilməsi şərtləri ilə bağlı yeni hissə əlavə edilib.

    Həmin kateqoriyaya aid şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) tibbi xidmətlər aşağıdakı şərtlərlə göstəriləcək:

    – müvafiq tibbi xidmətin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən göstərilməsi üçün zəruri tibbi avadanlıq və (və ya) müvafiq sahə üzrə işçilərinin olmaması;

    – bir büdcə ili ərzində tibbi xidmətlər göstərilən həbs edilmiş şəxslərin, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərin (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) 1 500 nəfərdən çox olmaması;

    Bir büdcə ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına həyata keçirilən sığorta ödənişləri 200 000 manatadək olacaq.

  • Bakıda məktəbə müəllim işinə düzəltmək vədi ilə dələduzluq – QƏRAR

    Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Kərim Gülgünovun (ad-soyad şərtidir – red.) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən protest üzrə proses başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, sonuncu iclasda elan olunan qərara əsasən, apellyasiya protesti təmin edilib, Yasamal Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə ilkin instansiya məhkəməsi tərəfindən 2 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

    Apellyasiya instansiyasında “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 3.1-ci bəndinin tətbiqi ilə onun cəza müddəti 2 il 2 ay 25 günə endirilib.

    İttihama görə, Kərim Gülgünov tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə dələduzluq edib. O, özünü zərərçəkmiş Xəlil Nəbiyevin (adı, soyadı şərtidir – red.) həyat yoldaşını Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən orta məktəblərin birinə “Azərbaycan dili və ədəbiyyat” müəllimi vəzifəsinə işə düzəltməyə köməklik etmək səlahiyyətinə malik mötəbər tanışları olan şəxs kimi təqdim edib. Müttəhim həqiqətə uyğun olmayan vədlər verərək zərərçəkmişin etibarını qazanıb və özünə inandırıb.

    Beləliklə Kərim Gülgünov 2022-ci ildə Bakı şəhəri, Yasamal rayonu ərazisində zərərçəkmişdən 8 min manat məbləğində pul vəsaitini alıb. Lakin verdiyi vədə əməl etməyib və öhdəliyini yerinə yetirməyib.

  • Трагедия в Баку: на объекте известной стройкомпании погиб рабочий

    В посёлке Бадамдар Сабаильского района Баку в результате несчастного случая погиб рабочий.

    Как сообщает Oxu.Az, на работавшего на строительной площадке ООО Huner Group уроженца Нефтчалинского района Рамиля Алисафа оглу Сафарова (1988 г.р.) упал электрический удлинитель на катушке. Мужчина скончался на месте происшествия.

    По данному факту ведется расследование.

  • Bakıda məşhur tikinti şirkətinin obyektində FACİƏ

    Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

    Oxu.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsinin ərazisində baş verib. Həmin ərazidə yerləşən “Huner Group” MMC-nin tikinti sahəsində işləyən Neftçala rayon sakini 1988-ci il təvəllüdlü Ramil Əlisafa oğlu Səfərovun üzərinə elektrik barabanı düşüb. R.Səfərov hadisə yerində ölüb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Nənə, gəlin və nəvəni vurub öldürən keçmiş satış menecerinin cəzası azaldıldı

    Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ayaz Əliyevin barəsində verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az “Pravda”ya istinadən xəbər verir ki, prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, təqsirləndirilən şəxsə təyin olunmuş yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 il 6 ay həddində müəyyən olunub. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 3.2-ci bəndinə əsasən, Ayaz Əliyev barəsində müəyyən edilmiş cəza altı ilə endirilib.

    İttihama görə, hadisə 2023-cü il mayın 28-də saat 21 radələrində paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.

    Belə ki, 1980-ci il təvəllüdlü Ayaz Vəli oğlu Əliyev idarə etdiyi “Nissan Tiida” markalı avtomobillə piyadalar üçün nəzərdə tutulan keçidin altından yolu keçən piyadalar – 1964-cü il təvəllüdlü Səkinə Baloğlan qızı Rəsulovanı, onun gəlini, 1984-cü il təvəllüdlü Samirə Xudayar qızı Cavadovanı və sonuncunun qızı, 2020-ci il təvəllüdlü Məryəm Nadir qızı Hüseynovanı vurub. Nəticədə hər üç piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Ayaz Əliyevin barəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, Ayaz Əliyev MMC-lərdən birində satış meneceri vəzifəsində çalışıb.

  • Глава МИД: Наши граждане не испытывают проблем в связи с событиями в Мексике

    Наши граждане не испытывают проблем в связи с событиями в Мексике.

    Как сообщает Oxu.Az, об этом заявил журналистам министр иностранных дел Азербайджана Джейхун Байрамов.

    Глава МИД отметил, что ведомство находится в постоянном контакте с дипмиссией.

    “Наше посольство работает круглосуточно. На данный момент обращений от наших граждан по поводу каких-либо проблем не поступало”, – сказал он.

  • XİN rəhbərindən Meksikadakı vətəndaşlarımızın vəziyyəti barədə açıqlama

    “Meksikada baş verən hadisələrlə bağlı problem yaşayan vətəndaşımız yoxdur”.

    Bu fikirləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

    Nazir bildirib ki, səfirliklə mütəmadi əlaqədədirlər:

    “Səfirliyimiz 24 saat fəaliyyət göstərir. Hazırda vətəndaşlarımızın problemləri ilə bağlı hansısa müraciət daxil olmayıb”.
    //oxu.az