Month: February 2026

  • İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı

    Gecə saatlarında Xırdalanda 22 yaşlı oğlan binadan yıxılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə “Kristal Abşeron” kompleksində baş verib.

    Saat 2 radələrində 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı 16 mərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılıb.

    O, ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Epşteynlə əlaqələrinə görə üzr istədi, iki rus qadınla münasibətini etiraf etdi

    “Microsoft”un təsisçisi, milyarder Bill Qeyts fondunun əməkdaşlarından üzr istəyib, çünki onun seksual cinayətlərdə məhkum edilmiş maliyyəçi Ceffri Epşteyn ilə əlaqəsi olub.

    Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

    Qeyts etiraf edib ki, o, iki rus qadını ilə evlilikdən kənar münasibətlər yaşayıb, amma bu qadınlar maliyyəçinin qurbanları deyildilər:

    “Mən həqiqətən də münasibətlər yaşadım, biri – turnirdə tanış olduğum, bridc oynayan rus qadın, digəri isə nüvə fizikası üzrə çalışan rus qadını idi. Onu iş vasitəsilə tanımışdım”

    O vurğulayıb ki, heç bir qanunsuz iş görməyib.

    Epşteynlə əlaqələri

    Qeyts 2011-ci ildə Epşteynlə əlaqə qurmağa başlayıb – bu, maliyyəçinin yeniyetməni fahişəliyə cəlb etmə işində günahını qəbul etməsindən sonra baş verib. Milyarder etiraf edib ki, Epşteynin problemlərini bilirdi, amma onun keçmişini araşdırmayıb və həyat yoldaşı Melinda Qeyts 2013-cü ildə əlaqəyə qarşı çıxsa da, münasibətlərini davam etdirib.

    O, Epşteynlə özəl təyyarədə səyahət edib və onunla Almaniya, Fransa, Nyu-York və Vaşinqtonda vaxt keçirib, amma heç vaxt gecələməyib və Epşteyn adasına getməyib. Onlar sonuncu dəfə 2014-cü ildə görüşüblər, maliyyəçidən gələn son e-maillər cavabsız qalıb.

    Epşteyn fayllarında Qeyts haqqında iddialar

    Epşteynin yeni sənədlərində onun yazdığı ehtimal olunan məktublar var. Bu sənədlərdə iddia edilir ki, Qeyts rus qadınlardan cinsi yolla keçən xəstəlik alıb və həyat yoldaşından bunu gizlətməyə çalışıb. Qeytsin nümayəndələri bu iddiaları tamamilə absurddur və yalan hesab edirlər.

    Melinda Qeytsin reaksiyası

    Qeytsin keçmiş həyat yoldaşı Melinda bu xəbərlərə münasibət bildirərək deyib ki, keçmiş ərini bağışlamağa qadir bir insan olduğunu düşünür, amma bu proses vaxt tələb edir və sürətləndirilə bilməz. O, həmçinin etiraf edib ki, Epşteynlə bağlı yeni açıqlamalar ona böyük kədər yaşadıb və evlilikdəki ağrılı xatirələri geri gətirib. Bununla belə, Melinda vurğulayıb ki, artıq bunu keçmişdə qoyub.
    //qaynar.az

  • Android istifadəçilərinə xəbərdarlıq: Bu proqramlar artıq lazımsızdır

    Android istifadəçiləri üçün əvvəllər “mütləq quraşdırılmalı” sayılan bir çox tətbiqlər artıq lazımsız ola bilər. Müasir Android versiyaları çoxsaylı daxili funksiyalarla təchiz edildiyindən, əlavə proqramlar yalnız sistemi yükləyir, batareyanı tükədir və reklam göstərir.

    Qaynarinfo xəbər verir ki, “MakeUseOf” nəşri 2026-cı ildə istifadəçilərin dörd növ tətbiqdən imtina edə biləcəyini qeyd edib.

    Foto redaktə tətbiqləri

    Əvvəllər üçüncü tərəf foto redaktorları Android cihazlarında vacib sayılırdı, çünki qaleriyadakı daxili alətlər yalnız şəkili kəsmək, fırlatmaq və ya sadə filtr tətbiq etmək imkanına malik idi.

    İndi vəziyyət fərqlidir. Google Photos tam funksional paket təqdim edir: rəng və işıqlandırma tənzimləmələri, fonun bulanıqlaşdırılması, mətn əlavə edilməsi və digər alətlər. Eyni zamanda süni intellekt imkanları ilə artıq lazımsız obyektləri silmək, kompozisiyanı tənzimləmək və fonu dəyişdirmək mümkündür.

    Video pleyerlər

    Əvvəllər istifadəçilər nadir formatları açmaq və əlavə parametrlər əldə etmək üçün ayrıca video pleyerlər quraşdırırdılar. Lakin indi əksər smartfonlar populyar formatları problemsiz oynadır və daxili pleyerlər stabil işləyir, reklam göstərmir.

    Əlavə pleyer quraşdırmaq adətən yalnız əlavə ikon, reklam və fon yükü deməkdir.

    QR skanerlər

    Əvvəllər QR kodları oxumaq üçün ayrıca proqram tələb olunurdu, çünki Android kameraları bunu dəstəkləmirdi. İndi demək olar ki, bütün müasir smartfonlar kamerada kodu avtomatik tanıyır. Əlavə QR skanerlər isə bəzən reklam və zərərli proqram mənbəyi ola bilirdi.

    2026-cı ildə ayrıca QR oxuyucu quraşdırmaq artıq vacib deyil.

    Təmizləyici, sürətləndirici və “optimallaşdırıcı” tətbiqlər

    Bu proqramlar RAM-ı boşaltmaq, batareyanı uzatmaq və cihazı sürətləndirmək vəd edir. Amma müasir Android versiyaları resursları özü idarə edir – fon proseslərini bağlayır və yükləməni paylayır.

    Tərəfdaş proqramların müdaxiləsi əksinə cihazın avtonomluğunu və stabilliyini azalda bilər.

    Ekspertlər vurğulayır ki, smartfonda mümkün qədər az əlavə tətbiq quraşdırmaq həm təhlükəsizliyi, həm də performansı artırır. 2026-cı ildə Play Market-dən quraşdırmaq üçün axtarılan bir çox funksiya artıq əməliyyat sisteminin özündə mövcuddur.

    Xatırladaq ki, istifadəçilərə əvvəllər Android-də kəşf təmizləməyin ən sürətli yollarından biri olduğu barədə də məlumat verilmişdi.

  • Ötən il sahibsiz qalmış neçə əmlak dövlət mülkiyyətinə keçib?

    Ötən il ümumi dəyəri 250 min manat olan 101 ədəd sahibsiz qalmış dövlət mülkiyyətinə keçən əmlak təhvil götürülüb.

    Trend xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin 2025-ci il ərzində görülən işlər barədə hesabatında qeyd edilir.

    Bildirilir ki, ötən il dövlət nəfinə müsadirə edilmiş əmlakların satışı ilə bağlı 5 hərrac keçirilmiş və satılmış əmlakın dəyəri 1,6 mln. manat olub. Dövr ərzində bələdiyyə mülkiyyətində olan 557 torpağın mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə 51 şəhər və rayon üzrə 49 torpaq müsabiqəsi və 147 torpaq hərracı təşkil edilib, 499 torpaq mülkiyyətə və icarəyə verilib, 58 bələdiyyə torpağının müsabiqə və hərracı baş tutmayıb. Mülkiyyətə verilmiş torpaqların satış qiyməti 1,7 mln. manat, icarəyə verilmiş torpaqların icarə qiyməti isə 508 min manat təşkil edib. Mülkiyyətə və ya icarəyə verilən bələdiyyə torpaqlarının ümumi sahəsi 3033,58 ha (15,5 ha mülkiyyət, 3018,08 ha icarə) təşkil edib. Onlardan sahibkarlıq məqsədilə 13,14 ha olan 55, fərdi yaşayış evinin tikintisi məqsədilə 5,65 ha olan 76, kənd təsərrüfatı məqsədilə 814,13 ha olan 213, heyvandarlıq məqsədilə 2200,66 ha olan 155 torpaq sahəsi mülkiyyətə və ya icarəyə verilib.

  • Məskunlaşdığı evi 10 minlik elektrik borcu ilə tərk edən məcburi köçkün danışdı (FOTO)

    Ötən həftə keçmiş məcburi köçkünün 33 il məskunlaşdığı mənzildə elektrik enerjisinə görə 10 min 47 manat borcu yaranması müzakirələrə səbəb olmuşdu.

    Bununla bağlı həmin keçmiş məcburi köçkün Balakişi Allahverdiyev Teleqraf-a açıqlama verib.

    Onun sözlərinə görə, binada qaz və su olmayıb:

    “Suyu sakinlər binaya çəkib. Qışda istilik sistemi olmadığından elektrik enerjisindən istifadə etmişik. Nəticədə də 10047 manat borc yaranıb. Mənzildən çıxarkən heç bir məişət tullantısı qoymamışam, o cümlədən söküntü işləri də aparmamışam”.
    Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə dövlət Komitəsindən isə bildirilib ki, Komitə tərəfindən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində İsa Musabəyova məxsus mənzildə müvəqqəti məskunlaşmış Allahverdiyev Balakişi Şəmsəddin oğlunun elektrik enerjisindən istifadəyə görə yaranmış borcu ilə bağlı məsələ araşdırılıb. Nazirlər Kabinetinin 17 fevral 2017-ci il tarixli 55 nömrəli qərarına əsasən, vahid aylıq müavinət alan keçmiş məcburi köçkünlərə istifadə etdikləri elektrik enerjisi üçün aylıq adambaşına 300 kilovat-saat həcmində dövlət hesabına güzəşt tətbiq olunur. Ailə başçısı – Balakişi Allahverdiyevə ümumilikdə 2026-cı ilin yanvar ayınadək adambaşına aylıq 300 kilovat-saat olmaqla, 5 nəfər üçün cəmi 1500 kilovat-saat həcmində elektrik enerjisi üzrə güzəşt tətbiq edilib.

    Qeyd olunan halda yaranmış borc müəyyən edilmiş limitdən artıq istehlak nəticəsində formalaşıb. Qanunvericiliyə əsasən, limitdən artıq istifadə olunan elektrik enerjisinin dəyərinin ödənilməsi ilə bağlı maliyyə öhdəliyi mövcud deyil. Kommunal xidmətlərdən istifadəyə görə ödənişlərin yığılması aidiyyəti qurumlar tərəfindən həyata keçirilir.

    Dövlət Komitəsi bir daha bildirir ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir və daxil olan hər bir müraciət qanunvericiliyə uyğun qaydada fərdi şəkildə araşdırılır. Vətəndaş müraciət rəsmi qaydada daxil olduğu təqdirdə qanunamüvafiq baxılacaqdır.



  • Sulu qar, qar yağacaq, temperatur 5-8 dərəcə enəcək

    Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fevralın 27-si axşamdan martın 2-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, əsasən axşam və gecə saatlarında sulu qara keçəcəyi ehtimal olunur.

    Azərbaycanın rayonlarında isə fevralın 26-sı günün ikinci yarısından başlayaraq martın 2-dək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimalı var.

    Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

    Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək.

  • Gəncədə “Bravo” marketdə içki və şokolad oğurluğu

    Gəncə şəhəri, Nizami prospekti 47 ünvanda fəaliyyət göstərən “Bravo” marketdə oğurluq hadisəsi baş verib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, marketdən əsasən müxtəlif markalı spirtli içkilər və şokoladlar oğurlanıb.

    Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, bu Natiq adlı şəxsdir. O, saxlanılıb və Cinayət Məcəlləsinin 177.2.2-ci maddələri ilə ittiham elan olunub.

    Cinayət işinə Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib.

    Məhkəmənin hökmü ilə Natiqə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 gün 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Qəbələdə ağır qəza olub, ölən var

    Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib.

    Bu gün saat 18 radələrində Qəbələ rayonunun Məmmədağalı kəndi ərazisində “Ford” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

    Nəticədə sürücü, 24 yaşlı Nuran Muradasılov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ərazi üzrə polis orqanında faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

  • “Azərbaycan benzininə tələbat yüksək olaraq qalır” – Erməni nazir

    Ermənistanda Azərbaycan benzininə tələbat yüksək olaraq qalır.

    Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

    Onun sözlərinə görə, Azərbaycan benzin ehtiyatları tükəndikdə bazarda digər növlərin qiymətləri artmağa başlayır: “Yanacaq idxal olunmazdan əvvəl Ermənistanda adi benzinin qiyməti 500-520 dram arasında dəyişirdi”.

    Nazir həmçinin Ermənistan və Azərbaycan arasında mümkün ticarət-iqtisadi əməkdaşlığa da toxunub. O bildirib ki, tərəflər qarşılıqlı olaraq bir-birinin bazarlarına tədarük edilə biləcək malların siyahılarını təqdim ediblər.
    //unikal.az