Month: February 2026

  • Naməlum şəxs qadın sürücüyə qorxulu anlar yaşatdı – Evinədək təqib etdi, əri ilə dalaşdı

    Lənkəran rayonunda qadına qarşı xuliqanlıq hərəkətləri etmiş şəxs inzibati məsuliyyətə cəlb olunub.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə bir neçə gün əvvəl rayonun kəndlərindən birində qeydə alınıb.

    Polisə müraciət edən qadın avtomobilinin təqib olunduğunu və tanımadığı şəxsin onun evinə kimi gələrək xuliqanlıq hərəkətləri etdiyini bildirib.

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü F.Abışov (şərti – red.) saxlanılıb. Məlum olub ki, o, həmin gecə Lənkəranda sahil ərazidə yerləşən obyektlərin birində ad günü məclisində iştirak edib və gecə saat 04 radələrində Xəyal adlı tanışına məxsus “Hyundai Grandeur” markalı avtomobillə oranı tərk edib. F.Abışov maşınla Şilavar kəndindən keçərkən işıqforda dayanan avtomobili xanım sürücünün idarə etdiyini görüb. Psixotrop maddənin təsiri altında olan şəxs qadının avtomobilini təqib etməyə, işıq siqnalı verərək onu dayandırmağa çalışıb. Qorxu keçirən sürücü maşını yaşadığı evədək sürüb və pəncərələrini bağlayaraq nəqliyyat vasitəsindən enməyib. Bu zaman onun əri və digər şəxslər küçəyə çıxıblar və tərəflər arasında insident baş verib.

    Polis tərəfindən saxlanılan F.Abışov şöbəyə aparılıb və barəsində inzibati protokol tərtib edilib. O, ifadəsində bildirib ki, qadına yaxınlaşmaqda məqsədi sataşmaq deyil, yol soruşmaq olub.

    Lənkəran Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxs 1 aylıq həbs edilib.

  • Верховный суд вынес решение по делу экс-дипломата

    Верховный суд Азербайджана рассмотрел кассационную жалобу на приговор в отношении бывшего дипломата Эмина Ибрагимова, обвиняемого в нанесении ножевых ранений.

    Как сообщает Report, на заседании было объявлено решение, согласно которому жалоба подсудимого не была удовлетворена.

    Согласно обвинению, инцидент произошел 22 июля 2024 года в Низаминском районе Баку. Эмин Ибрагимов, подозреваемый в нанесении ножевого ранения Кямалу Шукюрову, был привлечен к ответственности, в его отношении были выдвинуты обвинения по статьям 126.2.4 (умышленное причинение тяжкого вреда здоровью из хулиганских побуждений) и 221.3 (хулиганство, совершенное с использованием оружия или предметов, используемых в качестве оружия, если это сопровождалось применением насилия к пострадавшему) Уголовного кодекса Азербайджана.

    Приговором Бакинского суда по тяжким преступлениям Ибрагимов лишен свободы сроком на 7 лет. Его апелляционная жалоба была оставлена без удовлетворения.

    Эмин Ибрагимов в 2007-2020 годах находился на дипломатической службе. В 2012-2016 годах занимал должность в посольстве Азербайджана в США, а в 2016-2019-х – в дипломатическом представительстве Азербайджана в Уругвае.

  • Məhkəmə bıçaqlanmada ittiham olunan Emin İbrahimovla bağlı QƏRAR VERDİ

    Bakıda adam bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin İbrahimovun barəsindəki hökmdən verdiyi kasasiya şikayətinə baxılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, Emin İbrahimovun verdiyi şikayət təmin edilməyib.

    Qeyd edək ki, hadisə 2024-cü ildə Bakının Nizami rayonunda qeydə alınıb.

    İttihama görə, Emin İbrahimov Kamal Hacıəli oğlu Şükürov adlı Qaraçuxur sakini ilə mübahisə edərkən ona bıçaqla xəsarət yetirib.

    Sabiq diplomat Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham olunub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. İbrahimov 7 il azadlıqdan məhrum edilib. Onun apellyasiya şikayəti də təmin edilməyib.

    Xatırladaq ki, Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.

  • АЖД организует дополнительные рейсы в праздничные дни

    В связи с предстоящими праздниками Новруз и Рамазан будут назначены дополнительные железнодорожные рейсы по маршрутам внутри страны.

    Об этом сообщает Median.Az со ссылкой на ЗАО “Азербайджанские железные дороги” (АЖД).

    С 20 по 30 марта ежедневно будут организованы рейсы по маршруту Баку – Габала – Баку, с 19 по 30 марта – Баку – Агстафа – Баку, с 23 по 25 марта – Баку – Агдам – Баку.

    Билеты на рейсы можно приобрести в железнодорожных кассах, на официальном сайте АЖД или через мобильное приложение ADY Mobile. На направление Баку – Агстафа – Баку действует скидка 10%.

    В информации указано, что в праздничные дни рейсы по маршрутам Баку – Газах – Баку, Баку – Балакен – Баку, Гянджа – Габала – Гянджа, а также 21 и 28 марта по маршруту Баку – Агдам – Баку будут выполняться по традиционному графику.

  • Bayram günlərində qatarla səyahət planlaşdıranların DİQQƏTİNƏ

    Qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə ölkədaxili marşrutlar üzrə əlavə qatar reysləri təyin ediləcək.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

    Bildirilib ki, 20-30 mart tarixlərində hər gün Bakı-Qəbələ-Bakı, 19-30 mart tarixlərində hər gün Bakı-Ağstafa-Bakı və 23 və 25 martda isə Bakı-Ağdam-Bakı marşrutu ilə səfərlər təşkil olunacaq.

    Qeyd edilib ki, Bakı-Ağstafa-Bakı qatarlarına biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

    Məlumatda bildirilib ki, bayram günlərində Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Gəncə-Qəbələ-Gəncə marşrutları, eləcə də 21 və 28 mart tarixlərində Bakı-Ağdam-Bakı marşrutu ilə ənənəvi qrafik üzrə reyslər icra olunacaq.

  • Али Асадов встретился с Фуатом Октаем

    Премьер-министр Азербайджана Али Асадов 25 февраля встретился с председателем Комитета по внешним связям Великого национального собрания Турции Фуатом Октаем.

    Как сообщает Median.Az, в ходе встречи была подчёркнута важность десятого трёхстороннего заседания Комитетов по внешним связям парламентов Азербайджана, Турции и Грузии в Баку.

    Было отмечено, что отношения дружбы и братства между Азербайджаном и Турцией успешно развиваются во всех сферах. Особо был подчеркнут высокий уровень межпарламентского сотрудничества.

    На встрече обсуждались вопросы, связанные с дальнейшим расширением азербайджано-турецких связей в различных областях.

  • Əli Əsədov Fuat Oktayla görüşdü

    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 25-də Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay ilə görüşüb.

    Median.Az xəbər verir ki, görüşdə Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasının əhəmiyyəti vurğulanıb.

    Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, xüsusilə parlamentlərarası əməkdaşlığın yüksək səviyyəsi təqdir edilib.

    Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

  • Dörd ay əvvəl təyin edilən vəzifəli şəxs qanunu pozdu: Məhkəmə barəsində qərar verdi

    “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin “Naxçıvan Yol Təmir Tı̇kı̇nti İstı̇smar” Məhdud Məsuliyyətli Cəmı̇yyətinin (MMC) yeni direktoru cərimələnib.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yer təkindən qanunsuz istifadəyə görə MMC-nin qanuni təmsilçisi və direktoru Hidayət Ədalət oğlu İmanov barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) protokol tərtib edib və işə məhkəmədə baxılıb.

    Məhkəmədə məlum olub ki, Babək rayonunun Nəhəcir kəndində (Qahab bələdiyyəsinin mülkiyyətində olan ərazidə) “Naxçıvan Yol Təmı̇r Tikı̇nti İstı̇smar” MMC-yə qarışıq süxurun götürülməsinə icazə verilib. Amma MMC tərəfindən həmin ərazidə ayrılmış sahədən 3 100 kvadratmetr kənara çıxılaraq 6 665 kubmetr qarışıq süxur götürüb və heç bir icazə almadan yer təkindən qanunsuz istifadə edib.

    Məhkəmənin qərarı ilə Hidayət İmanov İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinib və 5 000 manat məbləğində cərimə edilib.

    Qeyd edək ki, ötən ilin noyabr ayında “Naxçıvan Yol Təmir Tikinti İstismar” MMC-nin direktoru Cəfər Muxtarov işdən çıxarılıb, yerinə Hidayət İmanov gətirilib.

  • В Азербайджане более 300 мужчинам поставлен необычный запрет

    В 2025 году в Азербайджане 322 лицам были выданы охранные ордера для защиты от насилия.

    Как сообщает Median.Az, об этом на запрос modern.az заявили в Министерстве юстиции.

    По официальной информации, в 2025 году в производство местных структур исполнения и пробации в общей сложности поступило 322 исполнительных документа, связанных с бытовым насилием, в том числе 280 краткосрочных и 42 долгосрочных охранных ордера.

    Отметим, что охранный ордер – это совокупность официальных ограничений, применяемых к лицу, совершившему домашнее насилие. Главная цель выдачи такого ордера – обеспечение безопасности лица, подвергшегося насилию, и защита его прав.

    За время действия ордера совершившему насилие запрещается приближаться к жертве, контактировать с ней либо беспокоить ее.

    Охранный ордер может быть краткосрочным или долгосрочным. В обоих случаях основная цель – предотвратить повторение домашнего насилия и обеспечить потерпевшему проживание в безопасной среде.

  • Azərbaycanda 300-dən çox şəxsə qeyri-adi QADAĞA QOYULDU

    2025-ci ildə 322 şəxsə zorakılıqlardan qorunmaq üçün mühafizə orderi verilib.

    Median.Az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.

    Rəsmi məlumata görə, 2025-ci ildə yerli icra və probasiya qurumlarının icraatına məişət zorakılığı ilə bağlı 280-i qısamüddətli, 42-si uzunmüddətli mühafizə orderi olmaqla, cəmi 322 icra sənədi daxil olub.

    Qeyd edək ki, mühafizə orderi məişət zorakılığı törətmiş şəxsə qarşı tətbiq edilən rəsmi məhdudiyyətlər toplusudur. Bu orderin verilməsində əsas məqsəd zorakılığa məruz qalmış şəxsin təhlükəsizliyinin təmin olunması və onun hüquqlarının qorunmasıdır.

    Order qüvvədə olduğu müddətdə zorakılıq törədən şəxsə zərər çəkmiş şəxsə yaxınlaşmaq, onunla əlaqə saxlamaq və ya onu narahat edən hərəkətlər etmək qadağan olunur.

    Mühafizə orderi qısamüddətli və ya uzunmüddətli ola bilər. Hər iki halda əsas hədəf məişət zorakılığının təkrar baş verməsinin qarşısını almaq və zərər çəkmiş şəxsin təhlükəsiz mühitdə yaşamasını təmin etməkdir.