Month: February 2026

  • Nyu-Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya təşkil olunub

    Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-nin Nyu-York şəhərində Xocalı soyqırımı haqqında genişmiqyaslı məlumatlandırma aksiyası keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, aksiya zamanı Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoşəkillərin və soyqırımı qurbanları barədə məlumatların nümayiş olunduğu LED ekranlı avtomobillər Nyu-Yorkun mərkəzi küçələrində hərəkət edib.

    Əhalinin sıx toplaşdığı məkanlarda, rəsmi qurumların binaları qarşısında dayanaraq tarixin ən dəhşətli və amansız qətliamı ilə bağlı vacib məlumatları ictimaiyyətin diqqətinə çatdırıb. Avtomobillər Tayms meydanından, BMT-nin Baş Qərargah binası önündən, Uoll Strit küçəsindən, Bruklin körpüsündən, Azadlıq heykəli ətrafından, Mərkəzi park və meydanlardan keçərək “New York Times” nəşrinin binasının qarşısında dayanıb.

    LED ekranlarda “Xatırla, hörmət et, düşün – Xocalı 1992”, “34 il sonra, biz hər bir ruhu xatırlayırıq”, “Xocalı 1992-ci il faciəsi – dünya bunu unutmamalıdır”, “Xocalı – onların cəsarəti və ağrısı bizimlədir”, “Xocalı qurbanlarını anır, xatirələrini əziz tuturuq”, “Xocalı soyqırımını unutma”, “Maarifləndir, ədalət tələb et və həmrəylik göstər”, “Birlikdə xatırlayırıq, birlikdə yas tuturuq, birlikdə müdafiə edirik”, “Xocalı üçün ədalət”, “Faciədən xatirəyə – Xocalı yaşayır”, “Günahsızlar üçün xatırla, ədalət üçün danış”, “Bir soyuq gecə – minlərlə itki”, “34 il sonra da Xocalı danışır” kimi şüarlar nümayiş olunub. Tarixi faktlara və daha ətraflı məlumatlara keçid imkanı yaradan QR kodlar vasitəsilə şəhər sakinləri məlumatlandırılıblar.

    Qeyd edək ki, eyni vaxtda ABŞ-nin paytaxtı Vaşinqtonda və Boston şəhərində də bu cür məlumatlandırma aksiyaları keçirilib.

  • İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanış olublar.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma kənddə həyata keçirilmiş sosial layihələr barədə məlumat verib.

    Bildirilib ki, Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxil olan bu kənd 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

    Burada ümumilikdə 278 fərdi ev var. Onlardan 128-i yararsız, 150-si isə qismən yararlıdır. Qismən yararlı evlərin 20-si artıq təmir olunub, bu il daha 130 evdə təmir işləri aparılacaq.

    Bu ilin fevralında Xocavənd kəndinə 20 ailə – 94 nəfər qayıdıb. Cari ilin mart-dekabr aylarında kəndə daha 130 ailə – 533 nəfərin qayıtması planlaşdırılır.

    Ötən müddət ərzində kənddə bir sıra sosialyönümlü işlər görülüb. Belə ki, 5 kilometr uzunluğunda daşıyıcı qaz xətti çəkilib, 1500 metr uzunluğunda mövcud xətt bərpa edilib. Bundan başqa, 2100 metr uzunluğunda 0,4 kV-luq mövcud xətlər və 2 transformator məntəqəsi bərpa olunub.

    Kənddaxili yollar asfaltlanıb, piyada yolları çəkilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

    Görülmüş işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə köçmüş sakin Rizvan İbrahimovun evində yaradılmış şəraitlə tanış oldular və söhbət etdilər.

    Prezident İlham Əliyev: Salamaleyküm.

    Qadın sakin: Salam, xoş gəlmisiniz.

    Birinci xanım Mehriban Əliyeva: Xoş gördük.

    Digər qadın sakin: Xoş gəlmisiniz.

    Prezident İlham Əliyev: Salam.

    Birinci xanım Mehriban Əliyeva: Xoş gördük, salam, gözəl.

    Prezident İlham Əliyev: Necə yerləşmisiniz?

    Kişi sakin: Çox əla, hər şey əladır. Allah sizdən razı olsun.

    Prezident İlham Əliyev: Sağ olun.

    Qadın sakin: Keçin içəri.

    Prezident İlham Əliyev: Ev şəraiti necədir?

    Kişi sakin: Çox əladır, hər şey əladır.

    Prezident İlham Əliyev: Yaxşı, razısınızmı?

    Kişi sakin: Allah sizdən razı olsun. Allah sizi qorusun.

    Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm sizi, doğma Vətənə qayıtmaq münasibətilə.

    Kişi sakin: Çox sağ olun, Allah Sizi var eləsin.

    Prezident İlham Əliyev: Siz özünüz buralısınız?

    Kişi sakin: Bəli.

    Prezident İlham Əliyev: Bu kənddə yaşamısınız?

    Kişi sakin: Bəli. O vaxt rəhmətlik Ulu Öndər də gəlmişdi buraya.

    Prezident İlham Əliyev: Bu kəndə gəlmişdi?

    Kişi sakin: Bəli. Səhv etmirəmsə, 1979-cu ildə.

    Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?

    Kişi sakin: Bakıda.

    Prezident İlham Əliyev: Şərait necə idi?

    Kişi sakin: Belə də, şükür. Amma burada olsaydıq, daha yaxşı olardı.

    Prezident İlham Əliyev: İndi 35 ildən sonra buradasınız. Sizi neçənci ildə buradan çıxardıblar, 1991-də?

    Kişi sakin: Vertolyot partlayan gün, həmin gün bizi çıxartmışdılar. Sonra vertolyotla gələndə onları da şəhid etdilər.

    Prezident İlham Əliyev: Buraya yaxınlıqda idi?

    Kişi sakin: Bəli, Qarakənddə idi.

    Prezident İlham Əliyev: Buradan oraya məsafə nə qədərdir?

    Kişi sakin: 17 kilometrdir.

    Prezident İlham Əliyev: Təbrik edirəm sizi. Xoşbəxt yaşayın doğma Qarabağ torpağında, doğma kəndinizdə.

    Qadın sakin: Çox sağ olun, minnətdarıq.

    Kişi sakin: Çox sağ olun, hamısı Sizin sayənizdə. Allah Sizi var eləsin. Allah şəhidlərimizə rəhmət eləsin.

    Qadın sakin: Çox sevinirik, sevincimizin həddi-hüdudu yoxdur.

    Kişi sakin: Siz bizə dünyanı bəxş etmisiniz, Quran haqqı. Nə deyiriksə, ürəkdən deyirik, elə-belə yox. Siz bizə yeni həyat vermisiniz.

    Qadın sakin: Sizin, Mehriban xanımın bizim ailənin qonağı olmağınız bizim sevincimizi ikiqat artırıb. Bu qayğıya görə Sizə minnətdarıq, çox sağ olun.

    Prezident İlham Əliyev: Sağ olun, siz buna layiqsiniz. Uzun illər köçkün həyatı yaşamısınız əzab-əziyyət içində. Artıq o dövr tarixdə qaldı.

    Kişi sakin: Allah köməyiniz olsun, Allah Sizi var eləsin.

    Birinci xanım Mehriban Əliyeva: Gəlin, birlikdə şəkil çəkdirək.

    Prezident İlham Əliyev: Bəli, gedək.

    Burada maldarlıq üçün yaxşı şərait var. Su necə?

    Kişi sakin: Var, buranın hər yeri münbitdir. Allah Sizdən razı olsun.

    Prezident İlham Əliyev: Həyətyanı sahə də var?

    Kişi sakin: Var, 15 sot torpaq var.

    Prezident İlham Əliyev: Torpaq yəqin ki, ayrılacaq.

    Kişi (rəsmi şəxs): Həyətyanı sahə 20 sotdan çoxdur.

    Prezident İlham Əliyev: Mal-qaran da var, yoxsa yox?

    Kişi sakin: İnşallah, olacaq.

    Prezident İlham Əliyev: Əlbəttə, olmalıdır.

    Kişi (rəsmi şəxs): Burada heyvandarlıq kompleksləri, fermalar var.

    Prezident İlham Əliyev: Yəni dolanışıq burada yaxşı olacaq.

    Qadın sakin: İnşallah.

    Prezident İlham Əliyev: Artıq sizdən asılıdır, dövlət nə lazımdırsa edib.

    Kişi sakin: Əlbəttə, Allah dövlətimizi qorusun, Sizi qorusun, ailənizi qorusun, nəvələrinizi qorusun.

    Prezident İlham Əliyev: Sağ olun, cansağlığı arzulayıram. Xoşbəxt yaşayın.
















  • Şəkidə müəllim vəfat edib

    Şəki rayonu Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəbində Hərbi Hazırlıq rəhbəri vəzifəsində işləyən Vahid Abdulhəmidov vəfat edib.

    O, bu gün dünyasını dəyişib.

    Müəllimin uzunsürən xəstəlikdən sonra öldüyü bildirilir.

  • Paytaxtın hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    5. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    6. Koroğlu Rəhimov küçəsi, Akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    9. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    10. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    11. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    13. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən “Statistika” dairəsi istiqamətində;

    14. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    15. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

  • Pezeşkian: “ABŞ ilə danışıqlarda yaxşı perspektiv görürük”

    İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə nüvə proqramı üzrə danışıqlarda “yaxşı perspektivlər” gördüyünü bildirib.

    O, bu sözləri İran dövlət telekanalının efirində deyib.

    Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında Tehranın nüvə proqramı ətrafında vəziyyətin tənzimlənməsi üzrə dolayı danışıqların üçüncü raundu keçiriləcək.

    İranın xarici işər naziri Abbas Əraqçı artıq İsveçrəyə yola düşüb.

  • Lider 8 qol vuraraq qələbə qazandı

    1-ci Liqada 16-cı tura yekun vurulub.

    Son gündə 3 oyun baş tutub.

    “Şahdağ Qusar” “Zaqatala”ya, “Mingəçevir” MOİK-ə qalib gəlib. “Difai” ilə qarşılaşan “Şəfa” da darmadağına sevinib.

    1-ci Liqa
    16-cı tur
    25 fevral

    “Şahdağ Qusar” – “Zaqatala” 1:0
    Qol: Aqostinyo Çipesse, 61.

    “Difai” – “Şəfa” 1:8
    Qollar: Raul Yaqubzadə, 89 – Pərviz Azadov, 8; 46. Emin Zamanov, 29. Nahid Əliyev, 44. Tərlan Quliyev, 50. Amir Ebrahimzadə, 60. Hacıəli Şirəliyev, 65-öz qapısına. Aqil Nəsibov, 86.

    “Mingəçevir” – MOİK 2:0
    Qollar: Bahadur Həziyev, 11. Kennet Kalunqa, 63.

  • Oğuzda 40 ağacın kəsilməsinə görə polis cinayət işi başladı

    Oğuz rayonunun Muxas kəndində yerləşən meşə massivində 40 ədəd müxtəlif növ ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən kənd sakini, 30 yaşlı Pərvin Salamov saxlanılıb.

    Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Salyanda avtoxuliqanlıq edən sürücü həbs olundu

    Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı idarə etdiyi “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan A.Rəhimov saxlanılıb.

    Sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Rəhimov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

  • Скандал в Баку: внучка Розы Джалиловой обвиняет родственников в краже семейных реликвий

    В Азербайджане разгорается громкий скандал вокруг наследия легенды национального танца. Появились шокирующие утверждения о хищении ценных вещей и государственных наград из квартиры покойной народной артистки Розы Джалиловой.

    Как передает Median.Az со ссылкой на Musavat.com, с сенсационным заявлением выступила внучка прославленного деятеля искусств Лала Асланова, раскрывшая мрачные подробности событий, произошедших сразу после кончины ее бабушки.

    По словам наследницы, день смерти выдающейся артистки, которая десятилетиями представляла азербайджанскую культуру на сценах всего мира, был омрачен циничным беззаконием. Лала Асланова утверждает, что племянница ее бабушки Егяна Асланова вместе со своей дочерью Лейлой Сеидализаде воспользовались трагической ситуацией. Проживая неподалеку, они первыми прибыли в квартиру, пока семья пребывала в шоке от утраты, и, по версии внучки, присвоили ценные вещи и банковские карты.

    Особый цинизм ситуации, как отмечает Лала Асланова, заключается в том, что родственники пытались дезинформировать официальные службы. Когда сотрудники полиции и бригада скорой помощи уточняли наличие прямых наследников (сына покойной), Егяна Асланова якобы заявила, что сына у Розы Джалиловой нет, сопровождая это оскорбительными высказываниями в адрес отца Лалы.

    “События развивались стремительно. Тело моей бабушки сразу увезли в мечеть Тезепир. Оставив усопшую там, эти люди вернулись в пустую квартиру. Они вынесли все, что составляло не только материальную, но и историческую ценность: почетные грамоты, высокие государственные награды – ордена “Шараф” и “Шохрат”, документы от Министерства культуры, редкие награды периода СССР, а также банковские карты и наличные средства”, – с горечью рассказала Лала Асланова.

    По ее словам, семья уже обратилась в правоохранительные органы. Полиция провела осмотр места происшествия, был составлен соответствующий протокол. Однако внучка артистки выражает обеспокоенность тем, что, несмотря на передачу материалов в прокуратуру Сабаильского района и управление полиции, действенных мер до сих пор не принято.

    Дело обрастает новыми юридическими коллизиями. Лала Асланова утверждает, что оппоненты используют поддельные документы для введения в заблуждение государственных органов. По ее словам, уже пять инстанций были обмануты недействительными бумагами ради получения определенных преференций. Внучка ссылается на официальный ответ Министерства юстиции, подтверждающий незаконность получения документов Егяной Аслановой. Более того, утверждается, что даже Сабаильский районный суд вынес определение на основании сомнительных бумаг.

    “Пользуясь смертью бабушки, на моего отца обрушили шквал клеветы. Несмотря на то, что мы предоставили следствию видеозаписи, аудиофайлы и показания свидетелей, виновные остаются безнаказанными. Мы требуем объективного расследования и справедливости ради памяти Розы Джалиловой”, – подчеркнула Лала Асланова.

    В свою очередь, Егяна Асланова отвергает статус племянницы, заявляя, что является родной дочерью народной артистки. От развернутых комментариев по поводу обвинений она пока воздерживается.

    Отметим, что этот конфликт имеет глубокие корни. Еще при жизни Роза Джалилова была вынуждена обратиться в полицию с жалобой на Егяну Асланову. Артистка подавала заявление в 9-е отделение полиции Сабаильского района, утверждая, что та забрала и отказалась возвращать ее драгоценности, в том числе четыре пары серег с бриллиантами и другие дорогие аксессуары.

  • Xalq artistinin ailəsində qalmaqal: “Nənəmin meyitini məscidə qoyub, evini taladılar”

    Mərhum Xalq artisti Roza Cəlilovanın dəyərli əşyalarının oğurlandığı iddia olunur.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, bu iddia ilə sənətkarın nəvəsi Lalə Aslanova çıxış edib.

    Bildirib ki, Xalq artisti vəfat edən gün onun mənzilində ciddi qanunsuzluqlar baş verib. Lalə Aslanovanın sözlərinə görə, nənəsinin bacısı qızı Yeganə Aslanova və onun qızı Leyla Seyidəlizadə Xalq artistinin öldüyü gün yaxın məsafədə yaşamalarından istifadə edərək dərhal mənzilə yollanıblar və onun dəyərli əşyalarını, bank kartlarını mənimsəyiblər. O iddia edir ki, polis əməkdaşları və təcili tibbi yardım briqadası mərhumun oğlunun olub-olmaması ilə maraqlanarkən Yeganə Aslanova onun oğlu olmadığını bildirib və Lalə Aslanovanın atası barədə nalayiq ifadələr işlədib.

    “Nənəmin nəşini dərhal Təzəpir məscidinə apardılar. Daha sonra isə nəşi məsciddə qoyaraq yenidən evə qayıtdılar. Roza xanımın bütün fəxri fərmanlarını, “Şərəf” və “Şöhrət” ordenlərini, o cümlədən Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş sənədləri, SSRİ dövrünə aid mükafat və sənədləri, bank kartlarını, pul vəsaitlərini və digər dəyərli əşyaları götürərək mənzildən uzaqlaşıblar”, – deyə Lalə Aslanova bildirib.

    Onun sözlərinə görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Bildirilir ki, polis tərəfindən mənzilə baxış keçirilib və protokol tərtib olunub. İşin Səbail Rayon Prokurorluğuna və polis idarəsinə təqdim edilməsinə baxmayaraq, indiyədək hər hansı ciddi tədbir görülməyib.

    Lalə Aslanova, həmçinin iddia edib ki, qarşı tərəf beş dövlət qurumunu etibarsız sənədlərlə aldadaraq müəyyən üstünlüklər əldə edib. O bu barədə sorğularına rəsmi cavab aldığını və Ədliyyə Nazirliyinin Yeganə Aslanovanın qanunvericiliyə zidd şəkildə sənədlər əldə etməsi ilə bağlı müraciətinə cavab verdiyini qeyd edib. İddialara görə, hətta Səbail Rayon Məhkəməsinə də etibarsız sənədlər təqdim olunaraq qərardad çıxarılmasına nail olunub.

    “Nənəmin ölümündən istifadə edərək atama qarşı şər və böhtan atılıb. Bütün videogörüntülər, səsyazıları və şahid ifadələri təqdim olunsa da, indiyədək həmin şəxslər barəsində tədbir görülməyib. Məsələnin obyektiv araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edirik”, – deyə Lalə Aslanova vurğulayıb.

    Yeganə Aslanova bildirib ki, Xalq artistinin bacısı qızı yox, doğma qızıdır və hələlik məsələ ilə bağlı mövqe bildirmək istəmir.

    Qeyd edək ki, Xalq artisti, rəqqasə Roza Cəlilova Yeganə Aslanovanı sağlığında polisə vermişdi. Səbail Rayon 9-cu Polis Bölməsinə müraciət edən sənətkar qızının ondan zinət əşyalarını alıb qaytarmadığını iddia etmişdi. O bildirmişdi ki, dörd ədəd brilyant qaşlı sırğa və başqa bahalı aksesuarlarını qızından ala bilmir.