Month: February 2026

  • Вниманию водителей: утвержден новый скоростной режим на ряде дорог и правила хранения автомобиля на штрафстоянке

    Милли Меджлис принял в третьем чтении изменения в законы “О дорожном движении” и “Об автомобильных дорогах”.

    Как сообщает Oxu.Az, данный вопрос был вынесен на обсуждение в ходе сегодняшнего пленарного заседания парламента.

    Так, согласно нововведениям, на платных автомагистралях устанавливается максимальная скорость движения 130 км/ч.

    Кроме того, уточняется само понятие автомагистрали. Согласно закону, автомагистраль – это дорога с установленным режимом движения, начало и конец которой обозначены соответственно знаками 5.1 и 5.2, имеющая проезжие части, отделённые друг от друга разделительной полосой и другими конструктивными элементами и предназначенные для различных направлений движения, не имеющая пересечений на одном уровне с другими дорогами, в том числе железнодорожными, трамвайными, велосипедными дорогами или пешеходными зонами, оборудованная специальными местами отдыха и стояночными площадками на расстоянии не более чем через каждые 50 км.

    В законы также добавляется новое положение, согласно которому владелец транспортного средства получает свой автомобиль обратно сразу после уплаты суммы, установленной соответствующим органом (учреждением), за доставку машины на охраняемую стоянку и ее хранение там. Если транспортное средство было задержано незаконно или ему был причинён материальный ущерб в результате ненадлежащего хранения, владелец имеет право подать жалобу в административном порядке и обратиться в суд.

    Кроме того, в соответствии с пунктами 9 и 10 первой части данной статьи, плата за хранение транспортного средства на охраняемой стоянке начинает начисляться с 00:00 дня, следующего за днём доставки автомобиля. При прекращении производства по делу об административном правонарушении, послужившем причиной доставки машины на охраняемую стоянку, или при удовлетворении жалобы на постановление о наложении административного взыскания за правонарушение, сумма, уплаченная за доставку автомобиля на стоянку и его хранение там, возвращается владельцу в порядке, установленном органом (учреждением), определенным соответствующим органом исполнительной власти.

    Законопроект был принят в окончательном чтении после голосования.

  • Azərbaycanda İLK: Ödənişli yolda sürət həddi 130 km/saat olacaq

    Milli Məclis “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlara təklif edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

    Məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

    Belə ki, dəyişikliyə əsasən, ödənişli avtomagistrallarda yol hərəkəti üçün maksimum sürət 130 km/saat müəyyən edilir.

    Bundan başqa, avtomagistral anlayışının çərçivəsində dəyişiklik edilir. Bu qanunla avtomagistral – müəyyən edilmiş hərəkət rejiminə malik olan, başlanğıcı və qurtaracağı müvafiq olaraq 5.1 və 5.2 nişanları ilə işarələnən, biri-birindən ayırıcı zolaq və digər konstruktiv elementlərlə ayrılan və fərqli hərəkət istiqamətləri üçün nəzərdə tutulan hərəkət hissələrinə malik, digər yollarla, o cümlədən dəmiryol, tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədə kəsişməsi olmayan, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilən yoldur.

    Yeni əlavə edilən anlayışla nəqliyyat vasitəsinin sahibi onun mühafizə olunan duracağa gətirilməsi və orada saxlanılması üçün müvafiq orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış avtomobil özünə qaytarılır. Nəqliyyat vasitəsi qanunsuz saxlanılıbsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulubsa, avtomobilin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

    Həmçinin bu maddənin birinci hissəsinin 9-cu və 10-cu bəndlərinə uyğun olaraq mühafizə olunan duracağa gətirilən nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayır. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə, avtomobilin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəqliyyat vasitəsinin sahibinə qaytarılır.

    Layihə səsvermədən sonra son oxunuşda qəbul edilib.
    //oxu.az

  • Вернулась ли на работу учительница, получившая огнестрельное ранение в лицее İdrak?

    Лечение Шахлы Кямиловой, получившей огнестрельное ранение в лицее İdrak в Баку, продолжается в домашних условиях.

    Согласно полученной Oxu.Az информации, состояние учительницы оценивается как удовлетворительное. Однако она пока не вернулась к работе.

    Напомним, что 6 февраля в бакинском лицее İdrak произошёл вооружённый инцидент. Ученик 10-го класса Э.Ш. выстрелил в учительницу Шахлу Кямилову (1997 г.р.). Она была госпитализирована в КМЦ и прооперирована.

    По данному факту Бинагадинской районной прокуратурой возбуждено уголовное дело. В результате мероприятий, проведённых сотрудниками полиции, подозреваемый Э.Ш. был задержан. Решением Бинагадинского районного суда в его отношении избрана мера пресечения в виде ареста сроком на 4 месяца.

  • “İdrak”da şagirdi tərəfindən güllələnən müəllimə liseydə işinə qayıdıb?

    Bakıda “İdrak” liseyində şagirdi tərəfindən güllələnən müəllimə Şəhla Kamilovanın müalicəsi ev şəraitində davam etdirilir.

    Bu barədə Oxu.Az-ın əldə etdiyi məlumatda bildirilib. Məlumata görə, müəllimənin vəziyyəti yaxşı olaraq qiymətləndirilir. Lakin, o, hələ “İdrak” liseyindəki işinə geri dönməyib.

    Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində silahlı insident baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş odlu silahdan atəş açaraq riyaziyyat müəlliməsi Şəhla Kamilovanı güllələyib.

  • Bakı metrosunda yenidən NASAZLIQ YARANDI – Gecikmələr var

    Bu gün metropoliteninin “İçərişəhər” – “Sahil” mənzilində “qırmızı xətt” üzrə hərəkət edən qatarda baş verən texniki nasazlıq bərpa olunub.

    Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

    Bildirilib ki, “yaşıl” və “qırmızı” xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.

    * * * * *

    Bakı metrosunda köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb.

    Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

    Bildirilib ki, nasaz qatarın əvəzinə ehtiyat qatar xəttə buraxılıb:

    “Hazırda “yaşıl” və “qırmızı xətlər”də intervalda 15 dəqiqəyədək yubanmalar müşahidə olunur. İntervallar qısa müddətdə bərpa olunacaq”.

    * * * * *

    Bu gün saat 11:18-də Bakı metropoliteninin “İçərişəhər” – “Sahil” mənzilində “qırmızı xətt” üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb.

    Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

    Texniki baxışın keçirilməsinə zərurət yarandığından normativ tələblərə uyğun olaraq sərnişinlər “Sahil” stansiyasında düşürülüb, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən hazırda “qırmızı” və “yaşıl xətlər”də qatarların hərəkətində gecikmələr var.

    “Bənövşəyi xət”də və “Cəfər Cabbarlı” – “Xətai”, “Həzi Aslanov” – “Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.

    Qeyd edək ki, fevralın 19-da və 20-də də Bakı metrosunda analoji problemlər müşahidə edilib.

  • İrandan Azərbaycana PUA vasitəsilə narkotik atdılar – Saxlanılanlar var

    Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatı (PUA) səsi eşidilib, bir qədər sonra isə həmin istiqamətdə hərəkət edən iki nəfər naməlum şəxs müşahidə olunub.

    Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

    Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb.

    Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşları – 1993-cü il təvəllüdlü Natiq Vahid oğlu Mərdanov və 1995-ci il təvəllüdlü Elşən Arif oğlu Mahmudov şübhəli şəxs qismində saxlanılıb.

    İlkin dindirilmə zamanı saxlanılan şəxslər İrandan PUA vasitəsilə atılan 10 kiloqram 224 qram narkotiki götürmək məqsədilə gəldiklərini etiraf ediblər.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Azər Axşam: “Bu gün dava-dalaş, intriqa, qalmaqal salan aparıcılar lazımdır”

    “Doğum günümdə ailəmlə birlikdə oldum. Sözün düzü, mən dəbdəbəli, səs-küylü ad günləri qeyd etmirəm. Övladlarım, ailəm, sevdiklərim üçün ən böyük arzum sağlam olmaq və salamatlıqdır”.

    Median.Az xəbər verir ki, bunu “Moderator”a açıqlamasında tanınmış aktyor, aparıcı Azər Axşam deyib.

    O, daha sonra sənətlə bağlı arzularından danışıb:

    “Bir sənət adamı kimi də arzum budur ki, mədəniyyət və incəsənət istədiyimiz formaya düşsün. Əfsuslar olsun ki, bu gün istədiyimiz nüanslar, amillər yoxdur. Bir sözlə hər şeyimizi itirə-itirə gedirik. Məni ağrıdan odur ki, 30 illik torpaqlarımızı qaytardıq, amma əvvəlki mənəvi dəyərlərimizi, mədəniyyətimizi, səviyyəmizi geri qaytara bilmirik. Amma bu həyatda təkcə ölümə çarə yoxdur. İnanıram ki, gec-tez hər şey öz yerini tapacaq”.

    Azər Axşam hazırda aktiv aparıcılıq fəaliyyəti ilə məşğul olmadığını bildirib.

    “Ola bilər ki, bu gün mənim kimi aparıcılara televiziyanın o qədər də ehtiyacı yoxdur?! Daha çox dava-dalaş, intriqa, qalmaqal salan aparıcılar lazımdır”, – deyə aktyor bildirib.

  • Президент утвердил важные изменения в Трудовом кодексе: у кого повысится зарплата?

    Президент Азербайджана Ильхам Алиев утвердил поправки в Трудовой кодекс. Согласно новым изменениям, размер минимальной заработной платы будет пересматриваться не реже одного раза в год. Это означает, что нововведение обеспечит периодичность повышения минимальной оплаты труда, а сами увеличения будут регулироваться законодательно.

    Об этом депутат-экономист Вугар Байрамов написал в своем аккаунте в соцсетях.

    Он подчеркнул, что регулярное повышение минимальной зарплаты не только затрагивает работников с низкими окладами, но и обеспечивает рост заработных плат по всем ступеням единой тарифной сетки (ЕТС).

    “Так, ежемесячные тарифные (должностные) оклады работников, занятых в сферах, финансируемых из госбюджета, в течение одного месяца после повышения минимальной заработной платы приводятся в соответствие с новой суммой. Сюда входят должностные оклады работников, не имеющих статуса государственного служащего, занятых в социальной сфере, науке, культуре, молодёжной политике и спорте, сельском хозяйстве, экологии и охране окружающей среды, жилищно-коммунальном хозяйстве, транспорте и связи, мелиорации, водном хозяйстве и рыбоводстве.

    Зарплата граждан, работающих в этих сферах и не имеющих статуса госслужащего, финансируется из государственного бюджета на основе ЕТС. В таблице оклады определены по 19 разрядам. В настоящее время минимальная зарплата составляет 400 манатов, а максимальная – 1 150. Периодическое повышение минимальной заработной платы практически приведёт к увеличению по всем разрядам. При этом не имеет особого значения, выше или ниже минимального уровня находится зарплата.

    Ожидаемое повышение минимальной заработной платы повлечет за собой рост окладов как в государственном, так и в частном секторе. Согласно законодательству, в обоих секторах запрещено предлагать зарплату ниже минимального уровня. В целом повышение минимальной заработной платы приведет к росту окладов 700 000 граждан”, – подчеркнул парламентарий.

  • Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?

    “Prezident İlham Əliyev Əmək Məcəlləsində dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu o deməkdir ki, yeni dəyişiklik ilə minimum əməkhaqqı artımında dövrülük təmin olunacaq. Bu artımların həmçinin qanunla tənzimlənməsi anlamına da gəlir”.

    Bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında etdiyi paylaşımda məlumat verib.

    O bildirib ki, minimum əməkhaqqıdakı mütəmadi artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqqılarında artımları təmin edir:

    “Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əməkhaqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir.

    Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqqıları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Cədvəldə maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1 150 manatdır. Minimum əməkhaqqının dövrü olaraq artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır.

    Minimum əməkhaqqıda gözlənilən artımlar həm dövlət, həm özəl sektorda maaş artımlarına səbəb olacaq. Belə ki, hər iki sektorda minimum əməkhaqqıdan az maaş təklif etmək qanunvericiliklə qadağandır. Bütövlükdə, minimum əməkhaqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb olur”.

  • МЧС обратилось к населению в связи с праздником Новруз – ВИДЕО

    Министерство по чрезвычайным ситуациям (МЧС) Азербайджана обратилось к гражданам с призывом соблюдать правила пожарной безопасности при организации и проведении мероприятий по случаю праздника Новруз.

    Как сообщает Median.Az со ссылкой на ведомство, жителям рекомендуют придерживаться следующих требований:

    – праздничный костёр следует разводить вдали от домов, автомобилей, электрических проводов, деревьев и других легковоспламеняющихся предметов;

    – дети, собирающиеся вокруг костра, должны находиться под присмотром взрослых;

    – при прыжках через костёр необходимо соблюдать осторожность;

    – костёр должен оставаться под наблюдением до полного тушения;

    – свечи, зажигаемые на столах, нельзя оставлять без присмотра.

    “Также следует учитывать, что разведение костра в ветреную погоду считается особенно опасным”, – говорится в обращении.