Month: February 2026

  • Alimlər ürək xəstəliklərini aşkar edən “ağıllı köynək” hazırladılar

    Britaniyalı alimlər gündəlik həyatda gizli ürək ritmi pozuntularını aşkar etməyə qadir süni intellektlə təchiz edilmiş “ağıllı köynək” hazırlayıblar. Texnologiyanın yaxın beş il ərzində klinik praktikaya tətbiqi planlaşdırılır.

    Median.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Britaniya Ürək Fondu məlumat yayıb.

    Məlumata görə, yeni cihaz ilk növbədə qəfil ürək ölümünə səbəb ola bilən nadir irsi ürək xəstəliklərinin diaqnostikası üçün nəzərdə tutulub.

    Mütəxəssislərin fikrincə, Böyük Britaniyada təxminən 340 min nəfər belə xəstəliklərdən əziyyət çəkir. Hər həftə yaşı 35-dən az olan azı 12 nəfər bu səbəbdən həyatını itirir.

    Hazırda aritmiya şübhəsi olan xəstələr yapışqanlı elektrodlar və monitorla birləşdirilmiş naqilləri olan portativ elektrokardioqraflar daşımalı olurlar. Adətən belə müayinə 24-48 saat davam edir və əhəmiyyətli narahatlıq yaradır.

    Alimlər bildiriblər ki, yeni köynəyin parçasına ürəyin elektrik aktivliyini fasiləsiz qeyd edən 50-yə qədər sensor quraşdırılıb. Bu, gündəlik fəaliyyəti məhdudlaşdırmadan bir həftə və daha uzun müddət monitorinq aparmağa imkan verir.

    Birinci mərhələdə tədqiqatçılar sistemin anormal EKQ siqnallarını tanıması üçün süni intellekt alqoritmlərini – həm irsi aritmiyası olan, həm də minlərlə sağlam insanın məlumatları əsasında öyrədəcəklər. Daha sonra 200 xəstə və könüllü diaqnostikanın dəqiqliyini qiymətləndirmək üçün üç ay ərzində köynəyi geyinəcək.

    Bu üsulla qısa klinik müayinə zamanı aşkarlanması çətin olan “Bruqada” sindromu və digər ritm pozuntuları kimi xəstəliklərin müəyyən edilməsi mümkün ola bilər.

    Layihə müəlliflərinin fikrincə, uzunmüddətli və daha rahat monitorinq təhlükəli halların erkən aşkarlanması imkanlarını artıracaq və qəfil ölümlərin qarşısını almağa kömək edəcək.
    //oxu.az

  • Скончался заслуженный журналист Эйруз Мамедов

    В возрасте 73 лет скончался заслуженный журналист, исследователь Сумгайытских событий, писатель-публицист и главный редактор газеты “Эхо Сумгайыта” Эйруз Мамедов.

    Об этом сообщили его близкие.

    Отмечается, что Э.Мамедов ушел из жизни после продолжительной болезни.

  • Əməkdar jurnalist Eyruz Məmmədov vəfat edib

    Əməkdar jurnalist, Sumqayıt hadisələrinin araşdırmaçısı, yazıçı-publisist və “Exo Sumqaita” qəzetinin baş redaktoru Eyruz Məmmədov 73 yaşında vəfat edib.

    Bu barədə onun yaxınları məlumat veriblər.

    Qeyd edək ki, onun uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir.

  • Qiyməti “od tutub yanan” uşaq qidaları: Yerli istehsal çıxış yolu ola bilərmi? – Video

    Uşaq qidalarının qiyməti valideynləri ciddi narahat edir. Xüsusilə süni qidalanan uşaqlar üçün aylıq xərclər bəzi ailələrdə yüzlərlə manata çatır.

    Bu barədə İTV-nin hazırladığı süjetdə bildirilib.

    Paytaxt sakinləri qiymət artımının büdcələrinə ciddi təsir etdiyini qeyd ediblər:

    “Bir il səkkiz aydır mən alıram. İki nəvəm var, balacadırlar, istifadə edirəm. İki-üç aydan bir artımlar var. Son dövrdə eşitdiyimə görə, 80-90 manatlıq qidalar təxminən 112-115 manat civarındadır”.

    “10-13 manata alırıq. Baxır qutunun çəkisinə. Bahadır amma. Heç 10-15 gün getmir məhsul”, – başqa bir sakin qeyd edib.

    Qiymətlər hər keçən gün artır. Seçim isə yalnız xaricdən gələn məhsullarla məhdudlaşır. Əsas brendlər Avropa ölkələrindən, Türkiyədən və Rusiyadan gətirilir. Yerli istehsal isə yoxdur.

    Əczaçı Qalib Məmmədov məsələni belə şərh edib:

    “Uşaq yeməklərinin qiyməti həmin firmalar tərəfindən tənzimlənir. Yəni bu tənzimlənmə Tarif Şurasına aid deyil. Buna görə də onların qiymətləri müxtəlif civarlarda dəyişir. Əsasən 9-10 manatdan 200-300 manata qədər uşaq yeməklərinin qiyməti dəyişir. Tərkibi və orqanikliyinə görə qiyməti dəyişir. 15 manatdan 45 manata qədər olan uşaq qidaları daha çox satılır. Ancaq ondan yuxarı qidalar artıq premium keyfiyyətli sayıldığına görə müəyyən ailələr tərəfindən alına bilər”.

  • “Kahı” adı ilə onlarla kiloqram narkotiki Azərbaycandan keçirmək istədilər – Video

    Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan nəqliyyat vasitəsinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.

    Yoxlama zamanı nəqliyyat vasitəsindən “kahı” formasına salınaraq gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 79 kiloqram 820 qram xüsusilə külli miqdarda narkotik vasitə – marixuana aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Грандиозный успех азербайджанской школьницы: удостоена стипендии в 82 000 долларов

    Ученица средней школы села Пирекешкюль Нилуфер Гусейнли стала первой азербайджанкой, принятой в один из самых престижных высших учебных заведений мира – Нью-Йоркский университет в Шанхае на полную стипендию.

    Об этом сообщает Median.Az со ссылкой на информацию, распространенную в социальных сетях.

    По информации, Н.Гусейнли была выбрана за высокие интеллектуальные способности и потенциал для внесения вклада в глобальную академическую среду. Половина студентов университета отбирается из Китая, а другая – из разных стран мира.

    Размер её стипендии составляет 82 000 долларов.

  • Azərbaycanlı şagirddən MÖHTƏŞƏM UĞUR – 82 min dollar təqaüd alacaq

    Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Hüseynli dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay universitetinə tam təqaüdlə qəbul alan ilk azərbaycanlı şagird olub.

    Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

    Məlumata görə, N.Hüseynli güclü intellektual bacarıqları və qlobal akademik mühitə töhfə vermək potensialı ilə seçilib. Universitet tələbələrinin yarısı Çindən, digər yarısı isə dünyanın müxtəlif ölkələrindən seçilir.

    Onun təqaüdü 82 000 ABŞ dolları məbləğindədir.

  • Sosial şəbəkələrdə yayılan iddialar əsassız çıxdı – Baş Prokurorluqdan AÇIQLAMA

    Bəzi sosial şəbəkə səhifələrində vətəndaş Böyükağa Abdullayev, onun həyat yoldaşı və ailə üzvünün qanunsuzluqlara məruz qalmasına dair həqiqəti əks etdirməyən məlumatlar paylaşılıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Böyükağa Abdullayev 2004-2009-cu illərdə “Eko-Servis KO” MMC-nin həmtəsisçisi kimi qabaqcadan əlbir olan şəxslərlə birlikdə Tovuz rayonu ərazisində yerləşən “Koroğlu” tras yatağından əldə edilmiş 141 min manatdan artıq vəsaiti digər həmtəsisçidən və onun vərəsəsindən gizlədərək ələ keçirməklə, həmçinin vergi sənədlərini saxtalaşdırmaqla 3 min manatadək məbləğdə verginin ödənilməsindən yayınıb:

    “Bundan başqa, o, icarə müqaviləsinə xitam verildikdən sonra yatağın qanuni istifadəçisi olan “İlqar-7.T” MMC-nin fəaliyyətinə qanunsuz müdaxilə edərək istehsal prosesini dayandırıb və bununla da müəssisəyə 67 min manat məbləğində ziyan vurub.

    Həmçinin, B.Abdullayev Tovuz rayonu ərazisindən keçən dəmiryolunun yük stansiyasında inşa edilmiş, “Qaradağ Sement” ASC-yə məxsus anbarın üst hissəsində olan 12 ədəd dəmir-beton plitələrini oğurlayıb.

    Qeyd edilən əməllərinə görə o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07.05.2012-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.4, 177.2.2, 178.3.2, 213.1, 322.2-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

    Gəncə Apellyasiya Məhkəməsinin 18.02.2013-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

    Daha sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsi 21.12.2016-cı il tarixli qərarla onun barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 06.05.2016-cı il tarixli Qanunu tətbiq edilərək cəzasından 1 il çıxılmaqla üzərində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

    Əlavə olaraq, B.Abdullayevin oğlu Fəqan Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin 25.04.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə (ağırlaşdırıcı hallarda quldurluq) təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

    F.Abdullayev cəzasını çəkdiyi müddətdə cəzaçəkmə müəssisələrində saxlanılan şəxsə qadağan olunmuş əşyanı verdiyi üçün Qaradağ Rayon Məhkəməsinin 30.05.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317-2.1 və 67.1-ci maddələri ilə təqsirli bilinib və ona qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

    Fəqan Abdullayev cəza çəkdiyi ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə ilə müraciət edib, məhkəmənin 31.10.2025-ci il tarixli qərarı ilə onun cəzasının çəkilməmiş qalan 2 il 7 ay hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsi məhkəmə tərəfindən təmin edilib.

    Həmin qərardan prokuror tərəfindən verilmiş apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsinin 15.12.2025-ci il tarixli qərarı ilə təmin edilib.

    Ardınca Fəqan Abdullayev cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsi ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə ilə müraciət edib və məhkəmənin 20.02.2026-cı il tarixli qərarı ilə ərizəsi təmin edilməyib.

    Hazırda Fəqan Abdullayev cəzaçəkmə müəssisəsində cəzasını çəkməkdədir.

    Beləliklə, Böyükağa Abdullayev və onun həyat yoldaşı tərəfindən səsləndirilən iddialara müvafiq qaydada baxılaraq onları təsdiq edən hər hansı hüquqi əsas müəyyən edilməyib. B.Abdullayev və onun oğlu barəsində çıxarılmış məhkəmə hökmləri qanuni qüvvəyə minib və yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılaraq qüvvədə saxlanılıb.

    Hazırda yayılan məlumatlar məhkəmə aktları ilə müəyyən edilən hüquqi vəziyyəti dəyişmir və obyektiv reallığı əks etdirmir. Bu baxımdan vətəndaşın səsləndirdiyi şikayət və iddialar tamamilə əsassızdır”.

  • İlham Əliyev estoniyalı həmkarına məktub göndərdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Respublikasının Prezidenti Alar Karisə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.

    İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

    Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Çin maşınlarını alanlar niyə dərhal satır? — AÇIQLAMA

    Son illər Azərbaycanda Çin istehsalı olan avtomobillərə maraq artsa da, bu nəqliyyat vasitələrinin bir qisminin alındıqdan qısa müddət sonra satışa çıxarıldığı müşahidə olunur. Avtomobil bazarındakı elanlar göstərir ki, bəzi sürücülər yeni aldıqları maşınları bir neçə ay istifadə etdikdən sonra yenidən satışa qoyurlar. Bu tendensiya istehlakçı məmnuniyyəti, texniki etibarlılıq və servis xidmətlərinin keyfiyyəti ilə bağlı sualları gündəmə gətirir. Eyni zamanda, ehtiyat hissələrinin əlçatanlığı və dəyər itkisi də müzakirə olunan əsas məsələlər sırasındadır.

    Median.Az
    xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Razil Nağıyev Demokrat.az-a bildirib ki, bu tendensiyanın formalaşması bir neçə amilin üst-üstə düşməsi ilə izah olunur və bunu təkcə bir səbəblə əlaqələndirmək düzgün olmaz:

    Ekspert deyib ki, bazarda modellərin və təkliflərin sürətlə artması alıcılara daha çox alternativ yaradır və bu da avtomobili uzunmüddətli istifadə vasitəsindən daha çox dəyişilə bilən seçim kimi görməyə səbəb olur:

    “Digər tərəfdən, bəzi istifadəçilər ilkin gözləntilərlə real istismar təcrübəsi arasında fərqlər müşahidə etdikdə avtomobili satmaq qərarı verirlər. Bununla yanaşı, müəyyən hallarda ehtiyat hissələrinin tədarük müddəti və əlçatanlığı ilə bağlı yaranan çətinliklər də istifadəçilərin qərarlarına təsir göstərə bilər. Bu amil avtomobilin gündəlik istismarına birbaşa təsir etməsə də, uzunmüddətli baxışda bəzi alıcıların riskləri azaltmaq məqsədilə avtomobili daha tez satışa çıxarmasına səbəb olur”.

    Onun sözlərinə görə, asan kredit şərtləri və aktiv kampaniyalar avtomobilin qısa müddət sonra yenidən satışa çıxarılmasını təşviq edən bazar davranışını formalaşdırıb:

    “Ümumilikdə, bu hal bazarın təbii uyğunlaşma prosesi kimi qiymətləndirilə bilər və hər hansı konkret brend və ya modelə yönəlmiş problem kimi dəyərləndirilməməlidir”.