Month: February 2026

  • Bakıda mağazadan 750 manat oğurlayan şəxsə AĞIR CƏZA

    Bakıda mağazadan 750 manatlıq məhsul oğurlamaqda təqsirləndirilən Şövqi Dövlətovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Ş.Dövlətov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev məhkəməyə təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsi təklifini irəli sürüb.

    Qeyd edək ki, Ş.Dövlətova qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Onu da qeyd edək ki, hadisə 2025-cu ildə Suraxanıda yerləşən marketlərdən birində baş verib.

    İstintaqla müəyyən edilib ki, Şövqi Dövlətov marketə basqın edərək spirtli içkiləri yerə dağıdıb və kassadan 750 manat pul vəsaitini ələ keçirib.

  • Sosial şəbəkədə əxlaqsız ifadələr səsləndirilməsinə görə 6 nəfər məsuliyyətə cəlb edilib

    Müasir dövrdə rəqəmsal transformasiya yalnız texnoloji yenilikləri deyil, həm də virtual mühitdə yeni davranış modellərini formalaşdırır. Son dövrlərdə ictimai xadimlər, vətəndaş cəmiyyətinin fəal üzvləri və müvafiq dövlət strukturları tərəfindən internet informasiya ehtiyatlarında cəmiyyətdə qəbul edilmiş birgə yaşayış qaydalarına və etik davranış standartlarına sadiqlik nümayiş etdirilməsinin vacibliyi geniş təbliğ edilməkdədir. Lakin təəssüflə qeyd olunmalıdır ki, bu sistemli çağırışlara məhəl qoymayan, cəmiyyətə qarşı açıqca hörmətsizlik nümayiş etdirən və milli-mənəvi dəyərlər sistemimizi hədəf alan müəyyən qrup şəxslər hələ də mövcuddur. İnternet informasiya məkanını dəyərsiz və əxlaq normalarına zidd paylaşımları və yayımları ilə çirkləndirən bu cür fəaliyyətlər, dövlət tərəfindən qorunan ictimaiyyətin mənəvi sağlamlığına ciddi təhdid yaradır.

    Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

    Qeyd olunub ki, xüsusilə, ailə institutunun müqəddəsliyini sarsıdan, ailədaxili münasibətlərin təhrif edilmiş görüntülərini tirajlayan və normal ünsiyyət etikasına sığmayan ifadə tərzi nümayiş etdirən hallar kəskin hüquqi reaksiya doğurur:

    “Bu neqativ əməllərin qarşısının alınması məqsədilə qanunvericilik bazasında konkret tənzimləmə mexanizmləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda:

    – ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi;

    – əxlaqsız ifadələrin səsləndirilməsi və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsi;

    – insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi ciddi inzibati məsuliyyət yaradır.

    Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən həyata keçirilən hüquqi tədbirləri çərçivəsində, sözügedən maddənin tələblərini pozaraq mənəviyyatı təhqir edən hərəkətlərə yol vermiş 6 nəfər müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Aparılan hüquqi icraatın nəticəsi olaraq, aidiyyəti məhkəmələr tərəfindən onlardan 4-ü barəsində inzibati həbs, 2-si barəsində isə inzibati cərimə tənbeh növləri tətbiq olunub.

    Göstərilənləri nəzərə alaraq Baş Prokurorluq vətəndaşlarımıza müraciət edərək bir daha bildirir ki, virtual məkan hüquqdan kənar və ya nəzarətsiz bir zona deyildir. Ona görə də vətəndaşlarımızı, xüsusilə sosial şəbəkə istifadəçilərini bu kimi neqativ davranışlardan uzaq durmağa, internet resurslarından istifadə zamanı etik normalara və qanunvericiliyin tələblərinə ciddi riayət etməyə səsləyirik.

    Unutmayın ki, hər bir kəs rəqəmsal mühitdə etdiyi çağırış və paylaşdığı məzmuna görə qanunla məsuliyyət daşıyır. Milli mənəviyyatımızı hədəf alan hər bir qanunazidd əmələ qarşı bundan sonra da ciddi tədbirlər görüləcək”.

  • Paytaxtın hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

    8. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    9. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    13. Fətəli xan Xoyski prospekti, “Gənclik” metro stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;

    14. Koroğlu Rəhimov küçəsi, Akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    15. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    16. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    17. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    18. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

    19. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    20. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    21. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

    22. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

  • Müşfiq Abbasov həbs edildi

    Bakı şəhər prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov həbs edilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsi prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib.

    Qərara əsasən M.Abbasova inzibati qaydada 15 sutka həbs verilib. O, internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinib.

    Qeydb edək ki, M.Abbasov əvvəllər də rüşvət alma ittihamı ilə həbsdə olub.

  • Не менее 14 человек погибли в Мексике в столкновениях после гибели лидера наркокартеля

    По меньшей мере, 14 человек стали жертвами всплеска насилия в Мексике после гибели главаря “Картеля Нового поколения Халиско” Немесио Осегеры Сервантеса в ходе операции по его поимке, сообщает Median.Az со ссылкой на Associated Press (AP).

    Среди жертв – семеро служащих Национальной гвардии Мексики. Случаи гибели людей зафиксированы в штатах Халиско, Мичоакан и Гуанахуато.

    В мексиканском Минобороны ранее сообщили, что целью операции был захват Осегеры, однако военные в итоге вступили в перестрелку с членами картеля к юго-западу от города Гвадалахара – столицы штата Халиско. Раненого Осегеру пытались перевезти по воздуху в Мехико, но он скончался во время полета.

    Члены картеля ответили блокированием дорог и поджогами транспортных средств. Гвадалахара – второй по величине город Мексики – накануне оказалась фактически блокированной. В курортном городе Пуэрто-Вальярта, популярном среди американских пенсионеров, также отмечались случаи поджогов.

    Президент Мексики Клаудия Шейнбаум призвала сограждан к спокойствию. Власти отрапортовали, что расчистили большинство из 250 заграждений на дорогах, возведенных членами картеля в 20 штатах страны.

    Представитель Белого дома Кэролайн Левитт в свой очередь заявила, что США предоставили развединформацию, позволившую осуществить захват Осегеры. Ранее американская администрация внесла “Картель Нового поколения Халиско” в список иностранных террористических организаций. Госдеп предлагал награду в 15 млн долларов за информацию, которая привела бы к задержанию наркобарона.

    AP напоминает, что этот картель после основания в 2009 году считался одной из наиболее могущественных и быстро растущих преступных организаций Мексики. Картель перевозил крупные партии фентанила, кокаина, героина и метамфетамина в США. Также он осуществлял атаки на военных, стал первым среди преступных групп в стране использовать мины и сброс взрывчатки с беспилотников.

  • Meksikada kartel başçısının ölümü 14 nəfərin həyatına son qoydu

    Meksikada kartel liderinin ölüm sonrası qarşıdurmada 14 nəfər həlak olub.

    Bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.

    Meksikada “Xalisco New Generation Cartel” (“Xalisko Yeni Nəsil”) lideri Nemesio Ruben Osequera Servantesin öldürülməsi əməliyyatından sonra baş verən qarşıdurmalarda ən azı 14 nəfər, o cümlədən Meksika Milli Qvardiyasının yeddi üzvü həlak olub.

    Hadisələr Xalisko, Miçoakan və Quanaxuato ştatlarında qeydə alınıb. Kartel üzvləri Qvadalaxara yaxınlığında atışmaya girib, yolları bağlayıb və nəqliyyat vasitələrini yandırıblar. Yaralı lider təyyarə ilə Mexiko şəhərinə aparılarkən ölüb. Prezident Klaudiya Şeynbaum vətəndaşları sakit olmağa çağırıb, hökumət 250-dən çox blokadanı aradan qaldırıb.

    Qeyd edək ki, ABŞ əməliyyat üçün kəşfiyyat məlumatı təqdim edib və Osequeranın tutulmasına yardım edənlərə 15 milyon dollar mükafat vəd edib. 2009-cu ildən fəaliyyət göstərən kartel Meksikada ən güclü cinayətkar təşkilatlardan biridir.

  • Prokurorluğa çağırılan Çelsi ölkədən qaçdı

    Son günlər paylaşımları ilə gündəmə gələn model Çelsi Baxşıyeva prokurorluğa çağırılıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə nalayiq ifadələr işlədən tiktoker çağırışa getməyib, həmin gün ölkəni tərk edib.

    Məsələ ilə bağlı Çelsinin də mövqeyini öyrəndik. O, şikayət etdiyi Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Anar Pirməmmədov tərəfindən hədələndiyi üçün ölkəni tərk etmək məcburiyyətində qaldığını deyib. Model son günlər özünün icazəsi olmadan şəxsi şəkillərinin yayılması faktı ilə bağlı da hüquq-mühafizə orqanlarına müraciət edib.

    Çelsinin vəkili Asim Abbasov isə deyib ki, müvəkkili prokurorluğa dəvət olunan vaxt ölkədə olmayıb, bu səbəbdən məsuliyyətə cəlb edilməsi ilə bağlı qərar yoxdur.

    Qeyd edək ki, bir neçə gün əvvəl Çelsi Anar Pirməmmədova qarşı ciddi ittihamlar səsləndirib. O iddia edib ki, aralarında sevgi münasibəti olub. Daha sonra Pirməmmədovun evli və iki övladı olduğunu öyrənib, onun tərəfindən şəxsi xarakterli video, yazışmaları ilə təhdid edilib.

    Baxşıyevanın sözlərinə görə, əvvəllər 1 ay müddətinə inzibati qaydada həbs edilməsinə səbəbkar da elə Anar Pirməmmədov olub.

    Bu ittihamlardan sonra Anar Pirməmmədovun FHN-dəki vəzifəsindən azad edildiyi bildirilir.

  • Sumqayıtda partlamamış top mərmisi tapılıb

    Sumqayıt şəhərində partlamamış hərbi sursat aşkarlanıb.

    Hadisə şəhərin İnşaatçılar küçəsində, Sumqayıt Alüminium Zavodunun qarşısında yol kənarında qeydə alınıb.

    Əraziyə baxış zamanı 1 ədəd 130 mm-lik yivli top mərmisi aşkar edilib.

    Tapıntı ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və əraziyə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün mütəxəssislər cəlb olunub.

    Mərmi aidiyyatı üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • İsa Həbibbəyli Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verdi – GİZLİ TƏYİNAT (FOTO)

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Ramiz Mehdiyevin yaxın kadrı Aynur Cavanşir qızı Günəşlini Rəyasət Heyətində Elm və Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə gətirib.

    Median.Az xəbər verir ki, bu barədə nocomment.az-a verilən məlumatda iddia edilib.

    İddiaya əsasən, iclasda bu məlumatın gizli saxlanması, mətbuata yayılmaması tapşırılıb.

    Qeyd edilib ki, Aynur Cavanşir qızı Günəşli isə Ramiz Mehdiyevin dövründə xüsusi məxfi sənədlərin hazırlanmasında, struktur islahatlarında və işçilərin kütləvi ixtisarında əsas rol oynamışdı.

    AMEA prezidentinin bu davranışı ekspertlər və işçilər tərəfindən Ramiz Mehdiyevə sədaqət nümayişi kimi qiymətləndirilir.

    Həmin iclasda akademik İsa Həbibbəyli Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədliyə Aynur Günəşlinin tezliklə dissertasiya müdafiə etməsi üçün təcili tapşırıq verib.

    Nadir Məmmədli isə institutun Dissertasiya Şurasında 100-dən artıq dissertant və doktorantın növbədə gözləməsinə baxmayaraq, Aynur Günəşlini ilk sıraya daxil edib. Bu addım institut işçiləri və növbədə olanlar arasında ciddi narazılıq yaradıb, qalmaqala səbəb olub və dava-dalaşa gətirib çıxarıb.

    Qeyd olunur ki, Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli də Ramiz Mehdiyev tərəfindən təyin olunmuş direktorlar sırasındadır. Eyni zamanda, Ramiz Mehdiyev tərəfindən təyin olunan Abbas Seyidov (Arxeologiya İnstitutu) və Məmməd Əliyev (Elmi Kitabxana) vəzifəsindən azad edilsə də, Nadir Məmmədli hələ də direktorluq vəzifəsində qalır.

    Xatırladaq ki, Ramiz Mehdiyev tərəfindən AMEA-ya gətirilmiş və mühüm vəzifələrə təyin olunmuş şəxslər arasında Eldar Əmirov və Seyfəl Həsənov da vardı. Daha sonra Əmirov və Həsənov işdən çıxarılıb, AMEA-nın Aparatı Rəhbəri vəzifəsi ləğv edilib.

    Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirov həbs olunub.

    Qeyd edək ki, adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

  • Tanınmış futbolçumuzun Azərbaycandan çıxışına “stop” qoyuldu

    Tanınmış futbolçu, “Turan Tovuz” komandasının formasını geyinən Rəhim Sadıxovun ölkədən çıxışı məhdudlaşdırılıb.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı Gəncə Kommersiya Məhkəməsinin hakimi Əbülfəz Məmmədli qətnamə çıxarıb.

    İş matertiallarından məlum olur ki, Rəhim Sadıxovun dövlət büdcəsinə borcu var. Borc vaxtında ödənilmədiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edib. Qurum ərizəsində borc ödənilənədək Rəhim Sadıxovun ölkədən çıxışının məhdudlaşıdırılmasını istəyib. Məhkəmə də idarənin ərizəsini təmin edib.

    Qeyd edək ki, Rəhim Sadıxov 18 iyul 1996-cı ildə Rusiyanın paytaxtı Moskvada anadan olub. O, Rusiyada “Solyaris Moskva” və “Torpedo Moskva” klublarında oynayıb. 2019-cu ildə Azərbaycana gəlib və “Sumqayıt” klubuna keçib. Sonrakı illərdə “Zirə”də və yenidən “Sumqayıt”da oynayıb, 2025-ci ildə “Turan Tovuz”a keçib. O, cari mövsümdə Tovuz klubunun heyətində 23 oyuna çıxıb və bir qol vurub.

    29 yaşlı yarımmüdafiəçi 2012-ci ildə Azərbaycanın U-17, 2013-cü ildə U-19 millilərinə cəlb olunub. 2020-ci ildə dəvət almağa başladığı A milli komandamızda 9 oyuna çıxıb.