Month: February 2026

  • Ölkənin ən gənc generalları ONLARDIR

    Ölkənin ən gənc generalı Dövlət Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən 34 yaşlı əməkdaşı Fuad Elxan oğlu Məmmədovdur. F.Məmmədov 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Həmin vaxt o, gömrük xidməti mayoru rütbəsi daşıyırdı. Cəmi 10 ay sonra isə F.Məmmədov artıq general-mayor oldu.

    Median.Az Modern.az saytına istinadən xəbər verir ki, Azərbaycanın ikinci ən gənc generalı, 35 yaşında bu yüksək rütbəyə layiq görülən Babək Ələkbərovdur. Babək Mürsəl oğlu Ələkbərov 1987-ci il dekabrın 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Əslən Qərbi Azərbaycandandır. O, 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Liseydə təhsil alıb. 2006-2010-cu illərdə isə MTN-nin Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan “leytenant” rütbəsində məzun olub. Məzun olduqdan sonra Sərhəd Qoşunlarının Çevik Hərəkat Qüvvələrində xidmətə başlayıb. 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən, Dövlət Sərhəd Xidməti əməkdaşlarının Peşə bayramı günü münasibətilə “İgidliyə görə” medalı ilə təltif edilib. 27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsinin iştirakçısıdır. Arazboyu əməliyyatlarda böyük şücaət göstərmiş, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə etmişdir.

    Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Babək Ələkbərova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

    Azərbaycanın üçüncü ən gənc generalı Müdafiə Nazirliyinin Hərbi-Texniki Təchizat Baş İdarəsi rəisinin səlahiyyətlərini icra edən Fərid Əliyevdir.
    Fərid Əlibaba oğlu Əliyev 1987-ci ildə dünyaya gəlib. General-mayor hazırkı iş yerindən əvvəl Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində işləyib. 2023-cü ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Fərid Əliyevə 36 yaşında “general-mayor” ali hərbi rütbəsi verilib.

    Ramiz Zeynalov hazırda Azərbaycanda xidmətdə olan ən yaşlı generaldır.
    Ramiz Məhəmmədəli oğlu Zeynalov 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. 1968-ci ildə Qovlar qəsəbəsi orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirib. Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlayıb. 1974-1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1975-ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirib. 1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilib. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət-Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, DİN Xüsusi İnspeksiyasının rəisi işləyib.
    1994-cü il 2 avqustdan – yəni artıq 32-ci ildir Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. R.Zeynalov 2003-cü il iyunun 30-da polis general-mayoru rütbəsi alıb, 1995-ci ildə “İgidliyə görə”, 2006-cı ildə isə “Vətən uğrunda medalı ilə təltif edilib.

    Azərbaycanın ən yaşlı ikinci generalı isə ədliyyə nazirinin 71 yaşlı müavini ədliyyə general-leytenantı Eldar Nuriyevdir. O 15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə Gəncə şəhər prokurorluğunda prokuror köməkçisi kimi başlayıb, 1993-cü ildə Bakı şəhəri Prokurorluğuna rəhbər işə göndərilərək Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Dövlət-hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Hüquq-mühafizə orqanları ilə iş şöbəsində böyük referent vəzifələrində çalışıb.
    2000-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Baş prokurorunun müavini təyin edilib. 2006-cı ilin aprel ayından 2019-cu ilin noyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsində işləyib. 25 dekabr 2019-cu ildən Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasına sədr təyin edilib. 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Təhlükəsizlik və Xarici İşlər nazirliklərinin, Azərbaycan Ədliyyəsinin, Azərbaycan Polisinin, Azərbaycan Respublikası Prokurorluğunun “100 illiyi” xatirə medalları, “Prokurorluğun fəxri işçisi”, digər döş nişanı və fəxri fərmanlarla təltif olunub.

    Ölkənin ən yaşlı üçüncü generalı daxili işlər nazirinin 70 yaşlı müavini general-leytenant Fazil Quliyevdir. Fazil Balahəsən oğlu Quliyev 1957-ci ilin yanvar ayında Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1983-cü ildən daxili işlər orqanlarında xidmət edir. 1991–1999-cu illərdə Bakı şəhəri Daxili İşlər İdarəsinin Qərargahında bölmə rəisi, Qərargah rəisinin müavini, Bakı Şəhər Baş Polis İdarəsinin İqtisadi sahədə cinayətkarlıqla mübarizə İdarəsinin bölmə rəisi, Daxili İşlər Nazirliyinin İşlər İdarəsinin rəis müavini, 1999-cu ildə DİN Təşkilati-İnspektor İdarəsinin rəisi, 2001–2013-cü illərdə isə DİN Baş Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində işləyib.
    Azərbaycan Prezidentinin 20 may 2013-cü il tarixli Sərəncamı ilə daxili işlər nazirinin müavini — Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Əməliyyat-xidməti fəaliyyətindəki nəticələrinə görə müxtəlif mükafatlara layiq görülüb. 2002-ci ildə “Azərbaycan Bayrağı” ordeni, 2013-cü ildə “Vətən uğrunda” medalı, 2015-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
    Azərbaycan Prezidentinin 30 iyun 2004-cü il tarixli Sərəncamı ilə polis general-mayoru, 1 iyul 2014-cü il tarixli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilib.

  • Yağış, qar yağacaq, güclü külək əsəcək

    Bakıda və Abşeron yarımadasında fevralın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir. Avtosfer.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.

  • Трамп объявил о повышении глобальных пошлин на импорт в США с 10% до 15%

    Президент США Дональд Трамп принял решение повысить так называемые глобальные пошлины на импорт в Соединенные Штаты с нынешних 10% до 15%.

    Об этом он сообщил в Truth Social.

    “Я, как президент США, начиная с настоящего момента, повышаю глобальную пошлину в размере 10% в отношении стран, многие из которых десятилетиями “обдирали” США и не несли за это никакого наказания (до моего прихода), до в полной мере допустимого и проверенного с юридической точки зрения уровня в 15%”, – указал американский лидер.

    “В течение следующих нескольких месяцев администрация Трампа определит и введет новые, правомерные с юридической точки зрения пошлины”, – пообещал он.

    Ранее Трамп подписал указ о введении пошлин на импорт из всех стран в размере 10%. В опубликованном позже сообщении Белого дома указывалось, что эта дополнительная пошлина вступит в силу 24 февраля и будет действовать в течение 150 дней. Одновременно американская администрация сообщила, что США после соответствующего решения Верховного суда отменили действие пошлин, введенных под предлогом закона о чрезвычайном положении.

  • Tramp qlobal idxal rüsumlarını 10 faizdən 15 faizədək artırdı

    ABŞ Prezidenti Donald Tramp idxala tətbiq olunan qlobal rüsumları hazırkı 10%-dən 15%-ə qaldırmaq qərarına gəlib.

    O, bunu “Truth Social” platformasında yazıb.

    “Mən, Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, bir çoxu onilliklər boyu ABŞ-dən “yayınan” və mənim hakimiyyətə gəlişimdən əvvəl heç bir cəza ilə üzləşməyən ölkələrə qarşı qlobal rüsumları 10 faizdən 15 faizədək qaldırıram.

    Növbəti bir neçə ay ərzində Tramp administrasiyası yeni, qanunauyğun tarifləri müəyyənləşdirəcək və tətbiq edəcək”, – deyə o vəd edib.

    Ağ Evin sonrakı açıqlamasında bu əlavə rüsumların fevralın 24-də qüvvəyə minəcəyi və 150 gün müddətində qüvvədə qalacağı bildirilib.

  • Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

    Tikinti üçün torpaq sənədi olsa da, kadastr məlumatlarındakı ziddiyyətlərə görə çıxarış ala bilməyən vətəndaşlar üçün problem aradan qaldırılır.

    Yeni mexanizmə əsasən, müraciətdən sonra ən geci 15 iş günü ərzində əmlakın qeydiyyatı və çıxarışın verilməsi mümkün olacaq.

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, müvafiq dövlət qurumu təqdim olunan məlumatların dəqiqləşdirilməsi üçün digər qurumlara, o cümlədən arxiv idarələrinə elektron sorğu göndərəcək:

    “Sorğulara 15 iş günü müddətində cavab veriləcək. Əgər vətəndaşın təqdim etdiyi məlumatlar təsdiqlənərsə, imtina qərarı verilməyəcək və əmlakın dövlət qeydiyyatına alınması təmin olunacaq.

    Bu addım mülkiyyət hüquqlarının tanınması və qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Mərhələli şəkildə 400 mindən çox fərdi yaşayış evinin qeydiyyata alınaraq çıxarışla təmin edilməsi planlaşdırılır.

    Qeyd edək ki, Bakı və ətraf ərazilərdə sənədsiz evlərin sayı 500 mini ötür. İlkin qiymətləndirməyə görə, onlardan təxminən 70 mini təhlükəli zonalarda – neft buruqları, iri nəqliyyat qovşaqları və yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında yerləşir. Bu kateqoriyaya daxil olan tikililərlə bağlı ayrıca hüquqi tənzimləmə sənədinin qəbul olunacağı gözlənilir.

    Birinci mərhələdə təhlükəli ərazilərdə yerləşməyən, əsasən həyət evlərinin qeydiyyata alınması ilə bağlı konsepsiya təsdiqlənəcək. Sənəd imzalandıqdan sonra təkcə Bakı və ətrafında 100 mindən çox evin rəsmiləşdirilməsi mümkün olacaq”.

    Məlumat üçün bildirək ki, ilkin mərhələdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş və təsdiqedici sənədləri olan tikililərə üstünlük veriləcək.
    //Baku.ws

  • Amsterdamın mərkəzi meydanında “Xocalıya ədalət” aksiyası keçirilib

    Niderlandın paytaxtı Amsterdamın mərkəzində yerləşən Dam meydanında 1992-ci il Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş aksiya keçirilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində baş tutub.

    Tədbirin əsas məqsədi dünya ictimaiyyətinin diqqətini 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən mülki əhaliyə qarşı törədilmiş dəhşətli və əsassız qırğına cəlb etmək olub. Həmin faciəli gecə 106 qadın və 63 uşaq daxil olmaqla 613 nəfər qətlə yetirilib.

    Aksiya iştirakçıları bildiriblər ki, hər hansı ədalətsizlik təzahürü, xüsusilə dinc əhaliyə qarşı yönəlmiş cinayət cəzalandırılmalıdır. Cəmiyyət faciələri unutmamalıdır ki, belə qətliamlar təkrarlanmasın.

    Niderlandda yaşayan Cavidan Məmmədov aksiyaya maraq göstərən şəhər sakinlərinə Xocalı soyqırımı haqqında məlumat verib. Aksiyanın iştirakçıları Azərbaycan bayrağını ucaldıb, həmçinin günahsız həlak olmuş və zərər çəkmiş insanlar üçün ədalət tələb edən plakatlar qaldırıblar. Onlar “Xocalıya ədalət”, “Soyqırıma yox”, “Bəşəriyyət soyqırıma qarşıdır”, “Sülh naminə” şüarları səsləndiriblər.

    Gənc musiqiçilər – skripkaçı Emin Sadıqlı və tarzən Cavid Səlimov Xocalı faciəsi qurbanlarının xatirəsinə musiqi əsərləri ifa ediblər.

    Aksiyanın keçirilməsini Diasporla İş üzrə Dövlət Komitəsi, Benilüks ölkələri Azərbaycanlılarının Koordinasiya Şurasının Niderland üzrə nümayəndəliyi və Avropadakı azərbaycanlı qadınların “Ana Vətən” Birliyi dəstəkləyib.

  • Azərbaycanlı bacı-qardaş Dünya Kubokunun finalında

    Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun təsnifat mərhələsində azərbaycanlı idmançılar final mərhələsinə adlayıblar.

    Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirilib ki, kişilər arasında fərdi yarışlarda Maqsud Mahsudov, qadınlar arasında fərdi yarışlarda isə Selcan Mahsudova finala vəsiqə qazanıblar.

    Qeyd edək ki, onlar bacı-qardaşdır.

  • Gəncədə iki avtomobil toqquşdu, beş nəfər xəsarət aldı

    Gəncədə “KIA” və “Mitsubishi” markalı avtomobillər toqquşub.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə Gəncə-Göygöl-Kəlbəcər yolunun Gəncə şəhərindən keçən hissəsində qeydə alınıb.

    İlkin məlumata görə, qəza zamanı beş nəfər – 1987-ci il təvəllüdlü Sərxan Hüseynov, 1960-cı il təvəllüdlü Rəna Abdilova, 1986-cı il təvəllüdlü Mehriban İsgəndərova, 1971-ci il təvəllüdlü Vəlisə Orucova və 2001-ci il təvəllüdlü Elmuraz Zeynalov xəsarət alıb.

    Xəsarət alanlar Gəncə şəhərində xəstəxanaların birinə yerləşdiriliblər.

    Hadisənin səbəbləri araşdırılır.

  • Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq prosesləri müzakirə ediblər

    Xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq prosesləri, o cümlədən Vaşinqtonda keçirilmiş Sülh Şurasının ilk iclasını müzakirə edib.

    Bu barədə pakistanlı diplomat “X” hesabında yazıb.

    Nazirlər qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə sıx koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.

  • Cəlilabadda ev yandı

    Cəlilabad rayonunun Buravar kəndində iki yaşayış evi yanıb.

    Kənd sakini Abdullayev Amil Əliağa oğluna məxsus iki mərtəbəli evdə qeydə alınıb. Qəfil başlayan yanğın qısa müddətdə bütün otaqlara yayılıb.

    Hadisə yerinə Yardımlı və Cəlilabad rayonlarından canlı qüvvə və texnika cəlb olunub. Lakin ev tamamilə yanaraq yararsız hala düşüb.

    Faktla bağlı araşdırma aparılır.