Month: February 2026

  • Ramazan ayının dördüncü günü: İmsak və iftar vaxtı, günün duası

    Fevralın 22-i Ramazan ayının dördüncü günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı Ramazan ayının təqviminə əsasən, Bakıda imsak vaxtı saat 06:00, iftar vaxtı isə saat 18:38-dir.

    Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:
    Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Göranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9

    Ramazan ayının dördüncü gününün duası:

    Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin.

    Tərcüməsi:

    İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükr etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!

    İftardan qabaq oxunan dua:

    İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət Sahibi, günahlarımı bağışla!

    Qeyd edək ki, müsəlmanların müqəddəs ayının Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə düşür.

    Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda Ramazan bayramı martın 20, 21-i qeyd olunacaq.

  • İtaliya A Seriyası: “Yuventus” “Komo”ya məğlub oldu – VİDEO

    İtaliya A Seriyasının 26-cı turunda “Yuventus” fubol klubu “Komo”nu qəbul edib.

    Görüş qonaqların 0:2 hesablı qələbəsi ilə başa çatıb.

    Qolları 12-ci dəqiqədə Voyvoda, 61-ci dəqiqədə Maksans Kakere vurublar.

    Bu görüşdən sonra “Yuventus” 26 oyundan sonra 46 xalla A Seriyasında beşinci, “Komo” isə 45 xalla altıncı yerdədir.

  • Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı

    Bu ilin yanvar ayında Azərbaycanda 1 904,4 ton kərə yağı istehsal edilib.

    “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 13,2% azalıb.
    Yanvar ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 74,2 ton təşkil edib.

    Həmin dövrdə ölkədə marqarin istehsalı 2025-ci ilin yanvar ayına nisbətən 28,5 faiz azalaraq 3 min 700,6 ton, duru bitki yağının istehsalı isə 15,6% artaraq 4 min 576,6 ton təşkil edib.
    Bundan başqa, ötən ay Azərbaycanda 219,6 min dekalitr həcmində ( 1dkl=10 litr ) meyvə şirələri, 11 min 433,5 ton meyvə-tərəvəz konservləri, 6,4 min ton qida duzu istehsal olunub ki, bu da əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq, 44,5%, 8,2%, və 11,1% azdır.

    Qeyd edək ki, 2025-ci ildə ölkəyə, ümumilikdə, 145 milyon 314,48 min ABŞ dolları dəyərində 20 min 130,38 ton kərə yağı və 5 milyon 795,09 min ABŞ dolları dəyərində 4 min 86,42 ton marqarin idxal olunub.

  • Axtarışda olan 100 nəfər saxlanıldı

    ⁠Ötən gün Azərbaycanda axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, fevralın 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

    Dələduzluğa görə isə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

  • Leyla Əliyeva yeni şeirini təqdim edib – Video

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qələmə aldığı şeiri rəsmi “Instagram” hesabında paylaşıb.

    Medin.Az həmin paylaşımı təqdim edir:

  • Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalında məğlub oldu

    Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşü keçirilib.

    Final qarşılaşmasında Şəhriyar Məmmədyarovla Məhəmməd Muradlı üz-üzə gəliblər.

    İki görüşün yekun nəticəsinə əsasən 1.5-0.5 hesabı ilə qələbə qazanan M.Muradlı Azərbaycan çempionu tituluna sahib çıxıb.

    Yarışın reytinq favoriti Ş.Məmmədyarov ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.

  • Bakının məşhur restoranlarında iftar qiymətləri

    Hər il olduğu kimi, bu il də Ramazan ayının gəlişi ilə bir çox restoran və iaşə obyektləri xüsusi iftar menyuları təqdim edir. Bu menyular həm qiymət, həm də tərkib baxımından bir-birindən fərqlənir və müxtəlif büdcələrə uyğun seçimlər təklif olunur.

    Qiymətlər isə restoranın səviyyəsindən, yerləşdiyi məkandan və təqdim olunan menyunun zənginliyindən asılı olaraq dəyişir.

    Median.Az xəbər verir ki, Bizim.Media bir çox restorandakı qiymətləri araşdırıb:

    “Qoç ət”də iftar menyusu yoxdur. Burada Ramazan ayında da digər günlərdə təklif edilən menyu təqdim olunur. Lakin restoran müştərilərinə yalnız iftar saatından sonra xidmət göstərir.

    “Fairmont” bir nəfər üçün qiymət 60 manat, beynəlxalq menyuda isə 90 manatdır. Bu menyu əcnəbi vətəndaşlar üçün təqdim edilir.

    “Fisincan” restoranında əsas yemək olaraq, toyuq, ət yaxud balıq seçilir. Bundan əlavə, qarnir, içki və şirniyyatla çay 30 manatlıq iftar süfrəsinə daxil edilir.

    “Caravan Baku”da iftar menyusu 25 manata təklif olunur. Toyuq, mərci yaxud düşbərə şorbasl, pendir və ya qarışıq turşu, sezar, paytaxt və ya toyuq salatı, yarpaq dolması, düyü və ya steyki, lülə, tikə və ya toyuq kabablarından birini seçmək imkanı yaradılır.

    “Özsüt” restoranında menyu 35 manatdır və 10% xidmət haqqı ödənilir. İmsak menyusu isə bəzi günlərdə verilir.

    “Mado” da iftar menyusu toyuq menyusu 25, ət menyusu olduqda isə 27 manat təşkil edir. Menyuda şorba, qarnir, salat və şirə təklif olunur. İmsak menyusu isə yalnız Nərimanov filialında təklif edilir.

    “La Kükü” restoranında 1 nəfərlik menyu 20 manatdır. Menyuda şorba, salat əsas yemək kimi verilir.

    “Bayıldım” restoranında isə bir nəfərlik iftar menyusu yoxdur. Burada iftar menyusunun verilməsi yalnız 2 nəfərdən başlanılır.

    2 nəfərlik menyu 49, 4 nəfərlik menyu isə 69 manat təşkil edir. Menyuya mərci şorbası, çoban salatı, ağ pendir, qazlı su, özbək plovu və kabab daxildir.

    “Four Seasons Hotel Baku”da yerləşən “Zafferano” restoranında isə iftar menyusu 110 manata təklif edilir.

    Göründüyü kimi, iftar menyuları 20 manatdan başlayaraq 110 manata qədər təklif edilir.

  • В Кыргызстане создадут Следственный комитет, который будет подчиняться президенту

    Следственный комитет будет создан в ближайшее время в Кыргызстане.

    Об этом заявил в Бишкеке президент республики Садыр Жапаров в интервью государственному информагентству “Кабар”.

    “Все расследования будут переданы ему (Следственному комитету – ред.)”, – сказал он. Генеральная прокуратура, а также военная прокуратура продолжат следить за соблюдением законности в стране.

    По словам Жапарова, новая структура напрямую будет подчиняться главе государства.

    Как он считает, появление в Кыргызстане Следственного комитета позволит более эффективно обеспечивать соблюдение прав человека в республике.

  • Qırğızıstanda birbaşa prezidentə tabe olan İstintaq Komitəsi yaradılır

    Qırğızıstanda yaxın zamanda İstintaq Komitəsi yaradılacaq.

    Bu barədə Prezident Sadır Japarov Bişkekdə “Kabar” dövlət xəbər agentliyinə verdiyi müsahibədə məlumat verib.

    “Bütün istintaq araşdırmaları ona (İstintaq Komitəsinə – red.) veriləcək”, – deyə o bildirib.

    Baş Prokurorluq, eləcə də Hərbi Prokurorluq ölkədə qanunlara riayət olunmasına nəzarəti davam etdirəcəklər.

    Japarovun sözlərinə görə, yeni struktur birbaşa dövlət başçısına tabe olacaq, ona hesabat verəcək.

    O hesab edir ki, Qırğızıstanda İstintaq Komitəsinin yaradılması ölkədə insan hüquqlarının daha effektiv qorunmasına imkan verəcək.

  • UEFA “Qarabağ”ı cərimələdi

    UEFA “Qarabag” klubunu cərimələyib.

    Buna UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirilən “Qarabağ”- “Ayntraxt Frankfurt” oyununda baş verən hadisələr səbəb olub.

    UEFA İntizam Komitəsi “Qarabağ”ı idman tədbiri üçün uyğun olmayan mesaj ötürdüyünə və futbolun və xüsusən də UEFA-nın nüfuzuna xələl gətirdiyinə görə 17 500 avro cərimələyib.

    Ağdam təmsilçisinə həmçinin təhlükəsizlik qaydalarını pozduğuna görə xəbərdarlıq olunub.

    Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.